Məhkəmə qərarları › İş №3(019)-55/2022

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-55/2022

08.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-55/2022 08.02.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X6, müdafiəçi- Balakən rayon Vəkil Bürosunun vəkili X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs (İskandarov Kamil) iştirakı ilə xx.xx.1993-cü ildə Gürcüstan Respublikasının Laqodexi rayonunda anadan olmuş, orta təhsilli, evli, bildirdiyinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Balakən rayonu Sarıbulaq kəndində müvəqqəti qeydiyyatda olmaqla həmin ünvanda yaşayan- Şəxs (İskandarov Kamil) haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 206-cı maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Şəxs (İskandarov Kamil) 02.02.2022-ci il tarixdə saat 00.00 radələrində əynində olan qış gödəkçəsinin sağ yan cibində bir ədəd kağız bükümdə ümumi çəkisi 0,12 qram narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq satış məqsədi olmadan üzərində saxlamışdır. Bu barədə Balakən RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X14 tərəfindən Şəxs (İskandarov Kamil) barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 08 fevral 2022-ci il tarixli, MN seriyalı, ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs (İskandarov Kamil) Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, o, Balakən rayonu Sarıbulaq kəndində ailəsi ilə birgə yaşayır. O, Gürcüstan Respublikasının vətəndaşı olsa da, hal-hazırda Balakən rayon Sarıbulaq kəndində yaşayır. 2 ildir ki, narkotik vasitədən istifadə edir. 07.02.2022-ci il tarixdə axşam saatlarında o, yaşadığı evdən çıxıb, Balakən rayon Qazbinə kəndi ərazisində yaşayan xalası X1 evinə getmişdir. Xalasıgildə bir qədər oturandan sonra oradan çıxıb piyada Balakən şəhəri ərazisində yerləşən “Azpetrol” adlanan yanacaq doldurma məntəqəsinin qarşısına gəlmişdir. O, oraya gəlib çatmağa biraz yol qalmış yol kənarından yerdə bükülü halda 1 ədəd kağız büküm tapmışdır. Həmin bükümü yerdən götürüb içərisini açıb baxanda görmüşdür ki, kağızın içərisində narkotik var. O, həmin narkotik olan bükülü kağızı üzərində olan yaşıl rəngli kurtkasının sağ cibinə qoymuşdur. O, bundan sonra piyada gedən zaman yanacaq doldurma məntəqəsinin qarşısında 2 nəfər polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edib onu polis şöbəsinə dəvət etmişlər. O, onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində o, şübhəli şəxs kimi tutularaq vəkillər siyahısından seçdiyi vəkil X9 və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış aparılan zaman ona üzərində hər hansı qeyri-qanuni əşya və predmetin olubolmadığı barədə sual veriləndə o, üzərində olan qış kurtkasının sağ tərəf yan cibindən 1 ədəd kağız bükümdə olan narkotiki təqdim etmişdir. Həmin kağız bükümdə olan narkotik elektron tərəzidə çəkilərkən çəkisi 0,12 qram təşkil etdi. Narkotik vasitə 1 ədəd zərfə qoyularaq, möhürlənmiş və maddi sübut kimi götürülmüşdür. Bundan başqa polis əməkdaşları üzərində şəxsi axtarış keçirilən zaman heç bir əşya və ya predmet aşkar edilmədi. O, həmin narkotik olan kağız bükümü özü istifadə etmək üçün üstündə saxlamışdır. Himayəsində iki azyaşlı uşağı vardır. İlk dəfədir ki, inzibati xəta törədir. İnzibati xəta törətməsindən səmimi peşmançılıq hissi keçirir. Bir daha belə əməllərə yol verməyəcəkdir. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X14, Şəxs (İskandarov Kamil) Azərbaycan Respublikası İXMnin 206-cı maddəsndə nəzərdə tutulan inzibati xətaları törətməsi nəticəsinə gəlindiyi üçün Şəxs (İskandarov Kamil) barəsində inzibati xəta haqqında protokol tərtib edərək, İXM-nin 206.1-ci maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başladığını, Şəxs (İskandarov Kamil) İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsinin iş materialları ilə təsdiq olunduğunu bildirərək, Şəxs (İskandarov Kamil) barəsində qanuni tədbir görürlməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X20 Bölməsi tərəfindən keçirilmiş məhkəmə-bioloji ekspertizasının 07 fevral 2022-ci il tarixli, 17/126 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “Şəxs üzərindən aşkar edilmiş....“ sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd göy-ağ rəngli kağız bükümdə, təmiz çəkisi-0,12 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Qeyd: marixuananın təmiz çəkisi-0,12 qram, tədqiqata sərf edildi-0,02 qram, qalıq-0,10 qram. İş materiallarında olan Balakən RPŞ-nin TB-nin təhqiqatçısı X11 cinayət işinin başlanmasının rədd edilməsi barədə 08 fevral 2022-ci il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən HK-1-97 nömrəli material üzrə Şəxs əməlində cinayət tərkibi müəyyən edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən material üzrə Azərbaycan Respublikaı CM-nin 234.1-ci maddəsinin tərkib əlamətləri olmadığından həmid maddə üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs şübhəli şəxs statusuna xitam verilmiş, qərarın surətinin Şəxs barəsində inzibati tədbir görülməsi üçün RPŞ- nin İTB-yə, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Balakən rayon prokuroruna, Şəxs göndərilməsi qərara alınmış, həmçinin Şəxs üzərindən aşkar edilmiş 1 ədəd ağ rəngli kağız zərfdə qablaşdırılmış maddi sübutun Balakən RPŞ-nin maddi sübut otağında saxlanılması qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AA seriyalı ******* №-li və AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqələrindən görünür ki, 08.03.2014-cü il tarixdə doğulmuş X12 və 17.11.2016-cı il tarixdə doğulmuş X13 olmaqla Şəxs (İskandarov Kamilin) himayəsində iki azyaşlı uşaq vardır. İş materiallarından görünür ki, Şəxs (İskandarov Kamil) əvvəllər inzibati məsuliyyətə cəlb edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə Azərbaycan Respublikası İXMnin 206-cı maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanununa əsasən qurudulmuş marixuananın təmiz çəkisi 5 qram və artıq olduqda cinayət məsuliyyəti yaradır. İş materiallarından görünür ki, Şəxs (İskandarov Kamil) 5 qramdan az miqdarda, yəni 0,12 qram miqdarında narkotik vasitə olan qurudulmuş marixuananı üstündə saxlamışdır. Ona görə də onun əməli Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izhatanı dinləyib, iş materiallarını araşdırıb, iş üzrə sübutlarla müəyyən edilmiş işin hallarına hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs (İskandarov Kamil) Azərbaycan Respublikası İXM-nin 206cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsilə düzgün tövsif edilmişdir, Şəxs (İskandarov Kamil) Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin sanksiyasında üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə, işin hallarına və xəta törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiqi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsində inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal hesab edilmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyətini yüngülləşdirən hal qismində nəzərə alına bilər. İnzibati xəta törətməsindən səmimi peşmançılığını, ilk dəfə inzibati xəta törətməsini və himayəsində iki azyaşlı uşağının olmasını Şəxs (İskandarov Kamil) məsuliyyətini yüngülləşdirən hallar hesab edirəm. İş materiallarına əsasən Şəxs (İskandarov Kamil) məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarından həmçinin görünür ki, Şəxs (İskandarov Kamil) 07.02.2022-ci il tarixdə axşam vaxtı tutulmuş və 08.02.2022-ci il tarixədək Balakən RPŞ-də saxlanılmış, Balakən RPŞ-nin TB-nin təhqiqatçısı X11 cinayət işinin başlanmasının rədd edilməsi barədə 08 fevral 2022-ci il tarixli qərarı ilə material üzrə Azərbaycan Respublikaı CM-nin 234.1 -ci maddəsinin tərkib əlamətləri olmadığından həmid maddə üzrə onun barəsində cinayət işinin başlanması rədd edilmiş, Şəxs şübhəli şəxs statusuna xitam verilmiş və o, həbsdən azad edilmişdir. Hesab edirəm ki, 07.02.2022-ci il tarixdən 08.02.2022-ci il tarixədək tutulduğu müddət Şəxs (İskandarov Kamilə) inzibati tənbehin tətbiq edilmsəsi zamanı nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Bu xüsusda qeyd etmək lazımdır ki, həbsin müddətinin dəqiq müəyyən edilməsi üçün İnsan Hüqüqlarının və X10 Haqqında Konvensiyasının (Avropa Konvensiyası) normalarına, o cümlədən Konvensiyanın 5-ci maddəsinə və həmin maddə üzrə Avropa Məhkəməsinin presedentlərinə istinad edilməlidir. Avropa Konvensiyasının 5-ci maddəsi və presedentləri isə polis əməkdaşları tərəfindən istənilən şəxsin hərəkət sərbəstliyinin məhdudlaşdırılmasını onun həbsi kimi ehtiva edir. Belə ki, Avropa Məhkəməsi özünün presedentlərində dəfələrlə qeyd etmişdir ki, istənilən azadlıqdan məhrum etmə daxili hüquqa, habelə Avropa Konvensiyası normalarına tam uyğun olmaqla həyata keçirilməlidir. Başqa sözlə, Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, Avropa Konvensiyasının 5-ci maddəsinin konkret tələblərinə əməl edilməsini, hətta onlar daxili hüquqda nəzərdə tutulmasa belə, təmin etmək zəruridir. Azadlıqdan məhrum edilmə Avropa Konvensiyasının təmin etdiyi digər hüquq və azadlıqlara müdaxilə məqsədilə və ya əsassız olaraq tətbiq edilən qanun əsasında həyata keçirilibsə, yaxud bu tədbirin xarakterində qüsur varsa, o, etiraza səbəb olacaqdır. Kurt Türkiyəyə qarşı məhkəmə işində Avropa Məhkəməsi qərara aldı ki, hər bir azadlıqdan məhrum etmə təkcə milli hüququn əsas prosessual normalarına uyğun həyata keçirilməməli, həm də 5-ci maddənin məqsədinə, yəni fərdi hakimiyyət orqanlarının zorakılığından qorumaq məqsədinə cavab verməlidir.Avropa Məhkəməsinin mövqeyinə görə, hüquq-mühafizə orqanının əməkdaşı (faktiki gücün tətbiq edilib-edilməməsindən asılı olmayaraq) aydın şəkildə bildirsə ki, şəxs bu və ya digər yeri tərk edə bilməz, yaxud onun ardınca hər hansı başqa bir yerə getməlidir, bu artıq şəxsin tutulması, həbsə alınması deməkdir. Beləliklə, bu anlayış şəxsin küçədə saxlanılaraq, ondan polis məntəqəsinə getməyin tələb edildiyi hallara da şamil olunur. Burada məcburiyyət amilinin olması önəmlidir. De Vilde, Qoms və Versip Belçikaya qarşı məhkəmə işində Avropa Məhkəməsi bildirdi ki, şəxsin könüllü gəlməsi heç bir əhəmiyyət daşımır. Bundan başqa, azadlıqdan məhrum edilmiş şəxsin azadlıqdan məhrum edildiyindən xəbərsiz olması xüsusi əhəmiyyətə malik deyil; əgər şəxs konkert yeri sərbəst tərk edə bilmirsə, bu kifayətdir. Azadlıq ifrat dərəcədə məhdudlaşdırılırsa və bu tədbirə məruz qalan şəxs istər küçədə, istərsə də, hər hansı digər açıq məkanda müəyyən yeri tərik edə bilmirsə, yaxud hər hansı nəqliyyat vasitəsinin içərisində və ya binada (bunun kamera olması vacib deyil) qalmağa məcbur edilirsə, 5-ci maddənin müddəaları tətbiq edilməlidir. Bununla belə, şəxs müəyyən yerdə olarkən müəyyən dərəcədə azadlığa malikdirsə, bu mütləq o demək deyil ki, 5-ci maddə tətbiq edilə bilməz (məsələn X4rşı, Qutsardi İtaliyaya qarşı, Mantsoni İtaliyaya qarşı, Kipr Türkiyəyə qarşı işlər). Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İXM-də şəxsin tutma müddətinin inzibati həbs müddətinə daxil edilməsi nəzərdə tutulmuşdur (İXM-nin 30.3-cü maddəsi). Belə olan halda qanun normasının tələbinə əsasən bu tutma müddəti birmənalı olaraq hazırki iş üzrə inzibati tənbehin verilməsində nəzərə alınmalıdır. Törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, inzibati xəta törətməsindən səmimi peşmançılığı, ilk dəfə inzibati xəta törətməsi və himayəsində iki azyaşlı uşağının olması kimi məsuliyyətini yüngülləşdirən halları və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinin tələbləri əsasında Şəxs (İskandarov Kamil) barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tənbehinin tətbiq edilməsini inzibati tənbehin məqsədlərinə nail olunması, qanunçuluq və ədalətlilik prinsiplərinin təmin edilməsi nöqteyi-nəzərindən ədalətli, qanuni və əsaslı hesab edirəm. Həmçinin qanunun tələblərinə istinad edərək, hesab edirəm ki, iş üzrə maddi sübut kimi Balakən Rayon Polis Şöbəsinin maddi sübut otağında saxlanılan 0,12 qram narkotik vasitə olan qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 0,10 qramı hazırki qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, ekspertiza xərci Azərbaycan Respublikasının Dövlət büdcəsinin hesabına aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikası İXM-nin 115.4.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda götürülmüş əşyalar və sənədlər barədə məsələlər həll edilərkən dövriyyədən çıxarılmış əşyalar aidiyyəti dövlət orqanlarına (qurumlarına) verilməli, yaxud məhv edilməlidir. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili X7, hazırki inzibati xəta haqqında iş üzrə Şəxs (İskandarov Kamilin) hüquqlarının müdafiəsinə 1 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də hesab edirəm ki, Şəxs (İskandarov Kamilə) göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili X5 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X15 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 6 manat köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikası İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs (İskandarov Kamil) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinin tələblərinə əsasən 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. İş üzrə maddi sübut kimi Balakən Rayon Polis Şöbəsinin maddi sübut otağında saxlanılan 0,12 qram narkotik vasitə olan qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 0,10 qramı hazırki qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; iş üzrə ekspertiza xərci Azərbaycan Respublikasının Dövlət büdcəsinin hesabına aid edilsin. Şəxs (İskandarov Kamilə) göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili X5 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X15 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 6 manat köçürülsün. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar