Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-66/2025 20.02.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, X1 katibliyi ilə, xx.xx.1991-ci il tarixdə Balakən rayonu Kortala kəndində anadan olmuş, həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsilə tərtib edilmiş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Balakən rayon prokuroru baş ədliyyə müşaviri Camal Bağırov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilərək baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Qərardan görünür ki, vəzifəli şəxs Şəxs dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan 3 dekabr 2024-cü il tarixdən 29 dekabr 2024-cü il tarixədək Balakən rayonu Kortala kəndində yerləşən özünün istifadəsində olan kafedə fəaliyyət göstərdiyi müddət ərzində ümumilikdə təxminən 150 manat məbləğində gəlir əldə etməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və Balakən rayon Prokurorluğu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Hazırki işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan Şəxs Balakən Rayon Prokurorluğuna verdiyi izahatından görünür ki, o, özü sahibkardır. Onun əsas fəaliyyəti kafe işlətməsidir. O, 3 dekabr 2024-cü ildən 29 dekabr 2024-cü ilədək Balakən rayonu Kortala kəndində yerləşən adsız kafeni işlədir. Onun həmin müddətdə qazancı 150 manat olmuşdur. Kənd yeri olduğundan gün ərzində 4-5 müştəri olar. Əvvəllər mağaza işlətmişdir. Həmin vaxtdan aktiv qalan VÖENdir. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Balakən rayon prokurorluğuna ünvanlanmış 23 yanvar 2025-ci il tarixli məktubda göstərilmişdir ki, “Şəxs (VÖEN: **********) xx.xx.2008-ci il tarixdən vergi orqanında vergi ödəyicisi kimi qeydiyyatdadır. Şəxs (VÖEN: **********) qeydiyyata alınan zaman “47191-İXTİSASLAŞDİRİLMAMİŞ MAĞAZALARDA SAİR MƏHSULLARİN PƏRAKƏNDƏ SATİŞİ” fəaliyyət növü üzrə qeydiyyata alınmışdır. xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, Şəxs 150 manat məbləğində pulu dövlət büdcəsinə ödəmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 398-ci maddəsinə əsasən dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. 398-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 398-ci maddəsində nəzərdə tutulan əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə və ya inzibati xəta nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürdükdə inzibati məsuliyyətdən azad olunur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta nəticəsində əldə edilmiş gəliri dövlət büdcəsinə ödədiyindən inzibati məsuliyyətdən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta nəticəsində əldə edilmiş gəliri dövlət büdcəsinə ödədiyindən inzibati məsuliyyətdən azad olunsun və iş üzrə icraata xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Arifə Cəfərova
Məhkəmə qərarları › İş №3(019)-66/2025
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-66/2025
20.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver