Məhkəmə qərarları › İş №3(019)-77/2022

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-77/2022

24.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-77/2022 24.02.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlu, məhkəmə iclas katibi X1 katibliyi, inzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-nin rəisi, polis baş leytenantı Nümayəndə Elxan oğlunun, Zərərçəkmiş şəxs oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1961-ci ildə Ermənistanın Amasiya rayonunda anadan olmuş, evli, orta təhsilli, deməsinə görə inzibati məsuliyyətə cəlb olunmamış, Balakən rayonunun Talalar kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Balakən rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir ki, o, 30 yanvar 2022-ci il tarixdə saat 17:00 radələrində Balakən rayonunun Talalar kəndində aralarında yaranmış mübahisə zəminində qonşusu Zərərçəkmiş şəxs döyərək ona dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmişdir. İnzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-nin rəisi, polis baş leytenantı Nümayəndə Elxan oğlu məhkəmə iclasında göstərdi ki, toplanılmış HK-1-78,79,80,81 nömrəli material üzrə qəbul edilmiş qərar əsasında araşdırma apırlması ona həvalə edilmiş, aparılmış araşdırma zamanı xx.xx.1961-ci ildə anadan olmuş Balakən rayonunun Talalar kəndində yaşayan Şəxs oğlunun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğundan onun barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, Balakən rayonunun Talalar kəndində ailəsi ilə birlikdə yaşayır.30.01. 2022-ci il tarixdə saat 17 radələrində yaşadığı evdən küçəyə çıxdığı zaman qonşuları Mahir və Surxay adlı şəxslərin oğlu Orxanı döydüklərini görmüşdür. O, küçədə olarkən oğlu Orxanın arvadı Əfsanənin də orada olduğunu və Əfsanənin onları ayırdığını görmüşdür. Bu zaman özü də onlara yaxınlaşaraq onları aralamaq istəmişdir. Həmin vaxtı o, Surxayı vurmamış və ona xəsarət yetirməmişdir. Surxay onunla deyil, oğlu Orxanla dalaşmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, Balakən rayonu Talalar kəndində ailəsi ilə birlikdə yaşayır. 30.01.2022-ci il tarixdə saat 17 radələrində yaşadıqları küçədə olduğu zaman qonşusu Mahir özünə və onlara su gəlmədiyini demiş və onlar birlikdə bulağa baxmaq üçün getmişlər.Həmin vaxt qonşusu X3 və Mahirə qışqıraraq nalayiq sözlər işlətmiş və “nə qurdalanırsız” demişdir. Bu zaman onlar Orxana “sən bizim işimizə qarışma” demişlər. Buna görə də onların arasında mübahisə yaranmışdır.Mübahisə zamanı Orxan bir əlində kəlbətin, bir əlində bıçaqla onların üstünə gəlmiş, Orxan onun üzərinə gələn zaman Mahir araya girərək Orxana «buradan çıx get” demişdir. Həmin vaxt Orxan əlində olan bıçaqla Mahirin sifətinə xəsarət yetirmiş, daha sonra Orxan yerdən daş götürərək Mahirin başına vurmuşdur. Həmin vaxt Orxanın atası Allahyar ora gəlmişdir. Allahyar onunla dalaşmamış, ona xəsarət yetirməmişdir. Onunla Allahyarın oğlu Orxan dalaşmışdır. Qanuni qərar qəbul edilməsini xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə –Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X5 tərəfindən verilmiş 31 yanvar 2022-ci il tarixli 25 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti,idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını,barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxs qismində işə cəlb olunmuş Zərərçəkmiş şəxs ilə dalaşmamasını, ona qarşı zorakılıq hərəkətləri etməməsini, onu döyməməsini, ona fiziki ağrı yetirməməsini nəzərə alaraq hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi yoxdur. İnzibati Xətalar Məcəlləsinin 53.0 və 53.0.2-ci maddələrinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-105.2-ci maddələrinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərarın surəti barəsində belə qərar qəbul edilmiş şəxslərə və zərərçəkmiş şəxsə göndərilir. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi yoxdur, ona görə də işin icraatına inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına onun əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar