Məhkəmə qərarları › İş №3(019)-63/2022

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-63/2022

14.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-63/2022 14.02.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, inzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis X2 Bölməsinin (bundan sonra Balakən RPŞ İTB) sahə rəisi X4, zərərçəkmiş şəxs X8, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili X6 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə Balakən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı subay, orta təhsilli, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmuş, Balakən şəhəri, H.Əliyev prospekti ev 35 mənzil 10 ünvanında qeydiyyatda olan və həmin ünvanda daimi yaşayan- Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 157, 510 və 535.1-ci maddələrilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs 03.01.2022-ci il tarixdə saat 03 radələrində Balakən şəhəri H.Əliyev prospekti ev 35in qarşısında X1 bir dəfə yumruqla vuraraq qəsdən fiziki ağrı yetirmiş, həmçinin 11.02.2022-ci il tarixdə saat 23.15 radələrində Balakən rayonu Talalar kəndində ictimai yerdə-küçədə ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, bu hərəkətlərinin qarşısını almağa dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu barədə Balakən RPŞ-nin İTB-nin sahə rəisi X13 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə 12 fevral 2022-ci il tarixli, MN 1195984, MN ******* və MN ******* №-li inzibati xəta haqqında protokollar tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Həmin inzibati xəta haqqında protokollar üzrə inzibati xəta haqqında işlərə baxılması Balakən Rayon Məhkəməsinə aid olduğundan, onların bir icraatda məhkəmədə baxılması mümkün hesab edilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin o cümlədən 157, 510 və 535-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Azərbaycan Respublikası İXM-nin 43.3-cü maddəsinə əsasən bu Məcəllənin 43.1-ci maddəsində göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmçinin səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 157, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində özünü təqsirli bilərək, izahatında göstərdi ki, o, ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşayır. Güldanə Dibirova və Elnur Qazaxov onun qonşularıdır. Onlarla hər zaman münasibəti yaxşı olmuşdur. 03.01.2022-ci il tarixdə saat 03 radələrində yaşadığı evə gələrək siqaret çəkmək üçün geri evin blokuna çıxmış, bu zaman qonşusu Güldənə Dibirovanın haradansa yaşadığı evə gəlmək üçün bloka daxil olduğunu, onun yanında digər blokda yaşayan qonşusu Elnur Qazaxovun anası Samirə Xəlilovanın da olduğunu görmüşdür. Güldanə ilə rastlaşdıqda gülərək, ondan gecə saatlarında haradan gəldiyini soruşmuş, cavabında Güldanə Dibirova ona qonşusu Samirənin evindən gəldiyini, bu nə sualdır ki, ona verdiyini deyərək, əsəbi halda onunla danışmışdır. Bu zaman Samirə Xəlilova ona müdaxilə etmək istədikdə, Samirəyə Güldanə ilə söhbət etdiyini, onun evə getməsini bildirmiş, X3rın evində olduğunu ona bildirmişdir. Bu zaman Samirənin oğlu Elnur Qazaxov ona yaxınlaşmış, ona nəsə demək istədiyi zaman əliylə Elnurun sinəsindən itələyərək evə getməsini, səs-küy yaratmamasını ona demişdir. Bundan sonra Samirə və Elnur evə getmiş, Güldanə Dibirova da evinə daxil olmuşdur. O da siqaret çəkərək, evə daxil olmuşdur. Elnur Qazaxovla mübahisə etməmiş, onun sinəsinə bir dəfə yumruqla vurmamış, sadəcə olaraq onun sinəsindən əlinin içərisi ilə itələyərək səs-küy salmamasını ona bildirmişdir. Güldanə Dibirovanın yaşadığı evinə daxil olmamış, Güldanə ilə yaşadığı evinin qapısının çöl tərəfində söhbət etmiş, onunla mübahisə etməmiş, onu əxlaqsızlıqda günahlandırmamış, ona şər-böhtan atmamış, sadəcə ona evə nə üçün gecə gəlməsini bildirmişdir. Həmçinin Samirə və oğlu Elnurla mübahisə etməmiş, bu zaman yanında başqa heç kim olmamış, səs-küy yaranmamışdır. 11.02.2022-ci il tarixdə onun ad gününü qeyd etmək üçün dostu Elnur Həmzətov ilə birlikdə Balakən rayonu Talalar kəndində «Bəyaz» kafedə yeyib-içmişlər. Saat 23.00 radələrində oradan çıxmış və qəzərək getməyə başlamışlar. İçkili olduqlarından onlar bilmədən səslərini yüksəltmişlər. Bir az səs-küy salmış, söyüş söymüşlər. Bunu görən Balakən RPŞ PPX əməkdaşları onlara yaxınlaşaraq, onları nizamintizama dəvət etmişlər. Lakin onlar içkili olduqlarından istəmədən polis əməkdaşları ilə mübahisə yaratmışlar. Bu səbəbdən onları polis şöbəsinə gətirmişlər. Əməlindən səmimi peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X20 izahatında göstərdi ki, 02.01.2022-ci il tarixdə axşam saatlarında qonşusu Güldanə Dibirova onun yaşadığı evə qonaq gəlmiş, həmin gün saat 03 radələrinədək ona məxsus evdə qalmışdır. 03.01.2022-ci il tarixdə saat 03 radələrində anası X17 evə ötürmək üçün getmiş, onların arxasınca evin həyətinə düşmüş, bu zaman binanın blokunda Güldanə Dibirova ilə qonşusu Şəxs sözlə mübahisə etmələrini görmüşdür. Onlara yaxınlaşdığı zaman Şəxs onun sinəsinə bir dəfə yumruqla vuraraq onu özündən uzaqlaşdırmış, sonra anası Samirə ilə birlikdə evə qayıtmışlar. Mübahisə zamanı yanında qeyd etdiyi şəxslərdən başqa heç kim olmamış, bu hadisəni başqa heç kim görməmiş, mübahisə binanın blokunda Güldanənin yaşadığı mənzilin qapısının yanında baş vermişdir. Mübahisə təxminən 2 dəqiqə davam etmiş, səs-küy yaranmamışdır. Şəxs Güldanəni əxlaqsızlıqda günahlandırmasını, ona böhtan atmasını eşitməmiş, onların nə səbəbdən mübahisə etdiklərini bilməmişdir. Şəxs mübahisə zamanı Güldanəni və anası Samirə Xəlilovanı döyməmiş, onlara xəsarət yetirməmişdir. Bədənində hər hansı bir xəsarət olmamış, məhkəmə tibbi ekspertizasında tibbi müayinədən keçməkdən imtina etmişdir. Şəxs ona vurduğu ziyanı tam ödəmişdir. Şəxs ilə barışmışdır, ona qarşı heç bir tələb və şikayəti yoxdur. Şəxs münasibətdə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən RPŞ-nin İTB-nin sahə rəisi X13, Şəxs Azərbaycan Respublikası İXM-nin 157, 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi nəticəsinə gəlindiyi üçün Şəxs barəsində inzibati xəta haqqında protokollar tərtib edərək, Azərbaycan Respublikası İXM-nin 157, 510 və 535.1ci maddələrilə inzibati xəta haqqında iş üzrə icraat başladığını, Şəxs Azərbaycan Respublikası İXM-nin 157, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinin iş materialları ilə təsdiq olunduğunu bildirərək, Şəxs barəsində qanuni tədbir görürlməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 izahatında göstərmişdir ki, 11.02.2022ci il tarixdə PPXB-nin polis nəfəri Eşqin Cumaliyev ilə xidmətdə olduqları zaman saat 23.00 radələrində Balakən rayonu Talalar kəndi ərazisində sonradan adlarının Elmir Həmzətov və Şəxs olduğunu bildikləri şəxslərin ucadan ünvansız nalayiq ifadələr işlədərək, ictimai qaydanı pozduğunu görmüşlər. Onlara yaxınlaşaraq özlərini təqdim etmiş və onları nizam-intizama dəvət etmişlər. Lakin onlar öz hərəkətlərinə davam etmiş və onlara müqavimət göstərməyə başlamışlar. Həmin şəxslər onlar tərəflərindən Balakən RPŞ-yə dəvət olunmuşlar. Balakən RPŞ-də onların Balakən rayonu, Tülü kənd sakini Elmir Həmzətov və Balakən şəhəri, H.Əliyev prospektində yaşayan Şəxs olduğu müəyyən olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 da X5 izahatına uyğun izahat vermiş və onun izahatında göstərdiyi halları təsdiq etmişdir. İş materiallarında olan 12.02.2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 12.02.2022-ci il tarixdə, saat 00.30-da tutulmuş və 13.02.2022-ci il tarixdə saat 20.00-da azad edilmişdir. İş materiallarında olan 642173 nömrəli alkotester məlumatından və 12.02.2022-ci il tarixli, 49 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, həmin vaxt Şəxs 1.543 promil alkoqol sərxoşluğu aşkar edilmişdir. İş materiallarında olan Balakən RPŞ-nin TB-nun təhqiqatçısı X27 oğlunun cinayət işinin başlanmasının rədd edilməsi barədə 07.01.2022-ci il tarixli qərarından görünür ki, X20 və X7 Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə və Balakən RPŞ-yə ərizə ilə eyni məzmunlu müraciətləri əsasında toplanmış HK-1-13 saylı material üzrə cinayət işinin başlanılması rədd edilmiş, toplanmış materialda Azərbaycan Respublikası CM-nin 221-ci (xuliqanlıq) və Azərbaycan Respublikası İXM-nin 510-cu (xırda xuliqanlıq) maddələrinin tərkib əlamətləri olmadığından qeyd edilən maddə əsasında cinayət işi başlanması və inzibati icaatın açılmasından imtina edilmiş, qərarın surətinin ünvan 2-da qeydiyyatda olmaqla yaşayan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci (döymə) maddəsinin tərkib əlamətləri olduğundan sonuncunun qeyd edilən maddə əsasında inzibatı məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün Balakən RPŞ-nin İTB-nə, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokuroruna X16 və X10 göndərilməsi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respubiikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X28 Şəxsinin 3 saylı Şəki Zaqatala regional filialı tərəfindən 14.02.2022-ci il tarixdə verilmiş **********46 nömrəli arayışdan görünür ki, Şəxs filial tərəfindən heç bir növ pensiya, sosial müavinət və təqaüd almır. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin 3(019)-332/2021 nömrəli 13.10.2021-ci il tarixli qərarında göstərilir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 521 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinmiş və İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsilə 150 (bir yüz əlli) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə həmin məcəllənin 510-cu maddəsində, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə isə həmin Məcəllənin 535.1-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətlərinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilir. Azərbaycan Respublikası İXM-nin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. İş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Lakin zərərçəkmiş şəxslə barışdığı üçün Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs X20 məhkəməyə ərizə ilə müraciət edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ilə barışdığını, Şəxs tərəfindən ona vurulmuş maddi və mənəvi ziyanın tam ödənilməsini, ona qarşı tələb və şikayətinin olmadığını göstərərək, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə ərizə ilə müraciət edərək, zərərçəkmiş şəxs X20 ilə barışdığını, X16 vurduğu maddi və mənəvi ziyanı tam ödədiyini və ona qarşı heç bir tələb və şikayətinin olmadığını göstərərək, barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 53.0.9-cu maddəsinə əsasən o cümlədən bu Məcəllənin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, hakim inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. İşin hallarını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən zərərçəkmiş şəxs X16 vurulmuş ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxs X20 ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barışmasını, yuxarıda qeyd olunan qanun normalarının tələblərini nəzərə alaraq, hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İşdəki sübutlara hüquqi qiymət verərək, həmçinin hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməlidir, onun əməli Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Onun Azərbaycan Respublikası İXM-nin həmin maddələri ilə inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur və Şəxs barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasında əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında isə fiziki şəxslər üçün iki yüz manat məbləğində cərimə və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Göründüyü kimi, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta həmin Məcəllənin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətadan daha ciddidir. Ona görə də Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsi tətbiq edilməklə Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsində inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Qanun normasının tələbinə əsasən inzibati xəta törətməsindən səmimi peşmançılığını Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alıram. Azərbaycan Respublikası İXM-nin 33.1.2-ci maddəsində inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi məsuliyyəti ağırlaşdıran hal kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 33.1.7-ci maddəsində inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran hal kimi nəzərdə tutulmuşdur. Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini və inzibati xətaları sərxoş halda törətməsini onun məsuliyyətini ağırlaşdıran hallar kimi nəzərə alıram. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi inzibati xətaların xarakterini, şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, inzibati xəta törətməsindən səmimi peşmançılığı kimi məsuliyyəti yüngülləşdirən halı və Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi və inzibati xətaları sərxoş halda törətməsi kimi məsuliyyətini ağırlaşdıran halları nəzərə alaraq, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməli, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən daha ciddi xəta sayılan Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilməli, onun 12 fevral 2022-ci il tarixdə saat 00.30-dan 13 fevral 2022-ci il tarixdə saat 20.00-dək tutulduğu 2 (iki) gün müddət həmin həbs müddətindən çıxılmalı və onun üzərində qəti olaraq 6 (altı) gün müddətə inzibati həbs saxlanmalı, inzibati həbs müddətinin əvvəli hazırki qərarın elan oldunduğu 14 fevral 2022-ci il tarixdən saat 15.30-dan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili X19, hazırki inzibati xəta haqqında iş üzrə Şəxs hüquqlarının müdafiəsinə 1 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının İXM-nin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də hesab edirəm ki, Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili X11 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X18 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 6 manat köçürülməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikasının İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 49-51, 105.1, 109.2, 112-113, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata zərərçəkmiş şəxslə barışdığına görə xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xəta sayılan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin; onun 12 fevral 2022-ci il tarixdə saat 00.30-dan 13 fevral 2022-ci il tarixdə saat 20.00-dək tutulduğu 2 (iki) gün müddət həmin həbs müddətindən çıxılsın və Şəxs üzərində qəti olaraq 6 (altı) gün müddətə inzibati həbs saxlansın; inzibati həbs müddətinin əvvəli 14 fevral 2022-ci il tarixdən saat 15.30-dan hesablansın. Balakən rayon Vəkil Bürosunun vəkili X19 tərəfindən Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili X11 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X18 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 6 manat köçürülsün. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar