Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-78/2021 25.03.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon Polis Şöbəsinin sahə rəisi, polis baş leytenantı X2, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1985-ci ildə Qazaxıstan Respublikasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Zaqatala şəhəri, Əhməd Mahmudov küçəsi, ev 82 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan- Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 535.1-cı maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Balakən Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs xx xxxx 2021-ci il tarixdə, saat 12:00 radələrində Balakən şəhəri, Heydər Əliyev pospektində ictimai yerdə tibbi qoruyucu maskadan istifadə etmədiyi üçün Balakən RPŞ-yə gətirildikdən sonra xx xxxx 2021-ci il tarixdə saat 16 radələrində həmin şöbədə qoruyucu maskadan istifadə etməsi barədə polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu barədə Balakən RPŞ-nin sahə rəisi, polis baş leytenantı X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx xxxx 2021-ci il tarixli, MN seriyalı, ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, o, ünvan 2 ünvanında yaşayır. xx xxxx 2021-ci il tarixdə, saat 12.00 radələrində tibbi qoruyucu maskadan istifadə etmədiyi üçün Balakən rayonu Heydər Əliyev prospektində olan polis əməkdaşları ona yaxınlaşaraq, onu nizam-intizama dəvət etsələr də, o, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də polis əməkdaşları onu xx xxxx 2021-ci il tarixdə, saat 14.00-da inzibati qaydada tutmuş və polis şöbəsinə gətirmişlər. Onun barəsində 2020-ci il ərzində müxtəlif vaxtlarda Azərbaycan Respublikası İXM-nin 211.2-ci və 211.3-cü maddələri ilə 3 dəfə və eyni zamanda 2021-ci il ərzində qeyd olunan maddələrlə 3 dəfə inzibati protokol tərtib edilmiş və cərimələr tətbiq edilmişdir. Lakin o, tibbi maskadan istifadə etmədiyinə görə ona yazılan cərimələrin heç birini ödəməmişdir. İnzibati xətanı törətməsini etiraf edir və bu xətanı törətməsindən səmimi peşmançılıq hissi keçirir. Bu halların ona inzibati tənbeh verilməsində nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında dindirilmiş inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X7, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsndə nəzərdə tutulan inzibati xətaları törətməsi nəticəsinə gəlindiyi üçün Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edərək, İXM-nin 535.1-ci maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başladığını, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsinin iş materialları ilə təsdiq olunduğunu bildirərək, Şəxs barəsində qanuni tədbir görürlməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında göstərdi ki, xx.xx.2021-ci il tarixdə rayon ərazisində epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı reyd keçirilən zaman saat təxminən 12 radələrində Balakən rayonu H.Əliyev prospektində qoruyucu tibbi maskadan istifadə etmədiyi üçün Zaqatala şəhəri, Ə.Mahmudov küçəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Salahov X6 RPŞ-yə dəvət olunmuşdur. “ Portal” sistemi vasitəsi ilə yoxlanılan zaman məlum oldu ki, Şəxs barəsində 2020-ci il ərzində müxtəlif vaxtlarda Azərbaycan Respublikası İXM-nin 211.2-ci və 211.3-cü maddələri ilə 3 dəfə və eyni zamanda 2021-ci il ərzində qeyd olunan maddələrlə 3 dəfə inzibati protokol tərtib edilmiş, 6 dəfə cərimə növündə inzibati tənbeh edilmiş, bugünədək heç bir cərimənin ödənilməsi təmin olunmamışdır. Eyni zamanda Balakən RPŞ-də Şəxs ilə aparılan söhbətlər zamanı aqressivlik nümayiş etdirmiş, polis şöbəsinin inzibati binasında uca səslə ölkə rəhbərliyinin ünvanına xoşagəlməz ifadələr işlətmiş, növbətçi hissənin iş rejimini bir neçə dəqiqə ərzində pozmuş, bundan sonra da qoruyucu tibbi maskadan istifadə etməyəcəyini nümayişkaranə şəkildə bəyan etmiş və beləliklə Azərbaycan Respublikasının qanunlarına açıqca hörmətsizlik ifadə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 oğlu şahid X1 izahatına uyğun izahat verərək, onun qeyd etdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan xx xxxx 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokolda Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə görə xx xxxx 2021-ci il tarixdə, saat 14.00-da tutulması göstərilmişdir. İş materiallarından görünür ki, Şəxs barəsində müvafiq olaraq Azərbaycan Respublikası İXM-nin 211.2 və 211.3-cü maddələri ilə xx.xx.2020-ci il tarixli, MN0476875 nömrəli, xx.xx.2020-ci il tarixli, MN0587021 nömrəli, xx.xx.2020-ci il tarixli, MN0728618 nömrəli, xx.xx.2021-ci il tarixli, MN1005408 nömrəli, xx.xx.2021-ci il tarixli, MN1005427 nömrəli, xx.xx.2021-ci il tarixli, MN1021680 nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmiş və onun haqqında cərimə növündə inzibati tənbehlər tətbiq edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və şahidləri dinləyib, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməlidir və onun əməli İXM-nin 535.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tululmuşdur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında fiziki şəxslərin iki yüz manat məbləğində cərimə edilməsi və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İş materialları ilə Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində inzibati tənbeh məsuliyyət tədbiri kimi müəyyən olunmaqla onun tətbiqi məqsədləri göstərilmişdir. Bu məqsədlərə 1) inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək; 2) inzibati xəta törətmiş şəxs tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq (xüsusi prevensiya); 3) həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq (ümumi prevensiya) daxildir. Azərbaycan Respublikası İXM-nin 22-ci maddəsində inzibati tənbeh növləri sadalanmış və inzibati həbs ən ağır inzibati tənbeh növü kimi təsbit edilmişdir. Qeyd edildiyi kimi İXMnin 535.1-ci maddəsinin sanksiyasında cərimə və inzibati həbs növlərində inzibati tənbehlər nəzərdə tutulmuşdur. Qanun normalarının mənasına görə daha ağır inzibati tənbeh onda tətbiq olunmalıdır ki, daha yüngül inzibati tənbeh növü ilə inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün olmasın. İş materiallarından görünür ki, Şəxs bundan əvvəl müvafiq olaraq İXM-nin 211.2 və 211.3-cü maddələri ilə 6 dəfə inzibati məsuliyyətə cəlb edilmiş və barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Həmçinin İXM-nin sözügedən maddələri ilə inzibati məsuliyyətə cəlb edilməmiş sayılması üçün qanunda nəzərdə tutulmuş bir il müddət də keçməmişdir. Şəxs bu inzibati cərimələrin heç birini ödəməmiş və yenidən barəsində İXM-nin başqa bir maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Belə olan halda şübhəsizdir ki, Şəxs yenidən cərimə tənbehinin tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə nail olunması baxımından səmərəli və əsaslı deyildir. Bu xüsusda ona daha ağır tənbeh növü olan inzibati həbsin tətbiq edilməsi həm inzibati tənbehin məqsədlərinə nail olunması, həm də onun şəxsiyyətinə və törədilən inzibati xətanın xarakterinə və təqsirinin dərəcəsinə mütənasibliyi baxımından daha ədalətli və əsaslıdır. Bu zaman da İXM-nin 31.4-cü maddəsinin tələbləri mütləq qaydada nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, şəxsiyyətini xarakterizə edən halları, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və əmlak vəziyyətini nəzərə alaraq, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 10 (on) gün müddətə inzibati qaydada həbs edilməli, həbs müddətinin əvvəli onun inzibati qaydada tutulduğu xx xxxx 2021-ci il tarixdən saat 14:00-dan hesablanmalıdır. İş materiallarından həmçinin görünür ki, fərdi qaydada fəaliyyət göstərən vəkil X9, hazırki inzibati xəta haqqında iş üzrə Şəxs hüquqlarının müdafiəsinə 1 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxx 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının İXM-nin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də hesab edirəm ki, Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X5 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına 6 manat köçürülməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikasının İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 49-51, 114,115 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 10 (on) gün müddətə inzibati qaydada həbs edilsin; həbs müddətinin əvvəli onun inzibati qaydada tutulduğu xx xxxx 2021-ci il tarixdən saat 14:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Balakən Rayon Polis Şöbəsinə həvalə edilsin. Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X5 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına 6 manat köçürülsün. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-78/2021
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-78/2021
25.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver