Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-79/2021 26.03.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1993-cü ildə Balakən rayonu Gərəkli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay,orta təhsilli, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb edilməyən, Balakən rayonu Gərəkli kəndində qeydiyyatda olmaqla həmin kənddə daimi yaşayan- Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 334.1-cı maddəsi ilə icraatı başlanmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Balakən Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs xx xxxx 2021-ci il tarixdə, saat 04.00 radələrində nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Bu barədə Balakən RPŞ-nin Yol-Patrul Xidməti baş inspektoru, polis kapitanı X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx xxxx 2021-ci il tarixli, İXP ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, o, Balakən rayonu Gərəkli kəndində yaşayır. xx.xx.2021-ci il tarixdə, saat 04:00 radələrındə, Balakən rayonu Qazbinə kəndində VAZ 21011 markalı, dövlət qeydiyyat nişanı **-BJ-*** olan avtomaşınla manevr qaydasını pozduğuna görə polislər ona saxla işarəsi vermiş, avtomaşını saxlamış, bu zaman maşında Musayev Musa və Tınətıyev Sədruddin adlı şəxslər də olmuşlar. X2 məxsusdur. Onlar içkili olduqları üçün maşını dostu ona idarə etməyə vermişdir. Onun suruculuk vəsiqəsinin vaxtının bitdiyi müəyyən olunmuşdur. Habelə alkotester vasitəsilə onun içkili olduğu təsdiqlənmiş, həmin avtomaşın RPŞ-nın dayanacağına gətirilmişdir. Həqiqətən də həmin vaxt avtomaşını sürücülük hüququ olmadan sərxoş vəziyyətdə idarə etmişdir. İnzibati xətanı törətməsini etiraf edir və bu xətanı törətməsindən səmimi peşmançılıq hissi keçirir. O, heç yerdə işləmir, qazancı yoxdur. Ona cərimə cəzasının təyin edilməsini istəmir. Belə ki, həmin cəriməni ödəyə bilməyəcəkdir. Bu halların ona inzibati tənbeh verilməsində nəzərə alınmasını xahiş edir. İş materiallarına əlavə edilmiş Balakən RPŞ-nın, NMQ-nun, ə/m polis kapitanı X5 RPŞnin rəisi, polis polkovnik-leytenantı Çingiz Aslanova ünvanlandığı raportda göstərilir ki, xx.xx.2021-cı il tarixdən saat 23:00-dan xx.xx.2021-cı ıl tarixdə saat 06:00-dək PPXB-nin polis nəfəri, polis serjantı Xodayev Fəridlə rayon ərazisində baş vermiş oğurluqlarla əlaqədar gecə gəzintisində olan zaman saat 04:00 radələrındə, Qazbınə kəndində VAZ 21011 markalı, dövlət qeydiyyat nişanı **-BJ-*** olan avtomaşının sürücüsü maşını şübhəli idarə etdiyinə görə, həmçinin manevr qaydasını pozduğuna görə ona saxla işarəsi vermiş, sürücü saxlayan zaman ona yaxınlaşıb özünü təqdim etdikdən sonra, sürücü özünü Şəxs kimi təqdim etmişdir. Maşında əyləşən digər şəxslər özlərini Musayev Musa və Tınətıyev Sədruddin kimi təqdim etmişlər. Sürücüyə manevr qaydasını pozduğunu izah etmiş və söhbət zamanı onun alkoqol təsiri altında olduğunu hiss etmişdir. Lakin sürücü bunu inkar etmiş, özünü Sədruddin kimi təqdim edən şəxs bildirmişdir ki, avtomaşın ona məxsusdur və onlar içkili olduqları üçün maşını dostu Şahmurada idarə etməyə vermişdir. Həmin şəxslərin qeyri-səmimi və qeyri- adekvat danışığına, həmçinin üzərlərində hər hansı bir sənəd olmadığına görə, radiostansiya vasitəsilə YPX-nın əməkdaşlarının gəlməsini xahiş etmiş, onlar gəldikdən sonra həmin avtomaşının qeyd olunan şəxslərin heç birinə etibarnaməsi olmadığı, maşını idarə edən, özünü Şəxs kimı təqdim edən şəxsin suruculuk vəsiqəsinin vaxtı bitdiyinin müəyyən olunduğu, habelə alkotester vasitəsilə sürücünün içkili olduğu təstiqləndiyindən, həmin avtomaşın RPŞ-nın dayanacağına gətirilmişdir. Bundan narazı olan, özünü Tınətıyev Sədruddin kimi təqdim edən şəxs RPŞ-yə gəlmiş, polislə kobud şəkildə danışmağa başlamış və polisin ış rejimini pozmağa çalışdığına görə tərəflərindən şəxsi telefonla videoçəkiliş edilmişdir. RPŞ-də məlum oldu kı həmin şəxslər: xx.xx.1997-ci ildə Balakən rayonu Tülü kəndində anadan olmuş X8, xx.xx.1993-cıı ildə Balakən rayonu Gərəkli kəndində anadan olmuş Şəxs və xx.xx.1995-ci ildə Balakən rayonu Gərəkli kəndində anadan olmuş X1r. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 95 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, tibbi müayinə zamanı Şəxs həmin vaxt 0,625 % alkoqol sərxoşluğu müəyyən olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməlidir və onun əməli İXM-nin 334.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsində nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tululmuşdur. Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsinin sanksiyasında beş yüz manat cərimə və ya on beş günədək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İş materialları ilə Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, şəxsiyyətini xarakterizə edən halları, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və əmlak vəziyyətini nəzərə alaraq, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 334.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 05 (beş) gün müddətə inzibati qaydada həbs edilməli, həbs müddətinin əvvəli hazırki qərarın elan olunduğu xx xxxx 2021-ci il tarixdən saat 13.30-dan hesablanmalıdır. İş materiallarından həmçinin görünür ki, fərdi qaydada fəaliyyət göstərən vəkil X9, hazırki inzibati xəta haqqında iş üzrə Şəxs hüquqlarının müdafiəsinə 1 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxx 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının İXM-nin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də hesab edirəm ki, Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X6 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına 6 manat köçürülməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikasının İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 49-51, 114,115 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 05 (beş) gün müddətə inzibati qaydada həbs edilsin; həbs müddətinin əvvəli hazırki qərarın elan olunduğu xx xxxx 2021ci il tarixdən saat 13:30-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Balakən Rayon Polis Şöbəsinə həvalə edilsin. Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X6 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına 6 manat köçürülsün. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-79/2021
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-79/2021
26.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver