Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-58/2025 31.01.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən rayon Polis Şöbəsinin DYPB-nin YNH üzrə baş inspektoru, polis kapitanı Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1998-ci ildə Balakən şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN nömrəsi xxxxxxx, orta təhsilli, evli, işləməyən, inzibati məsuliyyətə cəlb olunmamış, ünvan 1ində yaşayan Şəxs barəsində Balakən Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə icraat başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdim: Şəxs xx.xx.2025-ci il tarixdə təxminən saat 20:30 radələrində sərxoş vəziyyətdə idarə etdiyi VAZ-21063 markalı 56BX838 dövlət qeydiyyat nişanlı avtomaşınla Balakən şəhəri Qafqaz küçəsində hərəkətdə olarkən yolayrıcını keçmə qaydasını pozmuş, onun idarə etdiyi avtomobil qarşıda hərəkətdə olan X2 idarə etdiyi Mersedes-Benz markalı, ** DD *** dövlət qeydiyyat nişanlı avtomaşının arxa hissəsi ilə toqquşmuş, nəticədə ona 1000 manat məbləğində maddi ziyan dəymişdir. Şəxs sözügedən inzibati xətanı törətməsi məhkəmə iclasında aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında inzibati xəta haqqında icraat başlamış Balakən rayon Polis Şöbəsinin DYPB-nin YNH üzrə baş inspektoru, polis kapitanı Nümayəndə göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 20:30-radələrində Balakən şəhəri Qafqaz küçəsində törədilmiş avtoqəza ilə bağlı onun tərəfindən araşdırma aparılmış, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin ifadələri alınmış və ünvan 1i ünvanında yaşayan xx.xx.1998-ci il təvəllüdlü Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinin tərkibi olduğundan onun barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə axşam saatlarında etibarnamə ilə idarə etdiyi VAZ-2106 markalı 56 BX858 nömrə nişanlı avtomaşınla Balakən şəhəri Qafqaz küçəsində hərəkət etmişdir. Həmin vaxt N.Gəncəvi küçəsində hərəkətdə olan Mersedes-Benz markalı maşının yoluna çıxaraq yol ayrıcını keçmə qaydasını pozmuş və həmin avtomaşının arxa sol hissəsinə vurmuşdur. Hadisə nəticəsində “Mersedes-Benz” markalı avtomaşının sürücüsünə maddi ziyan vurmuşdur. Hadisə zamanı o içkili olmuş, hadisə zamanı o, heç bir xəsarət almamışdır. Əməlindən peşmandır. Barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. İş üzrə zərərçəkmiş şəxs X4 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən işə X2 iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş zərərçəkmiş şəxs X1 rayon polis şöbəsinə verdiyi izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə etibarnamə ilə idarə etdiyi Mersedes markalı **-DD-***- dövlət qeydiyyat nişanlı maşınla hərəkətdə olduğu zaman arxadan gələn VAZ-2106 markalı avtomaşın onun maşınını arxasından vurmuşdur. Hadisə zamanı tək olmuş və heç bir xəsarət almamışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş “ Avtoservis -777” tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, “Mersedes-Benz” markalı ** DD *** dövlət qeydiyyat nişanlı avtomobilə 1000 manat məbləğində ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş 28 yanvar 2025-ci il tarixli 1186 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinə aktından görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat saat 20:58 radələrində sərxoş olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya –epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan,qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə , inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi,əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törətmiş Şəxs məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-ci maddəsinin sanksiyasında nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tənbehi nəzərdə tutulmuşdur İnzibati xəta törətmiş Şəxs şəxsiyyətini, törədilmiş xətanın xarakterini, məsuliyyəti yüngülləşdirilən və məsuliyyəti ağırlaşdırılan hallar, cərimə tənbehinin onun qanunlara əməl etmək ruhunda tərbiyyələnməsinə kifayət etməyəcəyini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan həddə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla inzibati həbs tənbehinin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Həmin Məcəllənin 36.1-36.2-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. İnzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlmədiyindən, ziyanın ödənməsi ilə bağlı mübahisə olduğundan hesab edirəm ki, hazırda vurulmuş zərərin ödənməsi ilə bağlı məsələyə baxılması mümkün deyildir, zərərçəkmiş şəxsə izah olunmalıdır ki, vurulmuş zərərin ödənməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və İnzibati Xətalar haqqında Azərbaycan Respublikası Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilinsin, nəqliyyat vasitəsini idarə etmək hüququ 2(iki) il müddətinə məhdudlaşdırılmaqla 15 (on beş) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs müddətinin əvvəli 31 yanvar 2025-ci il tarixdən saat 13:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Balakən rayon Polis Şöbəsinə həvalə edilsin. Zərərçəkmiş şəxs X3 izah olunur ki, vurulmuş zərərin ödənməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət edə bilər. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində işə baxmış hakim vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(019)-58/2025
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-58/2025
31.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver