Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-66/2021 02.03.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Mahmudov Akif Hacıömər oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili X3 iştirakı ilə xx.xx.1984-cü ildə Gürcüstan Respublikası Saqareceo rayonunda anadan olmuş, orta təhsilli, subay, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Balakən rayonu Qullar kəndində yaşayan- Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 528.1-ci maddəsi ilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Mahmudov Akif Hacıömər oğlu tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx xxxx 2021-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokolda göstərilir ki, Şəki Rayon Məhkəməsinin 2(075)-642/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə borclu Şəxs yaranmış 2260 (iki min iki yüz altmış) manat alimenti tələbkara ödəməkdən imtina etmiş, bununla da icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir Məhkəmə iclasında Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Mahmudov Akif Hacıömər oğlu göstərmişdir ki, Şəki Rayon Məhkəməsinin 2(075)- 642/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs xx xxxxx 2012-ci il təvəllüdlü Süleymanova Röya Pənah qızının və xx xxx 2013-cü il təvəllüdlü Süleymanov Röyal Pənah oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün sabit pul məbləğində 100 manat alimentin tutulub, iddiaçı Cəfərova Türkanə Möhsün qızına verilməsi qət edilmişdir. Hal-hazırda borclu Şəxs aliment borcundan 2750 manat ödəniş etmiş, 2260 manat aliment borcu qalmışdır. Şəxs tələb yönəldilə biləcək əmlakının və aylıq qazancının olub-olmaması barədə müxtəlif dövlət orqanlarına sorğular göndərilmişdir. Lakin həmin sorğulara cavablarla Şəxs adına daşınmaz əmlak, rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əmlak, banklarda əmanətlər, sosial ödənişlər, onun işləməsi, sahibkarlıq fəaliyyəti ilə məşbğul olması və aylıq hər hansı qazanca, gəlirə malik olması müəyyən olunmamışdır. Bu günə kimi Şəxs adına tələb yönəldilə biləcək əmlak və hər hansı gəlir yoxdur. Şəxs bundan sonra alimenti vaxtlı vaxtında ödəyəcəyini bildirmişdir. İş üzrə qanuni qərar qərar verilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək, izahatında göstərmişdir ki, Şəki Rayon Məhkəməsinin 2(075)-642/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən ondan xx xxxxx 2012-ci il təvəllüdlü Süleymanova Röya Pənah qızının və xx xxx 2013-cü il təvəllüdlü Süleymanov Röyal Pənah oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün sabit pul məbləğində 100 manat alimentin tutulub, iddiaçı Cəfərova Türkanə Möhsün qızına verilməsi qət edilmişdir. Hal-hazırda aliment borcundan 2750 manat ödəniş etmiş, 2260 manat aliment borcu qalmışdır. Özü xəstədir, onurğanın İİİ dərəcəli skaliyozundan əziyyət çəkir. Bu yaxınlarda ona 3-qrup əlilliyə görə pensiya təyin ediləcəkdir. Həmçinin o, 1 qrup gözdən əlil olan anasına baxır. Anası onun himayəsindədir. Özünün tələb yönəldilə biləcək hər hansı əmlakının, aylıq qazancının olmamasına, xəstə olmasına və İ qrup əlil olan anasıının onun himayəsində olmasına baxmayaraq, o, alimenti ödəməkdən heç vaxt imtina etməmişdir. Başqa qazanc yeri yoxdur. Borcunu hissə-hissə ödəyəcəkdir. Həmçinin alimenti ödəyəcəkdir. Göstərdiyi halları nəzərə alaraq, barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İşə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsinə baxmayaraq, iş üzrə zərərçəkmiş şəxs Cəfərova Türkanə Möhsün qızı məhkəmə iclasına gəlməmiş və işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Ona görə də məhkəmə hazırki işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərər çəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İş materiallarında olan Şəki Rayon Məhkəməsinin 2(075)-642/2019 saylı, xx.xx.2019cu il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs xx xxxxx 2012-ci il təvəllüdlü Süleymanova Röya Pənah qızının və xx xxx 2013-cü il təvəllüdlü Süleymanov Röyal Pənah oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün sabit pul məbləğində 100 manat aliment tutulub, iddiaçı Cəfərova Türkanə Möhsün qızına verilməlidir. İş materiallarından həmçinin görünür ki, Şəki Rayon Məhkəməsinin 2(075)-642/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsi icraya yönəldilmişdir. İş matertiallarına əlavə olunmuş Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3 (019)-79/2020 nömrəli qərarından görünür ki, Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı ******* №-li inzibati xəta haqqında protokolla Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun əməlində həmin inzibati xətanın tərkibi olmadığı üçün xitam verilmiş, Şəxs inzibati məsuliyyətdən azad edilmişdir. İş materiallarından həmçinin görünür ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3 (019)-79/2020 nömrəli qərarı qanuni qüvvəyə minmişdir. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, Şəki Rayon Məhkəməsinin 2(075)- 642/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməməsi əsası ilə Şəxs barəsində Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı ******* №-li inzibati xəta haqqında protokolla inzibati xəta haqqında iş üzrə icraat başlanmış və həmin protokol əsasında işə baxan Balakən Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun əməlində həmin inzibati xətanın tərkibi olmadığı üçün xitam verilmiş və bu qərar qanuni qüvvəyə minmişdir. Məhkəmə qeyd edir ki, İnsan Hüquqlarının və X6 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsinə və Avropa Məhkəməsinin presedentlərinə görə Şəxs inkriminə olunan Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əslində cinayət ittihamı sayılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin İİ bəndinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ-hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı belə beynəlxalq müqavilələrdən biri də Avropa Konvensiyasıdır ki, Azərbaycan Respublikası da xx xxxxx 2002-ci il tarixdən onu ratifikasiya etmişdir və həmin tarixdən Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Avropa Konvensiyasının 46-cı maddəsinə əsasən Konvensiyanın tətbiqi ilə bağlı X18 Avropa Məhkəməsinin presedentləri Avropa Konvensiyasını ratifikasiya etmiş dövlətlər üçün məcburi xarakter daşıyır. Beynəlxalq müqavilələr haqqında 1961-ci il Vyana Konvensiyasının 3-cü maddəsində də qeyd olunur ki, beynəlxalq müqavilələr onların tətbiqi təcrübəsi ilə birlikdə iştirakçı dövlətlər üçün məcburidir. Avropa Kovensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa Konvensiyası ilə milli qanunvericilikdə Avropa Konvensiyasının 6-cı maddənin 1-ci bəndində nəzərdə tutulan cinayət ittihamı anlayışı bir-birindən fərqlənir. Belə ki, Avropa Məhkəməsinin presedentlərinə görə işin bir sıra parametrlərinə əsasən inzibati xəta da cinayət ittihamı sayıla bilər. Bununla bağlı Enqel və başqaları Niderlanda qarşı işdə Avropa Məhkəməsi 6-cı maddənin cinayət-hüquqi aspektinin bu və ya digər işə tətbiqi üçün «Enqel meyarları» adlanan üç meyarı müəyyən etmişdir ki, həmin meyarlardan birinin olması işin cinayət ittihamı sayılması üçün əsasdır. Bu meyarlar aşağıdakılardır: 1) hüquq pozuntusu təşkil edən əməlin daxili qanunvericilikdə cinayət əməli kimi təsnifləşdirilməsi; 2) hüquq pozuntusunun xarakteri və 3) mümkün cəzanın xarakteri və ağırlığı. Əməlin daxili qanunvericilikdə açıq-aydın cinayət əməli kimi təsnifləşdirilməsi o deməkdir ki, 6-cı maddənin cinayət-hüquqi aspekti avtomatik olaraq həmin işə tətbiq edilir. X13rşı işdə (32-34-cü bəndlər) Avropa Məhkəməsi bildirmişdir ki, hüquq pozuntusunun daxili qanunvericilikdə cinayət əməli kimi təsnifləşdirilməməsi nisbi xarakter daşıyır. Belə ki, bu halda ikinci və ya üçüncü meyarlar ön plana keçir. İkinci meyar, yəni hüquq pozuntusunun xarakteri tətbiq edilərkən daxili qanunvericilik normalarının və onların tətbiqi dairəsinin həmin hüquq sistemindəki digər cinayət əməlləri ilə müqayisəsi aparılır (Engelin işi, 80-85-ci bəndlər). Öztürk Almaniyaya qarşı işdə (53-cü bənd) Avropa Məhkəməsi vurğulamışdır ki, konkret cinayət əməlinin cəzalandırılmasına yönələn daxili qanunvericilik normaları prinsipcə «cinayət-hüquqi» xarakter daşıyır, lakin bəzi hallarda cəzalandırma məqsədi çəkindirmə məqsədi ilə yanaşı, yəni birgə mövcud olur. Bu o deməkdir ki, konkret sanksiyada bu məqsədlərin hər ikisi mövcud ola bilər və beləliklə, onlar qarşılıqlı surətdə bir-birini istisna etmir. Kempbell və X9rşı işdə (101-ci bənd) Avropa Məhkəməsi nəzərə çatdırdı ki, qanunvericilik normalarının konkret qrup tərəfindən deyil, daha geniş əhali kateqoriyası tərəfindən törədilən hüquq pozuntularının qarşısını almağa yönəlməsi faktı adətən həmin pozuntunun «cinayət» xarakteri daşımasının önəmli göstəricilərindən biridir, digər bir mühüm göstərici isə onun ağırlıq dərəcəsinin yüksək olmasıdır. Birinci və ikinci Engel meyarları əsasında aparılmış təhlil nəticə vermədikdə, məhkəmə üçüncü Engel meyarını nəzərdən keçirir (Eze və X2rşı iş, 108-130-cü bəndlər). Bu, alternativ və son meyardır. Bu meyar üzrə təhlil apararkən, Engelin işindəki kimi Avropa Məhkəməsi qərara ala bilər ki, hüquq pozuntusu xarakterinə görə «cinayət əməli» olmasa belə, təyin olunmuş sanksiya xarakterinə görə «cinayət-hüquqi» cəzadır. Avropa Məhkəməsi Avropa Konvensiyasının 7 saylı protokolunun 2-ci maddəsinə görə milli qanunvercilikdə cinayət kimi nəzərdə tutulmamasından asılı olmayaraq, inzibati xətaları da cinayət saya bilər. Məsələn, Avropa Məhkəməsi Meneşeva Rusiyaya qarşı işdə, ərizəçinin 5 sutka həbs edildiyi inzibati xətanı Konvensiyanın 6-cı maddəsi mənasında cinayət əməli saymışdır. Malofeyeva Rusiya qarşı işdə (7 sutka inzibati həbs) və Nemtsov Rusiyaya qarşı işdə (15 sutka həbs) inzibati xətalar cinayət sayılmış və onlara 6-cı maddənin müdafiəsi tətbiq edilmişdir. Kasparov və başqaları Rusiyaya qarşı işdə daha az inzibati həbs tətbiq edilən inzibati xəta da məhkəmə tərəfindən cinayət ittihamı saylımışdır. Enqel və başqaları Niderlanda qarşı işdə Avropa Məhkəməsi Konvensiyanın 7 saylı Protokolunun 2-ci maddəsinin mənası baxımından cəza təyin ediməyən, lakin təyin edilə biləcək hüququ pozuntusunu da cinayət saymışdır. Şəxs barəsində icraatı başlanmış Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzədə tutulmuş inzibati xəta milli qanunvericilikdə cinayət əməli kimi nəzərdə tutulmasa da, 2-ci və 3-cü Engel meyarlarına görə Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi və Konvensiyaya 7 saylı Protokolun 4-cü maddəsinin 2-ci bəndinin mənası baxımından cinayət ittihamı sayılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta konkret qrup tərəfindən deyil, daha geniş əhali kateqoriyası tərəfindən törədilən hüquq pozuntularının qarşısını almağa yönəldilmişdir və bu səbəbdən onun ağırlıq dərəcəsi yüksəkdir. Digər tərəfdən, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyası xarakterinə görə «cinayət-hüquqi» cəzadır. Belə ki, həmin maddənin sanksiyasında fiziki şəxslər üçün 5xx xxxxxxxx 1000 manatadək cərimə və ya bir ayadək müddətə həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsinə əsasən heç kəs bir cinayətə görə təkrarən məhkum edilə bilməz. Avropa Konvensiyasına dair 7 saylı Protokolun 2-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkəmə tərəfindən məhkum edilmiş hər kəsin, barəsində çıxarılmış hökmə və ya cəzaya daha yuxarı məhkəmədə yenidən baxılması hüququ vardır. Avropa Konvensiyasına dair 7 saylı Protokolun 4-ci maddəsinə əsasən heç kəs hər hansı dövlətin qanunlarına və cinayət-prosessual normalarına müvafiq olaraq, artıq bəraət aldığı və ya məhkum edildiyi cinayətlərə görə həmin dövlətin yurisdiksiyası çərçivəsində cinayət qaydasında təkrar məhkum edilə və ya cəzalandırıla bilməz. Məhkəmə qeyd edir ki, Avropa Konvensiyasına dair 7 saylı Protokolun 4-cü maddəsində non bis in idem prinsipi formula edilmişdir. Onunla analoji olan formul BMTnin Mülki və X12 Beynəlxalq Paktının 14-cü maddəsinin 7-ci bəndində yer almışdır, lakin orada işə yenidən baxılması imkanı qeyd edilməmişdir. Bundan başqa, Avropa Konvensiyasına əsasən, bu müddəa, Paktın 14-cü maddəsinin 7-ci bəndindən fərqli olaraq, məhdudlaşdırıla bilməz. «Təhvil vermə haqqında» Avropa Konvensiyası, «Başqa ölkələrin qəbul etdikləri məhkəmə qərarlarının hüquqi qüvvəsi haqqında» Avropa Konvensiyası və «Məhkum olunmuş şəxslərin verilməsi haqqında» Avropa Konvensiyası non bis in idem prinsipini beynəlxalq səviyyədə müəyyən edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.2-ci maddəsinə əsasən heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Azərbaycan Respublikası İXM-nin 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. İş materiallarından görünür ki, Balakən Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərarı ilə Şəxs barəsində Şəki Rayon Məhkəməsinin 2(075)-642/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməməsi əsası ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə Balakən Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı ******* №-li inzibati xəta haqqında protokolla başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun əməlində həmin inzibati xətanın tərkibi olmadığı üçün xitam verilmişdir. Hazırki xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokolla Balakən rayon İcra Şöbəsinin icra məmuru tərəfindən yenidən Şəxs barəsində Şəki Rayon Məhkəməsinin 2(075)-642/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməməsi əsası ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Göründüyü kimi, hər iki işdə inzibati məsuliyyətə cəlb edilmənin əsasını məhkəmənin eyni icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi faktı təşkil edir, hüquq pozuntusunu törədən şəxs və hüquqi maraq da eynidir. Şəxs inkriminə olunan inzibati xətalar eyni olmaqla, obyektinə və törədilmə yeri və şəratinə görə də eynilik təşkil edir. Yuxarıda istinad olunan qanunvericilik aktlarının tələbinə görə şəxs eyni əmələ görə iki dəfə məsuliyyətə cəlb edilə və cəzalandırıla bilməz. Şəxs törətdiyi əmələ görə yalnız bir dəfə məsuliyyətə cəlb edilə və cəzalandırıla bilər. Məhkəmənin icra sənədinin icra edilməməsinə görə Şəxs İXM-nin 528.1-ci maddəsilə inzibati məsuliyyətə cəlb edildikdən və Balakən Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərarı ilə əməlində həmin inzibati xətanın tərkibi olmaması əsası ilə həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verildikdən sonra, onun yenidən İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş eyni inzibati xəta üzrə inzibati məsuliyyətə cəlb edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 64, Avropa Konvensiyasına dair 7 saylı Protokolun 4-cü maddəsində nəzərdə tutulan non bis in idem prinsipinə, yəni eyni əmələ görə təkrar məsuliyyətə cəlb olunmamaq, cəzalandırılmamaq və məhkum olunmamaq prinsipinə ziddir. X5rşı iş üzrə Avropa Məhkəməsinin Böyük Palatasının qərarının 36-cı bəndində göstərilir ki, non bis in idem prinsipinin müəyyən olunması üçün bir-biri ilə bağlı üç şərt mövcud olmalıdır:1) faktlar eyni olmalı; 2) hüquq pozuntusunu törədən eyni şəxs olmalı və 3) müdafiə edilən hüquqi maraq bir olmalıdır. Avropa Məhkəməsinin həmin qərarda istinad etdiyi Şengen razılaşmasının tətbiqi haqqında Konvensiyanın 54-cü maddəsində qeyd olunur ki, şəxsə istinad olunan əməlin eyni əməl olub-olmamasına aydınlıq gətirmək üçün təkrar cinayət işinə baxan məhkəmə, şəxsə istinad olunan əməlin əvəlləki əməllə eynilik təşkil etməsi, yəni bir-biri ilə vaxta, törədildiyi yerə və obyektə görə bağlı olmasını aydınlaşdırmalıdır. Hazırki iş materiallarından görünür ki, Şəxs Balakən Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərarı ilə xx.xx.2019-cu il tarixli icra sənədinin icra edilməməsinə görə İXMnin 528.1-ci maddəsilə iş üzrə icraata xitam verildiyi əməl, hazırki xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokol əsasında Şəxs inkriminə olunan əməllə (İXM-nin 528.1-ci malddəsində nəzərdə tutulmuş xəta) vaxta, törədildiyi yerə və obyektinə görə bir-biri ilə bağlıdır və eynilik təşkil edir. Yəni Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra sənədinin həmin vaxtdan hazırki iş üzrə inzibati xəta haqqında protokolun tərtib olunduğu xx.xx.2021-ci il tarixədək icra edilməməsini özündə əks etdirir. İşdə həmin icra sənədinin icra edilməməsində ifadə olunan əməlin sözügedən xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokola və həmin protokol əsasında işə baxılaraq verilən xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında qərara qədərki dövrü əhatə etməsi, hazırki xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokolda isə icra sənədinin icra edilməməsi ilə bağlı əməlin həmin xx xxxxxx 2020-ci il tarixli protokol və xx.xx.2020-ci il tarixli qərardan sonrakı dövrü əhatə etməsi qeyd olunmamışdır və bu hal iş materialları ilə də müəyyən olunmur. Yəni həm birinci, həm də ikinci inzibati xəta haqqında işlər əməllərin baş vermə dövrü və icra edilməli olan aliment borclarının müxtəlif dövrlərə aid borclar olması və bu xüsusda bir-biri ilə bağlı olmamaqla, fərqlənmələri konteksində bir-birindən ayrılmamışdır. xx xxxx 2021-ci il tarixli inzibati xəta haqqında protokolda icra edilməli olan 2260 manat aliment borcunun birinci inzibati xəta haqqında iş üzrə xx xxxxxx 2020-ci il tarixli protokolda göstərilən icra edilməli olan 2000 manat alimenti borcuna daxil olub-olmaması müəyyən olunmamış və xx.xx.2021-ci il tarixli protokolda göstərilməmişdir. Əksinə iş materiallarından aydın olur ki, birinci inzibati xəta haqqında iş üzrə protokolda göstərilən icra edilməli olan 2000 manat alimenti borcu xx xxxx 2021-ci il tarixli inzibati xəta haqqında protokolda Şəxs istinad edilən 2260 manat aliment borcuna daxildir və eyni əməlin tərkib hissəsidir. Bunun icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmədə verdiyi izahatlarında göstərdikləri Şəxs aliment borcundan 2750 manat ödəniş etməsi fakt da təsdiq edir. Bu da bu işlər üzrə Şəxs istinad edilən əməllərin vahid daxili bağlılığını və eyni əməl olmasını göstərir. Bu əmələ görə də Şəxs bir dəfə inzibati məsuliyyətə cəlb edilmiş və məhkəmənin xx.xx.2020-ci il tarixli qərarı ilə onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə iş üzrə icraata xitam verilmişdir. Avropa Konvensiyasının 6-cı maddəsi və Avropa Məhkəməsinin presedentlərinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın cinayət ittihamına bərabər sayılması xüsusunda məhkəmə onu da vurğulayır ki, cinayət hüququnda uzanan və davam edən cinayətlər anlayışı vardır. Uzanan cinayətlər elə cinayətlərdir ki, bu zaman şəxs öz hərəkətləri və ya hərəkətsizliyi ilə qanunla cinayət təqibi üzrə qorxu altında onun üzərinə qoyulan vəzifələri uzun müddət ərzində yerinə yetirmir. Yəni burada fasiləsiz olaraq qanunu pozur və bununla da cinayəti müəyyən zaman kəsiyində edir. Ancaq uzanan cinayətlərdəki daxili bağlılıq onu vahid cinayət edir və cinayətlərin məcmusunu yaratmır. Davam edən cinayətlər isə ümumi məqsədin həyata keçirilməsinə yönələn və öz məcmusuna görə vahid cinayət olan bir neçə eyni cinayət əməlinin cəmidir. Göründüyü kimi, Azərbaycan Respublikasının cinayət qanunvericiliyində davam edən cinayət vahid məqsədin həyata keçirilməsinə yönəlməklə, bir neçə cinayət əməlinin cəmində ehtiva olunan bir cinayət kimi xarakterizə olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində davam edən və uzanan cinayətlərə görə bir dəfə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsində davam edən və uzanan cinayətə görə şəxsin bir dəfə cinayət məsuliyyətinə cəlb edildikdən sonra, cinayətin davam etdiyi və uzandığı təqdirdə onun yenidən cinayət məsuliyyətinə cəlb edilməsi nəzərdə tutumamışdır. Bu da tam qanuni və məntiqlidir. Belə ki, əks hal Azərbaycan Respublikası Konstitusiyasının 64cü maddəsində və Avropa Konvensiyasını 7 saylı Protokolunun 4-cü maddəsində müəyyən olunmuş şəxsin bir cinayətə görə təkrar məsuliyyətə cəlb edilməməsi, cəzalandırılmaması və məhkum edilməməsi müddəası, yəni non bis in idem prinsipi ilə ziddiyyət təşkil edərdi ki, bu da şəxsin hüquqlarının əsassız məhdudlaşdırılmasına və pozulmasına gətirib çıxarardı. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-də davam edən və uzanan inzibati xətaların anlayışı verilməsə də, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın cinayət ittihamına bərabər sayılması halında cinayət qanunvericiliyində nəzərdə tutulan davam edən və uzanan cinayətlər standartı davam edən və uzanan inzibati xətalar anlamı üçün də tətbiq edilə bilər. Bu xüsusda məhkəmə nəzərə çatdırır ki, əslində icra sənədinin icra edilməsi ilə bağlı icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta uzanan hüquqpozmadır. Belə ki, bu xətanın törədilməsi zamanı şəxs öz hərəkətləri və ya hərəkətsizliyi ilə qanunla qorxu altında onun üzərinə qoyulan vəzifələri uzun müddət ərzində yerinə yetirmir, fasiləsiz olaraq qanunu pozur və bununla da inzibati xətanı müəyyən zaman kəsiyində törədir. Həm də bu uzanan xətadakı daxili bağlılıq onu vahid xəta edir. Azərbaycan Respublikası İXM-nin 9.2-ci maddəsinə əsasən isə bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Davam edən inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edərsə, inzibati məsuliyyətə cəlb olunur. Bu xüsusda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair x xxxxxxxx 2018-ci il tarixli qərarında müəyyən etdiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2, 12 və 35-ci maddələrinin mənası baxımından, şəxsin həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra məhkəmə və digər orqanların qərarlarını icra etmədikdə (qərəzli olaraq icra etməmə istisna olmaqla), yenidən inzibati məsuliyyətə cəlb oluna bilməsi barədə hüquqi mövqeyi əslində İXM-nin 9.2-ci maddəsində müəyyən edilən davam edilən inzibati xətalara aid oluna bilər. Belə ki, İXM-nin 9.2-ci maddəsində uzanan xətalara görə deyil, davam edən inzibati xətalara görə məsuliyyəti müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin x xxxxxxxx 2018-ci il tarixli qərarında da məhz davam edən inzibati xətalara görə yenidən məsuliyyət müəyyən edən İXM-nin 9.2-ci maddəsinin şərhindən söhbət gedir. Qanunda uzanan inzibati xətalara görə təkrar inzibati məsuliyyətə cəlb edilməsi nəzərdə tutulmadığından, şəxsin uzanan inzibati xətalara görə yenidən inzibati məsuliyyətə (həmçinin İXM-nin 528.1-ci maddəsilə) cəlb edilməsi birmənalı şəkildə non bis in idem prinsipinin pozuntusudur. Əgər bu əksinə olsaydı, onda şəxs məhkəmə qərarlarının qərəzli olaraq icra edilməsinə görə dəfələrlə CM-nin 306.1-ci maddəsilə məsuliyyətə cəlb olunardı. Belə ki, CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan məhkəmə qərarlarının qərəzli olaraq icra edilməməsi də uzanan cinayətdir. Nəzəri cəhətdən ehtimal edilə bilər ki, şəxs CM-nin 306.1-ci maddəsilə məsuliyyətə cəlb edildikdən sonra məhkəmə qərarının yenidən qərəzli olaraq icra edilməməsi yenidən onun CM-nin 306.1-ci maddəsilə məsuliyyətə cəlb edilməsinə səbəb ola bilər. Lakin nə Cinayət Məcəlləsində uzanan cinayətlərə görə şəxsin təkrar məsuliyyətə cəlb edilə bilinməsi barədə norma yoxdur və nə də Azərbaycan Respublikasının məhkəmə praktikasında belə bir hala rast gəlinməmişdir. Bu da tamamilə əsaslıdır. Belə ki, əks hal Azərbaycan Respublikası Konstitusiyasının 64cü və Azərbaycan Repsublikası CM-nin 8.2-ci maddəsində təsbit edilmiş şəxsin eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməməsi və təkrar məhkum edilə bilməməsi prinsipini kobud şəkildə pozmuş olardı. Bu, həm də Avropa Konvensiyasının 7 saylı Protokolunun 4-cü maddəsinin 2-ci bəndində əks olunmuş non bis in idem prinsipinə də ziddir. Göstərilənlər və 2-ci və 3-cü Engel meyarlarına görə İXM-nin 528-ci maddəsində nəzərdə tutulan inzibati xətanın cinayət ittihamına bərabər sayılması xüsusunda həmin qanun normasında nəzərdə tutulmuş uzanan inzibati xətaya görə şəxsin təkrar inzibati məsuliyyətə cəlb edilə bilməsi verdikti, bunun mümkünlüyü və reallıqda belə təkrar məsuliyyətə cəlb edilməsi də şəxsin eyni əmələ görə təkrar məsuliyyətə cəlb edilməsi və cəzaya məruz qalmasıdır, yəni non bis in idem prinsipinin pozulmasıdır. Uzanan inzibati xətaya görə şəxsin yenidən inzibati məsuliyyətə cəlb edilməsi barədə qanun normasının genişləndirici təfsiri şəxsin vəziyyətini pisləşdirdiyindən bu təfsir barədə qərarın tətbiqi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin və Azərbaycan Respublikası İXM-nin 11.3-cü maddəsinin pozuntusuna da yol açardı. Azərbaycan Respublikası İXM-nin 9.2-ci maddəsində göstərilən davam edən inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edildikdən sonra bu xətanın törədilməsinin davam etdiyi halında şəxsin yenidən inzibati məsuliyyətə cəlb edilə bilməsinə dair əsasın, qanunda nəzərdə tutulmamasına baxmayaraq, qanunun analogiyası tətbiq edilməklə uzanan inzibati xətalar da aid edilməsi Azərbaycan Respublikası İXM-nin 1.3-cü maddəsinə və X15 Haqqında Azərbaycan Respublikası Konstitusiya Qanununun 13.5-ci maddəsinə ziddir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. X15 Haqqında Azərbaycan Respublikası Konstitusiya Qanununun 13.5-ci maddəsinə əsasən cinayət, inzibati xətalar və vergi qanunvericiliyində, məsuliyyətə cəlb olunma, hüquqların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi hallarında hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilməz. Faktiki olaraq uzanan inzibati xətaya görə bir dəfə inzibati məsuliyyətə cəlb edildikdən sonra yenidən məsuliyyətə cəlb edilmə İXM-nin 9.2-ci maddəsinin analogiya üzrə tətbiqidir və yuxarıda istinad edilən qanunlar da bunu qəti şəkildə qadağan edir. O da qeyd edilməlidir ki, qanunda uzanan inzibati xətalara görə təkrar inzibati məsuliyyətə cəlb edilməsi nəzərdə tutulmadığından, şəxsin uzanan inzibati xətalara görə yenidən inzibati məsuliyyətə (həmçinin İXM-nin 528.1-ci maddəsilə) cəlb edilməsi həmçinin Avropa Konvensiyasının 7-ci maddəsində nəzərdə tutulmuş qanunsuz cəzalandırılmamaq hüququnu da pozur. Belə ki, Avropa Konvensiyasının 7-ci maddəsinin 1-ci bəndinə əsasən heç kəs törədildiyi zaman milli və beynəlxalq hüquqa görə cinayət sayılmayan hər hansı hərəkət və ya hərəkətsizliyə görə cinayət törətməkdə təqsirli hesab edilə bilməz. Habelə cinayət əməlinin törədildiyi zaman tətbiq edilməli olan cəzadan daha ağır cəza verilə bilməz. Göstərilən hal hüquq normasının tətbiqi zamanı o cümlədən «hüquqi müəyyənlik» prinsipinin və bu prinsipə daxil olan «keyfiyyətli qanun» standartının önəmliliyi faktını da ortaya atır. Bu xüsusda Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə xx xxxx 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə xx xxxx 2000-ci il və xx xxxx 2004-cü il tarixli qərarları). Belə ki, qanuni təhlükəsizliyin vacib prinsipi olan hüquqi sabitliyin birinci istiqaməti hüquqi qaydalar baxımından sabitlikdir. Qanuni qaydaların sabitliyi nisbi sabitlikdir. Başqa sözlə, mütləq dəyişməzlik və tez-tez təqib edilə bilməyən dəyişiklik arasında tarazlıq yaratmaqdır. Şübhəsiz ki, cəmiyyətin və texnikanın dəyişməsi fonunda qaydaları qorumaq mümkün və ağlabatan deyil. Digər tərəfdən, ağlabatan davamlılıq və sabitlik səviyyəsini aradan qaldıracaq hüquq sistemində tez-tez dəyişikliklər də hüquqi təhlükəsizlik baxımından problemlidir. Ağlabatan sabitlik və qaydaların dəyişmə diapazonu qayda tipinə, qaydanı dəyişdirən orqana və dəyişiklik metoduna görə dəyişə bilər. Buna görə əvvəlcədən dəqiq bir sabitlik və ya dəyişiklik sürətini təyin etmək mümkün deyil. Nəhayət, sabitliyin mövcudluğu, norma və şərtlərə uyğun olaraq müəyyən ediləcək əsas meyarlara görə dəyişikliyi izləyə bilməyən şəxslərin və qurumların etibarsız bir vəziyyətə gətirilməməsinə görə müəyyən edilə bilər. Məhkəmə hesab edir ki, hüquqi müəyyənlik prinsipinə və bu xüsusda «keyfiyyətli qanun» standartına cavab verməyən qanunun tətbiqi ilə şəxsin hüquqlarının məhdudlaşdırılması onun Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması hüququnu pozmaqla həmçinin Avropa Konvensiyasının 7-ci maddəsində nəzərdə tutulmuş qanunsuz cəzalandırılmamaq hüququnun pozulması riskini də artırır. Məhkəmə nəzərə çatdırır ki, Avropa Konvensiyasının 6-cı maddəsinə, 7-ci maddəsinə və Avropa Məhkəməsinin presedentlərində ifadə olunmuş hüquqi mövqeyə görə əgər Avropa Konvensiyanı ratifikasiya etmiş dövlətlərin qanunlarında eyni məsələ ilə bağlı ziddiyyətli məqamlar vardırsa, onda birmənalı şəkildə şəxsin hüququi vəziyyətini yüngülləşdirən və məsuliyyətini aradan qaldıran qanun normalarından istifadə olunmalıdır. Bu tələb həm də Avropa Konvensiyasının 7-ci maddəsindən irəli gəlir. Cəmil Fransaya qarşı işdə Avropa Məhkəməsi bildirdi ki, ərizəçinin ittiham edilməsinə səbəb olan əməllər törədildikdən sonra məhkəmələr tərəfindən ilk dəfə tətbiq edilən hər hansı qanunun müddəasının genişləndirilmiş şərhi bəzi hallarda həmin müddəanın pozulmasına gətirilb çıxara bilər. Təkcə yazılmış qanunlar yox, həm də ümumi hüququn və ya hər hansı başqa adi hüququn normaları istər barəsində Konvensiyada yer alan qeyd-şərt kimi məhdudlaşdırıcı qeyd-şərtlərin tətbiq edildiyi əsas hüquqların məhdudlaşdırılması üçün, istərsə də Konvensiyanın 7-ci maddəsində nəzərdə tutulan cinayət sanksiyaları üçün yetərli hüquqi baza rolunu oynaya bilər. Avropa Məhkəməsi həmin işdə qeyd etdi ki, olduqca mühüm məqam hər şeydən əvvəl hüququn müəyyənliyidir, habelə dağınıq hüquqi müddəaların və ya konsepsiyaların dəqiqləşdirilməsində və ya inkişaf edilməsində məhkəmələrin funksiyalarıdır… Başqa məsələlərlə yanaşı, həm də qanunun mətni ilə əsaslı şəkildə əhatə edilə bilməyən faktlar barəsində cinayət hüququnun «in malam partem» prinsipinin tətbiqi qadağan edilib…Cinayət hüququ sahəsində… Konvensiyanın 7-ci maddəsinin 1-ci bəndi belə bir imkanı istisna edir ki, əvvəllər cəzalandırılmayan hər hansı əməllər məhkəmə nəticəsində cinayət məsuliyyətinə səbəb olsun və ya mövcud cinayətlər əvvəllər açıq-aşkar cinayət olmayan faktları da əhatə etsin. Bu, o deməkdir ki, cinayət tərkibinin elementləri, məsələn cinayətin törədilməsi üçün tələb olunan təqsirin xüsusi forması istənilən halda məhkəmə praktikası ilə təqsirləndirilən şəxsin ziyanına əhəmiyyətli şəkildə dəyişdirilə bilməz. Başqa tərəfdən, cinayətin orijinal konsepsiyası çərçivəsində ağlabatan şəkildə yerləşdirilə bilən mövcud cinayət elementlərinin dəqiqləşdirilməsi və şəraitə uyğunlaşdırılması etiraz doğurmur. X1rşı işdə Avropa Məhkəməsi bildirmişdir ki, məhkəmələr tərəfindən dövlətdaxili normaların lazımi şəkildə tətbiqinin yoxlanması, bir qaydada olaraq, Avropa Məhkəməsinin vəzifələrinə daxil olmasa da, 7-ci maddədə olduğu kimi, Konvensiya dövlətdaxili hüquqa istinad etdikdə, o, hər halda bunu edir, belə hallarda dövlətdaxili hüququn hər hansı pozuntusu Konvensiya ilə kolliziyaya (ziddiyyətə) səbəb olduqda, Komissiya buna diqqət yetirə bilər və yetirməlidir. 7-c maddə belə bir imkanı istisna etmir ki, cinayət törədilən anda yol verilə bilən şərtlərə nisbətən daha sərt şərtlər tətbiq edilmədiyi təqdirdə, artıq təyin edilmiş olan cəza dəyişdirilmiş formada həyata keçirilə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində qanuni qüvvəyə minmiş Balakən Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərarı ilə Şəki Rayon Məhkəməsinin 2(075)-642/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməməsi əsası ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində həmin inzibati xətanın tərkibi olmadığı üçün xitam verildikdən sonra, onun yenidən xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokolla İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş həmin xətaya görə inzibati məsuliyyətə cəlb edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsinə və Avropa Konvensiyasının 7 saylı Protokolunun 4-cü maddəsinə birmənalı şəkildə ziddir və həmin qanun normalarının kobud pozuntusudur. Ona görə də Şəxs münasibətdə Azərbaycan Respublikası Konstitusiyasının 64 və Avropa Konvensiyasının 7 saylı Protokolunun 4-cü maddələrinin pozuntusu müəyyən edilməklə, həmin qanun normaları və Azərbaycan Respublikası İXM-nin 53.0.7-ci maddəsi tətbiq edilməklə, non bis in idem prinsipi-eyni əmələ görə təkrar məsuliyyətə cəlb edilə bilməməsi, məhkum edilə və cəzalandırıla bilməməsi, həmçinin inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş məhkəmə qərarının olması əsası ilə onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.0.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. İşdəki sübutlara hüquqi qiymət verərək, həmçinin hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmaması əsasları ilə də hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən edən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 element-obyekt, obyektiv tərəf, subyektiv tərəf və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh tədbirinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri olmadıqda, şəxsin əməlində inzibati xətanın tərkibinin möcudluğu istisna edilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Yuxarıda qeyd olunan qanun normalarından görünür ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə inzibati məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə inzibati məsuliyyətin yaranması üçün həmçinin şəxs həmin maddənin dispozisiyasında göstərilən hərəkətləri üzrsüz səbəbdən etməlidir. İşdəki sübutlardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Şəki Rayon Məhkəməsinin 2(075)-642/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icra edilməsi ilə bağlı icra məmurunun qanuni tələlərini yeinə yetirməkdən və icra sənədini icra etməkdən imtina etməmiş, müxtəlif vaxtlarda aliment məbləğindən 2750 manat ödəməklə icra sənədini icra etməyə çalışmış, üzrlü səbəbdən, yəni maddi imkanı olmadığından icra sənədini tam icra etməmişdir. Şəxs Şəki Rayon Məhkəməsinin 2(075)- 642/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icra edilməsilə bağlı göstərilən məbləğdə aliment pulunu tələbkara ödəməsi, onun bu icra sənədinin icra edilməsinə yönəlmiş iradə ifadəsi kimi qiymətləndirilməlidir. İş materiallarından həmçinin görünür ki, icra məmurunun verdiyi sorğular əsasında Şəxs banklarda əmanətləri, xüsusi mülkiyyətində tələb yönələ biləcək daşınmaz və daşınar əmlakı, sahibkarlıq fəaliyyəti ilə məşğu olması, işləməsi, pensiya və ya digər sosial müavinət alması və aylıq gəlirə malik olması müəyyən edilməmişdir. Belə olan vəziyyədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədini tam icra etməməsinin üzrlü səbəblərlə, yəni onun bu sənədi tam icra etməməsinin işləməməsi, tələb yönəldilə biləcək daşınmaz və daşınar əmalakının, banklarda əmanətlərinin və aylıq gəlirinin olmaması, ağır maddi vəziyyəti ilə bağlı olması barədə gətirdiyi dəlillər inandırıcıdır. İşdəki sübutlarla Şəxs üzrsüz səbəblərdən icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və icra sənədini tam icra etməməsi öz təsdiqini tapmır. İnzibati xəta haqqında iş üzrə icraat başlayan şəxs də bunun əksini, yəni barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və icra sənədini üzrsüz səbəbdən icra etməməsini, bununla da İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olmasını sübut edə bilməmişdir. Halbuki qanuna görə bu halları sübut etmə vəzifəsi həmin vəzifəli şəxsin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Qeyd olunanlara əsasən hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibinin yaranması üçün nə inzibati xətanın obyektiv tərəfi, nə də subyektiv tərəfi yoxdur. Belə olan halda, ümumiyyətlə onun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyildir. Əməldə inzibati xətanın tərkibinin olmaması isə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün qanunda göstərilmiş əsaslardan biridir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.0.2- maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azəbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, hakim inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. İş materiallarından həmçinin görünür ki, fərdi qaydada fəaliyyət göstərən vəkil X7 hazırki inzibati xəta haqqında iş üzrə Şəxs hüquqlarının müdafiəsinə 2 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxx 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının İXM-nin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də hesab edirəm ki, Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X11 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına 12 manat köçürülməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikasının İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 64-cü, Avropa Konvensiyasının 7 saylı Protokolunun 4-cü və Azərbaycan Respublikası İXM-nin 53, 105.1, 112, 113,114-115, 117, 125-126 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Avropa Kovensiyasının 7 saylı Protokolunun 4-cü maddəsində təsbit edilmiş non bis in idem prinsipi-eyni əmələ görə təkrar məsuliyyətə cəlb edilə bilməməsi, məhkum edilə və cəzalandırıla bilməməsi, barəsində inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş məhkəmənin qərarının olması və əməlində həmin inzibati xətanın tərkibinin olmaması əsasları ilə xitam verilsin. Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X11 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına 12 manat köçürülsün. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-66/2021
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-66/2021
02.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver