Məhkəmə qərarları › İş №3(019)-76/2022

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-76/2022

24.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-76/2022 24.02.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, inzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis Şöbəsinin (bundan sonra Balakən RPŞ) İTB-nin sahə rəisi X12, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili X13 iştirakı ilə, xx.xx.1978-ci ildə Gürcüstanın Dmanisi rayonunda anadan olmuş, natamam orta təhsilli, evli, işləməyən, Balakən rayonu Talalar kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan- Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 157-ci maddəsilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Balakən Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Şəxs 30.01.2022-ci il tarixdə, saat 17 radələrində Balakən rayonu Talalar kəndində aralarında yaranmış mübahisə zamanı qonşusu X4 yumruqla bir dəfə vuraraq ona qəsdən fiziki ağrı yetirmişdir. Bu barədə Balakən RPŞ-nin sahə rəisi, polis baş leytenantı X22 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə MN 24.02.2022-ci il tarixli, ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, o, Balakən rayonu Talalar kəndində ailəsi ilə birlikdə yaşayır. 30.01.2022-ci il tarixdə saat 17 radələrində yaşadığı küçəyə çixaraq evə su gəlmədiyini görmüş, bu zaman qonşusu Surxay ona yaxınlaşmışdır. Surxaya evə su gəlmədiyini demiş, Surxay ona qonşusu Orxanın öz evinə iki su xətti çəkdiyi üçün suyun onlara gəlmədiyini bildirmişdir. Həmin vaxt onların yanına qonşusu Orxan gəlmişdir. Orxan onlara “siz nə axtarırsız” demiş və ardınca nalayiq ifadələr ilə onları təhqir etmişdir. Həmin vaxt oraya arvadı Kəmalə də gəlmiş, Orxan onları təhqir etdiyinə görə Surxay Orxana “buradan uzaqlaş" demişdir. Sonra Orxan bir əlində olan bıçağı və digər əlində olan kəlbətini ona tərəf uzatdığı zaman əlindəki bıçaq onun sifətini kəsmiş, bu zaman o, Orxanı özündən kənara itələmişdir. Sonra onların yanına Orxanın arvadı Əfsanə gəlmiş və onları təhqir etmiş, daş ataraq ona vurmuşdur. Mübahisə zamanı onların səs-küyünə Orxanın atası Allahyar əlində balta ilə gəlmiş, Allahyar onların yanına gəldiyində baltanın tutacaq yeri ilə Surxayın belindən vurmuşdur. Sonra onun arvadı Kəmalə 102 xidmətinə zəng vuraraq olanlar barədə məlumat vermiş, daha sonra isə olduqları yerə polis əməkdaşları gəlmişlər. Mübahisə zamanı ona qonşusu Orxan bıçaqla sifətinə, Orxanın arvadı Əfsanə isə daş vuraraq xəsarət yetirmişdir. Həmin vaxt orada o, onun arvadı Kəmalə, qonşusu Orxan, Orxanın atası Allahyar, Orxanın arvadı Əfsanə, qonşuları Surxay və Surxayın arvadı Könül olmuş, başqa heç kim olmamışdır. Mübahisə zamanı qonşuları Orxan və Əfsanə onu döymüş, başqa heç kim heç kimə vurmamışdır. Mübahisə yaşadıqları küçədə baş vermiş və mübahisə təxminən 25-30 dəqiqə davam etmişdir. Qonşuları Orxan və Əfsanə onu döydüklərində onlara vurmamış, mübahisə zamanı qonşuları Surxay və Könül heç kimə vurmamış, əksinə Orxan Surxaya vurmuşdur. Hazırda zərərçəkmiş şəxs Allahyar Həsənovla barışmış, aralarında olan narazılıq aradan qalxmışdır. Allahyar Həsənovun ona qarşı tələb və şikayəti yoxdur. Zərərçəkmiş şəxslə barışdığına görə barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X8 izahatında göstərdi ki, 30.01.2022-ci il tarixdə saat 17 radələrində yaşadığı küçəyə çıxmış, bu zaman qonşuları Mahir və Surxayın onun oğlu Orxanı döydüklərini görmüşdür. O, küçəyə çıxanda Orxanın arvadı Əfsanənin də olduğunu, Əfsanənin onları ayırdığını görmış, onlara yaxınlaşaraq aralamaq istəyəndə, Mahir və Surxay onu yumruqla bir dəfə vurmuşlar. Sonra Mahir və Surxay qışqıraraq onların arvadları Kəmalə və Könülü onların yanlarına çağırmış, sonra Könül və Kəmalə də onların olduqları yerə gələrək, onun ünvanına nalayiq ifadələr işlədərək, onu təhqir etmişlər. O, oğlu Orxanı və gəlini Əfsanəni evə gətirmiş, onlar evə gələndə Kəmalə onların arxaları ilə gələrək yenə nalayiq ifadələrlə onları təhqir etmişdir. Gəlini Əfsanə 102 xidmətinə zəng vuraraq şikayət etmiş və daha sonra polis əməkdaşları gəlmişlər. Mübahisə zamanı Mahir və Surxay onu vurmuş, başqa heç kim ona vurmamışdır. Mahir ilə Surxay oğlu Orxanı döymüş, lakin o, Mahir və Surxayı vurmamışdır Mahirin əlində ağac olmuş, başqa heç kimin əlində heç nə olmamışdır. Mübahisə zamanı Orxan Mahirə bıçaqla xəsarət yetirməmişdir. Hal-hazırda Şəxs ilə barışmışdır, ona qarşı heç bir tələb və şikayəti yoxdur. Şəxs münasibətdə Azərbaycan Respublikası İXM-nin 157ci maddəsilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İşdə olan məhkəmə-tibbi ekspertizasının 01.02.2022-ci il tarixli, 27 nömrəli rəyində göstərilmişdir ki, X2 müəyyən edilmiş xəsarətlər-sol gicgahda sıyrıq, sol qulağın seyvanında qançır-bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər,qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 30.01.2022-ci ildə əmələ gələ bilərdilər, birlikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İşdə olan Balakən RPŞ-nin TQ-nin təhqiqatçısı polis baş leytenantı X19 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 09.02.2022-ci il tarixli qərarından görünür ki, toplanmış materialda cinayət hadisəsi olmadığından HK-1-78,79,80,81 saylı materiallar üzrə cinayət işinin başlanması rədd edilmiş, toplanmış materialda Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsinin tərkib əlamətləri olmadığından qeyd olunan maddə əsasında cinayət işinin başlanması rədd edilmiş, toplanmış materialda Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin tərkib əlamətləri olmadığından qeyd olunan maddə əsasında cinayət işinin başlanması rədd edilmiş, qərarın təsviri hisəsində göstərilənlərə əsasən Balakən rayon Talalar kənd sakinləri X15, X6, Şəxs, X9 və X14 barəsində Azərbaycan Respublikası İXM- nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün qərarın surətinin İTB-nə göndərilməsi, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Balakən rayon prokuroruna, Balakən rayonu Talalar kənd sakinləri X10, Şəxs, X3, X11, X5, X7 və X16 göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 və X17 da izahatlarında Şəxs 30.01.2022-ci il tarixdə, saat 17 radələrində Balakən rayonu Talalar kəndində aralarında yaranmış mübahisə zamanı X4 yumruqla bir dəfə vuraraq ona qəsdən fiziki ağrı yetirməsi faktını təsdiq etmişlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Lakin zərərçəkmiş şəxslə barışdığı üçün Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs X8 məhkəməyə ərizə ilə müraciət edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ilə barışdığını göstərərək, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə ərizə ilə müraciət edərək, zərərçəkmiş şəxs X8 ilə barışdığını göstərərək, barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 53.0.9-cu maddəsinə əsasən o cümlədən bu Məcəllənin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, hakim inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. İşin hallarını, zərərçəkmiş şəxs X8 ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barışmasını, yuxarıda qeyd olunan qanun normalarının tələblərini nəzərə alaraq, hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, Şəxs inzibati məsuliyyətdən azad edilməlidir. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili X23 hazırki inzibati xəta haqqında iş üzrə Şəxs hüquqlarının müdafiəsinə 2 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də hesab edirəm ki, Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili X18 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X21 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 12 manat köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikası İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 105.1, 109.2, 110-115,117 və 128-132-cü maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, zərərçəkmiş şəxslə barışdığına görə xitam verilsin; Şəxs inzibati məsuliyyətdən azad edilsin. Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili X18 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X21 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 12 manat köçürülsün. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar