Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-65/2023 05.04.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs (bundan sonra Şəxs MMC) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Hüquqi şəxs Şəxs MMC tərəfindən Niderland Krallığında qeydiyyatda olan «GEOBAS» şirkətinə 13112017 saylı, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən xx.xx.2022-ci il tarixində **********1118 saylı gömrük bəyənnaməsi ilə dəyəri 6000,00 ABŞ dolları olan 1000,00 kq «qurudulmuş xurma» yükü rəsmiləşdirilərək ixrac olunmuş və ixrac olunan malın müqabilində 6000,00 ABŞ dolları məbləğində valyuta vəsaiti mallar bəyan olunduğu tarixdən 180 gün ərzində şirkətin "xxxx" ASC-nin müvafiq hesabına köçürülməsi təmin edilməmişdir. Bununla əlaqədar hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İXMnin 483-cü maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən 15 fevral 2023-cü il tarixli, 11000-01155/23 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, hüquqi şəxs Şəxs MMC tərəfindən Niderland Krallığında qeydiyyatda olan «GEOBAS» şirkətinə 13112017 saylı, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən xx.xx.2022-ci il tarixində **********1118 saylı gömrük bəyənnaməsi ilə dəyəri 6000,00 ABŞ dolları olan 1000,00 kq «qurudulmuş xurma» yükü rəsmiləşdirilərək ixrac olunmuş və ixrac olunan malın müqabilində 6000,00 ABŞ dolları məbləğində valyuta vəsaiti mallar bəyan olunduğu tarixdən 180 gün ərzində şirkətin "xxxx" ASC-nin müvafiq hesabına köçürülməsi təmin edilməmişdir. Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və həmin hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İş üzrə xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsilə hüquqi şəxsi təqsirli bilməyərək, izahatında göstərmişdir ki, Şəxs MMC tərəfindən Niderland Krallığında qeydiyyatda olan «GEOBAS» şirkətinə 13112017 saylı, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən xx.xx.2022-ci il tarixində **********1118 saylı gömrük bəyənnaməsi ilə dəyəri 6000,00 ABŞ dolları olan 1000,00 kq «qurudulmuş xurma» yükü rəsmiləşdirilərək ixrac olunmuş və ixrac olunan malın müqabilində 6000,00 ABŞ dolları məbləğində valyuta vəsaiti cəmiyyətin bank hesabına daxil olmamışdır. Azərbaycan Respublikası İXM-nin 3 və 12.1-ci maddələrinə əsasən inzibati xəta qəsdən və ya ehtiyatsızlıqdan törədilə bilər. Şəxs MMC həmin inzibati xətanın törədilməsində təqsirli deyildir. Belə ki, ixrac olunmuş 6000 ABŞ dolları dəyərində xurma dilimləri məhsulu aşağı keyfiyyətdə olmuş və bu barədə alıcı tərəfindən pretenziya daxil olmuşdur. Həmin pretenziya ilə və tərəflər arasında bağlanmış 13 noyabr 2017-ci il tarixli alqı-satqı müqaviləsinin 10-cu bəndinə əsasən satıcıya ödənilməli olan məbləğin hesabına ixrac olunmuş malların invoice dəyəri 6000 ABŞ dolları məbləğində azaldılmışdır. Keyfiyyətində qüsurlar olması nəticəsində məhsulun alqı-satqı qiymətinin azaldılması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 581.1 və 587.1-ci maddələrinin tələblərinə uyğun olmuşdur. 20 iyun 2022-ci il tarixli Gömrük bəyənnaməsi ilə ixrac olunmuş məhsulun ümumi dəyərindən 6000 ABŞ dolları vəsait əldə olunmamışdır. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları İXM-nin 483-cü maddəsi üzrə tərkibinin yaranması üçün ixrac olunan məhsullar yalnız konsiqnasiya ilə edilməlidir. Hazırki halda isə konsiqnasiya yolu ilə mallar ixrac olunmadığından ona həmin Fərmanla nəzərdə tutulmuş 180 gün müddət, yəni konsiqnasiya yolu ilə ixrac olunmuş mallar müqabilində vəsaitlərin 180 gün ərzində müvəkkil bank hesablarına köçürülməsinin təmin edilməsi müddəası tətbiq edilə bilməz. Ona görə də Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şəxs MMC tərəfindən xx.xx.2022-ci il tarixli **********1118 saylı gömrük bəyənnaməsi üzrə rəsmiləşdirilməklə ixrac olunmuş «qurudulmuş xurma» yükünün müqabilində qaytarılmalı olan 6000 ABŞ dolları (10200 manat, kurs:1 ABŞ dolları=1,70) məbləğində vəsaitin müvəkkili bank hesabına köçürülməməklə xaricdən qaytarılmaması xx.xx.2017-ci il tarixli 13112017 nömrəli kontrakt, xx.xx.2022-ci il tarixli gömrük bəyənnaməsi, Balaken gömrük postunun rəisinin xx.xx.2023-ci il tarixli raportu 28.012.2022-ci il tarixli bildiriş, 16/22DP nömrəli İnvoise 15 fevral 2023-ci il tarixli 11000-01155/23 nömrəli inzibati xəta haqqında protokol və sair işdə olan sənədlərlə təsdiq olunur. Belə ki, həmin sənədlərdən görünür ki, Şəxs MMC tərəfindən Niderland Krallığında qeydiyyatda olan «GEOBAS» şirkətinə 13112017 saylı, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən xx.xx.2022-ci il tarixində **********1118 saylı gömrük bəyənnaməsi ilə dəyəri 6000,00 ABŞ dolları olan 1000,00 kq «qurudulmuş xurma» yükü rəsmiləşdirilərək ixrac olunmuş və ixrac olunan malın müqabilində 6000,00 ABŞ dolları məbləğində valyuta vəsaiti cəmiyyətin bank hesabına daxil olmamışdır. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində inzibati məsuliyət nəzərdə tutulmuşdur. İXM-nin 483-cü maddəsinin «Qeyd» hissəsinə əsasən Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. İş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs MMC MMC 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinməlidir. Həm də Şəxs MMC-nin əməli Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsilə düzgün tövsif edilmişdir. Bu xüsusda Şəxs MMC-nin nümayəndəsinin izahatında göstərdiyi Şəxs MMC-nin həmin inzibati xətanın törədilməsində təqsirli olmaması barədə mülahizələri qəbul olunmur. Belə ki, ixrac olunmuş 6000 ABŞ dolları dəyərində xurma dilimləri məhsulunun hamısının aşağı keyfiyyətdə olması və ona görə də 6000 ABŞ dolları-yəni məhsulun tam invoise dəyərində azaldılması inandırıcı deyildir və Şəxs MMC də bu halları, yəni 6000 ABŞ dolları dəyərində məhsulun hamısının aşağı keyfiyyətdə olmasını, keyfiyyət standartlarına cavab verməməsini təsdiq edən ekspertiza rəyini və digər sənədləri, həmçinin qiymətin keyfiyyətin aşağı olmasına görə mütənasib azaldılmasına aid sənədləri məhkəməyə təqdim etməmişdir. Bu konteksdə Şəxs MMC-nin nümayəndəsinin məhz aşağı keyiyyətdə olan mal səbəbindən məhsulun qiymətinin azaldılması ilə bağlı Mülki Məcəllənin 587.1-ci maddəsinə istinad etməsi əsaslı deyildir. Belə ki, Mülki Məcəllənin 587.1-ci maddəsinə əsasən əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 587.2-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğısatqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Göründüyü kimi, Mülki Məcəllənin 587.1.1-ci maddəsi lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının alış qiymətini mütənasib azaldılması hüququnu təsbit edir. Alış qiymətinin mütənasib azaldılması əşyanın tam dəyərinin ödənilməsini deyil, müqavilədə nəzərdə tutulmuş malın qiymətinin lazımi olmayan keyfiyyət göstəricilərinin dərəcəsinə uyğun olaraq mütənasib azaldılmasını ehtiva edir. Qiymətin mütənasib azaldılması isə malın qiymətinin ümumiyyətlə ödənilməməsini nəzərdə tutmur. Hazırki halda isə ümumiyyətlə malın tam qiymətinin ödənilməməsindən söhbət gedir. Halbuki barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi sözügedən malın qanunda göstərilən lazımi keyfiyyətdə olmamasını deyil, malın aşağı keyfiyyətdə olmasını göstərir. Belə olan halda qiymət bu aşağı keyfiyyət standartına uyğun azaldılmalı idi ki, bu hal da baş verməmişdir. Göründüyü kimi, qanunvericilikdə aşağı keyfiyyətdə olan əşyanın alış qiymətinin tam olaraq ödənilməməsi nəzərdə tutulmamışdır. Bundan başqa, qanuna görə (mülki Məcəllənin 587.2.2 maddəsi) alıcının lazımi keyfiyyəti olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etmək hüququ vardır. Lakin nədənsə alıcı həmin lazımi keyfiyyətdə olmadığı qeyd edilən malın müqaviləyə uyğun keyfiyyətli malla əvəz edilməsini Şəxs MMC-dən tələb etməmiş və bu barədə hər hansı müraciət göndərməmişdir. Həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydalarına istinad etməklə İXM-nin 483-cü maddəsi üzrə tərkibin yaranması üçün ixrac olunan məhsulların yalnız konsiqnasiya ilə edilməsi, hazırki halda konsiqnasiya yolu ilə malların ixrac edilməməsi, ona görə də 180 gün müddət ərzində vsaitin onların bəyan olunduğu gündən 180 gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsi barədə müddəanın tətbiq edilə bilməməsi mülahizəsi də əsaslı deyildir. Belə ki, konsiqnasiya hər hansı verilən müddətə yox malın satılıb qurtardıqdan sonra satıcı tərəfindən malın maya dəyərinin tələb etdiyi pul vəsaitini ehtiva edir. İş materiallaırndan görünür ki, sözügedən xurma dilimləri yükü kömrük orqanında bəyan olunmuş və xaricə göndərilmişdir. Belə olan halda Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydalarında göstərilən müddət hazırki hala şamil edilir. Qanunvericiliyin tələbinə əsasən Şəxs MMC-nin göndərdiyi malın dəyərini təşkil edən 6000 ABŞ dolları valyuta məbləği xarici təşkilat tərəfindən Azərbaycan Respublikasının müvəkkil bank hesabına köçürülməli idi ki, həmin vəsait də köçürülməmişdir. Bu vəsaitin köçürülməməsi Şəxs MMC-nin təqsiri nəticəsində baş vermişdir ki, bu faktoloji hal da İXM-nin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərikbini yaradır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinin tələbinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş materiallarına əsasən Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran müəyyən edilməmişdir. Törədilmiş xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edirəm ki, Şəxs MMC təqsirli bilindiyi İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizi məbləğində cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 112-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın-6000 ABŞ dolları dəyərinin otuz faizi-1800 ABŞ dolları (6000 ABŞ dollarının 30 %-i=1800 ABŞ dolları) məbləğində cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-65/2023
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-65/2023
05.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver