Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-57/2023 08.02.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlu, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, inzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis Şöbəsinin (bundan sonra Balakən RPŞ) İTB-nin sahə rəisi X1, zərərçəkmiş şəxs X2, müdafiəçi- Balakən rayon Vəkil Bürosunun vəkili X7, və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1981-ci ildə Laçın rayonu Çıraqlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, inzibati məsuliyyətə cəlb olunmuş, ünvan 1 ünvanda daimi yaşayan- Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 227-ci maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs xx.xx.2023-cü il tarixdə Balakən rayonu Tülü kənd sakini X2 yaşadığı evin həyətində doğranmış quru odunları oğurlayaq ona 20 manat maddi ziyan vurmuşdur. Bu barədə Balakən RPŞ-nin İTB-nin sahə rəisi X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-cu maddəsilə xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* №-li inzibati xəta haqqında protokol tərtib edilib, inzibati xəta haqqında iş üzrə icraat başlanaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək, izahatında göstərdi ki, 2022-ci ilin sentyabr aylarında X6 onun həyətinə gəlib ev quşu aldığı üçün aralarında münasibətlər yaranmış, daha sonra onun ailə üzüvlərilə və Eminat Sabirovanın bir-birinin evinə gediş-gəlişləri yaranmışdır. O, tanıdığı şəxslərin həyətində ailə üzvləri ilə birlikdə fındıq yığmağa getdikləri vaxt Eminat Sabirovanı aparıb gündəlik pulunu vermişdir. Təxminən bir neçə ay keçdikdən sonra Eminat Sabirova həyətindən bir ədəd tomat bankası, iki ədəd çarpayı üzlüyü və bir ədəd 700 qram banka oğurlandığı barədə polis şöbəsinə müraciət etmiş, daha sonra Eminat Sabirovanın həyətindən oğurlanmış qeyd olunan əşyaları bazardan alıb verdikdən sonra Eminat təkrarən ona qarşı şikayətinin olması barədə polis şöbəsinə ərizə ilə müraciət etmiş, həmin vaxtdan sonra Eminat ilə aralarında münasibətləri soyumuşdur. xx.xx.2023cü il tarixdə, xx.xx.2023-cü il tarixə keçən gecə saat 03 radələrində yaşadığı evdə odun bitdiyi üçün Eminat Sabirovanın yaşadığı həyətinə getmiş, Eminat Sabirova həyətinə yığdığı odunlardan müəyyən qədərini oğurlayıb yaşadığı evinə gətirmiş, həmin oğurladığı quru odunları odun sobasına atıb yandırmışdır. xx.xx.2023-cü il tarixdə saat 15 radələrində polis əməkdaşları onun yaşadığı evinə gəlib, Eminat Sabirovanın həyətindən quru odunları oğurladığı barədə 102 xidmətinə müraciət etdiyini və izahat vermək üçün polis şöbəsinə gəlməyini demiş, o, polis əməkdaşları ilə polis şöbəsinə getmişdir. Əməlindən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir.Barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahatında təxminən bir il bundan əvvəl bir neçə dəfə həmkəndlisi Ramil adlı şəxsdən ev quşu toyuq aldığını, həmin vaxtdan sonra Ramil və ailəsi ilə aralarında münasibətlərinin yarandığını və bu səbəbdən Ramil ailəsi ilə birlikdə onun evinə gəlib getməyə başladıqlarını, təxminən bir neçə ay bundan əvvəl həyətində əkdiyini ərik və gilas ağaclarının quruyub yerə yıxıldığı üçün balta ilə kəsib odun formasında qışa tədarük üçün doğrayıb həyətinə yığdığını, bir neçə dəfə Ramilin onun həyətinə girib odunlar oğurladığını və yaşadığı evin pəncərəsini döyüb həyətindən qaçdığını gördüyü üçün polisə müraciət etmədiyini, daha sonra Ramil oğurladığı əşyaları təkrarən ona geri gətirib qaytardığı üçün şikayətinin olması barədə təkrarən polis şöbəsinə ərizə verdiyini, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə saatlarında Ramil evinin pəncərəsi döyüb onu narahat etdikdən sonra həyətindən qaçıb getdiyini gördüyünü, qaranlıq olduğu üçün qorxub həyətə çıxmadığını, xx.xx.2023-cü il tarixdə səhər saatlarında yuxudan oyanıb iş görümək üçün yaşadığı evin həyətinə çıxdığını, həmin vaxt həyətinə yığdığı quru odunların bir hissəsinin oğurlandığını gördüyünü, oğurlanmış quru odunlardan qalan hissəsini yaşadığı evin giriş tərəfində bir kənara yığdığını, sonra DİN-nin 102 xidmətinə zəng vurub oğurluq hadisəsi olması və evinin pəncərisi naməlum şəxslər döyüb narahat olunması barədə məlumat verdiyini, daha sonra hadisə yerində polis əməkdaşları gəlib oğurluq olan yerə baxış keçirdiklərini, baş vermiş oğurluq hadisəsi ilə əlaqədar olaraq ona 20 manat maddi ziyan dəydiyini göstərmiş, Şəxse heç nə tələb etmədiyini bildirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən RPŞ-nin İTBnin sahə rəisi X5, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməsi nəticəsinə gəlindiyi üçün Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edərək, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başladığını, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsinin iş materialları ilə təsdiq olunduğunu bildirərək, Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Balakən RPŞ-nin Təhqiqat Qrupunun təhqiqatçısı, polis baş leytenantı, X8 01 fevral 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Balakən rayon Tülü kənd sakini X2 Azərbaycan Respublikası DlN-in 102 xidmətinə və Balakən RPŞ-yə etdiyi müraciəti əsasında toplanmış materialda cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində İXM-nin 227-ci maddəsinin tərkib əlamətləri olduğundan, həmin şəxsin qeyd edilən maddə ilə inzibati məsuliyyətə cəlb olunması məsələsinə baxılması üçün qəbul edilmiş qərarın surəti Balakən RPŞ-nin X4, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Balakən rayon prokuroruna, X3 göndərilmişdir. İş materiallarından görünür ki, xx.xx.2003-cü il tarixdə doğulmuş X10 və xx.xx.2022-ci il tarixdə doğulmuş X11 olmaqla Şəxs Məhiyəddin oğlunun himayəsində bir yetkinlik yaşına çatmayan uşaq və bir azyaşlı uşaq vardır. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamalığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadəvə ya dələduzluq yolu ilə özgənin əmlakını talamağa görə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını müəyyən edib, işdəki sübutları yuxarıda göstərilən qanun normalarına uyğun hüquqi cəhətdən dəyərləndirərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXMnin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməlidir və onun əməl İXM-nin 227-ci maddəsilə düzgün tövsif edilmişdir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur və Şəxs barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin sanksiyasında yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və üç ayadək müddətə inzibati inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsində inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1-1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. İnzibati xəta törətməsindən səmimi peşmançılığını və himayəsində bir yetkinlik yaşına çatmayan uşaq və bir azyaşlı uşağın olmasını Şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alıram. İş materiallarına əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş xətanın xarakterini, inzibati xəta törədən Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, inzibati xəta törətməsindən səmimi peşmançılığı, himayəsində bir yetkinlik yaşına çatmayan uşağın və bir azyaşlı uşağın olması kimi məsuliyyətini yüngülləşdirilən halları və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun barəsində ictimai işlər növündə inzibati tənbehin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili X14 hazırki inzibati xəta haqqında iş üzrə Şəxs hüquqlarının müdafiəsinə 2 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının İXM-nin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də hesab edirəm ki, Şəxs göstərilən hüquqi yardımla bağlı müdafiəçi X9 ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X15 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına 12 manat köçürülməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikasının İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 112-113, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və barəsində 200 (iki yüz) saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Şəxs göstərilən hüquqi yardımla bağlı müdafiəçi X9 ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X15 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına 12 manat köçürülsün. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-57/2023
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-57/2023
08.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver