Məhkəmə qərarları › İş №3(019)-65/2025

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-65/2025

04.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-65/2025 04.02.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi Nümayəndə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Balakən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN nömrəsi xxxxxxx , evli, orta təhsilli, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Balakən Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə icraat başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i m: Şəxs 03 fevral 2025-ci il tarixdə saat 22:50 radələrində ünvan 3 ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, həmin vaxt onu intizama dəvət edən polis əməkdaşları Şahid2 və Şahid1 qanuni tələblərinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs sözügedən inzibati xətaları törətməsi məhkəmə iclasında aşağıdakı qaydada tam sübuta yetirildi. İnzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon Polis X2 sahə rəisi Nümayəndə məhkəmə iclasında göstərdi ki, Balakən Rayon Polis Şöbəsinin DYPB-nin YNH üzrə baş inspektoru, polis kapitanı, Şahid1 raportu əsasında Balakən şəhər sakini Şəxs ictimai qaydanı pozması və onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması ilə bağlı törətdiyi inzibati xətalar haqqında araşdırmanın aparılması ona həvalə edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.1988-ci il təvəllüdlü Balakən şəhər sakini Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin tərkibi vardır. Odur ki, onun barəsində həmin maddələr ilə inzibati xəta haqqında protokollar tərtib olunaraq baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək göstərdi ki, 03 fevral 2025-ci il tarixdə saat 22 radələrində özünə məxsus “Mersedes Benz” markalı,**-CA-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bayraq meydanı istiqamətinə hərəkət etmiş,həmin vaxt Balakən Rayon Polis Şöbəsinin yol polisi inspektoru ona “saxla” işarəsi verdiyini görməmiş, tanışlarının əyləşdiyi “08 PAB” kafesinə getmişdir. Oraya çatan zaman kapitan rütbəli polis əməkdaşı qəfil ona yaxınlaşmış və onu maşından zorla çıxartmışdır. Bu zaman polsi əməkdaşları ilə aralarında mübahisə yaranmışdır. Yaranmış mübahisəni eşidən kafedə olan şəxslər kafedən küçəyə çıxmışlar.Həmin şəxslərin içində onun tanışı X4 da olmuşdur. Bundan sonra YPX-nın inspektorları oraya PPX-nin naryadını dəvət etmiş və onları rayon polis şöbəsinə gətirmişlər. Polis əməkdaşları ona spirtli içki qəbul etdiyini bildirmişlər. O. isə spirtli içki qəbul etmədiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları onu həkim müayinəsindən keçirtmək üçün Balakən Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Orada o həkimdən tələb etmişdir ki, narkoloq olması barədə sənədi təqdim etsin.Xəstəxada narkoloq olmadığı üçün onu oradan Zaqatala rayon Mərkəzi Xəstəxanasına aparmışlar. O, orada da həkimdən narkoloq olmasına dair sənəd tələb etmiş,lakin həmin sənədi təqdim edə bilməmişlər.Bundan sonra onu X3,oradan isə Mingəçevir şəhər xəstəxanasına aparmışlar. Orada da bildirmişlər ki, gecə vaxtı həkimin narkoloq olmasına dair sənədi ona təqdim edə bilmirlər. O, da həkim müayinəsindən keçməkdən imtina etmişdir. Bundan sonra onu Balakən Rayon Polis Şöbəsinə gətirmişlər. O, həmçinin göstərdi ki, polis əməkdaşlarının məhkəməyə təqdim etdikləri mesajlar onunla X4 arasında yazılmış mesajlardır. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Balakən Rayon Polis Şöbəsinin DYPB-nin inspektoru Şahid2 ifadəsində göstərdi ki, 03 fevral 2025-ci il tarixdə saat 22:50 radələrində o və PRŞ-nin DYPB-nin YNH üzrə baş inspektoru , polis kapitanı Şahid1 KİA markalı **-YP-*** dövlət qeydiyyat nişanlı xidmət avtomobilində Balakən şəhəri S.Gözəlov küçəsində xidmət aparan zaman “Mersedes-Benz E-230” markalı **-SA-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü dönmə qaydasını pozduğu üçün tərəflərindən saxlanılmışdır.Onlar sürücüyə yaxınlaşan zaman o, maşını sürərək oradan uzaqlaşmış və təxminən 300 metr irəlidə “08 PAB” adlı kafenin qarşısında saxlayaraq kafeyə girmək istəmişdir. Onlar həmin şəxsə yenidən yaxınlaşmış , ona özlərini təqdim etmişlər. Sonradan həmin şəxsin Balakən şəhər sakini Şəxs olduğu onlara məlum olmuşdur.Həmin şəxsdən kəskin spirt qoxusu gəldiyi üçün həmin şəxsin sərxoş olması onlarda şübhə yaratmışdır. Onlar onu həkim müayinəsindən keçirmək üçün onlarla Balakən RMX-na gəlməli olduğunu izah etmiş, lakin Şəxs onlarla mübahisə edərək küçədə ucadan ünvansız nalayiq ifadələr işlətməyə başlamışdır.Həmin vaxt kafedən bir nəfər çıxaraq onlara yaxınlaşmışdır. Sonradan Balakən rayonu Hənifə kənd sakini X4 olduğu məlum olan şəxs ünvanlarına nalayiq ifadələr işlədərək onlardan saxladıqları sürücünü buraxmalarını tələb etmişdir. Onlar həmin şəxsə qanunun tələblərini izah edərək işlərinə müdaxilə etməməsini bildirsələr də Anar Hüseynov və Şəxs öz qanunsuz hərəkətlərini davam etdirərək onların qanuni tələblərinə qəsdən tabe olmamışlar. X1rı mobil telefon vasitəsi ilə görüntüyə almağa başlamış və “görün başınıza nə oyun açacam” deyərək onlara hədə-qorxu gəldikdən sonra oradan uzaqlaşaraq getmişdir.Bundan sonra radioötürücü vasitəsi ilə PPXB-nin əməkdaşlarını köməyə çağırmışlar. Şəxs xidməti maşına əyləşdirərək onu həkim müayinəsindən keçirmək üçün əvvəl rayon polis şöbəsinin binasının qarşısına, sonra isə Balakən RMX-na aparmışlar. Şəxs həkim müayinəsindən keçməkdən imtina etmişdir. Bundan sonra onlar bu barədə raportla PŞ-nin rəhbərliyə məruzə etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən, Balakən Rayon Polis Şöbəsinin DYPBnin YNH baş inspektoru Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə verərək ifadəsində onun göstərdiklərini təsdiq etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 04 fevral 2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 04 fevral 2025-ci il tarixdə saat 06:00-da inzibati qaydada tutulmuş,04 fevral 2025-ci il tarixdə saat 17:00-da azad edilmişdir. İşdə olan və məhkəmə iclasında tədlqiq edilmiş nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 04 fevral 2025-ci il tarixli 426 nömrəli aktın surətindən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 05:55 radələrində yoxlamadan imtina etmiş, alkoqol sərxoşluğu vəziyyəti vardır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 04 fevral 2025-ci il tarixli arayışdan görünür ki, Balakən rayonu Qullar kənd sakini, xx.xx.1988-ci il təvəllüdlü Şəxs əvvəllər inzibati məsuliyyətə cəlb edilməmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Şəxs ilə X4 arasındakı “WhatsApp” mesajlaşmalarından görünür ki, X6 Muradova “menden icazesiz heç nə etməyərsən”, ”onlar bilir əl çəkməyəcəm”,”heç nə olmaz üç saat bitse analiz verme”, ”onları sındırmaq mənə borc olsun”, “Anarla kapitan verməlidirlər sənin pulunu”,”kapitana anara de meni yaman sürüyüb mindirdiz de maşına” “heç cüre deme piyanam,de ki, içməmişəm”, “əsas üç saat bitsin,sen telesme”,”sen onlara naezd ele herenizden 10000 alacağam de” və s. kimi, həmçinin polis əməkdaşlarının şərəf və ləyaqətini alçaldan nalayiq sözlərdən ibarət mesajlar yazılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını,əhalinin sanitariya-epidemioloji salamatlığını,ictimai mənəviyyatı,mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan,qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə isə həmin Məcəllənin 535.1-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməlləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar,onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hallar yoxdur, onun inzibati xətaları sərxoş halda törətməsi onun məsuliyyətini ağırlaşıran haldır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə görə şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında 15 günədək inzibati həbs, 535.1-ci maddəsinin sanksiyasında isə bir ayadək müddətə inzibati həbs tənbehi nəzərdə tutulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında bir ayadək müddətə inzibati həbs tənbehi nəzərdə tutulduğundan o daha ciddi xəta hesab edilir, ona görə də Şəxs həmin maddə ilə inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halları, məsuliyyətini ağırlaşdıran halların olmamasını, törədilmiş xətaların xarakterini, cərimə tənbehinin onun qanunlara əməl etmək ruhunda tərbiyyələnməsinə kifayət etməyəcəyini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli, barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tənbehi tətbiq edilməlidir. İş materiallarından göründüyü kimi , barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 04 fevral 2025-ci il tarixdə saat 06:00-da inzibati qaydada tutulmuş və 04 fevral 2025-ci il tarixə saat 17:00-da azad edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Odur ki, hesab edirəm Şəxs tutulub saxlandığı 01 (bir) gün müddət ona təyin ediləcək inzibati həbs müddətinə daxil edilməklə həmin müddətdən çıxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 10 (on ) gün müddətə inzibati həbs edilsin. Onun 04 fevral 2025-ci il tarixdə saat 06:00dan 04 fevral 2025-ci il tarixə saat 17:00-a kimi inzibati qaydada tutulduğu 01 (bir) gün müddət təyin edilmiş inzibati həbs müddətindən çıxılsın və üzərində 09 (doqquz) gün müddətə inzibati həbs tənbehi saxlansın. İnzibati həbs müddətinin əvvəli 04 fevral 2025-ci il tarixdən saat 18:50-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Balakən rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada alındığı vaxtdan 10 (on) gün müddətində işə baxmış hakim vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar