Məhkəmə qərarları › İş №3(019)-65/2021

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-65/2021

04.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-65/2021 04.03.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X10, onun müdafiəçisi Vəkil və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə X10 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Zaqatala Dövlət Təbiət Qoruğunun direktor əvəzinin xx xxxxxxxx 2016-cı il tarixli inzibati tənbehin tətbiq edilməsi haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: X16 məhkəmədən şikayətinin təmin edilməsi, Zaqatala Dövlət Təbiət Qoruğunun direktor əvəzinin İnzibati tənbehin tətbiq edilməsi haqqında xx xxxxxxxx 2016-cı il tarixli qərarı ilə inzibati xətanı törətməsi ilə bağlı 1000 (min) manat cərimə edilməsinə dair qərarın ləğv edilərək, barəsində başlanmış inzibati icraata xitam verilməsi barədə qərar qərar qəbul edilməsini xahiş etmişdir. X16 şikayətini onunla əsaslandırmışdır ki, o, xx xxxxx 1956-cı ildə Balakən rayonu Katex kəndində anadan olmuşdur və həmin ünvanında yaşayır. Yaşadığı ərazi dağ ərazisinə yaxındır. Təsərrüfatında mal-qara vardır. Kənd camaatı mal-qaranın otlaması üçün onları dağ ərazisinə buraxırlar. İstifadəsində bir ədəd 16 kalibrli, təklüləli, KO-8255 nömrəli ov tüfəngi atasından miras qalmışdır. xx.xx.2016-cı ildə təsərrüfatında olan inəyin itməsi ilə bağlı atasından qalmış ov tüfəngi ilə meşəyə tərəf getmişdir. Qayıdarkən Zaqatala Dövlət Təbiət Qoruğunun əməkdaşları onu saxlamış, tüfəngin sənədinin olubolmamasını tələb etmişlər. Tüfənginin ona məxsus sənədləri olmadığından Zaqatala Dövlət Təbiət Qoruğunun əməkdaşları ondan tüfəngi almış və araşdırılması üçün Balakən Rayon Polis Şöbəsinə göndərəcəklərini bildirmişlər. Balakən Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli, 3(019)-295/2016 saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinib, ondan götürülmüş Balakən Rayon Polis Şöbəsində saxlanılan təklüləli, 16 kalibirli KO-8255 nömrəli ov tüfəngi dövlət nəfinə müsadirə edilməklə 80 (səksən) manat miqdarında cərimə edilmişdir. xx xxxxxx 2021-ci ildə Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vidadi Musayev onu şöbəyə dəvət etmiş və ona xx xxxxxx 2021-ci ildə icraatına Balakən Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli, 3(019)-295/2016 saylı icra sənədi daxil olduğunu və 80 (səksən) manat cərimə olunduğunu və cərimənin ödənilməsini bildirmişdir. O da cəriməni dövlət büdcəsinə ödəyərək, qəbzi təqdim etmişdir. xx xxxxxx 2021-ci il tarixdə Balakən rayon İcra və Probasiya Şöbəsi ona icraata başlamaq haqqında qərar göndərərək, 1000 manat cərimə olunduğu bildirmiş və cərimənin 10 gün ərzində ödənilməsini tələb etmişlər. xx xxxxxx 2021-ci il icra şöbəsinə gələrək, nəyə görə və hansı əsasla cərimə olunması ilə bağlı sənədləri tələb etmişdir. İcra məmuru ona Zaqatala Dövlət X14 tənbehin tətbiq edilməsi haqqında xx xxxxxxxx 2016-cı il tarixli, 17 saylı qərarının surətini təqdim etmişdir. Qərarın surəti ilə tanış olduqdan sonra icra məmuruna bildirmişdir ki, o, bu inzibati xətanı törətməmişdir və həmin qərardan məhkəməyə şikayət verəcəkdir. Zaqatala Dövlət X14 tənbehin tətbiq edilməsi haqqında xx xxxxxxxx 2016-cı il tarixli qərarını əsassız hesab edir. Qərarın təsviri hissəsində qeyd edilmişdir ki, Balakən rayonu Katex kənd sakini X16 xüsusi mühafizə olunan təbiət ərazisinin mühafizə rejimini pozaraq, qoruq ərazisində lüləsinə kustar üsulla hazırlanmış projektor (fanar) yerləşdirilmiş təklülə 16 çaplı KO-8255 nömrəli ov silahı ilə qanunsuz ov edərkən saxlanılmışdır. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 242-ci və 272.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. X16 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 242-ci və 272.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1000 (min) manat məbləğində cərimə edilmişdir. Qərarın surətindən görünür ki, həmin qərara Zaqatala Dövlət Təbiət Qoruğunun direktoru X7 imza etmişdir, qərarın surətini almağına dair qeyd hissəsində onun imzası yoxdur. Bu bir daha sübut edir ki, sözügedən qərarı mübahisələndirmək üçün qanunla müəyyən edilmiş müddəti ötürməmişdir. O, xüsusi mühafizə olunan təbiət ərazisinin mühafizə rejimini pozmamış, qoruq ərazisində qanunsuz ov etməmiş və ya hər hansı ov qaydalarını pozmamışdır. Zaqatala Dövlət Təbiət Qoruğunun əməkdaşları xx xxxxxxxx 2016-cı il tarixdə onu saxlayarkən onda atasından qalma təklülə 16 çaplı KO-8255 nömrəli tüfəng aşkar edilmiş, tüfəngin araşdırılmasının onların səlahiyyətində olmadığını bildirmiş, həmin vaxt tüfəngi ondan alaraq, polis şöbəsinə araşdırmaq üçün göndərəcəklərini demişlər. Xüsusi icazə almadan mülki silah saxladığıma görə inzibati qaydada cərimə edilmişdir. Lakin Zaqatala Dövlət Təbiət Qoruğunun onun barəsində xx.xx.2016-cı il tarixli, 00659 saylı inzibati xəta haqqında protokol tərtib etmələrindən onun məlumatı olmamışdır. Zaqatala Dövlət Təbiət Qoruğunun əməkdaşlarının onu saxladıqları ərazinin başqa ərazidən fərqlənmədiyinə görə onun xüsusi mühafizə olunan ərazi olması ona aydın deyildir. Ondan hər hansı ov aşkar edilmədiyinə görə barəsində inzibati araşdırma aparılmalı,əməlində inzibati xətanın tərkibinin olub-olmaması, inzibati orqanın səlahiyyətli şəxsinin həmin inzibati xətaya baxmaq səlahiyyətinin olub-olmaması aydınlaşdırılmalı idi. Zaqatala Dövlət Təbiət Qoruğunun direktor əvəzinin inzibati tənbehin tətbiq edilməsi haqqında xx xxxxxxxx 2016cı il tarixli qərarının 2021-ci ildə icra olunması üçün Balakən rayon İcra və Probasiya Şöbəsinə göndərilməsi də həmin qərarın ondan xəbərsiz qəbul edilməsinə dəlalət edir. Barəsində yazılmış Zaqatala Dövlət Təbiət Qoruğunun direktor əvəzinin inzibati tənbehin tətbiq edilməsi haqqında xx xxxxxxxx 2016-cı il tarixli, 17 saylı qərarı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati materialı tam araşdırmadan qərar qəbul edilmişdir. Buna görə də sözügedən qərar ləğv edilməli, barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 242 və 272.3-cü maddələri ilə olan işin icraatına xitam verilməlidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X16 şikayəti müdafiə edərək, ona uyğun izahat vermiş və şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X5 Xidməti Zaqatala Dövlət Təbiət Qoruğunun nümayəndəsi Nümayəndə X10 xüsusi mühafizə olunan təbiət ərazilərindən istifadə qaylarını və ov qaydalarını pozduğunu, buna görə X16 barəsində Azərbaycan Respublikası İXM-nin 242 və 272.3-cü maddələri ilə xx xxxxxxxx 2016-cı il tarixli inzibati xəta haqqında protokol tərtib olunduğunu, həmin protokol əsasında Zaqatala Dövlət Təbiət Qoruğunun direktor əvəzi X4 inzibati tənbehin tətbiq edilməsi haqqında xx xxxxxxxx 2016-cı il tarixli, 17 saylı qərarı ilə X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 242 və 272.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı 1000 (min) manat cərimə edildiyini, həmin qərarın tamamilə qanuni və əsaslı olduğunu göstərərək, şikayətin rədd edilməsini və Zaqatala Dövlət Təbiət Qoruğunun direktor əvəzinin inzibati tənbehin tətbiq edilməsi haqqında xx xxxxxxxx 2016-cı il tarixli, 17 saylı qərarının qüvvədə saxlanmasını xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxsi, onun müdafiəçisini və Zaqatala Dövlət Təbiət Qoruğunun nümayəndəsini dinləyib, şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə tədqiq edərək, hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Zaqatala Dövlət Təbiət Qoruğunun direktor əvəzi X4 X16 barəsində İnzibati tənbehin tətbiq edilməsi haqqında xx xxxxxxxx 2016-cı il tarixli qərarı ləğv olunmalı və əməlində inzibati xəta tərkibi olmadığı və inzibati məsuliyyətə cəlb etmə müddətləri keçdiyi üçün X16 barəsində Azərbaycan Respublikası İXM-nin 242 və 272.3-cü maddələrilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan xx xxxxxxxx 2016-cı il tarixli, 00059 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X16 barəsində ov qaydalarının kobud şəkildə pozulmasına görə Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi istinad olunmaqla onun haqqında həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. İş materiallarında olan Zaqatala Dövlət Təbiət Qoruğunun direktor əvəzi X4 xx xxxxxxxx 2016-cı il tarixli inzibati tənbehin tətbiq edilməsi haqqında qərarından görünür ki, X1 Respublikası İXM-nin 242, 272.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 1000 manat məbləğdə inzibati qaydada cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 99.4.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edildikdə, yaxud inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında prokuror tərəfindən qərar qəbul edildikdə inzibati xəta haqqında iş üzrə icraat başlanmış hesab edilir. Qanun normasının mənasına görə şəxsin Azərbaycan Respublikası İXM-nin hansısa maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilməklə onun barəsində həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraat başlanır. Həmçinin İXM-nin 76.21-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün sübut növü kimi müəyyən edilmişdir. İş materiallarından görünür ki, xx xxxxxxxx 2016-cı il tarixli, 00059 nömrəli inzibati xəta haqqında protokolda X11 İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi istinad edilməklə, onun haqqında İXM-nin 272.3-cü maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. xx xxxxxxxx 2016-cı il tarixli inzibati tənbehin tətbiq edilməsi haqqında qərar da xx xxxxxxxx 2016-cı il tarixli, 00059 nömrəli inzibati xəta haqqında protokola istinad edilməklə və ona əsaslanmaqla qəbul edilmişdir. xx xxxxxxxx 2016-cı il tarixli, 00059 nömrəli inzibati xəta haqqında protokolda isə X11 İXM-nin 242-ci maddəsi istinad edilməmiş və onun haqqında İXM-nin 242-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmamışdır. xx xxxxxxxx 2016-cı il tarixli protokolda X16 barəsində İXM-nin 242-ci maddəislə inzibati xəta haqqında iş üzrə icraat başlanmadan inzibati tənbeh vermə haqqında xx xxxxxxxx 2016-cı il tarixli qərarda X10 İXM-nin 242-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinin araşdırma və inzibati tənbehin verilməsi predmeti olması tamamilə qanunsuz və əsassızdır. Həmçinin xx xxxxxxxx 2016cı il tarixli qərarda X10 İXM-nin 242-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olması heç bir sübutla, o cümlədən xx xxxxxxxx 2016-cı il tarixli inzibati xəta haqqında protokolla təsdiq olunmamışdır. Bu xüsusda həmçinin Həsən Həsənovun İXM-nin 242 və 272.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsində təqsirli olması və barəsində inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qanun pozuntusu ilə çıxarılmışdır. Belə ki, əgər xx xxxxxxxx 2016-cı il tarixli qərarda X10 İXM-nin 242-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində də təqsiri müəyyən olunsaydı, onda o, İXM-nin 242 və 272.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməklə İXM-nin 34.3-cü maddəsinə və ya 34.4-cü maddəsinə istinad edilməklə daha ciddi xətanın (hazrki halda İXM-nin 272.3-cü maddəsinin) sanksiyasında nəzərdə tutulmuş inzibati tənbehə məruz qalmalı və bu qərarda göstərilməli idi. Lakin bu hal həmin qərarda göstərilməmişdir. Buradan belə nəticəyə gəlmək olar ki, X10 barəsində İXM-nin 242-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmədən onun İXM-nin 242-ci maddəsilə inzibati məsuliyyətə cəlb edilməsi tamamilə qanunsuz və əsassızdır və bu faktın özü də xx xxxxxxxx 2016-cı il tarixli qərarın qanunsuz qəbul olunmasını göstərir. Digər tərəfdən Zaqatala Dövlət Təbiət Qoruğunun direktor əvəzi X7 inzibati tənbeh tətbiq etmə haqqında xx xxxxxxxx 2016-cı il tarixli qərarı verərkən səlahiyyət həddini aşmış, qanunla məhkəmənin səlahiyyətlərinə aid olunan İXM-nin 272.3-cü maddəsilə X12 təqsirli bilərək, barəsində 1000 manat məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxılması imperativ qaydada rayon (şəhər) məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2016-cı il tarixli, 795 nömrəli «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə» Fərmanının 5.11-ci bəndində Azərbaycan Respublikası Ekoloiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən baxılmalı olan inzibati xətaların siyahısında İXM-nin 272-ci maddəsində, o cümlədən 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar göstərilməsə də, həmin Fərmanın 5.23-cü bəndində İXM-nin 272-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə həmin işlər üzrə inzibati icraata başlamış Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və ya Azərbaycan Respublikasının Ekologia və Təbii Sərvətlər Nazirliyi tərəfindən baxılması müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə məhkəmədə baxılması İXM-nin 43.1, 26.2 və 27.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, birincisi, bu, qanunda, yəni İXM-nin 43.1-ci maddəsində imperativ qaydada təsbit edilmişdir. Həmçinin Azərbaycan Respublikası İXM-nin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavastə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 27.2-ci maddəsinə əsasən bu Məcəllənin 327.7-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması yalnız hakim tərəfindən tətbiq edilir. X11 istinad olunan İXM-nin 272.3cü maddəsinin sanksiyasında isə inzibati cərimədən əlavə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavastə obyekti olmuş predmetin müsadirə edilməsi və ya edilməməsi, həmçinin altı aydan iki ilədək müddətə ov hüququnun məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Qanun normasının tələbinə görə isə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavastə obyekti olmuş predmetin müsadirəsi və fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması yalnız hakim tərəfindən həyata keçirilir. Ona görə də sanksiyasında inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavastə obyekti olmuş predmetin müsadirəsi və fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması nəzərdə tutulan inzibati xətalar, konkret halda İXM-nin 272.3-cü maddəsində göstərilən inzibati xətalar haqqında işlərə məhkəmə tərəfindən baxılmalı olduğundan, Zaqatala Dövlət Təbiət Qoruğu tərəfindən hazırki iş baxılması üçün məhkəməyə gəndərilməli idi ki, bu da həyata keçirilməmişdir. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikası Konstitusiya Qanununun 2.6-cı bəndinə əsasən fərman və ya digər normativ hüquqi akt qanunla ziddiyyət təşkil etdikdə qanun tətbiq edilir. xx xxxxxxxx 2016-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarla X16 xüsusi mühafizə olunan təbiət ərazilərindən istifadə qaydalarının pozulması ilə bağlı İXM-nin 242ci maddəsi və ov qaydalarının kobud şəkildə pozulması ilə bağlı İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinmiş və tənbeh edilmişdir. Qeyd edildiyi kimi, X16 barəsində İXM-nin 242-ci maddəsilə inzibati xəta haqqında protokol tərtib edilməkdən onun İXM-nin 242-ci maddəsilə inzibati məsuliyyətə cəlb edilməsi tam qanunsuz və əsassızdır. O cümlədən iş materialları ilə Həsən Həsənovun İXM-nin 242-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması müəyyən olunmur və bu barədə hər hansı mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Həmçinin iş materialları ilə X10 ov qaydalarını kobud şəkildə pozması; lazımi icazə olmadan və ya qadağan olunmuş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov etməsi və bununla da İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübut olunmur. Belə ki, «Ovçuluq haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən ovçuluq - quruda və suda təbii sərbəstlik və yarımsərbəst şəraitində daimi, müvəqqəti və köçəri yaşayan, habelə təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılan suda-quruda yaşayanların, xəzdərililərin, sürünənlərin, quşların və məməlilərin (bundan sonra - vəhşi heyvanların) izlənilməsi, təqib edilməsi, tutulması və vurulması üzrə fəaliyyət növüdür. Həmin Qanunun 1.0.4-cü maddəsinə əsasən ov yerləri - ovçuluğun həyata keçirilməsinə və ovçuluq təsərrüfatlarının aparılmasına aid edilən, təbii sərbəstlik və yarımsərbəst şəraitində yaşayan, habelə ayrı-ayrı hüquqi və fiziki şəxslər tərəfindən yetişdirilib artırılan vəhşi heyvanların məskunlaşdığı torpaq sahələri, meşə, digər bitki və su ilə örtülü olan təbiət əraziləridir. Yenə də həmin Qanunun 1.0.7-ci maddəsinə əsasən ov aləti - həvəskar və idman ovunu həyata keçirmək üçün istifadə edilən ov silahları, ov itləri, ovçu quşları və başqa ov vasitələridir. «Ovçuluq haqqında» Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində ov edilməsi aşağıdakı hallarda qadağan edilir: 20.1.1.müvafiq icra hakimiyyəti orqanı tərəfindən nəzərdə tutulmamış günlərdə; 20.1.2.ovçuluq bileti və ov etmək üçün icazə olmadıqda; 20.1.3.başqa şəxsə aid olan ovçuluq biletindən, ov etmək üçün icazədən və ov silahından istifadə edildikdə; 20.1.4.ov etmək üçün verilmiş icazədə göstərilən yerdə ov edilmədikdə; 20.1.5.ovçuluq təsərrüfatlarında qeydiyyatdan keçmədikdə; 20.1.6.ov etmək üçün icazədə göstərilmiş normadan (saydan) artıq ov edildikdə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 27 yanvar tarixli 10 nömrəli qərarı ilə «Azərbaycan Respublikasının ərazisində ovçuluğun aparılması Qaydaları» təsdiq edlmişdir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən quruda və suda təbii sərbəstlik və yarımsərbəst şəraitində daimi, müvəqqəti və köçəri yaşayan, habelə təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılan suda-quruda yaşayanların, xəzdərililərin, sürünənlərin, quşların və məməlilərin izlənilməsi, təqib edilməsi, tutulması və vurulması üzrə fəaliyyət növü ov sayılır. Həmin Qaydaların 2.2, 2.3, 2.4, 2.5, 2.6 və 2.7-ci bəndlərinə əsasən respublika ərazisində ov mövsümünün başlanmasını və müddətini Ekologiya və Təbii Sərvətlər Nazirliyi müəyyən edir və bu barədə kütləvi informasiya vasitələri ilə əhaliyə məlumat verilir; ov obyektinə aid edilən vəhşi heyvanların ayrı-ayrı növlərinin ov mövsümündə tutulmasının və vurulmasının norması (sayı) Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müəyyən edilir; ov mövsümündə ov edilməsinə ərazinin epizootik durumundan asılı olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müəyyən edilən günlərdə yol verilir. Ovçulara ovun yalnız bu günlər ərzində ov obyektlərinin hər növünə ayrıca verilən ov etmək üçün icazədə göstərilən normaya uyğun ov etməyə icazə verilir. Ov etmək üçün icazədə ov obyektlərinin növü, ovlama üsulu və yeri, norması (sayı), ovun vaxtı, icazənin müddəti və şərtləri göstərilir. Ov etmək üçün icazədə göstərilən normada (sayda) əldə edilən ov məhsulları ovçulara məxsusdur. Göstərilən normadan (saydan) artıq əldə edilən ov məhsulları ovçulardan geri alınır və onlara qarşı qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlər görülür; ov üçün qapalı olan yerlərdə və qadağan edilmiş vaxtda zooloji material toplamaq məqsədilə və başqa elmi məqsədlərlə ovlanması qadağan edilməyən vəhşi heyvanlar yalnız müvafiq elmi təşkilatların müraciətinə əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin razılığı ilə tutulur və vurulur. Bu məqsədlər üçün vəhşi heyvan və quşlar yalnız ovçular tərəfindən ovlanır; ov edən şəxslər adamların və ev heyvanlarının yaralanmasına, habelə yanğın baş verməsinə qarşı bütün ehtiyat tədbirlərini görməyə və sanitar qaydalarına əməl etməyə borcludurlar; hər bir ovçu ova başlayanadək ov yerlərində təşkil edilmiş nəzarət-buraxılış məntəqəsinə gəlir. Burada ovçuluq təsərrüfatının işçiləri onun silahını, ovçuluq biletini, ov silahını saxlamağa daxili işlər orqanlarının xüsusi icazəsini və ov etmək üçün icazəni yoxlayır və ovçuların qeydiyyat kitabında bu barədə müvafiq qeydiyyat aparılır. Ov başa çatdıqdan sonra ovçu yenidən nəzarət-buraxılış məntəqəsinə gəlməyə və ovladığını yoxlatmaq üçün göstərməyə borcludur. Yoxlamanın nəticələri ovçuların qeydiyyat kitabında, ov etmək üçün icazənin kötüyündə isə ovçunun nəzarət-buraxılış məntəqəsinə gəlməsi qeyd edilir. Nəzarətburaxılış məntəqəsinə gəlmədən ov yerinə gedən və ya ovdan sonra çıxıb gedən ovçular ov qaydalarını pozmuş hesab edilir və qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunurlar. «Azərbaycan Respublikasının ərazisində ovçuluğun aparılması Qaydaları»nın İİİ hissəsinə əsasən ovçuların hüquq və vəzifələri aşağıdakılardır: ovçuluq təsərrüfatlarından və ov obyektlərindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada istifadə etmək; ovçular cəmiyyətinə üzv olmaq; ov yerlərində ov alətlərindən istfiadə etmək; qanuni əldə edilən ov məhsullarına sahiblik etmək; ovu həyata keçirmək üçün müəyyən olunmuş qaydalara, normalara, limitlərə və müddətlərə əməl etmək; hər il üçün ovçular cəmiyyətinə üzvlük haqqını vaxtında ödəmək: ovçuluq bileti və ov etmək üçün verilən icazə əsasında ovçuluq təsərrüfatlarında qeydiyyatdan keçmək; ov silahından qanunvericilikdə nəzərdə tutulmuş qaydada təyinatı üzrə istifadə etmək; ov yerlərində ekoloji və sanitariya-gigiyena norma və qaydalarına riayət etmək; ov yerlərində vəhşi heyvanların yaşayış mühitinin ekoloji vəziyyətinin pisləşməsinə yol verməmək; ovçuluq təsərrüfatlarının mühafizəsi məsələləri üzrə ekoloji proqramların yerinə yetirilməsində iştirak etmək; vəhşi heyvanlar arasında xəstəlik müşahidə edildikdə, onların yaşayış mühiti pisləşdikdə, heyvanların məhv olmaq təhlükəsi yarandıqda və tələf olması hallarında dərhal ovçuluq təsərrüfatlarına, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat vermək; Azərbaycan Respublikasının "Qırmızı Kitabı"na daxil edilmiş və xüsusi mühafizə olunan vəhşi heyvan növlərinin mühafizə rejiminə əməl etmək; Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək və vəzifələri yerinə yetirmək. Bu Qaydaların V hissəsinə əsasən Azərbaycan Respublikası ərazisində ov edərkən aşağıdakılar qadağandır: Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən nəzərdə tutulmamış günlərdə ov etmək; ovçuluq bileti və ov etmək üçün icazə olmadan ov etmək; ov yerlərində heyvanlar arasında qorxulu yoluxucu xəstəliklər baş verdikdə ov etmək; başqa şəxsə aid olan ovçuluq biletindən, ov etmək üçün icazədən və ov silahından istifadə etməklə ov etmək; ov üçün verilmiş icazədə göstərilməyən yerdə ov etmək; ovçuluq təsərrüfatlarında qeydiyyatdan keçmədən ov etmək; ov üçün icazədə göstərilmiş normadan (saydan) artıq ov etmək; daxili işlər orqanlarının xüsusi icazəsi olmayan silahlardan istifadə etmək; torların, zınqırovun, quş yapışqanının, tələlərin, ilgəklərin, duzaqların, gecələr məşəl, avtomobil, traktor və başqa nəqliyyat vasitələrinin faralarının işığının, süni işığın, projektorların, xərəyin, tor kisələrin, balıq ovu qırmaqlarının, zəhərli və digər toksigen mənşəli preparatlardan istifadə etməklə və ov çalalarının köməyi ilə vəhşi heyvan və quşların kütləvi surətdə əldə olunması üsullarını tətbiq etmək; acınacaqlı vəziyyətdə olan (yemsizliyə, yanğına görə tükü tökülən və taqətdən düşən, yer buz bağlayarkən donan, suyun donmayan yerində keyləşən) vəhşi heyvanları, su quşlarını və pərvazlanmamış bala quşları vurmaq və tutmaq; hər növ heyvanları (qabandan başqa) 3 adamdan çox olaraq qıy və yürüşlə ovlamaq, dovşanları dövrəyə alıb ov etmək; yuvaları qazıb tüstü verməklə tülküləri, porsuqları çıxarmaq, habelə tüstü verməklə dələləri ağac koğuşlarından və başqa sığınacaqlardan çıxarmaq, yumurtaları yığmaq və yuvaları dağıtmaq, düzəltmə yuva yerlərini, vəhşi heyvanlar üçün qoyulmuş yem axurlarını, yem əkinlərini, duzlaqları, lövhələri, fərqləndirici nişanları,göstəriciləri, ov vışkalarını, daxmaları, qazmaları və ov yerlərində düzəldilmiş xəlvət guşə və komaları zədələmək və məhv etmək; sututarları qurutmaq, vəhşi heyvanların yaşayış yerlərini neft məhsulları və zərərli istehsalat tullantıları ilə çirkləndirmək, ov yerlərinin və heyvanların yem bazasının vəziyyətini pisləşdirmək, ağacları, kolları, qamışları kökündən çıxartmaq, kəsmək və yandırmaq; vəhşi heyvan və quşların bütün növlərini avtomaşınla, traktorla, motosikletlə, vertolyotla, motorlu qayıqla qovaraq ovlamaq, habelə avtonəqliyyatda yaxınlaşaraq heyvanları vurmaq, ov vaxtı aydın görünməyən hədəfə, səsə və xışıltıya atəş açmaq, tez alovlanan materiallardan tıxac kimi istifadə etmək, 35 metrdən uzaq məsafədə heyvan və quşlara qırma və ya karteçlə atəş açmaq; ov yerlərində yanğın, daşqın, tufan, zəlzələ, torpaq sürüşməsi, quraqlıq kimi təbii fəlakət hadisələri və vəhşi heyvanlar arasında epidemiya halları baş verdikdə xəstəlik barəsində Kənd Təsərrüfatı Nazirliyinə məlumat verməklə ov Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən məhdudlaşdırıla və ya dayandırıla bilər. İş materiallarından görünür ki, xx xxxxxxxx 2016-cı il tarixdə X2 Dövlət Təbiət Qoruğu ərazisində quruda və suda təbii sərbəstlik və yarımsərbəst şəraitində daimi, müvəqqəti və köçəri yaşayan, habelə təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılan suda-quruda yaşayanların, xəzdərililərin, sürünənlərin, quşların və məməlilərin, yəni vəhşi heyvanların izlənilməsi, təqib edilməsi, tutulması və vurulmasını həyata keçirməmişdir. Eyni zamanda işdəki sübutlarla xx xxxxxxxx 2016-cı il tarixdə X10 Zaqatala Dövlət Təbiət Qoruğu ərazisində ov qaydalarını kobud şəkildə pozması; lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan olunmuş alətlərlə və ya üsullarla ov etməsi, həmçinin digər ov qaydalarını müntəzəm pozması sübut olunmur. Belə ki, ümumiyyətlə Zaqatala Dövlət Qoruğunun əməkdəşları tərəfindən X10 qoruq ərazisində lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan olunmuş alətlərlə və ya üsullarla ov etməsi, yəni onun həmin vaxt vəhşi heyvanları izləməsi, təqib etməsi, tutması və vurması müəyyən edilməmişdir. Əgər bunun əksi olsaydı, onda həmin vaxt Həsən Həsənovun tutduğu və ya vurduğu ehtimal edilən vəhşi heyvanlardan ibarət maddi sübut, həmçinin onun vəhşi heyvanları izləməsi, təqib etməsi əks olunan xüsusi texniki vasitənin göstəricisi, şahid izahatları, ekspertiza rəyləri və sair mötəbər sübutlar tanınıb, təqdim olunardı. Belə sübutlar isə iş materiallarında yoxdur və məhkəməyə də təqdim edilməmişdir. İXM-nin 272.3-cü maddəsi isə konkret olaraq lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan olunmuş alətlərlə və ya üsullarla ov edilməsində ifadə olunan ov qaydalarının kobud şəkildə pozulmasına, həmçinin digər ov qaydalarının müntəzəm pozulmasına görə inzibati məsuliyyət müəyyən etmişdir. Həsən Həsənovun ov qaydalarının kobud şəkildə pozulmasınada ifadə edilən heç bir hərəkətə yol vermədən mülki silahla ərazidə olması hələ onun onun İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinin sübutu deyildir. Məhkəmədə verdiyi izahatında X16 xx.xx.2016-cı ildə təsərrüfatında olan inəyin itməsi ilə bağlı atasından qalmış ov tüfəngi ilə meşəyə tərəf getdiyini, qayıdarkən Zaqatala Dövlət Təbiət Qoruğunun əməkdaşlarının onu saxladığını, tüfəngin sənədinin olub-olmamasını tələb etdiklərini, tüfənginin ona məxsus sənədləri olmadığından Zaqatala Dövlət Təbiət Qoruğunun əməkdaşlarının ondan tüfəngi aldığını və araşdırılması üçün Balakən Rayon Polis Şöbəsinə göndərəcəklərini bildirdiklərini qeyd etmişdir. Göründüyü kimi, X16 xx.xx.2016-cı il tarixdə ov etmək məqsədi ilə deyil, təsərrüfatında olan itmiş inəyini axtarmaq məqsədi ilə meşəyə getmiş, heç bir hərəkəti ilə ov qaydalarını pozmamışdır. Bunun əksini təsdiq edən heç bir mötəbər sübut da təqdim olunmamışdır. Lakin xx xxxxxxxx 2016-cı il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərkən və xx xxxxxxxx 2016-cı il tarixdə inzibati xəta haqqında işə baxılarkən X10 iştirakı təmin edilməmiş, onun izahat vermək və öz mülahizələrini təqdim etmək hüququ pozulmuş, bununla da onun istinad olunan İXM-nin 242 və 272.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməməsini sübut etmək imkanı tam mənada məhdudlaşdırılmışdır. O da qeyd edilməlidir ki, həmin vaxt X10 xüsusi icazə olmadan mülki silah, yəni tüfəng saxlaması və daşınmasına görə də o, Balakən Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli, 3(019)-295/2016 saylı qərarı ilə İXM-nin 590.2-ci maddəsilə təqsirli bilinərək, inzibati qaydada cərimə edilmiş, həmçinin onda aşkar edilmiş mülki silah müsadirə edilmişdir. X16 barəsində inzibati xəta haqqında iş üzrə icraati başlamış orqan və vəzifəli şəxs tərəfindən onun xx xxxxxxxx 2016-cı il tarixdə Zaqatala Dövlət Təbiət Qoruğu ərazisində xüsusi mühafizə olunan təbiət ərazilərindən istifadə qaydalarını pozması, həmçinin ov qaydalarını kobud şəkildə pozması; lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan olunmuş alətlərlə və ya üsullarla ov etməsi, həmçinin digər ov qaydalarını müntəzəm pozmasını təsdiq edən hər hansı mötəbər sübut; xüsusi mühafizə olunan təbiət ərazilərindən istifadə qaydalarının pozulması, bu ov qaydalarının kobud pozuntusu ilə bağlı maddi sübutlar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, şahidlərin izahatları, hər hansı digər sənədlər, xüsusi texniki vasitələrin göstəriciləri, ekspert rəyi və sair təqdim edilməmişdir. Halbuki qanuna görə (İXM-nin 8-ci maddəsi) belə sübutları təqdim etməklə şəxsin ona istinad olunan İXM-nin müvafiq maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olmasını sübut etmək vəzifəsi inzibati xəta haqqında iş üzrə icraat başlamış orqanın və ya həmin orqanın vəzifəli şəxsinin üzərinə düşür. X10 xx xxxxxxxx 2016-cı il tarixdə mülki silahla meşədə olmaqla xüsusi mühafizə olunan təbiət ərazilərindən istifadə qaydalarını pozması, həmçinin ov qaydalarını kobud şəkildə pozması ehtimalı edilir ki, müvafiq sübutlar olmadan həmin ehtimal da şəxsin ona istinad olunan İXM-nin müavafiq maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinməsi üçün əsas ola bilməz. Müvafiq sübutlar olmadan X10 xx xxxxxxxx 2016-cı il tarixdə xüsusi mühafizə olunan təbiət ərazilərindən istifadə qaydlarını pozması və ov qaydalarını kobud şəkildə pozması əsaslı şübhəyə səbəb olur ki, işdə də bu şübhələri aradan qaldıran və onun İXM-nin 242 və 272.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməsinə tam faktoloji və hüquqi əsas verən heç bir mötəbər sübut yoxdur və belə bir sübut da məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bu xüsusda məhkəmə X16 barəsində xx xxxxxxxx 2016-cı il tarixli, 00050 nömrəli inzibati xəta haqqında protokolu mötəbər sübut kimi qəbul etmir. Belə ki, həmin protokolda Həsən Həsənovun hərəkətində ov qaydalarının kobud şəkildə pozulmasının nədə ifadə olunması, yəni xətanın dəqiq mahiyyəti göstərilməmiş, həmçinin həmin protokol digər kobud qanun pozuntuları ilə tərtib olunmuşdur. Belə ki, xx xxxxxxxx 2016-cı il tarixli, 00050 nömrəli inzibati xəta haqqında protokolda doğulduğu tarix, qeydiyyatda olduğu və yaşadığı yer, ailə vəziyyəti, vətəndaşlığı, əvvəllər inzibati məsuliyyətə cəlb edilib-edilməməsi barədə məlumat göstərilməməklə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, şahidlərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı, barəsində inzibati xəta haqqında iş üzrə icraati aparılan fiziki şəxsin izahatı göstərilməmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə bu Məcəllədə nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilməmiş və bu barədə protokolda müvafiq qeyd aparılmamış, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə inzibati xəta haqqında protokolun surəti verilməmiş, protokol barəsində inzibati xəta haqqında iş üzrə icraati aparılan fiziki şəxs tərəfindən imzalanmamış, bununla da İXM-nin müvafiq olaraq 100.1.4, 100.1.6, 100.1.7, 100.1.10, 100.2,100.3 və 100.4-cü maddələrinin tələbləri pozulmuşdur. Həmçinin bununla da barəsində inzibati xəta haqqında iş üzrə icraati aparılan X10 İXM-nin 61-ci maddəsində və 100.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək, izahatlar və protokolun məzmunu barədə öz izahatlarını təqdim etmək və sair hüquqları pozulmuşdur. Bununla yanaşı, nəzərə çatdırılmalıdır ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan o halda inzibati xəta haqqında işə baxıla bilər ki, İXM-nin 61.3-cü maddəsinə əsasən işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olduğu halda, o, iştirak etməsin. Ancaq toplanmış materialdan göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X11 işə baxılmasının yeri və müddəti bildirilməmişdir. Şübhəsizdir ki, qeyd olunan xüsusat barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin İXM-də nəzərdə tutulan hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur ki, bununla da barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Həsən Həsənov inzibati xəta haqqında iş üzrə icraatın baxılmasında mütləq iştirak etməli olduğu halda, iştirak edə bilməmişdir. Nəticədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X10 iştirakı olmadan onun barəsində inzibati xəta haqqında işə baxılaraq, inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmçinin həmin qərar X11 qanunda nəzərdə tutulmuş müddətdə təqdim edilməmiş və ona qərardan şikayət vermək hüququ, qaydası və müddəti izah edilməmiş, bununla da X10 Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsində nəzərdə tutulan müraciət etmək hüququ və Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində və Azərbaycan Respublikası İXM-nin 128-130-cu maddələrində nəzərdə tutulmuş məhkəməyə müraciət etmək hüququ pozulmuşdur. Halbuki Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə Azərbaycan Respublikası ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir, heç kəs insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini məhdudlaşdıra bilməz. Həmçinin Azərbaycan Respublikası İXM-nin 5ci maddəsinə əsasən insan və vətəndaş hüquq və azadlıqları ali dəyərə malikdir. Bu hüquq və azadlıqlarına pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Beləliklə məhkəmə iclasında işin faktiki halları araşdırılarkən müəyyən edildi ki, X10 Azərbaycan Respublikası İXM-nin 242 və 272.3-cü maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməsi tam təsdiq edilməmiş, iş üzrə bütün sübutlar əldə edilib, araşdırılmamış, həmin şəxs mahiyyəti müəyyən olunmayan inzibati xətaların törədilməsində təqsirli bilinərək, inzibati tənbehə məruz qalmış, bu nəticəyə gəlinməyə tam əsas yaradan işin bütün faktiki halları aydınlaşdırılmamış, X10 hüquqları kobud şəkildə pozulmuşdur. Bununla da X10 Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsində və İnsan Hüquqlarının və X9 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsində təsbit edilmiş ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur. Belə ki, Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Engel və başqaları Niderlanda qarşı işdə və bir sıra digər presedentlərində (Meneşeva Rusiyaya qarşı və s.) İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi daxili qanunvericilikdə olan təsnifatdan asılı olmayaraq, bir sıra hallarda (əməlin xarakteri və mümkün cəzanın ağırlığı və s.) inzibati xətalar haqqında işləri cinayət ittihamına bərabər saymışdır. Salduz Türkiyəyə qarşı işdə Avropa Məhkəməsi Avropa Konvensiyasının 6-cı maddəndə təsbit olunmuş təminatları işin məhkəməyəqədərki araşdırma mərhələsinə də aid etmişdir. Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda və Azərbaycan Respublikası İXM-nin 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 135.1, 135.1.1-135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi, tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. İşdəki sübutlardan görünür ki, X10 əməlində Azərbaycan Respublikası İXM-nin 242 və 272.3-cü maddələrinin tərkibi olmadan, o, əsassız olaraq İXM-nin 242 və 272.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək, Zaqatala Dövlət Təbiət Qoruğunun direktorp əvəzi Ramazan Çuxullayevin xx xxxxxxxx 2016-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə İXM-nin 242 və 272.3-cü maddələri ilə təqsirli bilinərək, 1000 manat məbləğində cərimə edilmişdir. Həmçinin hazırda X10 Azərbaycan Respublikası İXM-nin 242 və 272.3cü maddələri ilə inzibati məsuliyyətə cəlb etmə müddətləri keçmişdir. Ona görə də həmin qərar ləğv edilməli və əməlində inzibati xəta tərkibinin olmaması və inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi əsasları ilə X16 barəsində İXM-nin 242 və 272.3-cü maddələri ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanları ümumiləşdirib, İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, bu nəticəyə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X10 şikayəti əsaslı olduğundan təmin edilməli, Zaqatala Dövlət Təbiət Qoruğunun direktor əvəzi X4 X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 242 və 272.3-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilərək, 1000 manat məbləğində cərimə edilməsi ilə bağlı xx xxxxxxxx 2016-cı il tarixli inzibati tənbehin tətbiq edilməsi haqqında qərarı ləğv edilməli və X10 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 242 və 272.3-cü maddələri ilə olan inzibati xəta haqqında iş üzrə icraata onun əməlində həmin inzibati xətaların tərkibinin olmaması və inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi əsasları ilə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38, 40, 43, 49-51, 53, 105, 114-115, 128-136 və 137-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X10 şikayəti təmin edilsin. Zaqatala Dövlət Təbiət Qoruğunun direktor əvəzi X4 X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 242 və 272.3-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilərək, 1000 manat məbləğində cərimə edilməsi ilə bağlı xx xxxxxxxx 2016-cı il tarixli inzibati tənbehin tətbiq edilməsi haqqında qərarı ləğv edilsin; X10 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 242 və 272.3-cü maddələri ilə olan inzibati xəta haqqında iş üzrə icraata onun əməlində həmin inzibati xətaların tərkibinin olmaması və inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi əsasları ilə xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar