Məhkəmə qərarları › İş №3(019)-68/2023

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-68/2023

18.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-68/2023 18.02.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx.xx.1992-ci ildə Balakən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay , işləməyən, inzibati məsuliyyətə cəlb olunmamış, Balakən şəhəri S.Vurğun küçəsi 58 nömrəli evdə yaşayan Şəxs barəsində Balakən Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə icraat başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs sərxoş vəziyyətdə 16 fevral 2023-cü il tarixdə saat 23:15 radələrində Balakən şəhəri, H.Əliyev prospektində - ictimai yerdə ucadan nalayiq sözlər işlədərək ictimai qaydanı pozmuş, həmin vaxt onu intizama dəvət edən polis əməkdaşları Şahid və X2 qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs sözügedən inzibati xətaları törətməsi məhkəmə iclasında aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş aparılan Şəxs özünü təqsirli bilməyərək göstərdi ki,16 fevral 2023-cü il tarixdə saat 23 radələrində ad günündə 50 qram araq içmişdir. Bundan sonra o özünə məxsus “VAZ 2107” markalı ** KO *** dövlət qeydiyyat nişanlı avtomaşınla Balakən şəhəri H.Əliyev prospektində olarkən Yol Patrul Xidmətinin inspektoru Şahid və Ömərov Ömər ona yaxınlaşaraq sərxoş olub-olmamasını soruşmuşlar..O, içmədiyini bildirmişdir. Polis əməkdaşları ona “Polis Şöbəsinə getməliyik” deyə bildirmişlər. O, polislərə gözləmələrini demiş və DİN-nin “102” xidmətinə zəng etmişdir. Yarım saatdan sonra o, polislərlə Balakən rayon Polis Şöbəsinə getməyə razı olmuşdur və polislərlə birlikdə Polis Şöbəsinə getmişdir. Müayinə həkimi gəldikdən sonra o alkotester cihazına həkimin iştirakı ilə üfürmüşdür. Cihazda 0,291 içkili olduğu görünmüşdür. O, həmin aktı imzalamışdır. O, sərxoş olmamışdır. Onun barəsində inzibati xəta haqqında protokollar düzgün tərtib edilməmişdir. Barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid göstərdi ki, Balakən RPŞ-nin DYPB-nin baş inspektoru vəzifəsində xidmət edir. xx.xx.2023-cü il tarixdə təxminən saat 23:15 radələrində Balakən RPŞ-nin DYPB-nin inspektoru, polis serjantı X3 ilə birlikdə KİA- SPORTAGE MARKAL **-YP-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Balakən şəhəri H.Əliyev prospektində xidmətdə olduqları zaman “VAZ 2107” markalı ** KO *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü üfiqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və geri dönmə qaydalarını pozduğu üçün tərəflərindən saxlanmışdır. Yoxlama zamanı sürücüdən spirtli içki qoxusu gəldiyi üçün onun spirtli içki qəbul etməsi barədə onlarda şübhə yaranmışdır. Buna görə də onu həkim müayinəsindən keçirtmək məqsədi ilə Balakən RPŞ-nə dəvət etmişlər. Bu zaman sürücü küçədə uca səslə onlarla mübahisə etməyə başlamışdır, Onlar qanunvericiliyin tələblərini ona izah etməyə çalışsalar da sürücü buna məhəl qoymayaraq səs-küy yaradıb ətrafdakı insanları ora yığmağa çalışmışdır. Onlar onu nizam-intizama dəvət etsələr də sürücü onların qanuni tələblərinə qəsdən tabe olmayıb öz hərəkətlərini davam etdirmişdir. Odur ki, onlar radioötürücü vasitəsi ilə xidmətdə olan PPXB-nin əməkdaşlarını həmin yerə çağırmışlar. Şəxs küçədə onlarla təxminən 30 dəqiqə uca səslə mübahisə edib onların iş rejimini pozduqdan sonra onu özləri ilə polis şöbəsinə gətirmişlər. Sürücü həkim müayinəsindən keçirilmiş və onun sərxoş olduğu müəyyən edilmişdir. Bundan sonra o, tədbir görülməsi üçün raportla Polis Şöbəsinin rəhbərliyinə müraciət etmişdir. Şahid X2 işdə olan izahatında göstərilmişdir ki, Balakən RPŞ-nin DYPB-nin inspektoru vəzifəsində xidmət edir.xx.xx.2023-cü il tarixdə təxminən saat 23:15 radələrində Balakən RPŞ-nin DYPB-nin baş inspektoru Şahid ilə birlikdə KİA-SPORTAGE MARKAL **-YP-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Balakən şəhəri H.Əliyev prospektində xidmətdə olduqları zaman “VAZ 2107” markalı ** KO *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü üfiqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və geri dönmə qaydalarını pozduğu üçün tərəflərindən saxlanmışdır. Yoxlama zamanı sürücüdən spirtli içki qoxusu gəldiyi üçün onun spirtli içki qəbul etməsi barədə onlarda şübhə yaranmışdır. Buna görə də onu həkim müayinəsindən keçirtmək məqsədi ilə Balakən RPŞ-nə dəvət etmişlər. Bu zaman sürücü küçədə uca səslə onlarla mübahisə etməyə başlamışdır, Onlar qanunvericiliyin tələblərini ona izah etməyə çalışsalar da sürücü buna məhəl qoymayaraq səs-küy yaradıb ətrafdakı insanları ora yığmağa çalışmışdır. Onlar onu nizam-intizama dəvət etsələr də sürücü onların qanuni tələblərinə qəsdən tabe olmayıb öz hərəkətlərini davam etdirmişdir. Odur ki, onlar radioötürücü vasitəsi ilə xidmətdə olan PPXB-nin əməkdaşlarını həmin yerə çağırmışlar. Şəxs küçədə onlarla təxminən 30 dəqiqə uca səslə mübahisə edib onların iş rejimini pozduqdan sonra onu özləri ilə polis şöbəsinə gətirmişlər. Sürücü həkim müayinəsindən keçirilmiş və onun sərxoş olduğu müəyyən edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən RPŞ-nin DYPB-nin baş inspektoru Şahid Balakən rayon polis Şöbəsinin rəisinə yazdığı xx.xx.2023-cü il tarixli raportda göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 23:15 radələrində xx.xx.2023-cü il tarixdə Balakən RPŞ-nin DYPB-nin inspektoru, polis serjantı X3 ilə birlikdə KİA-SPORTAGE MARKAL **-YP-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Balakən şəhəri H.Əliyev prospektində xidmətdə olduqları zaman “VAZ 2107” markalı ** KO *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü üfiqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və geri dönmə qaydalarını pozduğu üçün tərəflərindən saxlanmışdır. Yoxlama zamanı sürücüdən spirtli içki qoxusu gəldiyi üçün onun spirtli içki qəbul etməsi barədə onlarda şübhə yaranmışdır. Buna görə də onu həkim müayinəsindən keçirtmək məqsədi ilə Balakən RPŞ-nə dəvət etmişlər. Bu zaman sürücü küçədə uca səslə onlarla mübahisə etməyə başlamışdır, Onlar qanunvericiliyin tələblərini ona izah etməyə çalışsalar da sürücü buna məhəl qoymayaraq səs-küy yaradıb ətrafdakı insanları ora yığmağa çalışmışdır. Onlar onu nizam-intizama dəvət etsələr də sürücü onların qanuni tələblərinə qəsdən tabe olmayıb öz hərəkətlərini davam etdirmişdir. Odur ki, onlar radioötürücü vasitəsi ilə xidmətdə olan PPXB-nin əməkdaşlarını həmin yerə çağırmışlar. Şəxs küçədə onlarla təxminən 30 dəqiqə uca səslə mübahisə edib onların iş rejimini pozduqdan sonra onu özləri ilə polis şöbəsinə gətirmişlər. RPŞ-də olan zaman həmin şəxsin xx.xx.1992-ci il təvəllüdlü ,ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs olduğu və həkim müayinəsi zamanı spirtli içki qəbul etdiyi məlum olmuşdur. Şəxs barəsində tədbir görülməsinə göstəriş verilməsini xahiş etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 16 fevral 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 16 fevral 2023-cü il tarixdə saat 24:00-da inzibati qaydada tutulmuş,18 fevral 2023-cü il tarixdə saat 09:30-da azad edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli, 67 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, xx.xx.2023-cü il tarixdə saat 00:28-də Şəxs sərxoşluq vəziyyətinin tibbi müayinəsi aparılmış, alkotesterdə ,0,411 promil alkoqol aşkar olunmuş, eyni zamanda surətli dönmələrdə səndələmələri ,romberq vəziyyətində dayanıqsızlığı müşahidə olunmuşdur. Şəxs sərxoş olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə isə həmin Məcəllənin 535.1-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməlləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. xx.xx.2023-cü il tarixdə sərxoş olmaması, heç bir inzibati xəta törətməməsi, barəsində inzibati xəta haqqında protokolların düzgün tərtib olunmaması barədə Şəxs göstərdikləri ilə bağlı qeyd edilməlidir ki, onun göstərdiyi bu xüsusatlar məhkəmə iclasında şahid ifadəsi ilə işdə olan sənədlərlə tam təkzib olundu. Eyni zamanda məhkəmə iclasında onun özü etiraf etdi ki, tanışlarının ad günündə araq içmişdir və polis əməkdaşları onu saxladıqdan sonra yarım saat ərzində Polis Şöbəsinə getməmiş, yarım saatdan sonra o, Polis Şöbəsinə getməyə razı olmuşdur. Qeyd edilənlərə əsasən Şəxs xx.xx.2023-cü il tarixdə sərxoş olmaması, heç bir inzibati xəta törətməməsi, barəsində inzibati xəta haqqında protokolların düzgün tərtib olunmaması barədə göstərdiyi xüsusatlar qəbul edilməmişdir. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar,onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hallar yoxdur, inzibati xətanı sərxoş halda törətməsi onun məsuliyyətini ağırlaşdıran haldır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə görə şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında 15 günədək inzibati həbs, 535.1-ci maddəsinin sanksiyasında isə bir ayadək müddətə inzibati həbs tənbehi nəzərdə tutulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında bir ayadək müddətə inzibati həbs tənbehi nəzərdə tutulduğundan o daha ciddi xəta hesab edilir, ona görə də Şəxs həmin maddə ilə inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halların olmamasını, məsuliyyəti ağırlaşdıran halı, törədilmiş xətanın xarakterini, cərimə tənbehinin onun qanunlara əməl etmək ruhunda tərbiyyələnməsinə kifayət etməyəcəyini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli, barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tənbehi tətbiq edilməlidir. İş materiallarından göründüyü kimi , barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 16 fevral 2023-cü il tarixdə saat 24:00-da inzibati qaydada tutulmuş və 18 fevral 2023-cü il tarixə saat 09:30-da azad edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Odur ki, hesab edirəm Şəxs tutulub saxlandığı iki gün müddət ona təyin ediləcək inzibati həbs müddətindən çıxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 09 (doqquz) gün müddətə inzibati həbs edilsin. . Onun 16 fevral 2023-cü il tarixdə saat 24:00-dan 18 fevral 2023-cü il tarixə saat 09:30- a kimi inzibati qaydada tutulduğu 02(iki) gün müddət həmin müddətdən çıxılsın və üzərində 07 (yeddi ) gün müddətə inzibati həbs tənbehi saxlansın. İnzibati həbs müddətinin əvvəli 18 fevral 2023-ci il tarixdən saat 12:20-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Balakən rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan surəti rəsmi qaydada alındığı gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar