Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-68/2021 09.03.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlu, məhkəmə iclas katibi X2 qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Nusalov Şəxs iştirakı ilə xx.xx.1983-cü ildə Balakən rayonunun Qullar kəndində anadan olmuş, orta təhsilli, subay, işləməyən, inzibati məsuliyyətə cəlb olunmamış, Balakən rayonu Gərəkli kəndində yaşayan Nusalov Şəxs barəsində Balakən Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Nusalov Şəxs Balakən Rayon Məhkəməsinin 2(019)-171/2018 nömrəli xx xxx 2018ci il tarixli icra sənədinə əsasən xx xxxxxx 2017-ci il tarixdən başlayaraq xx xxxxxxx 2009cu ildə doğulmuş Nusalov Emil Şəxs oğlunun və xx xxx 2014-cü ildə doğulmuş Nusalov Uğur Şəxs oğlunun yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər bir uşaq üçün 100 (bir yüz) manat sabit pul məbləğində alimenti X1 ödəməlidir. O alimenti ödəməmiş, onun 7800 manat aliment borcu yaranmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Nusalov Şəxs aliment borcunun ödənməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Nusalov Şəxs göstərilən inzibati xətanı törətməsi məhkəmə iclasında özünün etirafedici ifadəsi, icra məmurunun ifadəsi və iş materiallarında olan sənədlərlə aşağıdakı qaydada tam təsdiq olunur. Məhkəmə iclasında Nusalov Şəxs göstərdi ki, o, Balakən Rayon Məhkəməsinin 2(019)-171/2018 nömrəli 17 may 2018-ci il tarixli icra sənədinə əsasən xx xxxxxx 2017-ci il tarixdən başlayaraq 11 oktyabr 2009-cu ildə doğulmuş Nusalov Emil Şəxs oğlunun və xx xxx 2014-cü ildə doğulmuş Nusalov Uğur Şəxs oğlunun yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər bir uşaq üçün 100 (bir yüz) manat sabit pul məbləğində alimenti X1 ödəməlidir. Fəhlə işləyir, həftədə 1-2 gün iş olur. Ailə vəziyyəti ağırdır.Maddi imkanı olmadığına görə alimenti ödəyə bilməmişdir. Gələcəkdə imkanı olsa aliment borcunu ödəyəcəkdir. Barəsində yüngül tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında dindirilən Balakən rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid göstərdi ki, Nusalov Şəxs Balakən Rayon Məhkəməsinin 2(019)-171/2018 nömrəli xx xxx 2018-ci il tarixli icra sənədinə əsasən xx xxxxxx 2017-ci il tarixdən başlayaraq xx xxxxxxx 2009-cu ildə doğulmuş Nusalov Emil Şəxs oğlunun və xx xxx 2014-cü ildə doğulmuş Nusalov Uğur Şəxs oğlunun yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər bir uşaq üçün 100 (bir yüz) manat sabit pul məbləğində alimenti X1 ödəməlidir. Şəxs Nusalov alimenti ödəməmiş, hazırda onun 7800 manat borcu vardır. Xəbərdarlıq edilməsinin nəticəsi olmamışdır. Hazırda da o aliment borcunu ödəmir. Ona görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İşdə olan Balakən Rayon Məhkəməsinin 2(019)-171/2018 nömrəli xx xxx 2018-ci il tarixli icra sənədinə əsasən xx xxxxxx 2017-ci il tarixdən başlayaraq xx xxxxxxx 2009-cu ildə doğulmuş Nusalov Emil Şəxs oğlunun və xx xxx 2014-cü ildə doğulmuş Nusalov Uğur Şəxs oğlunun yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Nusalov Şəxs hər ay hər bir uşaq üçün 100 (bir yüz) manat sabit pul məbləğində aliment alınıb X1 ödənməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Nusalov Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Nusalov Şəxs məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdırılan hallar yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Nusalov Şəxs şəxsiyyətini, xətanın xarakterini, məsuliyyəti ağırlaşdıran halların olmamasını, onun alimenti ödəməməsini, cərimə tənbehinin onun qanunlara əməl etmək ruhunda tərbiyyələnməsinə kifayət etməyəcəyini nəzərə alaraq onun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım Nusalov Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətə inzibati həbs edilsin. Həbs müddətinin əvvəli xx xxxx 2021-ci il tarixdən saat 16:45-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Balakən rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(019)-68/2021
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-68/2021
09.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver