Məhkəmə qərarları › İş №3(019)-59/2023

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-59/2023

13.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-59/2023 13.02.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, inzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi, polis baş leytenantı Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx.xx.1983-cü ildə Balakən rayonu Qullar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay , işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Balakən rayonu Gərəkli kəndində yaşayan Şəxs barəsində Balakən Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs 11 fevral 2023-cü il tarixdə saat 23:00 radələrində Balakən rayon Qabaqçöl qəsəbəsində şəxsi istehlak miqdarında- təmiz çəkisi 0,74 qram narkotik vasitə qəbul etmişdir.O, həmin vaxt Balakən rayonu Qabaqçöl qəsəbəsi ərazisində sərxoş vəziyyətdə qışqıraraq ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş və onu nizam intizama dəvət edən polis əməkdaşları Şahid1 və Şahid2 qanuni tələblərinə qəsdən tabe olmamışdır. İnzibati xəta haqqında icraat başlamış Balakən Rayon X3 RB-nin sahə rəisi, polis baş leytenantı Nümayəndə məhkəmə iclasında göstərdi ki, Balakən rayon X3 PB-nin məsul növbətçisi polis mayoru Elvin Həsənov və Balakən rayon X3 PB-nin polis nəfəri, polis serjantı Şahid1 raportları əsasında inzibati xəta haqqında iş üzrə araşdırmanın aparılması ona həvalə edilmişdir. Onun tərəfindən şahidlərin ifadələri alınmış və Balakən rayonu Gərəkli kəndində yaşayan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələrinin tərkibi olduğundan onun barəsində həmin maddələr ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək göstərdi ki, o, Balakən rayonu Gərəkli kəndində yaşayır. 11 fevral 2023-cü il tarixdə o, Qabaqçöl qəsəbəsində yaşayan dayısıgilə qonaq getmişdir. O, orada bir qədər spitli içki qəbul etmişdir. Həmin gun o, narkotik vasitə olan marixuana da istifadə etmişdir. Saat təxminən 23 radələrində o, Qabaqçöl qəsəbəsində olarkən özündə olmadığı üçün ucadan nalayiq ifadələr işləmişdir. Həmin vaxt orada olan polis əməkdaşları onu polis bölməsinə aparmışlar.Barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, Balakən Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri vəzifəsində xidmət edir. 11 fevral 2023-cü il tarixdə Qabaqçöl qəsəbə ərazisində Şahid2lə xidmətdə olarkən 1 nəfər şəxsin sərxoş vəziyyətdə ictimai qaydanı kobud surətdə pozduğunu görmüşdür. Ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Lakin həmin şəxs onların qanuni tələblərinə məhəl qoymamış və öz hərəkətlərini davam etdirmişdir. Bundan sonra onlar həmin şəxsi polis bölməsinə gətirmiş və raportla rəisə məruzə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 İbrahim oğlu Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 11 fevral 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 11 fevral 2023-cü il tarixdə saat 00:00-da inzibati qaydada tutulmuş, 13 fevral 2023-cü il tarixdə saat 11:45-də azad edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 12 fevral 2023-cü il tarixli 300/2023 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 18-də sidiyində THS-aşkar edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanser tərəfindən 12 fevral 2023-cü tarixdə verilmiş 229 nömrəli rəyindən görünür ki, X4 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyidən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Balakən rayonu Gərəkli kənd sakini xx.xx.1983-cü il təvəllüdlü Şəxs əvvəllər inzibati məsuliyyətə cəlb edilməmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 13 fevral 2023-cü il tarixli 92 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 01:54-də sərxoş olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə isə həmin Məcəllənin 535.1-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206,510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməlləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, o həmin inzibati xətaları törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hallar yoxdur, onun inzibati xətanı sərxoş halda törətməsi onun məsuliyyətini ağırlaşdıran haldır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə görə şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında 15 günədək inzibati həbs, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında isə bir ayadək müddətə inzibati həbs tənbehi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında isə iki ayadək müddətə inzibati həbs tənbehi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında iki ayadək müddətə inzibati həbs tənbehi nəzərdə tutulduğundan o daha ciddi xəta hesab edilir, ona görə də Şəxs həmin maddə ilə inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halın olmamasını və məsuliyyəti ağırlaşdıran halı, törədilmiş xətanın xarakterini, cərimə tənbehinin onun qanunlara əməl etmək ruhunda tərbiyyələnməsinə kifayət etməyəcəyini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206,510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli, barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tənbehi tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Şəxs 11 fevral 2023-cü il saat 00:00-dan 13 fevral 2023-cü il saat 11:45-ə kimi inzibati qaydada tutulub saxlandığından həmin iki gün müddət inzibati həbs müddətinə hesablanmaqla tətbiq ediləcək inzibati həbs müddətindən çıxılmalıdır. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və narkomaniyadan məcburi müalicə olunmalıdır. Şəxs ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınmalı, onun ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınması üçün hazırki qərarın surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X2 Şəxsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin, İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə 20 (iyirmi) gün müddətə inzibati həbs edilsin. Onun inzibati qaydada iki gün tutulub saxlandığı müddət həmin inzibati tənbeh müddətinə hesablanmaqla həmin müddətdən çıxılsın və üzərində 18 (on səkkiz ) gün müddətə inzibati həbs saxlansın. İnzibati həbs müddətinin əvvəli 13 fevral 2023-cü il tarixdən saat 13:30-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Balakən rayon Polis Şöbəsinə həvalə edilsin. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və Səhiyyə orqanlarında narkomaniyadan məcburi müalicə olunsun. Şəxs narkomaniyadan məcburi müalicəsi ilə bağlı qərarın icrası Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Şəxs ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınsın, onun ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınması üçün hazırki qərarın surəti yaşayış yeri üzrə Balakən Rayon Mərkəzi X2 Şəxsinə göndərilsin. Qərardan surəti rəsmi qaydada alındığı gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar