Məhkəmə qərarları › İş №3(019)-78/2022

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-78/2022

24.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-78/2022 24.02.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, inzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis Şöbəsinin (bundan sonra Balakən RPŞ) İTB-nin sahə rəisi X7, zərərçəkmiş şəxs X8, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili X6 iştirakı ilə, xx.xx.1987-ci ildə Neftçala rayonu Bankə qəsəbəsində anadan olmuş, natama orta təhsilli, evli, işləməyən, Balakən rayonu Talalar kəndində qeydiyyatda olmaqla həmin kəndində yaşayan- Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 157-ci maddəsilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Balakən Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Şəxs 30.01.2022-ci il tarixdə, saat 17 radələrində Balakən rayonu Talalar kəndində aralarında yaranmış mübahisə zamanı qonşusu X8 başına bir dəfə daşla vuraraq ona qəsdən fiziki ağrı yetirmişdir. Bununla bağlı Şəxs barəsində Balakən RPŞ-nin İTB-nin sahə rəisi Elnur Göylərov tərəfindən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə 24.02.2022-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol tərtib edilib, inzibati xəta haqqında iş üzrə icraat başlanaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək, izahatında göstərmişdir ki, o, Balakən rayonu Talalar kəndində yaşayır. 30.01.2022-ci il tarixdə saat 17 radələrində evdə olduğu zaman yaşadığı küçədən səslərin gəldiyini eşitmiş, küçəyə çıxdığında qonşusu Mahirin əri Orxanın yaxasından tutaraq onu ağacla vurduğunu görmüşdür. Sonra onun arxası ilə qaynatası Allahyar da küçəyə gəlmişdir. Allahyar küçəyə gəldikdə Mahirin yanında olan digər qonşusu Surxay Allahyarı tutduğundan Mahir əlində olan ağac ilə Allahyarın başından bir neçə dəfə vurmuşdur. Mahir qışqıraraq arvadı Kəmaləni küçəyə çağırmış, sonra Orxan yaşadığı evə getdiyindən Kəmalə Orxanı nalayiq ifadələrlə təhqir etmişdir. Qaynatası Allahyar da evə getdiyindən Kəmalə Allahyarın başından yumruqla vurmuş və Allahyarın həmin an papağı yerə düşmüşdür. Sonra evə getdiyindən Mahir onun ünvanına nalayiq sözlər işlədərək onu təhqir etmişdir. Sonra evə getdikdə 102 xidmətinə zəng vuraraq şikayət etmişdir. Mübahisə zamanı ona heç kim vurmamış və xəsarət yetirməmişdir. Mübahisə zamanı birinci Mahir əlində olan ağac ilə Orxana vurmuş, daha sonra Surxay Mahirin əlində olan ağacı götürərək Orxana vurmuş, daha sonra isə Surxay Allahyarın başından həmin ağacla vurmuşdur. Başqa heç kim heç kimə vurmamışdır. Mübahisə zamanı orada o, qaynatası Allahyar, əri Orxan, qonşuları Mahir, Mahirin arvadı Kəmalə, Surxay və Surxayın arvadı Könül olmuş, başqa heç kim olmamışdır. O, Mahiri daşla başından vurmamışdır. Mübahisə yaşadıqları küçədə baş vermiş, mübahisə təxminən 56 dəqiqə davam etmişdir. Mübahisə zamanı əri Orxan qonşusu Mahirə bıçaqla xəsarət yetirməmişdir, Mahirin dedikləri həqiqətə uyğun deyildir. Mahir yalan danışır, mübahisə zamanı əri Orxanın əlində su düzəltməsi üçün götürdüyü kəlbətin olmuş, lakin, Orxanın əlində bıçaq olmamışdır. Barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X22 izahatında göstərdi ki, 30.01.2022-ci il tarixdə saat 17 radələrində yaşadığı küçəyə çixdiğında evə su gəlmədiyini görmüş, bu zaman qonşusu Surxay ona yaxınlaşmışdır. Surxaya evə su gəlmədiyini demiş, Surxay da ona qonşusu Orxanın öz evinə iki su xətti çəkdiyi üçün suyun onlara gəlmədiyini bildirmişdir. Həmin vaxt onların yanına qonşusu Orxan gəlmişdir. Orxan onların yanına gəldikdə onlara “siz nə axtarırsız” demiş və ardıyca nalayiq ifadələr ilə onları təhqir etmişdir. Həmin zaman oraya arvadı Kəmalə də gəlmiş, Orxan onları təhqir etdiyindən yanında olan Surxay Orxana “buradan uzaqlaş" demişdir. Sonra Orxan bir əlində olan bıçağı və digər əlində olan kəlbətini ona tərəf uzatmış, əlindəki bıçaq onun sifətini kəsmiş, bu zaman o, Orxanı özündən kənara itələmişdir. Sonra onların yanına Orxanın arvadı Əfsanə gəlmiş və onları təhqir etmiş, daş ataraq ona vurmuşdur. Mübahisə zamanı onların səs-küyünə Orxanın atası Allahyar əlində balta ilə gəlmiş, Allahyar baltanın tutacaq yeri ilə Surxayın belindən vurmuşdur. Sonra onun arvadı Kəmalə 102 xidmətinə zəng vuraraq olanlar barədə məlumat vermiş, daha sonra isə olduqları yerə polis əməkdaşları gəlmişlər. Mübahisə zamanı ona qonşusu Orxan bıçaqla sifətinə, Orxanınarvadı Əfsanə isə daş vuraraq xəsarət yetirmişdir. Həmin vaxt orada o, onun arvadı Kəmalə, qonşusu Orxan, Orxanın atası Allahyar, Orxanın arvadı Əfsanə, qonşuları Surxay və Surxayın arvadı Könül olmuş, başqa heç kim olmamışdır. Mübahisə zamanı qonşuları Orxan və Əfsanə onu döymüş, başqa heç kim heç kimə vurmamışdır. Mübahisə yaşadıqları küçədə baş vermiş və mübahisə təxminən 25-30 dəqiqə davam etmişdir. Qonşuları Orxan və Əfsanəni vurmamış, mübahisə zamanı qonşuları Surxay və Könül heç kimə vurmamış, əksinə Orxan Surxaya vurmuşdur. Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən RPŞ-nin İTB-nin sahə rəisi X23, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi nəticəsinə gəlindiyi üçün Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edərək, İXM-nin 157-ci maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başladığını, Şəxs İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinin iş materialları ilə təsdiq olunduğunu bildirərək, Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 izahatında göstərdi ki, 30.01.2022ci il tarixdə saat 17 radələrində yaşadığı evdə olmuş, bu zaman küçədən səslər gəldiyini eşitmiş, sonra o, yola çıxmışdır. Bu zaman qonşusu Orxan Həsənov ilə əri Mahir Osmanovun dalaşdıqlarını görmüşdür. Onlar dalaşarkən onların yanında olan Orxanın atası Allahyar və Orxanın arvadı Əfsanə də Mahirə əl-qol atmış, bu zaman o, Orxan ilə Mahiri ayırmaq üçün onların arasına girmiş, onları ayırarkən Mahiri və Orxanı kənara itələyərək ayırmış, onları ayırdıqda Orxanın atası Allahyarın əlində külüng olmuşdur. Sonra o, qışqıraraq onlara “polisə şikayət edəcəyəm" deyərək 102 xidmətinə zəng vuraraq, olanlar barədə məlumat vermişdir. Mübahisə zamanı onu heç kim vurmamış və xəsarət yetirməmişdir. Əri Mahir ilə qonşusu Orxan dalaşdıqları zaman orada o, əri Mahir, qonşusu Orxan, Orxanın atası Allahyar, Orxanın arvadı Əfsanə, qonşuları Surxay və Surxayın arvadı Könül olmuşdur. Baş vermiş mübahisə zamanı qonşuları Orxan, Allahyar və Əfsanə onun əri Mahiri döymüşlər. Əfsanə daş ataraq Mahirə vurmuşdur. Orxan əlində olan bıçaq ilə Mahirin üzünü kəsmişdir. Mübahisə yaşadıdıqları küçədə baş vermis və mübahisə o, yola çıxdıqdan sonra təxminən 5 dəqiqə davam etmişdir. Mahir Orxan, Allahyar və Əfsanəni vurmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 izahatında göstərmişdir ki, 30.01.2022-ci il tarixdə saat 17 radələrində sahədə odun doğrayarkən qonşusu Kəmalənin qışqırdığını eşitdiyi üçün küçəyə çıxaraq, onun yanına gəlmişdir. Orada qonşuları Allahyarın, Əfsanənin, Orxanın, Kəmalənin və Mahirin olduğunu, onların yanına çatdıqda Mahirin sifətinin qanadığını görmüşdür. Sonra orada olan Orxanın bir əlində bıçaq, digər əlində isə kəlbətin olduğunu, Allahyarın əlində isə külüng olduğunu görmüşdür. Onların yanına çatdıqda Allahyar, Orxan və Əfsanə öz evlərinə getmiş, daha sonra olduqları yerə polis əməkdaşları gəlmişlər. Mübahisə zamanı ona heç kim vurmamış və xəsarət yetirməmişdir. Mübahisə olan yerə gəldikdən sonra heç kim heç kimə vurmamış, oraya gəldikdən sonra kiminsə bir-birinə vurmasını görməmiş, mübahisə zamanı adlarını qeyd etdiyi şəxslər olmuş, başqa heç kim olmamışdır. Mübahisə yaşadıqları küçədə baş vermiş, o, mübahisə yerinə gəldikdə Orxan və onun ailə üzvləri öz evlərinə getmiş, Mahir, Əfsanə və Surxay küçədə olmuşdur. O, həmin vaxt Əfsanənin daşla Mahirin başından vurduğunu Mahir və Kəmalədən eşitmişdir. İşdə olan məhkəmə-tibbi ekspertizasının 02.02.2022-ci il tarixli, 24 nömrəli rəyində göstərilmişdir ki, X9 müəyyən edilmiş xəsarətlər-sağ göz altında, sifətinin sağ qulaq ətrafı sahəsində sıyrıqlar,sol ənsədə şişkinlik- bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər,qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 30.01.2022-ci ildə əmələ gələ bilərdilər, birlikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Vətəndaş Osmanovda bıçağın ağzı-iti ucu ilə yetirilməyə uyğun xəsarət olmadı. İşdə olan Balakən RPŞ-nin TQ-nin təhqiqatçısı polis baş leytenantı X18 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 09.02.2022-ci il tarixli qərarından görünür ki, toplanmış materialda cinayət hadisəsi olmadığından HK-1-78,79,80,81 saylı materiallar üzrə cinayət işinin başlanması rədd edilmiş, toplanmış materialda Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsinin tərkib əlamətləri olmadığından qeyd olunan maddə əsasında cinayət işinin başlanması rədd edilmiş, toplanmış materialda Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin tərkib əlamətləri olmadığından qeyd olunan maddə əsasında cinayət işinin başlanması rədd edilmiş, qərarın təsviri hisəsində göstərilənlərə əsasən Balakən rayonu Talalar kənd sakinləri X13, Şəxs, X22, X3 və X10 barəsində Azərbaycan Respublikası İXM- nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün qərarın surətinin İTB-nə göndərilməsi, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Balakən rayon prokuroruna, Balakən rayonu Talalar kənd sakinləri X4, X14, Şəxs, X5, X1, X2 və X15 göndərilməsi qərara alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən AZ-İV seriyalı 347095 nömrəli və AZ-İV seriyalı 561295 nömrəli doğum haqqında şəhadətnamələrdən görünür ki, 22.08.2019-cu il tarixdə doğulmuş X19 və 04.02.2021-ci il tarixdə doğulmuş X26 olmaqla Şəxs himayəsində iki azyaşlı uşaq vardır. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati məsuliyyət nəzərdə tutur. Bununla bağlı məhkəmə qeyd edir ki, həmin inzibati xətanın obyekti insanın fiziki toxunulmazlığını və onun sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. İnzibati xətanın obyektiv cəhəti döymə və ya sair zorakı hərəkətlərlə fiziki ağrı yetirmədən ibarətdir. Döymə sağlamlığa vurulan zərərin ayrıca, xüsusi bir növünü təşkil etmir. Döymə, dəfələrlə, çoxlu zərbələrin yetirilməsi ilə xarakterizə olunur. İXM-nin 157-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan sair zorakı hərəkətlər dedikdə, zərərçəkmiş şəxsə tək-tək zərbələrin vurulması, onun çimdiklənməsi, qolunun burulması, badalaq verilərək yıxılması, müxtəlif əşyalardan, habelə bitki (məsələn gicitikanlardan, tikanlı bitkilərdən və s.) və heyvanlardan (itdən, arıdan və s.) istifadə etməklə ona qarşı digər ağrıverici hərəkətlər edilməsi başa düşülür. Döymə və ya sair zorakı hərəkətlər yalnız fiziki ağrı verdikdə, göstərilən maddə üzrə məsuliyyət yaranır. Bu inzibati xətanın subyektiv cəhəti həm birbaşa, həm də dolayı qəsddən ibarətdir. Döymə və sair zorakı hərəkətlər törətmənin məqsədi fiziki ağrı yetirməkdən ibarətdir. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə Şəxs məhkəmə iclasında verdiyi izahata hüquqi qiymət verərək, həmin izahatda Mahir Osmanovu vurmaması və ona fiziki ağrı yetirməməsi barədə bildirdiklərini işdəki mötəbər sübutlarla təsdiq olunmadığı üçün özünümüdafiə kimi qiymətləndirir və işin faktoloji halı kimi qəbul etmir. Belə ki, iş materialları, o cümlədən zərərçəkmiş şəxs X8 izahatı, Balakən RPŞ-nin TQ-nin təhqiqatçısı, polis baş leytenantı X18 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 09.02.2022-ci il tarixli qərarı, şahidlərin izahatları və məhkəmə-tibbi ekspertizasının 02.02.2022-ci il tarixli, 24nömrəli rəyi ilə Şəxs 30.01.2022-ci il tarixdə, saat 17.00 raədələrində Balakən rayonu Talalar kəndində X16 daşla başından vuraraq ona qəsdən fiziki ağrı yetirməsi və bununla da Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar,onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 32.1.3-cü maddəsində inzibati xətanın himayəsində azyaşlı uşağı olan qadın tərəfindən törədilməsi məsuliyyəti yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə inzibati xətanı himayəsində iki azyaşlı uşağı olan qadın olaraq törətməsini və ilk dəfə inzibati xəta törətməsini Şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. İş materialları ilə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törədilmiş xətanın xarakterini, inzibati xətanı himayəsində iki azyaşlı uşağı olan qadın olaraq törətməsi və ilk dəfə inzibati xəta törətməsi kimi məsuliyyətini yüngülləşdirilən halları, məsuliyyətini ağırlaşdıran halların olmamasını və əmlak vəziyyətini nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tənbehinin tətbiq edilməsini əsaslı hesab edirəm. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili X20 hazırki inzibati xəta haqqında iş üzrə Şəxs hüquqlarının müdafiəsinə 2 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də hesab edirəm ki, Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili X11 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X21 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 12 manat köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikası İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili X11 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X21 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 12 manat köçürülsün. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar