Məhkəmə qərarları › İş №3(019)-56/2023

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-56/2023

10.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-56/2023 10.03.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, inzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis Şöbəsinin (bundan sonra Balakən RPŞ) İTB-nin sahə rəisi Nümayəndə, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1973-cü ildə Balakən rayonu Şərif kəndində anadan olmuş, orta təhsilli, subay, işləməyən, Balakən rayonu Şərif kəndində qeydiyyatda və Balakən rayonu Qaysa kəndində yaşayan- Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 157-ci maddəsilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Balakən Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdim: Şəxs xx.xx.2023-cü il tarixdə saat 12.30 radələrində Balakən rayonu Şərif kəndində X2 döyməklə ona qəsdən fiziki ağrı yetirmişdir. Bununla bağlı Şəxs barəsində barəsində Balakən RPŞ-nin İTB-nin sahə rəisi Nümayəndə tərəfindən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə xx.xx.2023cü il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol tərtib edilib, inzibati xəta haqqında iş üzrə icraat başlanaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək, izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə aralarında torpaq mübahisəsi vardır və həmin mübahisə ilə bağlı mülki iş Balakən Rayon Məhkəməsinin icraatındadır. xx.xx.2023-cü il tarixdə saat 12.30 radələrində torpaq mübahisəsi ilə bağlı mütəxəssis GPS cihazı ilə torpaq sahəsini ölçərkən Zenfirə ora gəlmiş, onu söyərək təhqir etmiş, onu vurmağa çalışmışdır. O isə Zeynfirəni döyməmiş, vurmamış, Zeynfirə onu vurmasın deyə onun qolunu tutmuş, sonra isə qolunu buraxmışdır. Onun heç bir təqsiri yoxdur. İşin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Şəxs onun qaynıdır və onunla Şəxs arasında torpaq mübahisəsi vardır. Hazırda torpaq mübahisəsi ilə bağlı mülki iş Balakən Rayon Məhkəməsinin icraatındadır. xx.xx.2023-cü il tarixdə saat 12.30 radələrində torpaq mübahisəsi ilə bağlı mütəxəssis GPS cihazı ilə torpaq sahəsini ölçərkən Şəxs yumruqla iki dəfə onun sifətinə, bir dəfə isə başına vurmuş və ona fiziki ağrı yetirmişdir. Bu hal şahidlərin izahatları, ekspertiza rəyi və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarla da təsdiq olunur. Hazırki iş üzrə qanuni qərarın qəbul olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid izahatında xx.xx.2023-cü il tarixdə saat 12.30 radələrində mütəxəssislərin torpaq sahəsini ölçmək üçün gəldikləri zaman hadisə yerində olduğunu, hadisə vaxtı Şəxs X1 arasında mübahisənin yarandığını, mübahisə zamanı Şəxs yumruqla iki dəfə Zərərçəkmiş şəxs sifətinə, bir dəfə isə başına vurduğunu, torpaq şöbəsinin tanımadığı əməkdaşlarının Şəxs sakitləşdirərək özü ilə apardıqlarını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında 23 yanvar 2023-cü il tarixdə saat 12.30 radələrində Eldar adlı mütəxəssisin Şəxsla Zərərçəkmiş şəxs mübahisəli torpaq sahəsini ölçməyə gəldiyini, bu zaman Zərərçəkmiş şəxs gəldiyini və Zenfiranın İsmayılı söyüb təhqir etdiyini, onun sifətini isə dırnağı ilə cırmaqladığını, onu da təhqir etdiyini, sonra hadisə yerindən çıxıb getdiyini və X9 Qıstarova arasında nə baş verdiyini bilmədiyini, onların arasında mübahisənin baş verdiyini eşitdiyini, lakin Şəxs mübahisə zamanı Zenfirənin sifətinə və başına yumruqla vurub-vurmadığını görmədiyini və bilmədiyini qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 izahatında xx.xx.2023-cü il tarixdə saat 12.30 radələrində onun həyətində olduğunu, Şəxsla Zərərçəkmiş şəxs arasında baş vermiş mübahisəni və onların bir-birini vurub-vurmadığını görmədiyini, Şəxs Zərərçəkmiş şəxs vurmadığını ehtimal etdiyini bildirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən RPŞ-nin İTB-nin sahə rəisi Əliyev X6 İsmayıl Səidoviçin Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi nəticəsinə gəlindiyi üçün Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edərək, İXM-nin 157-ci maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başladığını, Şəxs İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinin iş materialları ilə təsdiq olunduğunu bildirərək, Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İşdə olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 22 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs müəyyən edilmiş xəsarətlər-sağ alında qanır, aşağı sağ ənsədə şişkinlik –küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2023-cü il tarixdə yumruq zərbəsi ilə vurulmaqla əmələ gələ bilərdilər, birlikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. İşdə olan Balakən RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X7 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Balakən rayonu Şərif kənd sakinləri X4, Zərərçəkmiş şəxs və Şəxs Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə və Balakən RPŞ-nin Qabaqçöl PB-yə ərizə ilə qarşılıqlı münasibətləri əsasında toplanmış NK-1-10 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surətinin Balakən rayonu Şərif kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci (döymə) maddəsinin tərkib əlamətləri olduğundan sonuncunun qeyd edilən maddə əsasında inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün Balakən RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmış, Balakən rayonu Şərif kənd sakini Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci (döymə) maddəsi əsasında inzibati icraatın açılmasından imtina edilmiş, toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi əsasında cinayət işinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs Şəxs tərəfindən, İsmayıl Zərərçəkmiş şəxs Qıstarova tərəfindən təhqir olunması ilə bağlı aidiyyəti üzrə Balakən Rayon Məhkəməsinə müraciət etmək hüquqlarının olması izah edilmişdir. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati məsuliyyət nəzərdə tutur. Bununla bağlı məhkəmə qeyd edir ki, həmin inzibati xətanın obyekti insanın fiziki toxunulmazlığını və onun sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. İnzibati xətanın obyektiv cəhəti döymə və ya sair zorakı hərəkətlərlə fiziki ağrı yetirmədən ibarətdir. Döymə sağlamlığa vurulan zərərin ayrıca, xüsusi bir növünü təşkil etmir. Döymə, dəfələrlə, çoxlu zərbələrin yetirilməsi ilə xarakterizə olunur. İXM-nin 157-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan sair zorakı hərəkətlər dedikdə, zərərçəkmiş şəxsə tək-tək zərbələrin vurulması, onun çimdiklənməsi, qolunun burulması, badalaq verilərək yıxılması, müxtəlif əşyalardan, habelə bitki (məsələn gicitikanlardan, tikanlı bitkilərdən və s.) və heyvanlardan (itdən, arıdan və s.) istifadə etməklə ona qarşı digər ağrıverici hərəkətlər edilməsi başa düşülür. Döymə və ya sair zorakı hərəkətlər yalnız fiziki ağrı verdikdə, göstərilən maddə üzrə məsuliyyət yaranır. Bu inzibati xətanın subyektiv cəhəti həm birbaşa, həm də dolayı qəsddən ibarətdir. Döymə və sair zorakı hərəkətlər törətmənin məqsədi fiziki ağrı yetirməkdən ibarətdir. İşdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə Şəxs izahatında xx.xx.2023-cü il tarixdə saat 12.30 radələrində aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs vurmadığı, döymədiyi barədə bildirdiklərinə hüquqi qiymət verərək hesab edir ki, bu məlumatlar işdəki mötəbər sübutlarla təkzib olunduğu üçün özünümüdafiə kimi qiymətləndirilməlidir. Belə ki, 23 yanvar 2023-cü il tarixdə saat 12.30 radələrində Şəxs Zərərçəkmiş şəxs döyməsi Zərərçəkmiş şəxs izahatı, hadisəni bilavasitə görən Şahid izahatı, məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 22 nömrəli rəyi, Balakən RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X7 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarı və sair sübutlarla tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə ilk dəfə inzibati xəta törətməsini Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İş materialları ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, ilk dəfə inzibati xəta törətməsi kimi məsuliyyətini yüngülləşdirilən halı, məsuliyyətini ağırlaşdıran halların olmamasını və əmlak vəziyyətini nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tənbehinin tətbiq edilməsini əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar