Məhkəmə qərarları › İş №3(019)-58/2024

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-58/2024

21.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-58/2024 21.02.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X9 katibliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin nümayəndələri Nümayəndə2 və Nümayəndə1, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X3 nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, X3 Azərbaycan Respublikasının X4 Bakı Regional Bölməsinin xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli, xx.xx.2023cü il tarixli MN seriyalı ******* nömrəli və xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli qərarlarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: X10 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası X4 Bakı Regional Bölməsinin xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli,xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli və xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli qərarlarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Balakən Rayon Məhkəməsi tərəfindən X3 barəsində Azərbaycan Respublikasının X4 Bakı Regional Bölməsinin xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli və xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli qərarlarından verdiyi şikayətlər üzrə işlər 3(019)-437/2023 nömrəsi altında bir icraatda birləşdirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X10 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası X4 Bakı Regional Bölməsinin xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli qərarı tamamilə qanunsuzdur və bu səbəbdən ləğv edilməlidir. İşin halları barədə məlumat verərək bildirir ki, əsas sahibkarlıq fəaliyyəti xarici ölkələrdən meyvə və tərəvəz kimi qida məhsullarının idxal edilməsi və ölkə daxilində satışının həyata keçirilməsi ilə bağlıdır. Bu məqsədlə Türkiyə Respublikasından əlavə olaraq idxal etdiyi 21300 kq limon məhsuluna da qida təhülkəsizliyi sertifikatının verilməsi məqsədilə tərəfindən AR AQTA-nə xx.xx.2023-cü il tarixli İD ********** nömrəli müraciət göndərilmişdi. Lakin aparılmış laboratoriya analizlərinin nəticəsinə əsasən məhsulda xəstəliyin aşkar edilməsi səbəbindən ona da sertifikatın verilməsindən imtina edilmişdir. Daha sonra AR AQTA-nın Bakı Regional Bölməsinin xx.xx.2023-cü il tarixli 234\FN nömrəli qərarına əsasən Agentliyin əməkdaşlarının iştirakı ilə limon məhsullarının ölkədən çıxarılması, bu mümkün olmadıqda isə onların məhv edilməsi ondan tələb edilmişdir. Ümumiyyətlə, Bakı Regional Bölməsinin qanunazidd hərəkətləri nəticəsində məhsullar öz əmtəə görünüşünü və istehlak xassələrini itirmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 iyul tarixli 302 nömrəli qərarı ilə təsdiq edilmiş " Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydalarının " 2.22-ci bəndinə və " Lisenziyalar və icazələr haqqında "qanunun 19.9-cu maddəsinə əsasən ərizə qeydiyyat alındığı vaxtdan 7 iş günü ərzində məhsullara sertifikatın verilməsi və ona verilməsindən imtina barədə qərar qəbul edilməlidir. Lakin hazırki məhsullarla bağlı müraciətinə baxılarkən həmin müddət gözlənilməmiş, süründürməçilik hallarına yol verilmiş, mallardan gec müddətdə nümunə götürülmüş və nəticədə tez xarab olan məhsullar olduğu üçün bu mallar öz istehlak xassəsini, habelə əmtəə görünüşünü itirmiş və ona maddi zərər dəymişdi. Bu səbəbdən AR AQTA-nın Bakı Regional Bölməsinin xx.xx.2023-cü il tarixli 234VFN nömrəli qərarının ləğv edilməsi barədə Agentliyə inzibati şikayət təqdim etsə də, obyektiv və ədalətli araşdırma aparılmamış və şikayəti təmin edilməmişdir. Bununla yanaşı barəsində xx.xx.2023-cü il tarixli 234/FN nömrəli qərar qəbul edilmiş məhsulların öz istehlak xassəsini itirmiş vəziyyətdə anbarda saxlanılması barədə Agentliyə dəfələrlə yazılı və şifahi məlumat təqdim edilmişdir. Bu məhsullar yararsız hala düşdüyü üçün onların ölkədən çıxarılması gömrük qanunvericiliyinə uyğun olaraq mümkün olmamışdır. Digər tərəfdən məhsulların Satıcısı məhsullara dair Türkiyə Respublikasının səlahiyyətli dövlət orqanları tərəfindən sağlamlıq sertifikatının verildiyini və məhsulların yararsız olmadığını bildirirək onları geri almaqdan imtina etmişdir. Bu səbəbdən həmin məhsulların məhv edilməsi prosesinə başlanılmışdır. Məhsulların məhv edilməsi prosesində iştirak etmək üçün tərəfindən Agentliyə müraciət edilsə də, bu məqsədlə hər hansı əməkdaş ayrılmamışdır. Məhsulların xarab olması digər sağlam məhsulların da sıradan çıxmasına səbəb olması və anbarda lüzumsuz olaraq yer zəbt etməsi səbəbindən 21300 kq limon məhsulunun məhv edilməsi həyata keçirilmişdir. Bu məqsədlə məhsulların məhv edilməsi fəaliyyətini həyata keçirən ixtisaslaşdırılmış müəsissə "xxxx" MMC-yə müraciət edilmişdir. Yararsız məhsullar həmin ərazidə tullantıların daşınmasını fəaliyyətini həyata keçirən fərdi sahibkar Abdulov Cəmilə məxsus nəqliyyat vasitəsilə daşınaraq ixtisaslaşdırılmış müəssisəyə təhvil verilmişdir. Həmin müəssisə tərəfindən də məhsullar Sumqayıt şəhər zərərsizləşdirmə poliqonunda basdırılma yolu ilə məhv edilmişdir. Bu barədə xx.xx.2023-cü il tarixli Akt və Arayış tərtib edilmişdir. Buna baxmayaraq barəsində qanunsuz protokol tərtib edilmişdir. Protokolların surətini əldə etdikdən dərhal sonra Agentliyə xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli yazılı şikayətlər göndərmiş, habelə nümayəndəsi tərəfindən inzibati xətaya dair işə baxılmasında iştirak etməklə xx.xx.2023-cü il tarixli yazılı izahatlar təqdim edilmişdir. Daha sonra səbəbsiz və əsassız olaraq barəsində AR X4 Bakı Regional Bölməsi tərəfindən xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli qərar qəbul edilmişdir. Qərar AR İXM- nin 447.0.4-cü maddəsinə istinad edilməklə qəbul edilmişdir. Belə ki, AR İXM-nin 447.0.4-cü maddəsinə əsasən inzibati məsuliyyət məhz qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə yaranır. Hazırki halda mallar tamamilə yararsız vəziyyətə düşüdüyü, istehlak xassəsini itirdiyi, onlar məhv edildiyi üçün bu məhsulların satışı fiziki olaraq mümkün deyildir. Bu faktla bağlı inzibati xəta haqqında protokolların tərtib edilməsi isə ümumiyyətlə, sağlam məntiqə sığmır. Aydın olduğu kimi AR X4 Bakı Regional Bölməsinin xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli qərarı tamamilə qanunsuzdur və qərəzli olaraq tərtib edilmişdir. Bundan əlavə tərəfindən guya xx.xx.2023-cü il tarixli 234\FN nömrəli qərarın icra edilməməsi ilə bağlı AR İXM-nin 544.2cü maddəsi üzrə barəsində qanunsuz olaraq xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdi. Protokolların surətini əldə etdikdən dərhal sonra Agentliyə xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli yazılı şikayətlər göndərmiş, habelə nümayəndəsi tərəfindən inzibati xətaya dair işə baxılmasında iştirak etməklə xx.xx.2023-cü il tarixli yazılı izahatlar təqdim edilmişdi. Daha sonra səbəbsiz və əsassız olaraq barəsində AR X4 Bakı Regional Bölməsi tərəfindən xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli qərar qəbul edilmişdi. Belə ki, xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli qərar AR İXM-nin 544.2-ci maddəsinə istinad edilməklə qəbul edilmişdir. Belə ki, AR İXM-nin 544.2-cü maddəsinə əsasən inzibati məsuliyyət məhz istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə yaranır. Hazırki halda bu inzibati xətanın tərkib hissəsi mövcud deyildi. Çünki barəsində xx.xx.2023-cü il tarixli 234\FN nömrəli qərar qəbul edilmiş 21300 kq limon məhsulu ixtisaslaşdırılmış müəssisə tərəfindən artıq məhv edilmiş, bu barədə müvafiq sənədlər tərtib edilmiş və hazırki şikayətə də əlavə edilmişdi. Belə olan halda AR İXM-nin 544.2-ci maddəsi ilə müəyyən edilmiş xətanın törədilməsinin iddia edilməsi tamamilə əsassızdır və absurddur. Aydın olduğu kimi AR X4 Bakı Regional Bölməsinin xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli qərarı tamamilə qanunsuzdur və qərəzli olaraq tərtib edilmişdir. Eyni zamanda AR X4 Bakı Regional Bölməsinin xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli qərara əsasən barəsində inzibati cərimə tətbiq edilmişdir. İşin halları barədə məlumat verərək bildirir ki, əsas sahibkarlıq fəaliyyəti xarici ölkələrdən meyvə və tərəvəz kimi qida məhsullarının idxal edilməsi və ölkə daxilində satışının həyata keçirilməsi ilə bağlıdır.Bu məqsədlə Türkiyə Respublikasından idxal etdiyim limon və qreypfrut məhsuluna qida təhlükəsizliyi sertifikatının verilməsi məqsədilə tərəfindən AR AQTA-nə xx.xx.2023-cü il tarixli İD ********** nömrəli müraciət göndərilmişdi. Lakin aparılmış laboratoriya analizlərinin nəticəsinə əsasən limon məhsuluna sertifikat verilmiş, digər məhsul - 3850 kq qreypfrut məshulunda isə xəstəliyin aşkar edilməsi səbəbindən ona sertifikatın verilməsindən imtina edilmişdi. Daha sonra AR AQTA-nın Bakı Regional Bölməsinin xx.xx.2023-cü il tarixli 225\FN nömrəli qərarına əsasən Agentliyin əməkdaşlarının iştirakı ilə qreypfrut məhsullarının ölkədən çıxarılması, bu mümkün olmadıqda isə onların məhv edilməsi ondan tələb edilmişdi. Ümumiyyətlə, Bakı Regional Bölməsinin qanuna zidd hərəkətləri nəticəsində məhsullar öz əmtəə görünüşünü və istehlak xassələrini itirmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 iyul tarixli 302 nömrəli qərarı ilə təsdiq edilmiş " Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydalarının " 2.22-ci bəndinə və " Lisenziyalar və icazələr haqqında "qanunun 19.9-cu maddəsinə əsasən ərizə qeydiyyat alındığı vaxtdan 7 iş günü ərzində məhsullara sertifikatın verilməsi və ona verilməsindən imtina barədə qərar qəbul edilməlidir. Lakin hazırki məhsullarla bağlı müraciətinə baxılarkən həmin müddət gözlənilməmiş, süründürməçilik hallarına yol verilmiş, mallardan gec müddətdə nümunə götürülmüş və nəticədə tez xarab olan məhsullar olduğu üçün bu mallar öz istehlak xassəsini, habelə əmtəə görünüşünü itirmiş və ona maddi zərər dəymişdir Bu səbəbdən AR AQTA-nın Bakı Regional Bölməsinin xx.xx.2023-cü il tarixli 225\FN nömrəli qərarının ləğv edilməsi barədə Agentliyə inzibati şikayət təqdim etsə də obyektiv və ədalətli araşdırma aparılmamış və şikayəti təmin edilməmişdir. Bununla yanaşı barəsində xx.xx.2023-cü il tarixli 225\FN nömrəli qərar qəbul edilmiş məhsulların öz istehlak xassəsini itirmiş vəziyyətdə anbarda saxlanılması barədə Agentliyə dəfələrlə yazılı və şifahi məlumat təqdim edilmişdir. Bu məhsullar yararsız hala düşdüyü üçün onların ölkədən çıxarılması gömrük qanunvericiliyinə uyğun olaraq mümkün olmamışdır. Digər tərəfdən məhsulların Satıcısı məhsullara dair Türkiyə Respublikasının səlahiyyətli dövlət orqanları tərəfindən sağlamlıq sertifikatının verildiyini və məhsulların yararsız olmadığını bildirirək, onları geri almaqdan imtina etmişdi. Bu səbəbdən həmin məhsulların məhv edilməsi prosesinə başlanılmışdır. Məhsulların məhv edilməsi prosesində iştirak etmək üçün tərəfindən Agentliyə müraciət edilsə də, bu məqsədlə hər hansı əməkdaş ayrılmamışdır. Buna baxmayaraq barəsində qanunsuz protokol tərtib edilmişdir. Protokolların surətini əldə etdikdən dərhal sonra Agentliyə xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli yazılı şikayətlər göndərmiş, habelə nümayəndəsi tərəfindən inzibati xətaya dair işə baxılmasında iştirak etməklə xx.xx.2023-cü il tarixli yazılı izahatlar təqdim edilmişdir.Çoxsaylı müraciətlərindən sonra xx.xx.2023-cü il tarixində günün ikinci yarısında Bakı Regional Bölməsinin iki əməkdaşı tərəfindən barəsində xx.xx.2023-cü il tarixli 225\FN nömrəli qərar qəbul edilmiş, qreypfrut məhsuluna baxış keçirilmişdir. Məhsulların tamamilə yararsız vəziyyətdə anbarda saxlanıldığı, belə halda olan məhsulların təcili şəkildə məhv edilməli olduğu baxış zamanı müəyyən edilmişdir. Baxış barədə iştirakçılar tərəfindən xx.xx.2023cü il tarixli akt tərtib edilmiş, mallar qoruyucu lentlərlə mühafizəyə alınmış və foto-video görüntülər qeydə alınmışdır. Lakin həmin məhsulların məhv edilməsində iştirak etmək üçün bu günədək Agentliyin hər hansı nümayəndəsinin iştirakı təmin edilmir. Daha sonra səbəbsiz və əsassız olaraq barəsində AR X4 Bakı Regional Bölməsi tərəfindən xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli qərar qəbul edilmişdir. Qərar AR İXM- nin 447.0.4-cü maddəsinə istinad edilməklə qəbul edilmişdir. Belə ki, AR İXM-nin 447.0.4-cü maddəsinə əsasən inzibati məsuliyyət məhz qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə xidmətlərin göstərilməsinə görə yaranır.Hazırki halda mallar tamamilə yararsız vəziyyətə düşüdüyü, istehlak xassəsini itirdiyi, Agentliyin təqsirindən anbarda hazıradək yararsız vəziyyətdə saxlandığı üçün bu məhsulların satışı fiziki olaraq mümkün deyildir. AR X4 Bakı Regional Bölməsinin xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli qərarı tamamilə qanunsuzdur və qərəzli olaraq tərtib edilmişdir. Eyni zamanda AR X4 Bakı Regional Bölməsinin xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli qərarına əsasən barəsində inzibati cərimə tətbiq edilmişdir. Yuxarıda göstərilən əsaslara görə AR AQTA-nın Bakı Regional Bölməsinin xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli qərarını qanunsuz və əsassız hesab edir. Səbəbsiz və əsassız olaraq barəsində AR X4 Bakı Regional Bölməsi tərəfindən xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli qərar qəbul edilmişdir. Belə ki, xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli qərar AR İXM-nin 544.2-ci maddəsinə istinad edilməklə qəbul edilmişdir. Belə ki, AR İXM-nin 544.2-cü maddəsinə əsasən inzibati məsuliyyət məhz istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə yaranır. Hazırki halda bu inzibati xətanın tərkib hissəsi mövcud deyildir. Çünki barəsində xx.xx.2023-cü il tarixli 225\FN nömrəli qərar qəbul edilmiş 3850 kq qreypfrut məhsulu Agentliyin əməkdaşları tərəfindən mühafizə lenti ilə nəzarətə götürüldüyü və onların məhv edilməsində Agentliyin əməkdaşları iştirak etmədiyi üçün anbarda yararsız vəziyyətdə hal-hazırda da qalmaqdadır. Belə olan halda AR İXM-nin 544.2-ci maddəsi ilə müəyyən edilmiş xətanın törədilməsinin iddia edilməsi tamamilə əsassızdır və absurddur. Aydın olduğu kimi AR X4 Bakı Regional Bölməsinin xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli qərarı tamamilə qanunsuzdur və qərəzli olaraq tərtib edilmişdir. Balakən Rayon Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli 3(019)-437/2023 nömrəli qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X3 şikayətinin təmin edilməsi, Azərbaycan Respublikasının X4 Bakı Regional Bölməsinin rəisi X12 X10 barəsində xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli və xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli qərarlarının ləğv edilməsi, X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü və 544.2-ci maddələri ilə başlanmış inzibati xətalar haqqında işlər üzrə icraata onun əməlində həmin inzibati xətaların tərkibi olmadığı üçün xitam verilməsi, X3 inzibati məsuliyyətdən azad edilməsi qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli 3(107)-18/2024 nömrəli qərarı ilə Azərbaycan Respublikası X4 Bakı Regional Bölməsi tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli 3(019)- 437/2023 nömrəli qərarı ləğv edilmiş, inzibati xəta haqqında qərar və materiallar üzrə olan inzibati xəta haqqında iş mahiyyəti üzrə yenidən araşdırılaraq baxılması üçün Balakən Rayon Məhkəməsinə qaytarılmışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında vaxtında məlumatlandırılmış barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X10 məhkəmə iclasına gəlməmişdir. Ona görə də hazırki işə inzibati tənbeh vermə haqqında iş üzrə qərar qəbul edilmiş X3 iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Belə ki, Azərbaycan Respublikası İXM-nin 133.2.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən fiziki şəxsin və hüquqi şəxsin nümayəndəsinin, habelə şikayətə və ya protestə baxılmada iştirak etmək üçün çağrılmış digər şəxslərin gəlib-gəlmədiyi müəyyən edilir.Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır,şikayətə və ya protestə həmin şəxslərin iştirakı olmadan baxılması məsələsi həll edilir,yaxud şikayətə və ya protestə baxılma təxirə salınır,şikayətə və ya protestə baxılma üçün vacib olan şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. Məhkəmə iclasında X3 nümayəndəsi-vəkili Vəkil şikayəti müdafiə edərək şikayətin məzmununa uyğun izahat verdi.O,əlavə olaraq göstərdi ki, məhsulların məhv edilməsi barədə məhkəməyə sadəcə arayış təqdim edilməsi məhsulların məhv edilməsi barədə akt, video görüntü və s.olmaması, məhsulların məhv edilməsi zamanı AQTA-nin nümayəndəsinin iştirakı barədə əvvəlcədən xəbərdarlıq edilməməsi,məhsulların məhv edilməsi barədə sənədlərdə məhsulun çəkisi ilə bağlı fərqli rəqəmlərin olması ilə bağlı bildirir ki, malların məhv edilməsi barədə arayış deyil, həm də ixtisaslı müəssisə olan "xxxx" MMC tərəfindən malların məhv edilməsi barədə xx.xx.2023-cü il tarixli və 03.102023-cü il tarixli aktlar da tərtib edilmiş və həmin aktlar məhkəməyə təqdim edilmişdi. Məhsulların məhv edilməsi barədə akt, video görüntü və s.olması,məhsulların məhv edilməsi zamanı AQTA-nin nümayəndəsinin iştirakı barədə əvvəlcədən xəbərdarlıq edilməməsi,məhsulların məhv edilməsi barədə sənədlərdə məhsulun çəkisi ilə bağlı fərqli rəqəmlərin olması ilə bağlı bildirir ki,məhsulların məhv edilməsi barədə akt, video görüntü və s.olması, məhsulların məhv edilməsi zamanı AQTA-nin nümayəndəsinin iştirakı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli 198 nömrəli qərarının 3.8-ci bəndində nəzərdə tutulmuşdur. Halbuki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 17 iyun tarixli 198 nömrəli Qərarı **********0198 nömrə ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən HÜQUQİ AKTİN HÜQUQİ AKTLARİN DÖVLƏT REYESTRİNDƏ qeydə alınaraq xx.xx.2023-cü il tarixindən etibarən hüquqi qüvvəyə minmişdi. Bu baxımdan nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 149.7-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Bununla yanaşı “ Normativ hüquqi aktlar haqqında ” Konstitusiya Qanununun 85.1ci maddəsinə əsasən qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir.X11 87.3-cü maddəsinə əsasən törədilməsi anında məsuliyyətə səbəb olmayan və ya daha yüngül məsuliyyətə səbəb olan əməllərə görə fiziki və hüquqi şəxslərin məsuliyyətinin yaranmasını və ya ağırlaşdırılmasını nəzərdə tutan normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilməsinə yol verilmir. Bu baxımdan nəzərə alınmalıdır ki, məhsulların məhv edilməsi barədə AQTA tərəfindən məhz xx.xx.2023-cü il tarixli 225\FN nömrəli və xx.xx.2023-cü il tarixli 234\FN nömrəli qərarlar qəbul edilmişdi. Başqa sözlə bu qərarlar AR NK-nin xx.xx.2023-cü il tarixli 198 nömrəli qərarı hüquqi qüvvəyə minməmişdən əvvəl qəbul edilmiş və buna görə “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmayan və (və ya) təhlükəli qida və yem məhsullarının geri çağırılması, yığışdırılması, utilizasiyası və məhv edilməsi Qaydasının tələbləri heç bir halda xx.xx.2023-cü il tarixli 225\FN nömrəli və xx.xx.2023-cü il tarixli 234\FN nömrəli qərarlara şamil edilə bilməz.Bununla yanaşı qeyd edir ki, xx.xx.2023-cü ii tarixli 225\FN nömrəli və xx.xx.2023-cü il tarixli 234\FN nömrəli qərarların icrasına məhz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 6 dekabr tarixli 542 nömrəli qərarı ilə təsdiq edilmiş “ Yoxlama və digər nəzarət tədbirləri çərçivəsində yoxlayıcı orqanlar tərəfindən fiziki və hüquqi şəxslərdən malların (məhsulların) götürülməsi, daşınması, saxlanması, zərərsizləşdirilməsi və ya məhv edilməsi QA Y D A S İ ”nin tələbləri tətbiq edilə bilər. Bəhs edilən Qaydanın 5.2-ci bəndinə əsasən malların məhv edilməsi onların yoxlayıcı orqan və ya onun qərarı ilə mal sahibi və yaxud onun səlahiyyətli nümayəndəsi tərəfindən bu məqsədlər üçün ayrılmış xüsusi yerlərə (yerlərdə) atılması, basdırılması, yandırılması və ya ixtisaslaşmış müəssisələrə təhvil verilməsi vasitəsilə həyata keçirilir. Aydın olduğu kimi malların məhv edilməsi üçün həmin malların ixtisaslaşmış müəssisələrə təhvil verilməsi kifayət edir və bu barədə hər hansı əlavə akt , videogörüntü və s. sənədlər tərtib edilməsi tələbi qanunvericiliklə nəzərdə tutulmur. Sözügedən Qaydada məhvetmə prosesi barədə AQTA-nın nümayəndəsinə əvvəlcədən hər hansı şifahi və yazılı məlumatın təqdim edilməsi öhdəliyi də müəyyən edilmir. Buna baxmayaraq tərəflərindən məhvetmə prosesi barədə AQTA-nın müxtəlif əməkdaşların çoxsaylı şifahi və yazılı müraciətlər edilmişdi. Lakin nümayəndə ayrılmamışdı. Buna cavab olaraq AQTA-nın xx.xx.2023-cü il tarixli 3-441/2-1-9775/23 nömrəli məktubu təqdim edilmiş,həmin məktubda məhvetmə prosesində iştirakdan imtina edilmişdir. Başqa sözlə desək , AQTA nümayəndələri məhvetmə prosesi barəsində əvvəlcədən xəbərdar edilsələr də, şüurlu surətdə proseslərdə iştirak etməmişlər.Eyni zamanda malların yerinin və qutusunun dəyişdirilməsi , tərtib edilmiş sənədlərdə rəqəmlər arasında ziddiyyətlərin mövcud olması ilə bağlı bildirir ki, vergi orqanının təqdim etdiyi xx.xx.2021-ci il tarixli **********0 nömrəli və xx.xx.2022-ci il tarixli********** nömrəli arayışlardan aydın göründüyü kimi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocasən yolu 57 ünvanında (Meyvəli Ticarət Mərkəzində) iki ədəd anbar ( meyvətərəvəzin pərakəndə satışı üçün adi anbar və Soyuducu kameralı anbar) Pirdas Mahmudovanın istifadəsindədir. İdxal etdiyi mallar təzə meyvə olduğu üçün onların soyuducu anbara aparmağı normal haldır və hər iki anbar ona məxsus olduğu üçün hər hansı mübahisə yarana bilməz, malların toxunulmazlığının pozulması hesab edilə bilməz. Bununla yanaşı qeyd edir ki, AQTA-nın xx.xx.2023-cü il tarixli 225\FN nömrəli və xx.xx.2023-cü il tarixli 234\FN nömrəli qərarlarına əsasən mallar məhv edilməlidir. Malların saxlandığı plastik qutular isə sahibkar olaraq onun mülkiyyətindədi və ondan öz mülahizəmə əsasən müstəqil qaydada istifadə edə bilər. Məhsullara toxunulmaması barədə aktlarda isə məhsulun qablarının toxunulmazlığı üzrə hər hansı öhdəlik müəyyən edilməmişdi. Yəni, bu məsələdə aydın olmayan hər hansı ziddiyyətli məqam yoxdur.Məhsulların kütləsinin azalması təbii prosesdi və bu itki normaları texniki reqlamentlərlə tənzimlənir. Bu baxımdan qeyd edir ki, AR İXM-nin 82-1.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə barəsində inzibati icraat aparılan fiziki və ya hüquqi şəxs, fiziki şəxsin müdafiəçisi və ya qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs və ya onun nümayəndəsi onların mənafelərinə xidmət edə biləcək halların müəyyən edilməsi üçün öz təşəbbüsləri ilə ekspertizanın aparılmasını sifariş vermək üçün özəl məhkəmə ekspertinə və ya məhkəmə ekspertizası idarəsinə rəsmi müraciət etmək hüququna malikdirlər. Həmin Məcəllənin 82-1.3-cü maddəsinə əsasən ekspert müqavilədə göstərilən müddətdə yazılı formada rəy verir. Ekspertiza aparmış ekspertlərin təqdim edilmiş rəyləri hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən materiallara əlavə edilir və digər sübutlarla yanaşı qiymətləndirilir.Bu baxımdan iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılması üçün tərəflərindən özəl ekspertə müraciət edilmiş və Azərbaycan Respublikası Xammal və X14 Birliyi tərəfindən xx.xx.2024-cü il tarixli 02 nömrəli ekspert rəyi təqdim edilmişdi. Həmin rəyə əsasən məhsulların təbii itki normaları müəyyən edilmiş və 220 karton qutu məsələsinə də aydınlıq gətirilmişdi. Bu sübut da tələblərinin haqlı olduğunu bir da təsdiq edir. Bundan əlavə limon məhsulunun göstərilməsindən imtina barədə xx.xx.2023-cü il tarixli akt saxtadı və belə bir hal baş verməyib. AQTA nümayəndələri bu sənədi sonradan özbaşına olaraq tərtib ediblər. Xüsusilə qeyd edirlər ki, AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.Həmin Məcəllənin 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirs izi iyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir.Nəzərə alınmalıdır ki, təqsirin müəyyən edilməsinə dair hüquqi mövqeyini AR Kontitusiya Məhkəməsinin Plenumu özünün " Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin şərh edilməsinə dair " 28 fevral 2020-ci il tarixli qərarında aşağıdakı formada əks etdirmişdi :" İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin inzibati xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir."Bununla yanaşı konstitusion normaların vəhdət halında əlaqəli tələbinə əsasən hüquq və azadlıqların məhkəmə müdafiəsinə verilmiş təminatdan irəli gələrək həyata keçirilən məhkəmə icraatı həqiqətin müəyyən edilməsinin təmininə xidmət etməlidir. ( AR Konstitusiyasının 60 və 125.7-ci maddələri)Xüsusilə də qeyd edir ki, AR İXM-nin 544.2-cü maddəsinə əsasən inzibati məsuliyyət məhz istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə yaranır.Həmçinin, AR İXM-nin 447.0.4-cü maddəsinə əsasən inzibati məsuliyyət məhz qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə yaranır.Hazırki halda AQTA inzibati təhbehvermə haqqında qərarların düzgün olaraq qəbul edildiyini , yəni malların məhv edilmədiyini və onların satıldığını iddia edir. Malların məhv edilməsi iş üzrə sübutlarla tam təsdiqini tapır. Lakin malların ( kimə , harada , nə zaman , nə qədər ) satılması barədə fakta dair AQTA tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməyib. Başqa sözlə desək,inzibati xətanın törədilməsində Pirdas Mahmudovanın təqsiri sübuta yetirilməyib.Onların nümayəsi inzibati xəta haqqında iş üzrə bağlı AQTA-da izahat verərkən malları satmadığını yazılı şəkildə dəfələrlə təsdiq etmişdi. Şikayətin təmin edilməsi, X10 barəsində Azərbaycan Respublikası X4 Bakı Regional Bölməsinin xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli və xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli qərarlarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin nümayəndələri Nümayəndə2 və Nümayəndə1 göstərdilər ki, X10 tərəfindən sertifikatın verilməsi üçün edilmiş xx.xx.2023 və xx.xx.2023-cü il tarixli müraciətlər əsasında idxal edilmiş məhsullarda sitrus tristeza virusu aşkarlandığı üçün qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina edilmiş, İXM-nin 447.0.4-cü və 544.2ci maddələri əsasında olunmuş 2023-cü il 11 avqust tarixli MN 311272, 2023-cü il 11 avqust tarixli MN 1311273, 2023-cü il 4 avqust tarixli MN ******* və 2023-cü il 4 avqust tarixli MN ******* nömrəli qərarlar qəbul olunmuşdur. Agentlik qida məhsullarının təhlükəsizliyinə, baytarlıq və fitosanitar nəzarətinə dair normativ tənzimləməni, qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatını, qida təhlükəsizliyi, fitosanitar və baytarlıq sertifikatlarının verilməsini, qida məhsullarının ilkin istehsalı, tədarükü, istehsalı, emalı, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları) daxil olmaqla qida zəncirinin bütün mərhələlərində qida məhsullarının təhlükəsizliyinə, həmçinin qida məhsullarının, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərin istehlakçılarının hüquqlarının müdafiəsinə dövlət nəzarətini, habelə qeyd olunan sahələrdə dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Fiziki şəxs X10 tərəfindən Türkiyə Respublikasından 3850 kq qreypfrut və 17720 kq limon məhsuluna qida təhlükəsizliyi sertifikatı alınması ilə bağlı xx.xx.2023-cü il tarixli İD********** nömrəli müraciət edilmişdir. X2 Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi informasiya Sistemində öz şəxsi kabineti üzərindən xx.xx.2023-cü il tarixində malların idxal olunduğunu bəyan etmiş və idxal olunmuş limon və qreypfrut məhsullarından regional bölmə tərəfindən müvafiq nümunələr götürülmüş və xx.xx.2023cü ildə Azərbaycan Qida Təhlükəsizliyi X5 Laboratoriyasına təqdim olunmuşdur. xx.xx.2023-cü il tarixində təsdiq olunmuş AZ-21010071/LAB03-23022-T-022 nömrəli sınaq protokoluna əsasən, limon məhsulundan götürülmüş nümunələrin nəticələri uyğun olduğundan sertifikatlaşdırılmışdır. xx.xx.2023-cü il tarixli AZ-21010071/LAB03-23022- T- 022 nömrəli sınaq protokoluna əsasən, həmin tarixdə qreypfrut məhsulu nümunəsində Sitrus tristeza virusu aşkar olunmuş, xx.xx.2023-cü il tarixli 225/FN nömrəli edilmiş “Qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina edilməsi və təhlükəli malların (məhsulların) gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə” regional bölmə tərəfindən Qərar qəbul edilmişdir. Eyni zamanda, X10 tərəfindən Türkiyə Respublikasından xx.xx.2023-cü il tarixli İD********** nömrəli müraciət əsasında idxal olunmuş 21300 kq limon məhsuluna qida təhlükəsizliyi sertifikatı alınması ilə bağlı xx.xx.2023-cü il tarixli İD********** nömrəli müraciət edilmişdir. X10 AQTİS-də öz şəxsi kabineti üzərindən xx.xx.2023-cü il tarixində malların idxal olunduğunu bəyan etmişdir. xx.xx.2023-cü il tarixli İD********** nömrəli müraciət əsasında idxal edilmiş limon məhsulundan regional bölmə tərəfindən xx.xx.2023cü il tarixli akta əsasən nümunə götürülmüş və X3 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Mustafayev Shambat tərəfindən imza ilə təsdiq olunmuşdur. xx.xx.2023-cü il tarixində Azərbaycan Qida Təhlükəsizliyi X5 Laboratoriyasına təqdim olunmuşdur. xx.xx.2023-cü il tarixli AZ-21010071/LAB03-23025-T-025 nömrəli sınaq protokoluna əsasən, həmin tarixdə limon məhsulu nümunəsində Sitrus tristeza virusu aşkar olunmuş, xx.xx.2023-cü il tarixli 234/FN nömrəli edilmiş “Qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina edilməsi və təhlükəli malların (məhsulların) gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə” regional bölmə tərəfindən Qərar qəbul edilmişdir. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunan qida və yem məhsullarının təhlükəsizliyi bu Qanuna uyğun olaraq müəyyən olunmuş tələblərə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həmin tələblərə ekvivalentliyi tanınmış digər dövlətlərin qanunvericiliyinin tələblərinə uyğun olmalıdır. Həmin Qanunun 31.9-cu maddəsinə əsasən, aparılan nəzarət tədbirləri nəticəsində Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunmuş qida və yem məhsulları, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlar bu Qanuna uyğun olaraq müəyyən edilmiş tələblərə cavab vermədikdə və təhlükəli hesab edildikdə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həmin qida və yem məhsulunun, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların utilizasiyası, Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi haqqında qərar qəbul edilir və idxalatçıya və ya onun səlahiyyətli nümayəndəsinə, habelə gömrük orqanına bu barədə bir gün müddətində kağız və ya elektron formada məlumat verilir. Həmin Qanunun 31.11 -ci maddəsinə əsasən, bu Qanunun 31.10-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması haqqında qərar qəbul edilmiş təhlükəli qida və yem məhsulları, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlar Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılmadıqda, həmin qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların məhv edilməsi haqqında müvafiq icra nakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qərar qəbul olunur və bu qərar əsasında həmin qida və yem məhsulları, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlar 10 (on) gün müddətində məhv edilir. X10 tərəfindən Agentliyə “məhv etmə ilə bağlı müraciətlərə” cavab olaraq, xx.xx.2023cü il tarixində aparılan baxış zamanı sahibkar tərəfindən yuxarıda sadalanan pozuntuların baş verdiyi müəyyən edilmişdir. Belə olan halda regional bölmənin əməkdaşları tərəfindən hərəkətsizlik göstərilməmiş və baxış keçirilmişdir. Qeyd edirik ki, məhv etmə üçün çağırılması zamanı baxış keçirilməsinə səbəb odur ki, Agentliyin səlahiyyətlərindən biri olan eyniliyin müəyyən edilməsi zamanı pozuntuların mövcud olması halında regional bölmə tərəfindən məhv etmə keçirilməsi məntiqsiz və qanuna zidd olardı . Məhv etmə Aktı regional bölməyə təqdim edilmədiyindən regional bölmə haqlı olaraq məhsulun satışı ilə bağlı olaraq İXM-nin 447.0.4-cü maddəsinə əsaslanaraq, 2023-cü il 11 avqust tarixli MN ******* və 2023-cü il 11 avqust tarixli MN ******* nömrəli qərarlar qəbul edilmişdir. Azərbaycan Respublikası X4 Bakı Regional Bölməsinin xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli, xx.xx.2023cü il tarixli MN seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli və xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli qərarlarının qanuni və əsaslı olmasını göstrərərək X3 şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxsin nümayəndəsivəkilinin və inzibati xəta haqqında iş üzrə qərar qəbul etmiş dövlət orqanının nümayəndələrinin izahatlarını dinləyib, şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə tədqiq edərək hesab edirəm ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası X4 Bakı Regional Bölməsinin rəisi X12 X3 barəsində xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli və xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli qərarları ləğv edilməli,X3 barəsində başlanmış inzibati xəta haqqında icraatlara xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası X4 Bakı Regional Bölməsinin rəisi X15 tərəfindən qəbul edilmiş 11 avqust 2023-cü il tarixli, ******* saylı qərardan görünür ki, X10 Azərbaycan Respublikası İXM-nin 447.0.4-cü maddəsi ilə təqsirli bilinərək, 2000 (iki min) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan AR X4 Bakı Regional Bölməsinin rəisi X15 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN seriyalı ******* saylı qərardan görünür ki, X10 Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsi ilə təqsirli bilinərək, 4000 (dörd min) manat məbləğində cərimə şərti tətbiq edilmişdir. İş materiallarında olan AR X4 Bakı Regional Bölməsinin rəisi X15 tərəfindən qəbul edilmiş 11 avqust 2023-cü il tarixli, ******* saylı qərardan görünür ki,X10 Azərbaycan Respublikası İXM-nin 447.0.4-cü maddəsi ilə təqsirli bilinərək, 2000 (iki min) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan AR X4 Bakı Regional Bölməsinin rəisi X15 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN seriyalı ******* saylı qərardan görünür ki, X10 Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsi ilə təqsirli bilinərək, 4000 (dörd min) manat məbləğində cərimə şərti tətbiq edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş "xxxx" MMC-nin direktoru Qəhrəmanov Səməd tərəfindən təsdiq edilmiş məhsulların məhv edilməsi barədə xx.xx.2023-cü il tarixli aktda göstərilmişdir ki, “Bu akt ondan ötrü tərtib edildi ki, fərdi sahibkar X6 (VÖEN **********) məxsus və istehlak xassələrini itirmiş 21.300 kq limon məhsulu zibil paliqonuna aparılması və həmin yerdə məhv edilməsi məqsədi ilə Meyvəli ticarət mərkəzi ərazisində tullantıların daşınılması və məhv edilməsi xidmətini həyata keçirən "xxxx" MMC-yə (VÖEN:**********) təhvil verildi”. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş "xxxx" MMC-nin direktoru Qəhrəmanov Səməd tərəfindən imzalanmış məhsulların məhv edilməsi barədə xx.xx.2023-cü il tarixli arayışda göstərilmişdir ki, “Bu arayış verilir, fərdi sahibkar X6 (VÖEN:**********) ondan ötrü ki, ona məxsus və istehlak xassələrini itirmiş 21.300 kq limon məhsulu "xxxx"MMC-yə (VÖEN: **********) məxsus Sumqayıt şəhər zərərsizləşmə poliqonunda basdırılma yolu ilə məhv edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş "xxxx" MMC-nin direktoru S.Qəhrəmanov tərəfindən təsdiq edilmiş məhsulların məhv edilməsi üçün təhvil verilməsi barədə xx.xx.2023-cü il tarixli aktda göstərilmişdir ki, “ Bu akt ondan ötrü tərtib edildi ki,fərdi sahibkar X6 (VÖEN:**********) xx.xx.2023-cü il İD********** müraciət əsasında idxal olunmuş (brutto 4200 kq) Qreyfrut (xx.xx.2023 tarixli AKT-a əsasın brutto 3700 kq) məhsulu zibil poliqonuna aparılması və həmin yerdə məhv edilməsi məqsədi ilə Meyvəli ticarət mərkəzi ərazisində tullantıların daşınılması və məhv edilməsi xidmətini həyata keçirən "xxxx" MMS-yə (VÖEN:**********) təhvil verildi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş "xxxx" MMC-nin direktoru Qəhrəmanov Səməd tərəfindən imzalanmış məhsulların məhv edilməsi barədə xx.xx.2023-cü il tarixli arayışda göstərilmişdir ki, “bu arayış verilir, fərdi sahibkar X6 (VÖEN:**********) onan ötrü ki, xx.xx.2023-cü il İD ********** müraciət əsasında idxal olunmuş (brutto 4200 kq) Qreyfrut (xx.xx.2023 tarixli AKT-a əsasən brutto 3700 kq) məhsulu "xxxx" MMC-yə (VÖEN:**********) məxsus Sumqayıt şəhər zərərsizləşmə poliqonunda basdırılma yolu ilə məhv edilmişdir.” İş materiallarında olan Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən X6 ünvanlanmış 14 iyun 2023-cü il tarixli 3-44-1/2-1-5931/23 nömrəli məktubda göstərilir ki, “Sizin ölkəyə idxal olunmuş qida məhsulu partiyasına qida təhlükəsizliyi sertifikatının verilməsi barədə xx.xx.2023-cü il tarixli İD123055046 nömrəli müraciətinizə Azərbaycan Respublikasının X4 Bakı Regional bölməsində baxılmışdır. Məlumat üçün bildiririk ki, idxal olunmuş məhsul partiyalarının sertifikatlaşdırılması zamanı götürülmüş nümunələrin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda aparılmış ekspertizalara dair sınaq protokolunda “Citrus tristeza viras”-Sitrus tristeza virusu aşkar olunduğundan məhsul partiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 29 dekabr tarixli 280 nömrəli qərarının tələblərinə cavab vermir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, xx.xx.2023-cü il tarilxli İD********** nömrəli müraciətlə Türkiyə Respublikasından idxalı həyata keçirilmiş 21 300 kq limon məhsulu partiyası barədə qəbul edilmiş «Malların (məhsulların) gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi» barədə Agentliyin Bakı regional bölməsinin xx.xx.2023-cü il tarixli 234/FN nömrəli qərarı icra olunması üçün Sizə göndərilir”. İş matieriallarında olan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin 14 iyun 2023-cü il tarixli 234 FN nömrəli “Qida Təhlükəsizliyi sertifikatının verilməsindən imtina edilməsi və təhlükəli malların (məhsulların) gömrük ərazisininin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə» qərardan görünür ki, həmin qərarla f/s X10 xx.xx.2023-cü il tarixli İD********** nömrəli müraciəti əsasında idxal olunmuş 21 300 kq limon məhsul partiyasına qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina edilməsi, həmin məhsul partiyasının qərarı hüquqi qüvvəyə mindiyi gündən 10 (on) gün ərzində Agentliyin əməkdaşlarının iştirakı ilə Azərbaycan Respublikasının Gömrük ərazisinin hüdudlarından kənara çıxarılmasının təmin edilməsi, bu qərarın 2-ci bəndi icra edilmədiyi təqdirdə məhsul partiyasının Agentliyin əməkdaşlarının iştirakı ilə 10 (on) gün ərzində məhv edilməsi, qərarın rəsmi formada qarşı tərəfə təqdim olunduğu gündən qüvvəyə minməsi qərara alınmışdır. İş matieriallarında olan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin 09 iyun 2023-cü il tarixli 225/FN nömrəli “Qida Təhlükəsizliyi sertifikatının verilməsindən imtina edilməsi və təhlükəli malların (məhsulların) gömrük ərazisininin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə” qərardan görünür ki, həmin qərarla f/s X10 xx.xx.2023-cü il tarixli İD********** nömrəli müraciəti əsasında idxal olunmuş 3850 kq qreyfrut məhsul partiyasına qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina edilməsi, həmin məhsul partiyası qərarın hüquqi qüvvəyə mindiyi gündən 10 (on) gün ərzində Agentliyin əməkdaşlarının iştirakı ilə Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılmasının təmin edilməsi, bu qərarın 2-ci bəndi icra edilmədiyi təqdirdə məhsul partiyası Agentliyin əməkdaşlarının iştirakı ilə 10 (on) gün ərzində məhv edlilməsi,qərarın rəsmi formada qarşı tərəfə təqdim olunduğu gündən qüvvəyə mindiyi qərara alınmışdır. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat sübyetinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında ********** nömrəli arayışdan görünür ki,xx.xx.2022-ci il tarixdə X3 (VÖEN: ********** 1063) ünvan 3ünvanında yerləşən, Meyvə- Tərəvəz Pərakəndə satışı adlı təsərrüfat subyekti (obyekt) qeydə alınmışdır. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında **********0 nömrəli arayışdan görünür ki,xx.xx.2021-ci il tarixdə X10 VÖEN: ********** 1063 ünvan 3ünvanında yerləşən, Soyuducu Anbar adlı təsərrüfat subyekti (obyekti) uçota alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş F/S X1 nümayəndəsi X8 xx.xx.2023-cü il tarixli izahatında göstərilmişdir ki, “Yazıb Sizə billdirirəm ki, xx.xx.2023-cü il tarixli İD ********** nömrəli müraciət əsasında Türkiyə Respublikasından idxal etdiyimiz 21300 kq limon məhsulunun satışını həyata keçirməmişik. Qeyd edim ki,həmin məhsuldan nümunə götürülmə haqqında aktın əsli mənə təqdim edilmədiyi üçün həmin aktın saxtalaşdırılması barədə məndə şübhə yaranmışdır.Nümunə götürülmə haqqında aktın əsli ona təqdim olunduqdan sonra ,limon məhsulu haqqında məlumat verəcəm.Tarix xx.xx.2023; İmza Sh.Mustafaev.” İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş F/S X1 nümayəndəsi X8 xx.xx.2023-cü il tarixli izahatında göstərilmişdir ki,“Yazıb Sizə bildirirəm ki, xx.xx.2023-cü il tarixli İD ********** nömrəli müraciət əsasında Türkiyə Respublikasından idxal etdiyimiz 3850 kq Qreyfrut məhsulunun tərəfimizdən satışı həyata keçirilməmişdir. Hal-hazırda yararsız halda anbarda durur.xx.xx.2023-cü il tarixində QTA əməkdaşları tərəfindən məhsula baxış keçirilmişdir.Onun iştirakı ilə akt tərtib edilmişdir.Tarix xx.xx.2023; İmza Sh.Mustafaev. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən fiziki şəxs X6 ünvanlanmış 25 sentyabr 2023-cü il tarixli 3-441/2-1-9775/23 nömrəli məktubda göstərilmişdir ki, «Sizin xx.xx.2023-cü il tarixli İD ********** nömrəli müraciətiniz əsasında idxal olunan qreyfrut məhsul partiyasının məhv edilməsi haqqında Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinə ünvanladığınız 08 sentyabr 2023-cü il tarixli 3-44-1/1-5860/23 nömrəli müraciətinizə Bakı regional bölmədə aidiyyəti üzrə baxılmışdır.Bildiririk ki, Agentliyə təqdlim edilmiş müraciət əsasında istifadəyə yararsız, qanunauyğun olmayan malların məhv etmə prosesi mal sahibi və yaxud onun səlahiyyətli nümayəndəsi tərəfindən bu məqsədlər üçün ayrılmış xüsusi yerlərə (yerlərdə) atılması, basdırılması, yandırılması və ya ixtisaslaşmış müəssisələrə təhvil verilməsi vasitəsilə həyata keçirilməsi mümkündür». İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Mahmudova Pirdas tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi sədri Qoşqar Təhməzliyə, AQTA-nın Bakı Regional Bölməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli nümayəndənin ayrılması barədə ərizəsində göstərilmişdir ki, “Məlumat üçün qeyd edim ki, Agentliyin Bakı Regional Bölməsinin xx.xx.2023-cü il tarixli 225\FN nömrəli və xx.xx.2023-cü il tarixli 234\FN nömrəli qərarlarına əsasən limon və qreypfrut məhsullarının məhv edilməsi məndən tələb edilmişdi.Bəhs edilən qərarlar tamamilə qanunsuzdur. Belə ki, AQTA-nın Bakı Regional Bölməsinin əməkdaşları süründürməçiliyə yol verir, məhsul nümunələrini gec götürür, lobarotoriyaya nümunələr gec göndərilir və ekspertizanın cavabı gec təqdim edilir.Nəticədə məhsullar əmtəə görünüşünü və istehlak xassəsini itirir.Məhsul nümunələrinin götürülmə aktları boş formada əvəllcədən imzalatdırılır və imzalar saxtalaşdırılır. Sertifikat qanunvericiliklə müəyyən edilmiş müddətdə təqdim edilmir. Alternativ laboratoriya yoxdu, monopoliya fəaliyyəti hökm sürür. Sahibkar olaraq əsassız maliyyə yükünə məruz qalırıq.Bu səbəbdən mənə dəymiş ziyanın ödənilməsi və xx.xx.2023-cü il tarixli 225\FN nömrəli və xx.xx.2023-cü il tarixli 234\FN nömrəli qərarların ləğv edilməsi ilə bağlı müstəqil qaydada tərəfimdən AQTA-ya inzibati şikayət təqdim ediləcəkdi.Hazırki halda limon və qreypfrut məhsulları anbarda lüzumsuz olaraq yer zəbt edir və onların ən qısa zaman ərzində məhv edilməsi zəruridir.Yuxarıda qeyd edilənləri nəzərə alaraq xx.xx.2023-cü il tarixində məhv etmə prosesində iştirak etmək üçün nümayəndənin ayrılmasını Sizdən xahiş edirəm.Qeyd : Əməkdaşın iştirakı təmin edilmədiyi halda mallar iştirakınız olmadan məhv ediləcəkdi.» Ərizə xx.xx.2023-cü il tarixdə Heydərli soyadlı şəxs tərəfindən qəbul edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Mahmudova Pirdas tərəfindən Azərbaycan Respublikasının X4 sədri Qoşqar Təhməzliyə, AQTA-nın Bakı Regional Bölməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli nümayəndənin ayrılması barədə ərizəsində göstərilmişdir ki, “Məlumat üçün qeyd edim ki, Agentliyin Bakı Regional Bölməsinin xx.xx.2023-ci il tarixli 225\FN nömrəli və xx.xx.2023-cü il tarixli 234\FN nömrəli qərarlarının guya icra edilməməsi ilə bağlı Bakı Regional Bölməsi tərəfindən iştirakım və məlumatının olmadan barəmdə qanunsuz və əssasız olaraq AR İXM-nin 544.2-ci maddəsi üzrə xx.xx.2023-ci il tarixli MN ******* və MN ******* nömrəli inzibati xəta haqqında protokollar , o cümlədən AR İXM-nin 447.0.4-cü maddəsi üzrə xx.xx.2023-ci il tarixli MN ******* və MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmişdi. Bu protokolların qanunsuz olması və bu səbəbdən ləğv edilməsi barədə Agentliyə və Bölməyə dəfələrlə yazılı və şifahi məlumatlar təqdim edilmişdi.Lakin bu müraciətlərimə baxılmamış və cavab belə verilməmişdi.Belə ki, barəsində xx.xx.2023-cü il tarixli 234\FN nömrəli qərar qəbul edilmiş limon məhsulu yararsız hala düşdüyü və əmtəə görünüşünü tam itirdiyi üçün həmin qərara uyğun olaraq ixtisaslı müəssisə tərəfindən məhv edilmiş və bu barədə müvafiq sənədlər tərtib edilmişdi. Agentlik tərəfindən məhvetmə prosesində iştirak üçün hər hansı əməkdaş ayrılmamışdı. Eyni zamanda barəsində xx.xx.2023-cı il tarixli 225/FN nömrəli qərar qəbul edilmiş qreyfrut məhsulu da yararsız hala düşdüyü və əmtəə görünüşünü tam itirdiyi üçün onların məhvedilməsi prosesinə başlanılmışdı.Qeyd edim ki, xx.xx.2023-ci il tarixində Bakı Regional Bölməsinin iki əməkdaşı tərəfindən həmin məhsula baxış keçirilmişdi. Məhsulların tamamilə yararsız vəziyyətdə anbarda saxlanıldığı,bu məhsulların təcili şəkildə məhv edilməli olduğu baxış zamanı müəyyən edilmişdi. Baxış barədə xx.xx.2023-cü il tarixli akt tərtib edilmiş,mallar qoruyucu lentlərlə mühafizəyə alınmış və foto-video görüntülər qeydə alınmışdı. Lakin həmin məhsulların məhv edilməsində iştirak etmək üçün bu günədək Agentliyin hər hansı nümayəndəsinin iştirakı təmin edilmir.Yuxarıda qeyd edilənləri nəzərə alaraq xx.xx.2023-cü il tarixli 225\FN nömrəli qərar qəbul edilmiş qreyfrut məhsulunun məhv edilməsi prosesində iştirak etmək üçün 3 gün müddətində əməkdaşın ayrılması və qanunsuz tərtib edilmiş inzibati xəta haqqında protokolların (qərarların) ləğv edilməsi barədə aidiyyəti üzrə göstəriş verməyinizi yenidən Sizdən xahiş edirəm.Qeyd : Əməkdaşın iştirakı təmin edilmədiyi halda mallar onun iştirakı olmadan məhv ediləcəkdi. Ərizə xx.xx.2023-cü il tarixdə təhvil alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Mahmudova Pirdas tərəfindən Azərbaycan Respublikasının Qida təhlükəsizliyi Ajgentliyi sədri Qoşqar Təhməzliyə, AQTA-nın Bakı Regional Bölməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli nümayəndənin ayrılması barədə təkrar ərizəsində göstərilmişdir ki, “Məlumat üçün qeyd edim ki, Agentliyin Bakı Regional Bölməsinin xx.xx.2023-cü il tarixli 225\FN nömrəli və xx.xx.2023cü il tarixli 234\FN nömrəli qərarlarının guya icra edilməməsi ilə bağlı Bakı Regional Bölməsi tərəfindən iştirakım və məlumatım olmadan barəmdə qanunsuz və əssasız olaraq AR İXM-nin 544.2-ci maddəsi üzrə xx.xx.2023-cü il tarixli MN ******* və MN ******* nömrəli inzibati xəta haqqında protokollar, o cümlədən AR İXM-nin 447.0.4-cü maddəsi üzrə xx.xx.2023-cü il tarixli MN ******* və MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmişdi. Bu protokolların qanunsuz olması və bu səbəbdən ləğv edilməsi barədə Agentliyə və Bölməyə dəfələrlə yazılı və şifahi məlumatlar təqdim edilmişdi. Lakin bu müraciətlərimə baxılmamış və cavab belə verilməmişdi. Belə ki, barəsində xx.xx.2023-cü il tarixli 234\FN nömrəli qərar qəbul edilmiş limon məhsulu yararsız hala düşdüyü və əmtəə görünüşünü tam itirdiyi üçün həmin qərara uyğun olaraq ixtisaslı müəssisə tərəfindən məhv edilmiş və bu barədə müvafiq sənədlər tərtib edilmişdi. Agentlik tərəfindən məhvetmə prosesində iştirak üçün hər hansı əməkdaş ayrılmamışdı. Eyni zamanda barəsində xx.xx.2023-cü il tarixli 225\FN nömrəli qərar qəbul edilmiş qreyfrut məhsulu da yararsız hala düşdüyü və əmtəə görünüşünü itirdiyi üçün onların məhvedilməsi prosesinə başlanılmışdı. Qeyd edim ki, xx.xx.2023-cü il tarixində Bakı Regional Bölməsinin iki əməkdaşı tərəfindən həmin məhsula baxış keçirilmişdi. Məhsulların tamamilə yararsız vəziyyətdə anbarda saxlanıldığı , bu məhsulların təcili şəkildə məhv edilməli olduğu baxış zamanı müəyyən edilmişdi. Ba'xış barədə xx.xx.2023-cü il tarixli akt tərtib edilmiş , maliar qoruyucu lentlərlə mühafizəyə alınmış və foto-video görüntülər qeydə alınmışdı. Lakin həmin məhsulların məhv edilməsində iştirak etmək üçün bu günədək Agentliyin hər hansı nümayəndəsinin iştirakı təmin edilmir.Tərəfimdən Sizə xx.xx.2023-cü il tarixli müraciət göndərilmiş və nümayəndənin ayrılması təkrar xahiş edilmişdi. Bu müraciətimdən sonra xx.xx.2023-cü il tarixində Agentliyin əməkdaşları tərəfindən xarab olmuş mallara yenidən baxış keçirilmiş və həmin tarixli akt tərtib edilmişdi. Lakin malların məhv edilməsi prosesi yenidən həyata keçirilməmişdi. Yuxarıda qeyd edilənləri nəzərə alaraq xx.xx.2023-cü il tarixli 225\FN nömrəli qərar qəbul edilmiş qreyfrut məhsulunun məhv edilməsi prosesində iştirak etmək üçün xx.xx.2023-cü il tarixində əməkdaşın ayrılmasını və qanunsuz tərtib edilmiş inzibati xəta haqqında protokolların(qərarların) ləğv edilməsi barədə aidiyyəti üzrə göstəriş verməyinizi yenidən Sizdən xahiş edirəm». Ərizə xx.xx.2023-cü il tarixdə təhvil alınmışdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki,X10 haqqında inzibati xəta haqqında iş üzrə icraat başlanarkən və Azərbaycan Respublikasının X4 Bakı Regional Bölməsininin rəisi X15 tərəfindən xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli və xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli qərarlar qəbul edilərkən işin vacib faktiki halları araşdırılmamış, həmin şəxsə ona istinad olunan inzibati xətalara aidiyyətini təsdiq edən bütün sübutlar toplanmamışdır. Barəsində inzibati xəta haqqında qərar qəbul edilən şəxsin əsas sahibkarlıq fəaliyyəti xarici ölkələrdən meyvə və tərəvəz kimi qida məhsullarının idxal edilməsi və ölkə daxilində satışının həyata keçirilməsi ilə bağlıdır.Bu məqsədlə Türkiyə Respublikasından əlavə olaraq idxal etdiyi 21300 kq limon məhsuluna da qida təhülkəsizliyi sertifikatının verilməsi məqsədilə tərəfindən AR AQTA-nə xx.xx.2023-cü il tarixli İD ********** nömrəli müraciət göndərilmişdir. Lakin aparılmış laboratoriya analizlərinin nəticəsinə əsasən məhsulda xəstəliyin aşkar edilməsi səbəbindən ona da sertifikatın verilməsindən imtina edilmişdir. Daha sonra AR AQTA-nın Bakı Regional Bölməsinin xx.xx.2023-cü il tarixli 234\FN nömrəli qərarına əsasən Agentliyin əməkdaşlarının iştirakı ilə limon məhsullarının ölkədən çıxarılması, bu mümkün olmadıqda isə onların məhv edilməsi ondan tələb edilmişdir. Bu məhsullar yararsız hala düşdüyü üçün onların ölkədən çıxarılması gömrük qanunvericiliyinə uyğun olaraq mümkün olmamışdır. Digər tərəfdən məhsulların Satıcısı məhsullara dair Türkiyə Respublikasının səlahiyyətli dövlət orqanları tərəfindən sağlamlıq sertifikatının verildiyini və məhsulların yararsız olmadığını bildirirək onları geri almaqdan imtina etmişdir. Bu səbəbdən həmin məhsulların məhv edilməsi prosesinə başlanılmışdır. Məhsulların məhv edilməsi prosesində iştirak etmək üçün X10 tərəfindən Agentliyə müraciət edilmişdir. Məhsulların xarab olması səbəbindən 21300 kq limon məhsulunun məhv edilməsi həyata keçirilmişdir. Bu məqsədlə məhsulların məhv edilməsi fəaliyyətini həyata keçirən ixtisaslaşdırılmış müəsissə "xxxx" MMC-yə müraciət edilmişdir. Həmin müəssisə tərəfindən də məhsullar Sumqayıt şəhər zərərsizləşdirmə poliqonunda basdırılma yolu ilə məhv edilmişdir. Bu barədə xx.xx.2023-cü il tarixli Akt və Arayış tərtib edilmişdir. Lakin buna baxmayaraq X10 barəsində İXM- nin 447.0.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Eyni zamanda X3 barəsində xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli qərar AR İXM-nin 544.2-ci maddəsinə istinad edilməklə qəbul edilmişdir. Belə ki, AR İXM-nin 544.2cü maddəsinə əsasən inzibati məsuliyyət məhz istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə yaranır. Hazırki halda bu inzibati xətanın tərkibi mövcud deyildir. Belə ki, barəsində xx.xx.2023-cü il tarixli 234\FN nömrəli qərar qəbul edilmiş 21300 kq limon məhsulu ixtisaslaşdırılmış müəssisə tərəfindən artıq məhv edilmiş, bu barədə müvafiq sənədlər tərtib edilmiş və hazırki şikayətə də əlavə edilmişdir. İş materiallarında olan "xxxx"MMC tərəfindlən verilmiş malların məhv edilməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, fərdi sahibkar X6 (VÖEN :**********) məxsus və istehlak xəssələrini itirmiş 21300 kq limon məhsulu "xxxx" MMC-yə (VÖEN:**********) məxsus Sumqayıt şəhər zərərsizləşmə poliqonunda basdırılma yolu ilə məhv edilmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, protokolda törədildiyi qeyd edilən inzibati xəta faktiki olaraq törədilməmişdir. Buna görə də Azərbaycan Respublikasının X4 Bakı Regional Bölməsininin rəisi X15 tərəfindən inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli və xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli qərarları ləğv edilməli və həmin başlanmış inzibati xəta haqqında işlər üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası «Tərəqqi” MMC tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 02 nömrəli təzə limon və qreyfrut məhsullarında tibii itki normaları nəzə alıqmaqda kütlənin təyin edilməsi və qreyfrut məhsulunun yerləşmə qutusunun miqdarının müəyyən edilməsi barədə ekspert rəyində göstərilmişdir ki,toplanılmış məlumatlara və tədqiqat hissəsində göstərilənlərə əsasən təbii itki normaları nəzərə alınmaqla ilxal olunduğu tarixdən məhv edildiyi tarixədək təzə qreypfrut məhsulunun kütləsi 3701.48 kq, təzə limon məhsulunun kütləsi isə 21271.37 kq təşkil edə bilərdi. Təbii itki normaları nəzərə alındıqdan sonra müəyyən edilmiş 3701.48 kq qreypfrut məhsulu onun 220 karton qutuya fiziki cəhətdən yerləşdirilməsi mümkün ola bilərdi. Eyni zamanda AR X4 Bakı Regional Bölməsinin xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli qərara əsasən X3 barəsində inzibati cərimə tətbiq edilmişdir. Qeyd edilməlidir ki, X3 əsas sahibkarlıq fəaliyyəti xarici ölkələrdən meyvə və tərəvəz kimi qida məhsullarının idxal edilməsi və ölkə daxilində satışının həyata keçirilməsi ilə bağlıdır. Bu məqsədlə Türkiyə Respublikasından idxal etdiyi limon və qreypfrut məhsuluna qida təhlükəsizliyi sertifikatının verilməsi məqsədilə onun tərəfindən AR AQTA-nə xx.xx.2023-cü il tarixli İD ********** nömrəli müraciət göndərilmişdir. Lakin aparılmış laboratoriya analizlərinin nəticəsinə əsasən limon məhsuluna sertifikat verilmiş, digər məhsul - 3850 kq qreypfrut məhulunda isə xəstəliyin aşkar edilməsi səbəbindən ona sertifikatın verilməsindən imtina edilmişdi. Daha sonra AR AQTA-nın Bakı Regional Bölməsinin xx.xx.2023-cü il tarixli 225\FN nömrəli qərarına əsasən Agentliyin əməkdaşlarının iştirakı ilə qreypfrut məhsullarının ölkədən çıxarılması, bu mümkün olmadıqda isə onların məhv edilməsi ondan tələb edilmişdir. Ümumiyyətlə, AR AQTB Bakı Regional Bölməsinin qanuna zidd hərəkətləri nəticəsində məhsullar öz əmtəə görünüşünü və istehlak xassələrini itirmişdir. Bu səbəbdən Pirdas Mahmudova AR AQTA-nın Bakı Regional Bölməsinin xx.xx.2023-cü il tarixli 225\FN nömrəli qərarının ləğv edilməsi barədə Agentliyə inzibati şikayət təqdim etsə də, obyektiv və ədalətli araşdırma aparılmamış və şikayəti təmin edilməmişdir. Bununla yanaşı barəsində xx.xx.2023-cü il tarixli 225\FN nömrəli qərar qəbul edilmiş məhsulların öz istehlak xassəsini itirmiş vəziyyətdə anbarda saxlanılması barədə Agentliyə məlumat təqdim edilmişdir. Bu məhsullar yararsız hala düşdüyü üçün onların ölkədən çıxarılması gömrük qanunvericiliyinə uyğun olaraq mümkün olmamışdır. Digər tərəfdən məhsulların Satıcısı məhsullara dair Türkiyə Respublikasının səlahiyyətli dövlət orqanları tərəfindən sağlamlıq sertifikatının verildiyini və məhsulların yararsız olmadığını bildirirək onları geri almaqdan imtina etmişdir. Bu səbəbdən həmin məhsulların məhv edilməsi prosesinə başlanılmışdır. Məhsulların məhv edilməsi prosesində iştirak etmək üçün Pirdas Mahmudova tərəfindən Agentliyə müraciət edilmişdir. Buna baxmayaraq onun barəsində qanunsuz protokol tərtib edilmişdir. xx.xx.2023-cü il tarixində Bakı Regional Bölməsinin iki əməkdaşı tərəfindən barəsində xx.xx.2023-cü il tarixli 225\FN nömrəli qərar qəbul edilmiş qreypfrut məhsuluna baxış keçirilmişdir. Məhsulların tamamilə yararsız vəziyyətdə anbarda saxlanıldığı, belə halda olan məhsulların təcili şəkildə məhv edilməli olduğu baxış zamanı müəyyən edilmişdir. Baxış barədə iştirakçılar tərəfindən xx.xx.2023-cü il tarixli akt tərtib edilmiş, mallar qoruyucu lentlərlə mühafizəyə alınmış və foto-video görüntülər qeydə alınmışdır. Bundan sonra X3 barəsində AR X4 Bakı Regional Bölməsi tərəfindən xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli qərar qəbul edilmişdir. Qərar AR İXM- nin 447.0.4-cü maddəsinə istinad edilməklə qəbul edilmişdir. Belə ki, AR İXM-nin 447.0.4-cü maddəsinə əsasən inzibati məsuliyyət məhz qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan,lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə xidmətlərin göstərilməsinə görə yaranır. Hazırki halda mallar tamamilə yararsız vəziyyətə düşüdüyü, istehlak xassəsini itirdiyi üçün bu məhsulların satışı fiziki olaraq mümkün olmamışdır. AR X4 Bakı Regional Bölməsinin xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanunsuz olaraq qəbul edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş malların məhv edilməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan da görünür ki, fərdi sahibkar X6 (VÖEN :**********) məxsus və istehlak xəssələrini itirmiş 3850 kq qreypfrut məhsulu "xxxx" MMC-yə (VÖEN:**********) məxsus Sumqayıt şəhər zərərsizləşmə poliqonunda basdırılma yolu ilə məhv edilmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, protokolda törədildiyi qeyd edilən inzibati xəta əslində törədilməmişdir. Buna görə də Azərbaycan Respublikasının X4 Bakı Regional Bölməsininin rəisi X15 tərəfindən xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli və xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli qərarları ləğv edilməli, həmin işlər üzrə icraata xitam verilməlidir. Eyni zamanda X3 barəsində xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli qərar AR İXM-nin 544.2-ci maddəsinə istinad edilməklə qəbul edilmişdir. Belə ki, AR İXM-nin 544.2cü maddəsinə əsasən inzibati məsuliyyət məhz istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə yaranır. Hazırki halda bu inzibati xətanın tərkibi mövcud deyildir. Belə ki, barəsində xx.xx.2023-cü il tarixli 225\FN nömrəli qərar qəbul edilmiş 3850 kq qreyfrut məhsulu ixtisaslaşdırılmış müəssisə tərəfindən artıq məhv edilmiş, bu barədə müvafiq sənədlər tərtib edilmiş və hazırki şikayətə də əlavə edilmişdir. Qanunun tələbinə görə əgər X10 tərəfindən inzibati xəta törədilmişdirsə, onda inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilməli idi. Azərbaycan Respublikası X4 Bakı Regional Bölməsi isə inzibati xətanın törədilməsinə əsas aradan qaldırıldıqdan sonra inzibati xəta haqqında protokollar tərtib etmişdir. Azərbaycan Respublikası İXM-nin 447.0.4-cü maddəsində qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə inzibati məsulyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsində isə istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə inzibati məsuliyyət müəyyən edilmişdir. İş materiallarından görünür ki, X3 əməlində Azərbaycan Respublikası İXM-nin 447.0.4cü və 544.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların tərkibi mövcud deyildir. Azərbaycan Respublikası X4 Bakı Regional Bölməsi və onun inzibati xəta haqqında iş üzrə icraat başlamış vəzifəli şəxsi yuxarıda gəlinən nəticənin təkzib olunması, X10 tərəfindən Azərbaycan Respublikası İXM-nin 447.0.4-cü və 544.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişlər. Halbuki qanuna görə X3 əməlində Azərbaycan Respublikası İXM-nin 447.0.4-cü və 544.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli olmasını sübut etmə vəzifəsi Azərbaycan Respublikası X4 Bakı Regional Bölməsi və onun inzibati xəta haqqında iş üzrə icraat başlamış vəzifəli şəxsinin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin müəyyən olunmuş hallarını yuxarıda göstərilən qanun normalarına uyğun hüquqi cəhətdən dəyərləndirərək, hesab edirəm ki, əməlində inzibati xətanın tərkibi olmadığı üçün barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 barəsində olan Azərbaycan Respubliası X4 Bakı Regional Bölməsinin xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli və xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli qərarları ləğv edilməli və həmin işlər üzrə icraata xitam verilməli və X10 inzibati məsuliyyətdən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Azəbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, hakim inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Məhsulların məhv edilməsi zamanı AQTA-nin nümayəndəsinin iştirak etməməsi, bu barədə əvvəlcədən AQTA-ya xəbərdarlıq edilməməsi, məhsulların məhv edilməsi barədə akt,video görüntü və s. olmaması, məhsulların məhv edilməsi barədə sənədlərdə məhsulun çəkisi ilə bağlı fərqli rəqəmlərin olması barədə AQTA-nın nümayəndələrinin etirazı ilə bağlı qeyd edilməlidir ki,məhsulların məhv edilməsi zamanı AQTA-nin nümayəndəsinin iştirakı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli 198 nömrəli qərarının 3.8-ci bəndində nəzərdə tutulmuşdur.Həmin maddədə göstərilmişdir ki, qida və yem məhsullarının məhv edilməsi onların Agentliyin müvafiq qərarına əsasən və nümayəndələrinin iştirakı ilə qida subyektləri və ya onların səlahiyyətli nümayəndələri tərəfindən bu məqsədlər üçün ayrılmış xüsusi yerlərə atılması, basdırılması, yandırılması və ya ixtisaslaşmış müəssisələrə təhvil verilməsi yolu ilə həyata keçirilir. Öncə qeyd edilməlidir ki,Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 17 iyun tarixli 198 nömrəli Qərarı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən HÜQUQİ AKTİN HÜQUQİ AKTLARİN DÖVLƏT REYESTRİNDƏ **********0198 nömrə ilə qeydə alınaraq xx.xx.2023-cü il tarixindən etibarən hüquqi qüvvəyə minmişdi. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 149.7-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Bununla yanaşı “ Normativ hüquqi aktlar haqqında ” Konstitusiya Qanununun 85.1 -ci maddəsinə əsasən qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir.X11 87.3-cü maddəsinə əsasən törədilməsi anında məsuliyyətə səbəb olmayan və ya daha yüngül məsuliyyətə səbəb olan əməllərə görə fiziki və hüquqi şəxslərin məsuliyyətinin yaranmasını və ya ağırlaşdırılmasını nəzərdə tutan normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilməsinə yol verilmir. Məhsulların məhv edilməsi barədə AQTA tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 225\FN nömrəli və xx.xx.2023-cü il tarixli 234\FN nömrəli qərarlar AR NK-nin xx.xx.2023-cü il tarixli 198 nömrəli qərarı hüquqi qüvvəyə minməmişdən əvvəl qəbul edildiyindən həmin qərar ilə təsdiq olunmuş “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmayan və (və ya) təhlükəli qida və yem məhsullarının geri çağırılması, yığışdırılması, utilizasiyası və məhv edilməsi Qaydasının tələbləri sözügedən qərarlara şamil edilə bilməz. AQTA tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 225\FN nömrəli və xx.xx.2023-cü il tarixli 234\FN nömrəli qərarların icrası həmin vaxt qüvvədə olmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 6 dekabr tarixli 542 nömrəli qərarı ilə təsdiq edilmiş “ Yoxlama və digər nəzarət tədbirləri çərçivəsində yoxlayıcı orqanlar tərəfindən fiziki və hüquqi şəxslərdən malların (məhsulların) götürülməsi, daşınması, saxlanması, zərərsizləşdirilməsi və ya məhv edilməsi QA Y D A S İ ”nın tələblərinə uyğun həyata keçirilə bilərdi. Bəhs edilən Qaydanın 5.2-ci bəndinə əsasən malların məhv edilməsi onların yoxlayıcı orqan və ya onun qərarı ilə mal sahibi və yaxud onun səlahiyyətli nümayəndəsi tərəfindən bu məqsədlər üçün ayrılmış xüsusi yerlərə (yerlərdə) atılması, basdırılması, yandırılması və ya ixtisaslaşmış müəssisələrə təhvil verilməsi vasitəsilə həyata keçirilir.Göründüyü kimi həmin Qaydalarda məhsulların məhv edilməsi zamanı AQTA-nın nümayəndələrinin iştirakı müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən fiziki şəxs X6 ünvanlanmış 25 sentyabr 2023-cü il tarixli 3- 441/2-1-9775/23 nömrəli məktubun özündə də göstərilmişdir ki, «Bildiririk ki, Agentliyə təqdlim edilmiş müraciət əsasında istifadəyə yararsız, qanunauyğun olmayan malların məhv etmə prosesi mal sahibi və yaxud onun səlahiyyətli nümayəndəsi tərəfindən bu məqsədlər üçün ayrılmış xüsusi yerlərə (yerlərdə) atılması, basdırılması, yandırılması və ya ixtisaslaşmış müəssisələrə təhvil verilməsi vasitəsilə həyata keçirilməsi mümkündür». Bununla yanaşı iş materiallarından görünür ki, Pirdas Mahmudova nümayəndənin ayrılması üçün dəfələrlə AQTA-ya müraciət etsə də nümayəndə ayrılmamışdır. Məhsulların məhv edilməsi barədə akt, video görüntü və s. olmaması ilə bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 6 dekabr tarixli 542 nömrəli qərarı ilə təsdiq edilmiş “ Yoxlama və digər nəzarət tədbirləri çərçivəsində yoxlayıcı orqanlar tərəfindən fiziki və hüquqi şəxslərdən malların (məhsulların) götürülməsi,daşınması,saxlanması,zərərsizləşdirilməsi və ya məhv edilməsi Qaydalar”da, hətta Azərbaycan Respublikası NK-nin xx.xx.2023-cü il tarixli 198 nömrəli qərarı ilə təsdiq olunmuş “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmayan və (və ya) təhlükəli qida və yem məhsullarının geri çağırılması, yığışdırılması, utilizasiyası və məhv edilməsi Qaydasının 3.8-ci maddəsinin məzmunundan görünür ki,qida və yem məhsullarının məhv edilməsi aşağıdakı qaydalarda: - onların bu məqsədlər üçün ayrılmış xüsusi yerlərə atılması,basdırılması, yandırılması yolu ilə; -və ya ixtisaslaşmış müəssisələrə təhvil verilməsi yolu ilə həyata keçirilir. Qida və yem məhsulları fiziki və hüquqi şəxslərin özləri tərəfindən məhv edildikdə məhsulların məhv edilməsinin təsdiq olunması üçün bu barədə akt, video görüntü və s. olması zəruridir. Qida və yem məhsullarının məhv edilməsi üçün ixtisaslaşmış müəssisələrə təhvil verildikdə isə onların məhv edilməsini təsdiq edən akt, video görüntü və s. təqdim edilməsinə ehtiyac yoxdur. Çünki adıçəkilən normativ hüquqi aktda, fiziki və ya hüquqi şəxsin məhv edilməli əmlakı ixtisaslaşmış müəssisələr vasitəsi ilə məhv etmələri deyil, bu məhsulların ixtisaslaşmış müəssisələrə təhvil vermələri müəyyən edilmişdir. Qida və yem məhsulları məhv edilməsi üçün ixtisaslaşmış müəssisələrə təhvil verildikdən sonra onların hansı qaydada məhv edilməsinə ixtisaslaşdırılmış müəssisə qərar verir, məhv olunub – olunmamasına görə məsuliyyəti də həmin ixtisaslaşdırılmış müəssisə daşıyır. Hazırkı işin materiallarından görünür ki, məhv edilməli olan limon və qreyfurt məhsulları Pirdas Mahmudovanın özü tərəfindən məhv edilməmiş, həmin məhsullar məhv edilməsi üçün ixtisaslaşmış müəssisə olan "xxxx" MMC-yə təhvil verilmişdir. Məhsulların ixtisaslaşdırılmış müəssisəyə təhvil verilməsi barədə tərtib olunmuş akt da iş materiallarına əlavə edilmişdir. Məhsulların kütləsi barədə fərqli rəqəmlərin olması ilə bağlı qeyd edilməlidir ki, təqdim olunmuş Azərbaycan Respublikası Xammal və X14 Birliyi tərəfindən xx.xx.2024-cü il tarixli 02 nömrəli ekspert rəyi təsdiq olunur ki, məhsulların kütləsinin azalması onların xarab olmaları və təbii itkiləri səbəbindən baş vermişdir. Azərbaycan Respublikası İXM-nin 134.1 və 134.1.3-cü ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda (bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması) qərar ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, bu nəticəyə gəlirəm ki, X3 şikayəti təmin edilməli, Azərbaycan Respublikasının X4 Bakı Regional Bölməsinin rəisi X12 X10 barəsində xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli və xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli qərarları ləğv edilməli, X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü və 544.2-ci maddələri ilə başlanmış inzibati xətalar haqqında işlər üzrə icraata onun əməlində həmin inzibati xətaların tərkibi olmadığı üçün xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 49-51, 115 və 128-136 və 137-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: X3 şikayəti təmin edilsin. Azərbaycan Respublikasının X4 Bakı Regional Bölməsinin rəisi X12 X10 barəsində xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli və xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli qərarları ləğv edilsin; X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü və 544.2-ci maddələri ilə başlanmış inzibati xətalar haqqında işlər üzrə icraata onun əməlində həmin inzibati xətaların tərkibi olmadığı üçün xitam verilsin; X10 inzibati məsuliyyətdən azad edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar