Məhkəmə qərarları › İş №3(019)-63/2024

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-63/2024

03.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-63/2024 03.02.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon Polis X3 Bölməsinin sahə rəisi X2, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1982-ci ildə Balakən rayonu Qazma kəndində anadan olmuş, orta təhsilli, subay, inzibati məsuliyyətə cəlb olunmayan, Balakən rayonu Qazma kəndində qeydiyyatda olan və yaşayan- Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 206-cı maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Balakən rayonu Qazma kəndində narkotik vasitə olan qurudulmuş marixuananı şəxsi istehlak miqdarında istehlak etmişdir. Bu barədə Balakən RPŞ-nin İTB-nin sahə rəisi X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək, izahatında xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Balakən rayonu Qazma kəndində narkotik vasitə olan qurudulmuş marixuananı şəxsi istehlak miqdarında istehlak etdiyini göstərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Xəlilov X9 RPŞ-də verdiyi izahatında göstərmişdir ki, təxminən 1 ildir ki, ara-sıra narkotik vasitə "nəşədən" istifadə etmişdir. Axırıncı dəfə təxminən 2023-cu ilin dekabr ayının ortalarında yoldan tapdığı bıı siqaretlik narkotik vasitə nəşə” çəkmişdir. xx.xx.2024-cü ıl tarixdə Balakən şəhəri Məhəmməd Əsədov küçəsində olduğu zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etdilər. Bundan sonra üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğunu bildirərək onun üzərində şəxsi axtarış keçirilməsi üçün polis şöbəsinə dəvət etdilər. O, polis əməkdaşlarının dəvəti ilə polis şöbəsinə gəldi. Polis şöbəsində onun hüquqlarının müdafiəsi üçün vəkillərin adlı siyahısı ona təqdim edildi. O, təqdim edilmiş vəkillərin siyahısından X1 hüquqlarının müdafiə etməsini istədi. Bır neçə dəqiqə sonra Məlahət Emçiyeva polis şöbəsinə dəvət edildi, müdafiəçi kimi ona təqdim edildi. O, bır daha Məlahət Emçiyeva tərəfindən hüquqlarının müdafiəsinə etirazının olmadığını bildirdi. Daha sonra şübhəli şəxs qismində tutulması ilə bağlı protokol tərtib edildi, həmin protokol ilə tanış olduqdan sonra imzalarla təsdiq etdilər, eyni zamanda tutulması ilə bağlı ailə üzvlərinə telefon vasitəsilə məlumat verdi. Bir daha hüquq və vəzifələri ona izah edildi. Bundan sonra müdafiəçi Məlahət Emçiyeva və polis əməkdaşlarının iştirakı ilə video çəkilişlə üzərində şəxsi axtarış aparılmağa başlandı. Şəxsi axtarışdan əvvəl ona hüquq və vəzifələri, yəni müdafiəçi tutmaq, öz əleyhinə ifadə verməmək və s. hüquq və vəzifələri izah edildi. Şəxsi axtarış zamanı ondan üzərində hər hansı narkotik vasitə və ya əşya predmet olub-olmadığı soıuşulduqda o, üzərində hər hansı bir narkotik vasitə, əşya pıedmet olmadığını bildirdi. Üzərində şəxsi axtarış zamanı hər hansı qanunla qadağan edilmiş narkotik vasitə, əşya, predmet aşkar olunmadı. Şəxsi axtarış zamanı o, 20 il bundan qabaq Balakən rayonunda yerləşən bazardan aldığı bir ədəd qara rəngli “tir tapançasının' olduğunu bildirdi. Həmin "tir tapançanı" bibisinin həyat yoldaşı Elxan Layıcova təmir etməsi üçün verdiyini qeyd etdi. Daha sonra həmin ünvana baxış keçirildi, baxış zamanı Elxan Layıcov təmir üçün ona vermiş olduğu həmin "tir tapançasını’ təqdim etdi. Həmin qara rəngli "tir tapança' ağ rəngli kağız zərfə qablaşdırılaraq və möhürlənərək götürüldü. O, polis əməkdaşları tərəfindən yaşadığı Balakən şəhəri M.Əsədov küçəsində saat 16.45 radələrində saxlanılmışdır. Ona qarşı Balakən RPŞ-də hər hansı bir psixi və fiziki təsir göstərilməmişdir. İnzibati xəta törətməsindən peşmançılıq hissi keçirir. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən RPŞ-nin İTB-nin sahə rəisi X4, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi nəticəsinə gəlindiyi üçün Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edərək, Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başladığını, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinin iş materialları ilə təsdiq olunduğunu, Şəxs 11 may 2023-cü il tarixdə saat 01-də inzibati qaydada tutulduğunu bildirərək, Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan X6 Mərkəzinin 11 may 2023-cü il tarixli ekspres metod testində Şəxs marixuana (THC) pozitiv nəticə göstərilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 17.00-da tutulmuş və xx.xx.2024-cü il tarixdə saat 15.00-da azad edilmişdir. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatanı dinləyib, iş materiallarını araşdırıb, iş üzrə sübutlarla müəyyən edilmiş işin hallarına hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsilə düzgün tövsif edilmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin sanksiyasında üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə, işin hallarına və xəta törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiqi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsində inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. İnzibati xətanı törətməsindən səmimi peşmançılığını Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alıram. İş materiallarına əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, məsuliyyətini yüngülləşdirilən halı və məsuliyyətini ağırlaşdırılan halların olmamasını, əmlak vəziyyətini və cərimə tənbehinin onun qanunlara əməl etmək ruhunda tərbiyələnməsinə kifayət etməyəcəyini nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbsin yuxarı həddinin dörddə birindən az olmamaqla inzibati həbs tənbehinin tətbiq edilməsini inzibati tənbehin məqsədlərinə nail olunması baxımından qanuni və əsaslı hesab edirəm. Qeyd olunanlara əsasən belə nəticəyə gəlirəm ki, Şəxs Azərbaycan Respublikası İXMnin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilməli, onun 02 fevral 2024-cü il saat 17.00-dan 03 fevral 2024-cü il saat 15.00-dək inzibati həbsdə saxlanıldığı 1 (bir) gün müddət həmin həbs müddətindən çıxılmalı və Şəxs üzərində qəti olaraq 14 (on dörd) gün müddətinə inzibati həbs saxlanılmalı, həbs müddətinin əvvəli 03 fevral 2024-cü il tarixdən saat 16.30-dan hesablanmalıdır. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil hazırki inzibati xəta haqqında iş üzrə Şəxs hüquqlarının müdafiəsinə 2 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 12 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də hesab edirəm ki, Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil tərəfindən Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X8 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 6 manat köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikası İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, ***-**** və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin; onun 02 fevral 2024-cü il saat 17.00-dan 03 fevral 2024-cü il saat 15.00-dək inzibati həbsdə saxlanıldığı 1 (bir) gün müddət həmin həbs müddətindən çıxılsın və Şəxs üzərində qəti olaraq 14 (on dörd) gün müddətinə inzibati həbs saxlanılsın; həbs müddətinin əvvəli 03 fevral 2024-cü il tarixdən saat 16.30-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Balakən Rayon Polis Şöbəsinə həvalə edilsin. Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X8 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 12 manat köçürülsün. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar