Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-62/2025 03.02.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, protokol tərtib etmiş şəxs Balakən rayon X7 Polis Bölməsinin sahə rəisi X5, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Balakən rayonu Meşəşambul kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Balakən rayonu Meşəşambul kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Balakən Rayon X7 Polis Bölməsinin sahə rəisi X10 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə axşam saatlarında Balakən rayonunun Meşəşambul kəndində Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı sonuncunun üz nahiyəsinə 1 dəfə şillə vurmaqla ona sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Sahə rəisi X10 məhkəmə iclasında göstərdi ki, 25 yanvar 2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qəbul edilmiş qərar əsasında araşdırma aparılması ona həvalə edilmiş, aparılmış araşdırma zamanı Şəxs əməlində İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan onun barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, Məryəm onun baldızıdır. Məryəm onun haqqında kənd ərazisində söhbət çıxartdı ki, guya o, Musa adlı şəxs ilə gizli şəkildə münasibəti var. xx.xx.2025-ci il tarixdə axşam saatlarında o, İbrahim ilə yaşadığı evdən çıxıb Məryəmin evinə getmişlər. O, qapının qarşısında dayanıb İbrahim ilə bacısı Məryəmin söhbətinə qulaq asanda eşitmişdir ki, X14 ilə əlaqəsin olması barədə sözlər demiş, bu sözləri eşidəndə əsəbiləşmiş və həyətə daxil olub Məryəmin üstünə gedib ona sübut etməsini soruşanda onların arasında sözlə mübahisə yaranmışdır. O da bundan əsəbiləşib Məryəmin sifətinə 1 dəfə sillə vurmuş və həyətdən çıxmışdır. Məryəmin saçından tutmamışdır. Törətdiyi əməldən peşman deyildir. Barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə axşam saat 18 radələrində İbrahimlə görüşüb söhbət edəndə qardaşı ona demişdir ki, guya o, onun arvadı Rəşidə barəsində kənd içərisində demişdir ki, Rəşidə Musa adlı şəxs ilə qeyri-rəsmi münasibət saxlayır. Təxminən 2 il bundan öncə o, Rəşidənin Musa adlı şəxs ilə gizli müansibətinin olması barədə söz eşidib Rəşidəyə bu barədə demişdir, lakin sonradan həmin söhbət bağlanmış və deyilənlər öz təsdiqini tapmamışdır. Onların aralarında söhbət gedən vaxtı qəfildən həyətə Rəşidə daxil olub üstünə hücum edib onun sifətinə sillə vurub saçını yolmuş və qollarından tutub ona fiziki təsir göstərməklə ünvanına nalayiq ifadələr işlətmişdir. O, onu özündən uzaqlaşdıra bilməmiş, onların mübahisələrinə İbrahim daxil olub Rəşidəni ondan ayırmışdır. Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında Məryəmin onun bacısı olduğunu, xx.xx.2025-ci il tarixdə X1 gəldiyini, xx.xx.2025-ci il tarixdə axşam saatlarında Rəşidə ilə yaşadığı evdən çıxıb Məryəmin evinə getdiyini, Rəşidənin darvaza qapısının qarşısında yolda dayandığını, özünün isə həyətə daxil olduğunu, Məryəmi çölə çağırıb Musa ilə Rəşidənin hər hansı əlaqəsinin olub-olmaması barədə ona məlumat verməsini dediyini, Rəşidənin qapının arxasında bu sözləri eşidən kimi həyətə daxil olub Məryəmin üstünə gedib ona sübut etməsini soruşanda onlar arasında sözlə mübahisə yarandığını və mübahisə vaxtı Rəşidənin Məryəmin sifətinə 1 dəfə sillə vurduğunu, mübahisəyə onun müdaxilə etdiyini və bir qədər sonra oradan çıxıb evə gəldiklərini bildirmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Zərərçəkmiş şəxs şikayəti əsasında toplanmış HK-1-4 saylı material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, qərarın surətinin Şəxs İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün Balakən RPŞ-nin Qabaqçöl PB-nə göndərilməsi qərara alınmışdır. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 23 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs müəyyən edilmiş xəsarət — Sağ çiynin qançırı — küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2025-ci ildə əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Şəxs xx.xx.2014-cü il təvəllüdlü X3, xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X4 adlı 3 azyaşlı uşağı var. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemoloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İşin hallarını, məhkəmə iclasında dindirilmiş şəxslərin izahatını, iş materiallarını və hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsi ilə düzgün tövsif edilmişdir, o, həmin inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs himayəsində üç yetkinlik yaşına çatmayan uşağının olması onun məsuliyyətini yüngülləşdirən haldır, məsuliyyətini ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törədilmiş xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Arifə Cəfərova
Məhkəmə qərarları › İş №3(019)-62/2025
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-62/2025
03.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver