Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 3(019)-57/2025 30.01.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızı, Şəxs inzibati qaydada tutulması barədə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları N nömrəli hərbi hissəsindən daxil olmuş inzibati xəta haqqında material üzrə işin baxılmağa hazırlanması zamanı M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları N nömrəli hərbi hissəsi xx.xx.2025-ci il tarixdə müraciət edərək 28.01 2025-ci il tarixdə saat 13:00 radələrində N nömrəli hərbi hissənin 6-cı sərhəd zastavasının xidməti ərazisindən qeyri qanuni yolla Gürcüstan istiqamətindən Azərbaycan Respublikası ərazisinə keçərkən saxlanılmış Pakistan İslam Respublikası vətəndaşı Şəxs şəxsiyyətini təsdiq edən sənədinin olmadığına görə onun inzibati qaydada tutulması məsələsinə baxılması xahiş edilmişdir. İnzibati xəta haqqında material üzrə işin baxılmağa hazırlanması zamanı müəyyən edilmişdir ki, inzibati xəta haqqında material Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları N nömrəli hərbi hərbi hissəsinə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 89.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin inzibati qaydada tutulması, bu Məcəllənin 89.2 – 89.4-cü maddələri istisna olunmaqla, üç saatdan çox ola bilməz. 89.2-ci maddəsinə əsasən sərhəd rejimini, sərhədboyu (sərhədboyu zolaq) rejimini və ya Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqələrində rejimi pozduğuna, avaralıqla məşğul olduğuna, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında qanunsuz qalmalarına, habelə ölkədə olma qaydalarını pozmalarına görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs törətdiyi xətanın hallarını, habelə onun şəxsiyyətini müəyyən etmək üçün, yaxud əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma haqqında qərarın icrasından boyun qaçırdıqda və ya belə boyun qaçırmanı ehtimal etməyə kifayət qədər əsaslar olduqda inzibati qaydada tutma 24 saatadək müddətə və ya inzibati xəta törədənin şəxsiyyətini təsdiq edən sənədlər olmadıqda, hakimin qərarı ilə üç günədək müddətə tutula bilər. 570.1-ci maddəsində sərhədboyu zonaya daxilolma və ya orada yaşama qaydalarının pozulmasına görə, həmin Məcəllənin 570.2-ci maddəsində sərhədboyu zolağa icazəsiz daxil olmağa, sərhədboyu zolaqda və bilavasitə dövlət sərhədinin yaxınlığında icazə olmadan və ya belə icazə olduqda, lakin müəyyən edilmiş qaydaları pozmaqla təsərrüfat və digər işlərin aparılmasına, mal-qaranın saxlanılmasına və otarılmasına, kütləvi-ictimai tədbirlərin keçirilməsinə görə inzibati məsuliyyət nəzərdə tululmuşdur. 109.1.6-cı maddəsinə görə protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. İnzibati xəta haqqında materiala əlavə edilmiş Şəxs məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Şəxs Pakistan İslam Respublikasının vətəndaşıdır. Ata adı - X1, doğum tarixi - xx.xx.1995. Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti - xx.xx.2018xx.xx.2028. Göründüyü kimi, iş materiallarında Pakistan İslam Respublikasının vətəndaşı Şəxs şəxsiyyətini təsdiq edən sənəd mövcuddur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada tutulması barədə daxil olmuş inzibati xəta haqqında material Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları N nömrəli hərbi hərbi hissəsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair» 3 may 2019-cu il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 89 və 109-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: Şəxs inzibati qaydada tutulması barədə daxil olmuş inzibati xəta haqqında material Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları N nömrəli hərbi hərbi hissəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Arifə Cəfərova
Məhkəmə qərarları › İş №3(019)-57/2025
Balakən Rayon Məhkəməsi Qərardad — İş №3(019)-57/2025
30.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver