Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-544/2023 18.12.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X5, zərərçəkmiş şəxs X2, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili X9 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1995-ci ildə Balakən rayonu Qullar kəndində anadan olmuş, orta təhsilli, subay, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Balakən rayonu Qullar kəndində yaşayan- Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 528.1-ci maddəsi ilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Balakən rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X12 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 18 dekabr 2023-cü il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokolda göstərilir ki, Balakən Rayon Məhkəməsinin 2(019)-535/2019 saylı, 03 may 2019-cu il tarixli icra sənədi üzrə borclu Şəxs bu günə qədər yaranmış 7650 manat alimenti tələbkara ödəməkdən imtina etmiş, bununla da icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında Balakən rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X12 izahatında göstərmişdir ki, Balakən Rayon Məhkəməsinin 2(019)-535/2019 saylı, 03 may 2019-cu il tarixli icra sənədinə əsasən 10 aprel 2019-cu il tarixdən başlayaraq cavabdeh Şəxs 28 avqust 2018-ci il tarixdə anadan olmuş X10 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutulub iddiaçı X3 verilməlidir. Tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edir. İş üzrə qanuni qərarın çıxarılmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək, izahatında göstərmişdir ki, Balakən Rayon Məhkəməsinin 2(019)-535/2019 saylı, 03 may 2019-cu il tarixli icra sənədinə əsasən 10 aprel 2019-cu il tarixdən başlayaraq ondan 28 avqust 2018-ci il tarixdə anadan olmuş X10 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutulub iddiaçı X3 verilməlidir. O və X6 2019-cu ilin dekabr ayından 2023-cü ilin may ayına qədər bir yerdə yaşamış və həm Gülnarın, həm də uşağın maddi təminatını o, ödəmiş, uşağını saxlamışdır. Bu müddət ərzində bir yerdə yaşadıqlarından onun 7650 manat aliment borcu yarana bilməzdi. Onun 7650 manat aliment borcu yoxdur. Eyni zamanda aliment borcundan tələbkara 450 manat ödəniş etmişdir. O, Bakı şəhəri Şüvəlan qəsəbəsində yerləşən restoranda aşpaz işləyir. Halhazırda o, aliment borcunun ödənilməsi ilə bağlı tələbkar Gülnar Rüstəmova ilə razılığa gəlmiş və onunla barışmışdır. O, hər ay tələbkara aliment olaraq 250 manat pul ödəməyi öhdəsinə götürür. Onun əməlində həmin inzibati xətanın tərkibi yoxdur. Qeyd edilənləri nəzərə alaraq, barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahatında göstərmişdir ki, Balakən Rayon Məhkəməsinin 2(019)-535/2019 saylı, 03 may 2019-cu il tarixli icra sənədinə əsasən 10 aprel 2019-cu il tarixdən başlayaraq cavabdeh Şəxs 28 avqust 2018-ci il tarixdə anadan olmuş X10 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutulub ona verilməlidir. Onun Şəxsla nikahı pozulmamışdır. O və Şəxs 2019-cu ilin dekabr ayından bir yerdə yaşamış, Azərlə barışmalarını və bir yerdə yaşamalarını nəzərə alaraq 2023-cü ilin iyul ayında Balakən rayon İcra və Probasiya Şöbəsinə aliment tələbindən imtina etdiyi barədə ərizə yazmışdır. Arazla 2019-cu ilin dekabr ayından bir yerdə yaşadıqları müddətdə uşağı və ailəni əsasən Şəxs saxlamışdır. Belə ki, o, heç yerdə işləməmişdir və hazırda da işləmir. Valideynləri də onlara kömək etmişlər.Şəxs 450 manat aliment borcu ödəmişdir. Hal-hazırda aliment borcunun ödənilməsi ilə bağlı onlar razılığa gəlmiş və barışmışlar. Şəxs hər ay 250 manat aliment borcunu ödəməsi barədə öhdəlik götürmüşdür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs heç bir şikayəti yoxdur. İşin icraatına xitam verilməsinə etiraz etmir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 məhkəməyə yazılı ərizə təqdim edərək, ərizəsində göstərmişdir ki, Şəxs ilə aralarında olan razılığa əsasən o, hər ay 250 manat aliment ödəməlidir. Bu səbəbdən Şəxs ilə hazırki iş üzrə barışmışlar. Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Eyni zamanda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə yazılı ərizə ilə müraciət edərək, qarşılıqlı razılığa əsasən hər ay zərərçəkmiş X3 aliment olaraq 250 manat pul ödəməyi öhdəsinə götürdüyünü bildirmişdir. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin 2(019)-535/2019 saylı, 03 may 2019-cu il tarixli icra vərəqəsindən görünür ki, 10 aprel 2019-cu il tarixdən başlayaraq cavabdeh Şəxs 28 avqust 2018-ci il tarixdə anadan olmuş X10 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutulub iddiaçı X3 verilməlidir. İş materiallarından həmçinin görünür ki, Balakən Rayon Məhkəməsinin 2(019)- 535/2019 saylı, 03 may 2019-cu il tarixli icra vərəqəsi icraya yönəldilmişdir. İş materiallarında olan X2 Balakən rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, Balakən Rayon Məhkəməsinin 2(019)-535 saylı işi üzrə borclu Şəxs ilə indiyə qədər birgə yaşadıqları üçün hal-hazırda qədər yığılmış aliment borcundan imtina edir, nəzərə alınmasını xahiş edir. İnzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X7, zərərçəkmiş şəxs X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün, hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən edən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 element-obyekt, obyektiv tərəf, subyektiv tərəf və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh tədbirinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri olmadıqda, şəxsin əməlində inzibati xətanın tərkibinin mövcudluğu istisna edilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Yuxarıda qeyd olunan qanun normalarından görünür ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə inzibati məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə inzibati məsuliyyətin yaranması üçün həmçinin şəxs həmin maddənin dispozisiyasında göstərilən hərəkətləri üzrsüz səbəbdən etməlidir. İşdəki sübutlardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Balakən Rayon Məhkəməsinin 2(019)-243/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin icra edilməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən və bu icra sənədini icra etməkdən yayınmamış, aliment borcundan ödənişlər etmişdir. İşdəki sübutlardan həmçinin görünür ki, borclu Şəxs ilə tələbkar X6 aliment təyin olunduğu müddətdən sonra-2019-cu ilin dekabr ayından 2023-cü ilin may ayına qədər bir yerdə bir ailə olaraq yaşamış və bu zaman ailənin təminatını, həmçinin uşağın saxlanmasını Şəxs həyata keçirmişdir. Belə ki, tələbkar X2 da məhkəmədə verdiyi izahatdan görünür ki, o, həmin müddətdə heç yerdə işləməmişdir və işləmir, uşağın və ailənin saxlanmasını əsasən Şəxs həyata keçirmişdir. Tələbkarın və borclunun 2019-cu ilin dekabr ayından 2023-cü ilin may ayına, hətta tələbkarın icra və probasiya şöbəsinə yazdığı xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən 2023-cü ilin iyul ayına qədər bir yerdə yaşaması həmin xx.xx.2023-cü il tarixli ərizə ilə də təsdiq olunur. Belə ki, tələbkar X1 rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsində ünvan 2a sənədi üzrə borclu Şəxs ilə indiyə qədər birgə yaşadıqlarını göstərərək, bu əsasa görə halhazıra qədər yığılmış aliment borcundan imtina etmiş və nəzərə alınmasını xahiş etmişdir. Belə olan halda borclu Şəxs sözügedən xx.xx.2019-cu il tarixli 2(019)-535 saylı icra sənədi üzrə aliment borcunun 7650 manat olması böyük şübhələr doğulur. Belə ki, göstərilən aliment borcu borclunun tələbkarla bir yerdə yaşadığı və uşağının və ailəsinin saxlanmasını həyata keçirdiyi 2019-cu ilin dekabr ayından 2023-cü ilin may ayına qədər olan müddət üçün də hesablanmışdır ki, bu da qətiyyən əsassızdır. Belə ki, bu müddət ərzində borclu Şəxs uşağın saxlanması vəzifəsini həyata keçirmiş və uşağın və tələbkarın maddi təminatını həyata keçirmişdir. Tələbkarla borclunun yaşamadığı 2019-cu ilin dekabr ayına qədər və 2023-cü ilin may və ya iyul ayından sonra bu aliment borcunun nə qədər təşkil etməsi barədə hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Belə olan halda 18 dekabr 2023-cü il tarixli inzibati xəta haqqında protokolun predmetini təşkil edən Şəxs qeyd olunan 7650 manat aliment borcunun olması barədə əsaslı şübhələr yaranır ki, həmin əsaslı şübhələr də hər hansı mötəbər sübut təqdim edilməklə aradan qaldırılmamışdır. İXM-nin 8.3-cü maddəsinə əsasən də həmin əsaslı şübhələr barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xeyrinə həll olunmalıdır. İş materiallarından həmçinin görünür ki, Şəxs ilə X6 arasında aliment ödənişi ilə bağlı qarşılıqlı razılıq əldə edilmiş, Şəxs hər ay 250 manat aliment pulunu tələbkar X3 ödənilməsini öhdəsinə götürmüş və tərəflər bu halı məhkəməyə verdikləri yazılı ərizələri ilə təsdiq etmişlər. İnzibati xəta haqqında iş üzrə icraat başlamış vəzifəli şəxs tərəfindən Şəxs Balakən Rayon Məhkəməsinin 2(019)-535/2019 saylı, 03 may 2019-cu il tarixli icra sənədi üzrə 7650 manat aliment borcunun olmasıvə həmin icra sənədinin icra edilməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və bu icra sənədini üzrlü səbəb olmadan icra etməməsini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Halbuki Azərbaycan Respublikası İXM-nin 8-ci maddəsinə əsasən bu vəzifə həmin vəzifəli şəxsin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İş materialları ilə Şəxs Balakən Rayon Məhkəməsinin 2(019)-535/2019 saylı, 03 may 2019-cu il tarixli icra sənədinin icra edilməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və bu icra sənədini üzrlü səbəb olmadan icra etməməsində, yəni Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsiri sübut olunmur. Qeyd olunanlara əsasən hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibinin yaranması üçün nə inzibati xətanın obyektiv tərəfi, nə də subyektiv tərəfi yoxdur. Belə olan halda, ümumiyyətlə onun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyildir. Əməldə inzibati xətanın tərkibinin olmaması isə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün qanunda göstərilmiş əsaslardan biridir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Azəbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, hakim inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. İşin müəyyən olunmuş hallarını yuxarıda göstərilən qanun normalarına uyğun hüquqi cəhətdən dəyərləndirərək, hesab edirəm ki, əməlində inzibati xətanın tərkibi olmadığı üçün Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və Şəxs inzibati məsuliyyətdən azad edilməlidir. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili X14, hazırki inzibati xəta haqqında iş üzrə Şəxs hüquqlarının müdafiəsinə 2 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının İXM-nin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də hesab edirəm ki, Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili X11 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X15 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına 12 manat köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikasının İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 112, 113, 105.1, 109.2, 114-115, 117, 125-126 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun əməlində həmin inzibəti xətanın tərkibi olmadığı üçün xitam verilsin; Şəxs inzibati məsuliyyətdən azad edilsin. Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili X11 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X15 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına 12 manat köçürülsün. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-544/2023
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-544/2023
18.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver