Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-7/2024 08.01.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə hüquqi ünvanı Zaqatala rayonu Aşağı Tala kəndi olan Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 496.1-ci maddəsilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs MMC-nin ünvanına gələn, 07 noyabr 2023-cü il tarixində, **********3740 saylı gömrük bəyannaməsi ilə «Saxlanc» xüsusi gömrük prosedurunda rəsmiləşdirilərək 28 gün müddətinə yəni xx.xx.2023-cü il tarixinədək müvəqqəti saxlanca götürülmüş “2 komplekt Rose distillə qurğusu aksesuarları ilə birlikdə: hündürlüyü 420sm, uzunluğu 420sm, eni 170sm” yükünün müvəqqəti saxlanc müddətinin bitməsinə baxmayaraq malların digər gömrük proseduru altında rəsmiləşdirilməsi ilə əlaqədar Şəxs MMC tərəfindən heç bir tədbir görülməmişdir. Həmçinin «Ləcheq Farm and Distillery” MMC-nin ünvanına gələn, 07 noyabr 2023-cü il tarixində, **********3766 saylı gömrük bəyannaməsi ilə «Saxlanc» xüsusi gömrük prosedurunda rəsmiləşdırilərək 28 gün müddətinə, yəni xx.xx.2023-cü il tarixinədək müvəqqəti saxlanca götürülmüş “2 komplekt Rose distillə qurğusu aksesuarları ilə birlikdə: hündürlüyü 420sm, uzunluğu 420sm, eni 170sm” yükünün müvəqqəti saxlanc müddətinin bitməsinə baxmayaraq malların digər gömrük proseduru altında rəsmiləşdirilməsi ilə əlaqədar Şəxs MMC tərəfindən heç bir tədbir görülməmişdir. Həmçinin Şəxs MMC-nin ünvanına gələn, 07 noyabr 2023-cü il tarixində, **********3721 saylı gömrük bəyannaməsi ilə “Saxlanc” xüsusi gömrük prosedurunda rəsmiləşdirilərək 28 gün müddətinə, yəni xx.xx.2023-cü il tarixinədək müvəqqəti saxlanca götürülmüş “2 komplekt Rose distillə qurğusu aksesuarları ilə birlikdə: hündürlüyü 420sm, uzunluğu 420sm, eni 170sm yükünün müvəqqəti saxlanc müddətinin bitməsinə baxmayaraq malların digər gömrük proseduru altında rəsmiləşdirilməsi ilə əlaqədar Şəxs MMC tərəfindən heç bir tədbir görülməmişdir. Həmçinin Şəxs MMC-nin ünvanına gələn, 07 noyabr 2023-cü il tarixində, **********3789 saylı gömrük bəyannaməsi ilə “Saxlanc" xüsusi gömrük prosedurunda rəsmiləşdirilərək 28 gün müddətinə, yəni xx.xx.2023-cü il tarixinədək müvəqqəti saxlanca götürülmüş “1 komplekt buxar qazanı: hündürlüyü 3m, uzunluğu 9m, eni 4m” yükünün müvəqqəti saxlanc müddətinin bitməsinə baxmayaraq malların digər gömrük proseduru altında rəsmiləşdirilməsi ilə əlaqədar “Ləcheq Farm and Distillery" MMC tərəfindən heç bir tədbir görülməmişdir. Həmçinin Şəxs MMC-nin ünvanına gələn, 07 noyabr 2023-cü il tarixində, **********3684 saylı gömrük bəyannaməsi ilə “Saxlanc” xüsusi gömrük prosedurunda rəsmiləşdirilərək 28 gün müddətinə, yəni xx.xx.2023-cü il tarixinədək müvəqqəti saxlanca götürülmüş “1 komplekt Rose fenil distillə qurğusu: hündürlüyü 350sm, uzunluğu 240sm, eni 460sm, 2 komplekt Veronica distillə (Koxobasiya) qurğusu: hündürlüyü 480sm, uzunluğu 380sm, eni 140 sm" yükünün müvəqqəti saxlanc müddətinin bitməsinə baxmayaraq malların digər gömrük proseduru altında rəsmiləşdirilməsi ilə əlaqədar ‘Ləcheq Farm and Distillery” MMC tərəfindən heç bir tədbir görülməmişdir. Bu barədə Azərbaycan Respublikası İXM-nin 496.1-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət X3 İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, 00500-01208/23 nömrəli, xx.xx.2023-cü il tarixli, 00500-01209/23 nömrəli, xx.xx.2023-cü il tarixli, 00500-01210/23 nömrəli, xx.xx.2023-cü il tarixli, 00500-01212/23 nömrəli və xx.xx.2023-cü il tarixli, 00500- 01214/23 nömrəli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Həmin inzibati xətalar haqqında protokollar üzrə işlər bir icraatda birləşdirilmişdir. İşə baxılmasının yeri və müddət haqqında vaxtında məlumatlandırılmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs ‘Ləcheq Farm and Distillery” MMC və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Balakən Gömrük idarəsi məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamış və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Ona görə də Azərbaycan Respublikası İXM-nin 61.3-cü və 62.4-cü maddələrinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Belə ki, Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərərçəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, ‘Ləcheq Farm and Distillery” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir. Həm də ‘Ləcheq Farm and Distillery” MMC-nin əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsilə düzgün tövsif edilmişdir. Belə ki, işdə olan Rəsmiləşdirmə mərkəzinin rəisi X2 Gömrük İdarəsinin rəisi Elçin Rüstəmova yazdığı xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Şəxs MMC-nin ünvanına gələn, 07 noyabr 2023-cü il tarixində, **********3740 saylı gömrük bəyannaməsi ilə «Saxlanc» xüsusi gömrük prosedurunda rəsmiləşdirilərək 28 gün müddətinə, yəni xx.xx.2023-cü il tarixinədək müvəqqəti saxlanca götürülmüş “2 komplekt Rose distillə qurğusu aksesuarları ilə birlikdə: hündürlüyü 420sm, uzunluğu 420sm, eni 170sm” yükünün müvəqqəti saxlanc müddətinin bitməsinə baxmayaraq malların digər gömrük proseduru altında rəsmiləşdirilməsi ilə əlaqədar Şəxs MMC tərəfindən heç bir tədbir görülməmişdir. İşdə olan Rəsmiləşdirmə mərkəzinin rəisi X2 Gömrük İdarəsinin rəisi Elçin Rüstəmova yazdığı xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Şəxs MMC-nin ünvanına gələn, 07 noyabr 2023-cü il tarixində, **********3766 saylı gömrük bəyannaməsi ilə 'Saxlanc” xüsusi gömrük prosedurunda rəsmiləşdırilərək 28 gün müddətinə, yəni xx.xx.2023-cü il tarixinədək müvəqqəti saxlanca götürülmüş “2 komplekt Rose distillə qurğusu aksesuarları ilə birlikdə: hündürlüyü 420sm, uzunluğu 420sm, eni 170sm” yükünün müvəqqəti saxlanc müddətinin bitməsinə baxmayaraq malların digər gömrük proseduru altında rəsmiləşdirilməsi ilə əlaqədar Şəxs MMC tərəfindən heç bir tədbir görülməmişdir. İşdə olan Rəsmiləşdirmə mərkəzinin rəisi X2 Gömrük İdarəsinin rəisi Elçin Rüstəmova yazdığı xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Şəxs MMC-nin ünvanına gələn, 07 noyabr 2023-cü il tarixində, **********3721 saylı gömrük bəyannaməsi ilə “Saxlanc” xüsusi gömrük prosedurunda rəsmiləşdirilərək 28 gün müddətinə, yəni xx.xx.2023-cü il tarixinədək müvəqqəti saxlanca götürülmüş “2 komplekt Rose distillə qurğusu aksesuarları ilə birlikdə: hündürlüyü 420sm, uzunluğu 420sm, eni 170sm yükünün müvəqqəti saxlanc müddətinin bitməsinə baxmayaraq malların digər gömrük proseduru altında rəsmiləşdirilməsi ilə əlaqədar Şəxs MMC tərəfindən heç bir tədbir görülməmişdir. İşdə olan Rəsmiləşdirmə mərkəzinin rəisi X2 Gömrük İdarəsinin rəisi Elçin Rüstəmova yazdığı xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Şəxs MMC-nin ünvanına gələn, 07 noyabr 2023-cü il tarixində, **********3789 saylı gömrük bəyannaməsi ilə “Saxlanc" xüsusi gömrük prosedurunda rəsmiləşdirilərək 28 gün müddətinə, yəni xx.xx.2023-cü il tarixinədək müvəqqəti saxlanca götürülmüş “1 komplekt buxar qazanı: hündürlüyü 3m, uzunluğu 9m, eni 4m” yükünün müvəqqəti saxlanc müddətinin bitməsinə baxmayaraq malların digər gömrük proseduru altında rəsmiləşdirilməsi ilə əlaqədar “Ləcheq Farm and Distillery" MMC tərəfindən heç bir tədbir görülməmişdir. İşdə olan Rəsmiləşdirmə mərkəzinin rəisi X2 Gömrük İdarəsinin rəisi Elçin Rüstəmova yazdığı xx.xx.2023-cü il tarixli raportdan görünür ki, ‘Ləcheq Farm and Distillery” MMC-nin ünvanına gələn, Şəxs MMC-nin ünvanına gələn, 07 noyabr 2023-cü il tarixində, **********3684 saylı gömrük bəyannaməsi ilə “Saxlanc” xüsusi gömrük prosedurunda rəsmiləşdirilərək 28 gün müddətinə, yəni xx.xx.2023-cü il tarixinədək müvəqqəti saxlanca götürülmüş “1 komplekt Rose fenil distillə qurğusu: hündürlüyü 350sm, uzunluğu 240sm, eni 460sm, 2 komplekt Veronica distillə (Koxobasiya) qurğusu: hündürlüyü 480sm, uzunluğu 380sm, eni 140 sm" yükünün müvəqqəti saxlanc müddətinin bitməsinə baxmayaraq malların digər gömrük proseduru altında rəsmiləşdirilməsi ilə əlaqədar ‘Ləcheq Farm and Distillery” MMC tərəfindən heç bir tədbir görülməmişdir. İşdə olan ‘Ləcheq Farm and Distillery” MMC-nin icraçı direktor müavini X1 izahatında göstərilmişdir ki, Şəxs MMC-nin nəqliyyat və təsərrüfat meneceri vəzifəsində işləyir. Şəxs MMC xx.xx.2021-ci il tarixdə vergi orqanlarında qeydiyyata alınıb. Əsas fəaliyyət istiqaməti müxtəlif növ bitkilərin yetişdirilməsi, onlardan yağ alınması, həmin yağın emalı və ixracından ibarətdir. Əsasən “qızılgül, lavanda və nanə” bitkilərindən yağ emal edirlərk, ixracı adətən Avropa ölkələrinə edirlər. MMC tərəfindən ixrac edilən bitki yağına xarici bazarda təlabat artdığı üçün, onlar emal prosesini böyütmək və sürətləndirmək məqsədilə 2 komplekt yağ emal edən avadanlıq - “aksesuarları ilə birlikdə Rose distillə qurğusu (hündürlüyü 420sm, uzunluğu 420sm, eni 170sm)” yükü idxal etmişlər. ‘‘Ləcheq Farm and Distillery” MMC istehsal fəaliyyəti ilə məşğul olduğu üçün istehsal texnikası və avadanlığı yükləri idxal edərkən həmin yükün rəsmiləşdirilməsi zamanı əlavə dəyər vergisindən və idxal gömrük rüsumundan azad olunmaq üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyindən təşviq sənədi almışdır. Təşviq sənədi 7 il müddətinə verilir. Lakin konkret olaraq istehsal texnikası və avadanlığı yükləri idxal edən zaman həmin təşviq sənədini sözügedən yükə münasibətdə İqtisadiyyat Nazirliyindən təsdiq edən sənəd almalı idilər. Bu səbəbdən də həmin yük idxal olunduqdan sonra yükün gömrük rəsmiləşdirməsini həyata keçirə bilməmişlər və buna görə də “aksesuarları ilə birlikdə Rose distillə qurğusu (hündürlüyü 420sm, uzunluğu 420sm, eni 170sm)” yükünü xx.xx.2023-cü il tarixində, **********3740, **********3766, **********3721, **********3789 saylı gömrük bəyannamələri ilə və 2 komplekt Veronica distillə (Koxobasiya) qurğusu: hündürlüyü 480sm, uzunluğu 380sm, eni 140 sm" yükünü **********3684 saylı gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirərək saxlanca vermişlər. Gömrük orqanı tərəfindən onlara 28 gün, yəni xx.xx.2023-cü il tarixədək vaxt verilmişdi. Müəyyən olunmuş müddət ərzində qeyd etdiyi təşviq sənədini təsdiqlədə bilmədikləri üçün həmin yükü digər gömrük prosedurunda rəsmiləşdirə bilməmişlər. Bu şəbəbdən də saxlanc qaydalarını pozmuşlar. Lakin xx.xx.2023-cü il tarixdə Balakən Gömrük İdarəsinə ərizə ilə müraciət edərək sözügedən təşviq sənədini təsdiqlədənə qədər bank qarantiyası ilə həmin yükün saxlanc müddətini uzatmaq niyyətində olduqlarını bildirmişlər. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsindəmalların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş materialları ilə hüquqi şəxs ‘Ləcheq Farm and Distillery” MMC-nin əməlində inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, inzibati xəta nəticəsində hüquq şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edirəm ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 300 (üç yüz) manat miqdarında inzibati qaydada cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 31, 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 300 (üç yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş Balakən Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-7/2024
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-7/2024
08.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver