Məhkəmə qərarları › İş №3(019)-81/2024

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-81/2024

21.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-81/2024 21.02.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, inzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis X7 X6 Patrul Xidməti (bundan sonra Balakən RPŞ DYPB-nin YPX) baş inspektoru, polis baş leytenantı Nümayəndə, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1986-cı ildə Balakən rayonu Talalar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmuş, Balakən rayonu Talalar kəndində qeydiyyatda olan və həmin kənddə daimi yaşayan- Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 333.2-ci maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 11:30 radələrində Volksvvagen markalı 77-CA450 dövlət nömrə nişanlı avtomaşını sərxoş vəziyyətdə idarə etmiş, bununla da Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı ona inzibati tənbeh vermə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətmişdir. Bu barədə Balakən RPŞ-nin DYPB-nin YPX baş inspektoru, polis baş leytenantı Nümayəndə tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.2-ci maddəsilə 30 yanvar 2024-cü il tarixli, AP seriyalı, ******* №-li inzibati xəta haqqında protokol tərtib edilib, inzibati xəta haqqında iş üzrə icraat başlanaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək, izahatında göstərdi ki, o, 25 yanvar 2024-cü il tarixdə Bakı şəhərində 0,5l pivə içmişdir. 29 yanvar 2024-cü il tarixdə saat 11.30 radələrində Balakən şəhərində avtomaşını idarə edərkən polis əməkdaşları onu saxlayıb sərxoş olduğunu bildirərək, barəsində inzibati protokol tərtib olunmuşdur. Sonra onu sərxoşluğun müayinəsi üçün Balakən Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. O, sərxoş olmadığı halda onun barəsində alkoqol sərxoşluğu vəziyyətində olması barədə akt tərtib olunmuşdur. O, buna narazılıq etmiş, sonra başqa yerdə müayinədən keçməsi zərurəti ilə bağlı TƏBİB-ə zəng etmiş, oradan ona yaxınlıqda olan Şəki şəhərində müayinə olunması məsləhət bilinmişdir. Sonra Şəki şəhərinə gedərək orada həkim müayinəsindən keçmiş, onun ayıq olması müəyyən edilmişdir. O, Balakən MRX-da 29 yanvar 2024-cü il tarixdə saat 12.08-də müayinə olunmuş, Şəki MRX-da isə 29 yanvar 2024-cü il tarixdə saat 15.38-də müayinə olunmuşdur. Barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən RPŞ-nin DYPB-nin YPX baş inspektoru, polis baş leytenantı Nümayəndə, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi nəticəsinə gəlindiyi üçün Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edərək, İXM-nin 333.2-ci maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başladığını, Şəxs İXM-nin 333.21-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinin iş materialları ilə təsdiq olunduğunu bildirərək, Şəxs barəsində qanuni tədbir görürlməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli TP6001811 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş «Balakən Rayon Mərkəzi Xəstəxanası» X4 həkim narkoloqunun xx.xx.2024-cü il tarixli, 769 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs 0,489 promili alkoqol sərxoşluğu müəyyən olunmuş, həmin tibbi müayinə 29 yanvar 2024-cü il tarixdə saat 12.08-də aparılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasi "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X9 "Şəki Rayon Mərkəzi Xəstəxanasi" X4 xx.xx.2024-cü il tarixli, 94 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs ayıqdır, onda alkoqol sərxoşluğu müəyyən olunmamışdır. Həmin akta əsasən «Şəki Rayon Mərkəzi Xəstəxanası» PHX-də tibbi müayinə 29 yanvar 2024-cü il tarixdə saat 15.38-də alkotestr məlumatı əsasında aparılmış və həmin kağız daşıyıcıda əks olunmuş məlumat 29 yanvar 2024-cü il tarixli 94 nömrəli akta əlavə edilmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi barədə aktdan görünür ki, Şəxs məxsus avtomaşın saxlanması üçün xx.xx.2024-cü il tarixdə Balakən RPŞ-nin duracağına qəbul edilmiş və xx.xx.2024-cü il tarixdə nəqliyyat vasitəsi duracaqdan azad edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasi "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X9 "Şəki Rayon Mərkəzi Xəstəxanasi" X4 20 fevral 2024-cü il tarixli 18-1- 71/2-224/2024 nömrəli məktubundan görünür ki, Balakən Rayon Məhkəməsinin 3(019)-81 /2024 saylı 14 fevral 2024-cü il tarixli məktubu ilə göndərilmiş sorğuya baxılmışdır. Bildirilir ki, Balakən rayon sakini Şəxs “Şəki Rayon Mərkəzi Xəstəxanası” X8 X1 Kabinetinə xx.xx.2024-cü il tarixdə saat 15:32 radələrində ərizə ilə müraciət etmiş, alkoqol sərxoşluq müayinəsindən keçirilməsini və rəsmi sənəd verilməsini xahiş etmişdir. Şəxs həmin müayinələrdən keçirilmiş, ona rəsmi akt və çekin surəti verilərək ayıq olduğu bildirilmişdir. Bu barədə vətəndaşın özü aktın sonunda imzası ilə tanış olduğunu təsdiq etmişdir. Müayinə zamanı Şəxs heç bir zədə və inyeksiya yerləri aşkar edilməmişdir. Sərxoşluq müayinəsi zamanı tibb işçilərinin vəzifəsi şəxsin müraciət etdiyi vaxtda həmin dəqiqə nə qədər spirtli içki qəbul etməsini aşkar etməkdir və spirtli içkilər qəbul edərək orqanizmə zərərli təsirləri müalicə etmək zamanı zəruri hallarda xəstələrin nə qədər içki qəbul etdiyi, nə qədər alkoqol qəbul etdiyi, alkoqol qəbulundan nə qədər müddət keçdiyi və buna görə müalicə prosesini aparmaqdır. Odur ki, verilmiş digər sualları aidiyyəti orqanlar cavablandıra bilər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserinin baş həkimi vəzifəsini müvəqqəti icra edən E.M.Xəlilovun 19 fevral 2024-cü il tarixli 44 nömrəli həkim narkoloq rəyində göstərilir ki, Gəncə şəhər Narkoloji Dispanseri 3(01xx-xx/2024 nömrəli 14 fevral 2024-cü il tarixli məktuba cavabde olaraq bildirir ki, sonuncu alkoqol qəbulundan müəyyən vaxt keçdikdən sonra alkoqol ifrazat orqanları (sidik, tər) vasitəsilə xaric olur. Hər bir saatdan sonra nəfəs verilən havada alkoqolun miqdarı 0,1 promil azalır. Ona görə də müayinələr arasındakı vaxt 3 saata yaxın olduğu üçün nəfəslə verilən havada alkoqol aşkar edilməyə bilər. Nəfəslə verilən havada alkoqolun miqdarı 0,3 promil və ondan yuxarı olduqda sərxoşluq vəziyyəti kimi qəbul edilir. 0,3 promildən aşağı olduqda bu alkoqol sərxoşluğu hesab edilmir. İş materiallarında olan 06 fevral 2024-cü il tarixli aktdan görünür ki, həmin akt Balakən RPŞ-nin DYPB-nin İTÜBİ-ru polis leytenantı Şamil Kanayevin iştirakı ilə tərtib olunur ondan ötəri ki, vətəndaş Şəxs xx.xx.2024-cü il tarixdə sərxoş vəziyyətdə Volkswagen markalı ** CA *** d.q.n avtomaşını idarə etməsi səbəbi ilə barəsində Azərbaycan Respublikası İXM-nin 333.2-ci maddəsinə əsasən tərtib edilmiş AP ******* nömrəli inzibati protokolla tanış olması üçün Balakən Rayon Polis Şöbəsinə dəvət edilmiş, daha sonra istifadəsində olan (***-***-**-**) nömrəli mobil telefon vasitəsilə əlaqə saxlanılaraq Balakən RPŞ-nə gəlməsi tövsiyyə olunmuşdur. Vətəndaş Şəxs Balakən RPŞnə gəlməkdən imtina etmiş və digər orqanlara müraciət edəcəyini bildirmişdir. Odur ki, bu aktı imzalarla təsdiq edirlər. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə Azərbaycan Respublikası İXM-nin 333.2-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd etmək lazımdır ki, Nəqliyyat vasitəsini idarə edənin sərxoşluq vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli, 29 nömrəli qərarı ilə təsdiq edilmiş «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları» ilə müəyyən edilir. Belə ki, həmin Qaydaların 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promili və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir göstərən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Həmin Qaydaların 2.5-ci bəndinə əsasən xüsusi texniki vasitələrlə yoxlanılması zamanı alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyəti müəyyən olunarsa, polis əməkdaşları tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 406-cı maddəsinə uyğun olaraq protokol tərtib edilir. Həmin Qaydaların 2.6-cı bəndinə əsasən müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən sənəd 2 nüsxədə tərtib olunur. Həmin sənədin bir surəti nəqliyyat vasitəsini idarə edən şəxsə verilən protokola əlavə edilir, digər surəti isə polis əməkdaşında saxlanılır. «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları»nın 2.7-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasını müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibb müayinəyə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkim-narkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə tibbi müayinəyə göndərilmə barədə protokolla, habelə müayinə olunan şəxsin təşəbbüsü ilə həyata keçirilir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqol sərxoşluğunun təyin edilməsi qanda alkoqolun bu Qaydaların 2.4-cü bəndi ilə müəyyən edilmiş konsentrasiyasına əsasən müəyyənləşdirilir. Yenə də həmin Qaydaların 3.3-cü bəndinə əsasən narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir göstərən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının təyini isə həkimnarkoloq tərəfindən bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi vasitəsilə həyata keçirilir. Şəxsə aid bioloji mayelərdə narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir göstərən maddələrin izi və sərxoşluğun kliniki əlamətləri aşkar edildikdə, həmin şəxs sərxoş hesab edilir. «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları»nın 3.4-cü bəndinə əsasən müayinə aparan həkim-narkoloq bu Qaydaların əlavəsinə uyğun formada 3 nüsxədən (əsli və surəti) ibarət tibbi müayinə aktı tərtib edir. Aktda yoxlanılan şəxs barədə məlumatlar (adı, soyadı, atasının adı, doğulduğu tarix, sürücülük vəsiqəsinin nömrəsi), müayinə aparılması barədə qərar qəbul edən orqanın adı və müayinənin səbəbi göstərilir. Həmin Qaydaların 3.5-ci bəndinə əsasən müayinənin nəticələri aktda qeyd olunur və aktın bir surəti müayinə edilən şəxsə, bir surəti isə onu müayinəyə təqdim etmiş vəzifəli şəxsə təqdim edilir. İş materiallarından görünür ki, Şəxs 29 yanvar 2024-cü il tarixdə saat 12.08-də «Balakən Rayon Mərkəzi Xəstəxanası» X5 həkim narkoloqun müayinəsindən keçmiş, onda 0,489 promili alkoqol sərxoşluğu müəyyən olunmuş və bu barədə xx.xx.2024-cü il tarixli, 769 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinə aktı tərtib edilmişdir. Şəxs «Balakən Rayon Mərkəzi Xəstəxanası» X5 müayinə olunduğu vaxtdan 3 saat 30 dəqiqə sonra "Şəki Rayon Mərkəzi Xəstəxanasi" X5 bioloji mayelərin (qan, tüpürcək, sidik və s.) müayinəsi vasitəsilə deyil, texniki vasitə ilə müayinə olunmuş və həmin texniki vasitədən əldə edilmiş məlumat əsasında onun barəsində 29 yanvar 2024-cü il tarixli 94 nömrəli akt tərtib edilmişdir. Bu zaman sözügedən 29 yanvar 2024-cü il tarixli 94 nömrəli aktla onda alkoqol sərxoşluğunun müəyyən olunmaması onun xx.xx.2024-cü il tarixdə, saat 11:30 radələrində Volksvvagen markalı 77-CA450 dövlət nömrə nişanlı avtomaşını sərxoş vəziyyətdə idarə etməməsi anlamına gəlinə bilməz. Belə ki, əvvəla o, xx.xx.2024-cü il tarixdə saat 11.30 radələrində alkotestrdən keçirilərkən polis əməkdaşları tərəfindən Şəxs 0,489 promili alkoqol sərxoşluğunun olması müəyyən edilmişdir. Bundan başqa alkotestr məlumatına etiraz etdikdən sonra Şəxs 29 yanvar 2024-cü il tarixdə saat 12.08-də «Balakən Rayon Mərkəzi Xəstəxanası» X5 həkim narkoloq tərəfindən müayinə olunarkən onda 0,489 promili alkoqol sərxoşluğunun olması müəyyən olunmaqla bu faktoloji hal təsdiq olunmuş və bu barədə müvafiq akt tərtib edilmişdir. Eyni zamanda o, «Balakən Rayon Mərkəzi Xəstəxanası» X5 müayinə olunduqdan 3 saat 30 dəqiqə sonra «Şəki Rayon Mərkəzi Xəstəxanası» X5 müayinə olunmuşdur ki, mütəxəssis-həkim narkoloqun müvafiq rəyinə əsasən də həmin 3 saat 30 dəqiqə müddət ərzində onun bədənindən alkoqolun ifrazat orqanları (sidik, tər) vasitəsilə xaric olunması realdır. Belə ki, yuxarıda istinad olunan Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserinin baş həkimi vəzifəsini müvəqqəti icra edən E.M.Xəlilovun 19 fevral 2024-cü il tarixli 44 nömrəli həkim narkoloq rəyindən müəyyən olunur ki, sonuncu alkoqol qəbulundan müəyyən vaxt keçdikdən sonra alkoqol ifrazat orqanları (sidik, tər) vasitəsilə xaric olur. Hər bir saatdan sonra nəfəs verilən havada alkoqolun miqdarı 0,1 promil azalır. Ona görə də müayinələr arasındakı vaxt 3 saata yaxın olduğu üçün nəfəslə verilən havada alkoqol aşkar edilməyə bilər. Nəfəslə verilən havada alkoqolun miqdarı 0,3 promil və ondan yuxarı olduqda sərxoşluq vəziyyəti kimi qəbul edilir. 0,3 promildən aşağı olduqda bu alkoqol sərxoşluğu hesab edilmir. Qeyd olunanlara əsasən belə nəticəyə gəlmək olar ki, «Balakən Rayon Mərkəzi Xəstəxanası» X5 və «Şəki Rayon Mərkəzi Xəstəxanası» X5 müvafiq müayinə vaxtlarından keçən 3 saat 30 dəqiqə ərzində hər bir saatdan sonra nəfəs verən havada alkoqolun miqdarı 0,1 promili azaldığından Şəxs Balakəndə aparılan müayinə zamanı aşkar olunmuş 0,489 promili alkoqol sərxoşluğu vəziyyəti Şəki şəhərində aparılan müayinə zamanı 0,3 promilindən aşağı vəziyyətə düşməklə və ya aradan qalxmaqla onda alkoqol sərxoşluğu müəyyən olunmaya bilər. Ancaq bu hal heç bir vəchlə yuxarıda qeyd olunanlara əsasən Şəxs 29 yanvar 2029-cu il tarixdə saat 11.30 radələrində avtomobili alkoqol sərxoşluğu vəziyyətində idarə etməməsini təsdiq etmir. Həmçinin o da bir daha vurğulanmalıdır ki, «Şəki Rayon Mərkəzi Xəstəxanası» X5 tərtib olunmuş 29 yanvar 2024-cü il tarixli 94 nömrəli akt bioloji mayelərin (qan, tüpürcək, sidik və s.) müayinəsi nəticələrinə deyil, texniki vasitə məlumatı nəticələrinə əsaslanmış, bu zaman «Balakən Rayon Mərkəzi Xəstəxanası» X5 və sonradan «Şəki Rayon Mərkəzi Xəstəxanası» X5 aparılan müayinələrin arasından keçən 3 saat 30 dəqiqə müddət ərzində Şəxs aşkar olunmuş alkoqolun onun bədənindən ifrazat orqanları (sidik, tər) vasitəsilə xaric olunması tamamilə ağlabatan və əsaslıdır. «Şəki Rayon Mərkəzi Xəstəxanası» X5 tərtib olunmuş 29 yanvar 2024-cü il tarixli 29 nömrəli akt Şəxs avtomobili sərxoş vəziyyətdə idarə etməsinin müəyyən olunduğu 29 yanvar 2024-cü il saat 11.30 radələrini, həmçinin «Balakən Rayon Mərkəzi Xəstəxanası» X5 həkim narkoloqun müayinəsi zamanı onda alkoqol sərxoşluğunun (0,489 promili) müəyən olunduğu 29 yanvar 2024-cü il saat 12.08-ə olan sərxoşluq vəziyyətini deyil, onun bədənindən ifrazat orqanları vasitəsilə alkoqolun real olaraq ifraz olunması qəbul edilən 29 yanvar 2024-cü il saat 15.38 vəziyyətini göstərir ki, həmin vəziyyət də işin real faktoloji hallarına uyğun deyildir və əsassızdır. Ona görə də məhkəmə Azərbaycan Respublikasi "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X9 "Şəki Rayon Mərkəzi Xəstəxanasi" X4 xx.xx.2024-cü il tarixli 94 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktını Şəxs 29 yanvar 2024-cü il tarixdə saat 11.30 radələrində avtomaşını idarə edərkən alkoqol sərxoşluğu vəziyyətində olmamasını təsdiq etmədiyindən hazırki iş üzrə mötəbər sübut kimi qəbul etmir. Məhkəmə bu xüsusda «Balakən Rayon Mərkəzi Xəstəxanası» X4 30 yanvar 2024-cü il tarixli 769 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktını mötəbər sübut sayır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatanı və inzibati xəta haqqında iş üzrə icraat başlamış vəzifəli şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə sübutlarla müəyyən edilmiş işin hallarına hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İXM-nin 333.2-ci maddəsilə düzgün tövsif edilmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 333.2-ci maddəsinin sanksiyasında nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla beş yüz manat məbləğdə cərimə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 33.3-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində inzibati xəta tərkibinin əlaməti kimi nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hal, inzibati tənbeh tətbiq edilərkən təkrar nəzərə alına bilməz. İş materiallarına əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətini yüngülləşdurən hallar və Azərbaycan Respublikası İXMnin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Törədilmiş xətanın xarakterini, inzibati xəta törədən Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirilən və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 333.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla inzibati həbsin yuxarı həddinin dörddə birindən az olmamaqla inzibati həbs tənbehinin tətbiq edilməsini inzibati tənbehin məqsədlərinə nail olunması baxımından qanuni və əsaslı hesab edirəm. Qeyd olunanlara əsasən belə nəticəyə gəlirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 05 (beş) gün müddətinə inzibati qaydada həbs edilməli, həbs müddətinin əvvəli hazırki qərarın elan olunduğu 21 fevral 2024-cü il tarixdən saat 17.05-dən hesablanmalıdır. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil hazırki inzibati xəta haqqında iş üzrə Şəxs hüquqlarının müdafiəsinə 3 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 18 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də hesab edirəm ki, Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil tərəfindən Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X3 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 18 manat köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikası İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 05 (beş) gün müddətə inzibati qaydada həbs edilsin; həbs müddətinin əvvəli 21 fevral 2024-cü il tarixdən saat 17.05-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Balakən Rayon Polis Şöbəsinə həvalə edilsin. Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X3 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 18 manat köçürülsün. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar