Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-69/2021 15.03.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 iştirakı ilə X3 Balakən Rayon Polis Şöbəsinin rəisi X5 xx.xx.2020-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ərizəsinə ona əlavə olunmuş sənədlərlə birlikdə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: X9 məhkəməyə şikayət ərizəsi verərək, Balakən RPŞ-nin ******* saylı xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X9 məhkəməyə ərizə verərək şikayətini dəqiqləşdirərək Balakən Rayon Polis Şöbəsinin rəisinin xx.xx.2020-ci il tarixli, ******* saylı qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. X9 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə küçədə dayanmış, azğında maska olmuşdur. Bir nəfər polis işçisi maşını saxlayıb onun ad, soyadını soruşmuş, maskasız gördükləri hər kəsin şəklini çəkdiklərini demişdir. O, maskalı olduğu üçün şəklini çəkməyib getmişdir. Üzərindən 2 ay yarım keçmiş, ona bu haqda heç bir məlumat verilməmiş, bildiriş göndərilməmişdir. xx.xx.2021-ci il tarixdə ona 100 manat cəriməsi olunması, 10 gün müddətində ödəməli olması barədə məktub gəlmişdir. O, bununla razı deyildir. O, həmin vaxt tibbi qoruyucu maska taxmışdır. Buna görə də Balakən Rayon Polis Şöbəsinin rəisinin xx.xx.2020-ci il tarixli, ******* saylı qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X9 şikayət ərizəsini müdafiə edərək, ona uyğun izahat vermiş və şikayətin təmin edilməsini xahiş etmişdir. Balakən Rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 133.2.4-cü maddəsinə əsasən şikayətin baxılması müddəti və yeri haqqında vaxtında məlumatlandırılmış Balakən Rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan hazırki şikayətə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsində qeyd edilir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətə və ya protestə həmin şəxslərin iştirakı olmadan baxılma məsələsi həll edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə, günorta vaxtı Balakən rayonu Qullar kəndində o və X9 da daxil olmaqla 5 nəfər küçə ilə getmiş və bu zaman hamısı 2 metrlik ara məsafəsi gözləmiş və tibbi qoruyucu maskada olmuşlar. Həmin vaxt X9 da tibbi qoruyucu maskada olmuş və heç bir karantin rejimi qaydalarını və tibbi maskadan istifadə qaydalarını pozmamışdır. Həmin vaxt bir polis əməkdaşı avtomaşından düşərək, onlara yaxınlaşmış, onların heç birinə irad bildirməmiş, yalnız Pərvinin adını soruşaraq getmişdir. Lakin polis əməkdaşı X9 barəsində heç bir protokol tərtib etməmiş, onnun inzibati xəta törətməsini bildirməmiş, Pərvin Göylərovun hüquqlarının izah etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 da X1 izahatına uyğun izahat verimş və onun izahatında göstərdiyi halları təsdiq etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxsi və şahidləri dinləyib, şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə tədqiq edərək, hesab edirəm ki, şikayət əsaslı olduğundan təmin edilməli, Balakən Rayon Polis Şöbəsinin rəisi X5 X3 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi əsası ilə 100 manat məbləğində cərimə edilməsi ilə xx xxxxxx 2020-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməli və İXM-nin 53-cü maddəsinə əsasən X9 barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, şikayətə əlavə olunmuş Balakən RPŞ-nin sahə rəisi polis baş leytenantı X8 tərtib etdiyi xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda X3 xx.xx.2020-ci il tarixdə Qullar kəndində küçədə tibbi qoruyucudan istifadə etməməsinə görə Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmişdir. Şikayətə əlavə olunmuş Balakən Rayon Polis Şöbəsinin rəisi X5 xx.xx.2020-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3, xx.xx.2020-ci il tarixdə Qullar kəndində küçədə tibbi qoruyucudan istifadə etməməsi və bununla da Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi əsası ilə 100 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə inzibati məsuliyyət, Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində isə epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, X9 barəsində 19 dekabr 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol onun küçədə qoruyucu maska taxmaması əsas göstərilməklə Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsilə tərtib olunmuş, bu zaman inzibati xəta haqqında protokolda X4 istinad olunan həmin inzibati xətanın törədildiyi yer, vaxt, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 izahatı göstərilməmiş, inzibati xəta haqqında protokolun surəti X4 təqdim edilməmiş, X4 Azərbaycan Respublikası İXM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilməmiş, həmin protokol X9 tərəfindən imzalanmamış, bununla da inzibati xəta haqqında protokolun tərtib edilməsinə dair Azərbaycan Respublikası İXM-nin 100.1.4,100.1.7, 100.1.10, 100.2, 1003 və 100.4-cü maddələrinin tələbləri pozulmuşdur. X9 şikayətində və məhkəmədə verdiyi izahatında xx xxxxxx 2020-ci il tarixdə Balakən rayonu Qullar kəndində küçədə olduğunu, bu zaman tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitədən istifadə etdiyini, hər hansı hüquqpozmalara yol vermədiyini bildirmişdir. Bundan əlavə, X3 şikayət ərizəsindən və məhkəmədə verdiyi izahatından görünür ki, o, xx xxxxxx 2020-ci il tarixdə Balakən rayonu Qullar kəndində küçədə olmuş, bu zaman tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitədən istifadə etmiş, hər hansı hüquqpozmalara yol verməmişdir. Bu hal şahidlər X6 və X2 izahatları ilə də təsdiq olunur. İşdəki sübutlarla X3 həmin vaxt, yəni xx.xx.2020-ci il tarixdə sanitariya-gigiyena və karantin rejimlərini pozması və tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitədən istifadə etməməsi müəyyən olunmamışdır. Göstərilənlər də X3 xx xxxxxx 2020-ci il tarixdə Balakən rayonu Qullar kəndi ərazisində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmədiyini, yəni xx xxxxxx 2020-ci il tarixdə Balakən rayonu Qullar kəndi ərazisində X3 aid olunan Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın baş vermədiyini, inzibati xəta hadisəsinin olmadığını göstərir. Bu hal isə şəxs haqqında başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün qanunda göstərilən əsasdır. X9 barəsində inzibati xəta haqqında iş üzrə icraat başlamış və inzibati tənbeh tətbiq etmiş vəzifəli şəxslər tərəfindən X3 xx xxxxxx 2020-ci il tarixdə Balakən rayonu Qullar kəndi ərazisində küçədə açıq yerdə qoruyucu maska taxmaması və ya karantin rejimi qaydalarını pozması və bununla da ona aid Azərbaycan Respublikası İXM-nin İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsinin baş verməsi və həmin xətanın törədilməsində təqsirli olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəmyə təqdim etməmiş, həmin vaxt inzibati xəta hadisəsinin baş verməsini və Pərvin Göylərovun ona istinad olunan inzibati xətanın törədilməsində təqsirli olmasını sübut edə bilməmişlər. Halbuki qanuna görə bu vəzifə həmin vəzifəli şəxslərin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Lakin işin bütün faktiki halları araşdırılmadan, gəlinən nəticə işin faktiki hallarına uyğun olmadan, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədən, qanun norması düzgün tətbiq edilmədən Balakən Rayon Polis Şöbəsinin rəisi X10 tərəfindən xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla X9 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinərək, 100 manat məbləğində cərimə edilmişdir. Ona görə də sözügedən xx xxxxxx 2020-ci il tarixli qərar ləğv olunmalı və inzibati xəta hadisəsi olmadığı üçün X9 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 135.1, 135.1.1-135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi, tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Azərbaycan Respublikası İXM-nin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanları ümumiləşdirib, işin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, bu nəticəyə gəlirəm ki, X3 şikayəti əsaslı olduğundan təmin edilməli, Balakən Rayon Polis Şöbəsinin rəisi X5 X3 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi əsası ilə 100 manat məbləğində cərimə edilməsi ilə bağlı xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmaması əsası ilə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 53, 105.1, 114-115, 128-136 və 137-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: X3 şikayəti təmin edilsin. Balakən Rayon Polis Şöbəsinin rəisi X5 X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək, 100 manat məbləğində cərimə edilməsi ilə bağlı xx xxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin; X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmaması əsası ilə xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-69/2021
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-69/2021
15.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver