Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 3(019)-71/2024 01.03.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, X1 iştirakı ilə, X1 xx.xx.2024-cü il tarixli İXP5976524 nömrəli inzibati xəta haqqında protokol-TP ******* nömrəli qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: X2 məhkəməyə şikayətlə müraciət edərək, ona yazılmış inzibati qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X2 məhkəməyə ərizə təqdim edərək yol patrul xidmətinin əməkdaşları tərəfindən barəsində yazılmış protokol əsasında tərtib edilmiş qərarın ləğv edilməsi ilə bağlı şikayət ərizəsinin ona geri qaytarılmasını xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş ərizəyə baxaraq hesab edirəm ki, ərizə təmin edilməli, X2 tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır. Belə ki, qanunvericiliyə əsasən X1 qərardan şikayət vermək hüququ olduğu kimi həmin şikayəti geri götürmək hüququ da vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Qərardaddan şikayət verilməsi isə qanunvericilikdə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair 3 may 2019-cu il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Qeyd edilənlərə əsasən hesab edirəm ki, X2 tərəfindən xx.xx.2024-cü il tarixli İXP5976524 nömrəli inzibati xəta haqqında protokol-TP ******* nömrəli qərardan verilmiş şikayət geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6 və 128-130-cu maddələrini rəhbər tutub qəraraaldım: X2 tərəfindən xx.xx.2024-cü il tarixli İXP5976524 nömrəli inzibati xəta haqqında protokol-TP ******* nömrəli qərardan verilmiş şikayət geri qaytarılsın. Bu qərardaddan şikayət verilə bilməz. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-71/2024
Balakən Rayon Məhkəməsi Qərardad — İş №3(019)-71/2024
01.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver