Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-73/2021 31.03.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X8 qızının katibliyi, inzibati məsuliyyətə cəlb olunmuş X3 iştirakı ilə Balakən rayon Polis şöbəsinin xx xxxx 2020-ci il tarixli, MN-0178669 nömrəli inzibati tənbeh vermə haqqında qərarından inzibati məsuliyyətə cəlb olunmuş X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: X2 rayon Polis şöbəsinin xx xxxx 2020-ci-ci il tarixli, MN-0178669 nömrəli inzibati tənbeh verilmə haqqında qərarından Balakən Rayon Məhkəməsinə şikayət verərək Balakən Rayon Polis Şöbəsi tərəfindən barəsində qəbul edilmiş xx xxxx 2020-ci il tarixli, MN-0178669 nömrəli inzibati tənbehvermə haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, xx.xx.2020-ci il tarixdə iki nəfər dostu ilə birlikdə Balakən rayonunun Mahamalar (Salban) kəndində yerləşən yeməkxanada açıq h a v a d a oturub çörək yeyən zaman oraya rayon polis şöbəsinin əməkdaşı Şamil Ramazanlı gəlmişdir. Həmin vaxt o, yemək yeməmişdən əvvəl oturduqları stoldan durub biraz kənarda namazını qılıb geri dostlarının oturduğu stola tərəf yaxınlaşanda, Şamil Ramazanlı o r a d a olanlara nəzər yetirmiş və onlara yaxınlaşmış və barəsində protokol tərtib ediləcəyini bilmişdir. Onlar nə üçün barələrində protokol tərtib ediləcəyini soruşduqda Şamil Ramazanlı onlara qoruyucu vasitədən, yəni maskadan istifadə etmədiklərini bildirmişdir. Hamin vaxt karantin rejimi olmadığını, açıq havada oturduqlarını, oturduqları stolun böyük olduğunu, bir-birlərindən ən uzaq məsafədə oturduqlarını və karantin qaydalarını pozmadıqlarını Şamil Ramazanlıya bildirmişlər. Hətta o, əlində olan kiçik əl çantasının içərisində olan və həmişə üzərində gəzdirdiyi spirt, əlavə maska, rezin əlcək ehtiyatı olduğunu göstərmişdir. Bundan sonra Şamil Ramazanlı oradan çıxıb getmişdir.xx xxxxxx 2020-ci il tarixli Rayon polis şöbəsindən onun ünvanına 109-26300-1220 nömrəli bildiriş məktubu gəlmiş və həmin məktubda xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə tərtib edilmiş MN-0673156 nömrəli inzibati protokolun surətinin ona göndərildiyini və inzibati protokolun ödənişini tez bir zamanda “KapitalBank” və ya “AZƏR POÇT” vasitəsi ilə hayata keçirməyi və qəbzi rayon polis şöbəsinə təqdim etməyini xahiş etmiş və inzibati cəriməni ödəmədiyi halda barəsində ciddi tədbir görüləcəyi bildirilmişdir. Bundan sonra o, həm yazılı, həm şifahi, həm də telefon əlaqəsi saxlamaqla barəsində tərtib edilmiş həmin protokolun surətinin ona verilməsini tələb etmiş, buna baxmayaraq protokolun surəti ona verilməmiş, əksinə Balakən RPŞ-dən təkrarən xx.xx.2020-ci il tarixdə cəriməni ödəməyi barədə məktub gəlmişdir. O, yenə də Balakən RPŞ-nə yazılı ərizəni xx.xx.2021-ci il tarixdə poçt vasitəsi ilə xəbərnaməli şəkildə ünvanlayaraq protokolun surətinin ona verilməsini tələb etmişdir. xx.xx.2021-ci il tarixdə məktubunun polis şöbəsinə çatdırılması barədə xəbarnamə ona təqdim edilmişdir. Hal-hazıradək Balakən RPŞ tərəfindən nə ona protokolun surəti verilməmişdir, nədə ki, protokolun surətinin verilməməsinin səbəbi izah edilməmişdir.O, Balakən Rayon Polis Şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə tərtib edilmiş MN- 0673156 nömrəli inzibati protokolundan narazıdır. Birincisi Azərbaycan Respublikası İXM-nin 221.2-ci maddəsində epidemiya əleyhinə sanitariya gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulması nəzərdə tutulmuşdur. Bildirir ki, barəsində tərtib olunmuş protokoldan onun heç bir xəbəri voxdur. Həmin inzibati protokolun surəti ona göndərilməmiş və o neçə manat cərimə olunmasını bilmir. Ona yalnız polis şöbəsindən cəriməni ödəməyi barədə bildiriş gələn zaman onun bu barədə məlumatı olmuşdur. Eyni zamanda bildirir həmin vaxt karantin rejimi olmamış va onlar açıq havada üç nəfər bir yerdə xeyli aralı oturmuşlar, karantin qaydalarını pozmamışlar va barəsində tərtib edilmiş protokoldan heç bir xəbəri yoxdur, bu barədə hər hansı bir sənədə imza etməmişdir va bu barədə xəbərdar belə edilməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında inzibati məsuliyyətə cəlb olunmuş X6 şikayətini müdafiə edərək şikayətin məzmununa uyğun izahat verərək Balakən rayon polis şöbəsinin xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xətanın tərkibi olmadığından xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Balakən Rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən şikayətin baxılması müddəti və yeri haqqında vaxtında məlumatlandırılmış Balakən Rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan hazırki şikayətə baxılması mümkün hesab edilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsində qeyd edilir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətə və ya protestə həmin şəxslərin iştirakı olmadan baxılma məsələsi həll edilir. İşdə olan xx.xx.2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, X6 xx.xx.2020-ci il tarixdə Balakən rayonu Mahamalar kəndi ərazisində xüsusi qoruyucu tibbi maskadan istifadə etməmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarda göstərilmişdir ki, X6 xx.xx.2020-ci il tarixdə Balakən rayonu Mahamalar kəndi ərazisində xüsusi qoruyucu tibbi maskadan istifadə etməmişdir. O,bu əməlinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə 100 (bir yüz) manat cərimə olundu. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsi dinləyib, şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə tədqiq edərək, hesab edirəm ki, şikayət əsaslı olduğundan təmin edilməli, Balakən Rayon Polis Şöbəsinin rəis müavini X7 tərəfindən X3 Azərbaycan Respublikası İXMnin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi əsası ilə 100 manat məbləğində cərimə edilməsi barədə xx.xx.2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməli və İXM-nin 53-cü maddəsinə əsasən X3 barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını,onların sağlamlığını, əhalinin sanitariya–epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə görə bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: - protokolun tərtib edildiyi tarix və yer; - protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; - barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; - inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; - inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; - olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; - barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; - inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; - inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; - inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə inzibati məsuliyyət, Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində isə epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, Balakən rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi Şamil Ramazanlı tərəfindən X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur ki, o, xx.xx.2020-ci il tarixdə Mahamalar kəndi ərazisində xüsusi qoruyucu tibbi maskadan istifadə etməmişdir . Həmin protokol əsasında Aqil Əliyev xx.xx.2020-ci il tarixli MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat cərimə edilmişdir İş materiallarından həmçinin görünür ki, X1 inzibati xətanı törətməsinə dair heç bir sübut materiala əlavə edilməmiş, onun izahatı alınmamış, protokolun surəti ona verilməmişdir. İnzibati xəta haqqında protokolla Aqil Əliyevin sözügedən inzibati xətanı törətməsi sübut olunmur. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə görə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinin tələbinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinin tələbinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında qərar qanunsuz və əsassızdır. Onun əməlində İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinin tərkibi yoxdur. Ona görə də sözügedən xx.xx.2020-ci il tarixli qərar ləğv olunmalı və X3 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 135.1, 135.1.1-135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi, tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Qeyd olunanları ümumiləşdirib, bu nəticəyə gəlirəm ki, X3 şikayəti əsaslı olduğundan təmin edilməli, X3 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi əsası ilə 100 manat məbləğində cərimə edilməsi barədə Balakən rayon Polis şöbəsinin rəis müavini , polis polkovnik-leytenantı X4 xx.xx.2020-ci il tarixli, MN-0178669 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130, 134-cü maddələrini rəhbər tutaraq Qərara aldım: X3 şikayəti təmin edilsin. Balakən şəhəri C.M.Quluzadə küçəsi ev 3, mənzil 3-də yaşayan X3 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi əsası ilə 100 manat məbləğində cərimə edilməsi barədə Balakən rayon Polis şöbəsinin rəis müavini , polis polkovnik-leytenantı X4 xx xxxx 2020-ci il tarixli, MN-0178669 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(019)-73/2021
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-73/2021
31.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver