Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 3(019)-552/2023 21.12.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlu, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Balakən Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola ona əlavə edilmiş sənədlərlə birlikdə baxaraq müəyyənetdim Balakən Rayon İcra və Probasiya Şöbəsi tərəfindən ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur ki, o, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 2(008)-1367/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədi üzrə yaranmış 2262 manat aliment borcunu ödəməkdən imtina etmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Şəxs aliment borcunun ödənməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, Şəxs barəsində Balakən rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə görə bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: - protokolun tərtib edildiyi tarix və yer; - protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; - barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi - inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; - inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; - olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; - barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; -inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; -inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; - inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. İş materiallarından görünür ki, Balakən Rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxs barəsində tərtib edilmiş 21 dekabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol düzgün tərtib edilməmişdir. Belə ki, tərtib edilmiş protokoldan da görünür ki, inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin soyadı, adı, atasının adı, vətəndaşlığı,doğulduğu tarix, şəxsiyyətini təsdiq edən sənədin seriyası və nömrəsi göstərilməlidir. Lakin Şəxs barəsində tərtib olunmuş 21 dekabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda onun vətəndaşlığı,şəxsiyyətini təsdiq edən sənədin seriyası və nömrəsi,habelə fərdi identifikasiya nömrəsi göstərilməmişdir. Bundan başqa “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən: 8.1.İcra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. 8.2. İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. 8.3. İcraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. 8.4. Əmlak tələbləri üzrə icra sənədinin icrasını təmin etmək məqsədi ilə icra məmuru borclunun əmlakını siyahıya alır və bu barədə icraata başlamaq haqqında qərarda müvafiq qeyd aparır. 8.5. Tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər. İş materiallarında “icraata başlamaq haqqında” qərarın surətinin borcluya təqdim edilməsi müəyyən edilmir. Tələbin könüllü icrası barədə bildirişin işə əlavə edilmiş surətinin sonunda isə bildirişin surətinin alınması qeyd edilsə də onun kim tərəfindən alındığı, nə vaxt alındığı məlum deyildir. Həmçinin inzibati xəta haqqında protokolda Şəxs 2262 manat aliment borcu olması qeyd edilsə də bu barədə heç bir sübut materiala əlavə edilməmişdir. İşdə olan "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli 75/4 nömrəli təklifdə borclu Şəxs "xxxx" MMC-də işlədiyi göstərilmiş və borclunun hər ay əmək haqqısından 70 faiz tutularaq tələbkarın hesabına ödənilməsinin təmin edilməsi, nəticəsi barədə Balakən rayon İcra və Probasiya Şöbəsinə məlumat verilməsi xahiş olunmuşdur. Lakin iş materiallarında həmin təklifin "xxxx" MMC-yə göndərilməsi (təqdim edilməsi) müəyyən edilmir. Materiala əlavə edilmiş xx.xx.2023-cü il tarixli arayışda borclu Şəxs 2520 manatın tələbkar X1 bank hesabına ödənilməsi qeyd edilmişdir. Ancaq arayışın hansı təşkilat, hansı vəzifəli şəxs tərəfindən verilməsi məlum deyildir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli “borclunun axtarışı haqqında” qərarda borclu Şəxs yaşayış yerini müəyyən etmək mümkün olmadığından onun barəsində axtarış elan edildiyi göstərilmişdir. Halbuki Balakən rayon İcra və Probasiya Şöbəsinin özünün təqdim etdiyi sənədlərdən görünür ki, Əliyev X2 şəhəri Y.Nuruşov küçəsi 15-də yaşayır və "xxxx" MMC-də işləyir. Həmin qərarın Balakən Rayon Polis Şöbəsinə göndərilməsi barədə sənəd də iş materiallarına əlavə edilməmişdir. Göründüyü kimi Şəxs barəsində əsas olmadan, formal olaraq axtarış elan edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd edilənlərə əsasən hesab edirəm ki, inzibati xəta haqqında protokol düzgün tərtib edilmədiyindən və materiallar natamam olmaqla işə baxılarkən tamamlamaq mümkün olmadığından Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş Balakən rayon İcra və Probasiya Şöbəsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddələrini rəhbər tutub qəraraaldım: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş Balakən Rayon İcra və Probasiya Şöbəsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(019)-552/2023
Balakən Rayon Məhkəməsi Qərardad — İş №3(019)-552/2023
21.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver