Məhkəmə qərarları › İş №3(019)-81/2025

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-81/2025

12.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-81/2025 12.02.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-in sahə rəis, polis kapitanı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1977-ci ildə Balakən rayonunun Mahamalar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN nömrəsi xxxxxxx , evli, savadsız, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Balakən rayonu Mahamalar kəndində yaşayan Şəxs barəsində Balakən Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə icraat başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i m: Şəxs 11 fevral 2025-ci il tarixdə saat 16:00 radələrində ünvan 1 ünvansız nalayiq söyüşlər söyərək ictimai qaydanı pozmuş, həmin vaxt onu intizama dəvət edən polis əməkdaşları Şahid1 və Şahid2 qanuni tələblərinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs sözügedən inzibati xətaları törətməsi məhkəmə iclasında aşağıdakı qaydada tam sübuta yetirildi. İnzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon Polis X4 sahə rəisi X8 məhkəmə iclasında göstərdi ki, Balakən Rayon Polis Şöbəsinin Qabaqçöl PB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid1 raportu əsasında Balakən rayonu Mahamalar kənd sakini Şəxs ictimai qaydanı pozması və onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması ilə bağlı törətdiyi inzibati xətalar haqqında araşdırmanın aparılması ona həvalə edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.1977-ci il təvəllüdlü Balakən rayonu Mahamalar kənd sakini Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin tərkibi vardır. Odur ki, onun barəsində həmin maddələr ilə inzibati xəta haqqında protokollar tərtib olunaraq baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək göstərdi ki, 11 fevral 2025-ci il tarixdə saat 16 radələrində tanışı Balakən rayonu Sarıbulaq kənd sakini X2 evinin qarşısında küçədə Əsəbəli Əliyevlə birlikdə söhbət edərkən, oraya iki nəfər polis əməkdaşı gəlmiş və onlara yaxınlaşmışlar. Polis əməkdaşları özlərini təqdlim etmiş və Sarıbulaq kənd sakininin bir baş qoyununun itməsini onlara bildirmiş və fevral ayının əvvəllərində o və Əsəbəlinin kənd ərazisində bir baş qoyunu aparmaları barədə məlumat olduğunu bildirmişlər. Bu məsələ ilə bağlı izahat vermələrini xahiş etmişlər. Bu zaman o və Əsəbəli barələrində hər hansı bir tədbir görülücəyini zənn edərək əsassız olaraq səs-küy salıb uca səslə ünvansız nalayiq söyüşlər söyməyə başlamışlar. Polis əməkdaşları 15 dəqiqə onları sakitləşdirməyə çalışsalarda onlar polis əməkdaşlarına məhəl qoymamış, onların tələblərinə tabe olmamışlar. Buna görə də onların hər ikisini Qabaqçöbl polis bölməsinə aparmışlar. Etdiyi əməldən peşmandır. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Balakən Rayon Polis X6 Bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 2023-cü ildən DİO-da tutduğu vəzifədə xidmət edir. Balakən rayonu Sarıbulaq kənd sakini X1 xx.xx.2025-ci il tarixdə Qabaqçöl PB-nə ərizə ilə müracəit edərək xx.xx.2025-ci il tarixdə özünə məxsus xırdabuynuzlu heyvanlardan birinin itməsini bildirmiş və tapılmasına köməklik göstərilməsini xahiş etmişdir . Tərəfindən araşdırılması aparılan zaman fevral ayının əvvllərində Balakən rayonu Sarıbulaq kəndi ərazisində rayonunun Sarıbulaq kənd sakini xx.xx.1994-cü il təvəllüdlü X2 və rayonunun Mahamalar kənd sakini xx.xx.1977-ci il təvəllüdlü Şəxs bir baş xırda buynuzlu heyvanı at arabası ilə aparmaları barədə məlumat almışdır. Onların izahatının alınması üçün 11 fevral 2025-ci il tarixdə saat 16 radələrində Qabaqçöl PB-nin polis sahə polis nəfəri,polis serjantı Şahid2lə birlikdə Əsəbəli Əliyevin ünvanına getmişlər. Həmin vaxt Əsəbəli Əliyev və Şəxs küçədə olmuşlar. Onlar özlərini təqdim etdikdən sonra gəlmələrinin səbəbini onlara məlumat vermiş və izahat vermək üçün polis bölməsinə gəlmələrini xahiş etmişlər. Bu zaman Şəxs və Əsəbəli Əliyev əsassız olaraq uçadan səsküy salıb, ünvansız söyüşlər söyməyə başlamışlar. Onlardan etdikləri davranışlarına son qoyulmasını tələb etmiş, lakn onlar öz hüquqazidd hərəkətlərini 15 dəqiqə davam etdirmişlər və onların qanuni tələblərinə tabe olmamışlar . Bundan sonra onların hər ikisini xidməti avtomobilə əyləşdirərək polis bölməsinə aparmışlar və növbətçi hissəyə təhvil vermişlər. Bundan sonra onlar bu barədə raportla PŞ-nin rəhbərliyə məruzə etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən, Balakən Rayon Polis X6 bölməsinin polis nəfəri Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək ifadəsində onun göstərdiklərini təsdiq etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 11 fevral 2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 11 fevral 2025-ci il tarixdə saat 17:45-də inzibati qaydada tutulmuş,12 fevral 2025-ci il tarixdə saat 16:05-da azad edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 12 fevral 2025-ci il tarixli arayışdan görünür ki, Balakən rayonu Mahamalar kənd sakini, xx.xx.1977-ci-ci il təvəllüdlü Şəxs xx.xx.2024-cü il tarixdə Azəröbaycan Respublikası İXM-nin 212.1-ci maddəsi ilə əvvəllər inzibati məsuliyyətə cəlb olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını,əhalinin sanitariya-epidemioloji salamatlığını,ictimai mənəviyyatı,mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan,qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə isə həmin Məcəllənin 535.1-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməlləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar,onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və onun məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə görə şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında 15 günədək inzibati həbs, 535.1-ci maddəsinin sanksiyasında isə bir ayadək müddətə inzibati həbs tənbehi nəzərdə tutulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında bir ayadək müddətə inzibati həbs tənbehi nəzərdə tutulduğundan o daha ciddi xəta hesab edilir, ona görə də Şəxs həmin maddə ilə inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların olmamasını, törədilmiş xətaların xarakterini, cərimə tənbehinin onun qanunlara əməl etmək ruhunda tərbiyyələnməsinə kifayət etməyəcəyini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli, barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tənbehi tətbiq edilməlidir. İş materiallarından göründüyü kimi , barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 11 fevral 2025-ci il tarixdə saat 17:45-də-da inzibati qaydada tutulmuş, 12 fevral 2025-ci il tarixə saat 16:05-də azad edilsə də, faktiki olaraq polis əməkdaşlarının nəzarəti altında, azadlığı məhdudlaşdırılmış vəziyyətdə olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş materiallraından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərilən hüquqi yardımla bağlı 02 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Hesab edirəm ki, Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 12 manat tutulub Vəkil ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X5 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 08 (səkkiz) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs müddətinin əvvəli 11 fevral 2025-ci il tarixdən saat 17:45-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Balakən rayon Polis Şöbəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 12 manat tutulub Vəkil ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, "xxxx" ASC-in X5 Rekvizitləri: VÖEN-**********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba köçürülsün. Qərardan surəti rəsmi qaydada alındığı vaxtdan 10 (on) gün müddətində işə baxmış hakim vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar