Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-83/2024 01.03.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "11 saylı X6 Müəssisəsi" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra "11 saylı X6 Müəssisəsi" MMC) nümayəndəsi X8 iştirakı ilə hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva ev 230 olan "11 saylı X6 Müəssisəsi" MMC-nin (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Azərbaycan Respublikasi Ekologiya X14 Nazirliyi X12 X2 Monitorinq və nəzarət şöbəsinin aparıcı mütəxəssisi X7 tərəfindən tərtib edilmiş 09 fevral 2024-cü il tarixli, MN0739650 nömrəli inzibati xəta haqqında protokolda hüquqi şəxs "11 saylı X6 Müəssisəsi" MMC tərəfindən (VÖEN **********) Balakən rayonu “Katexçay” qum-çınqıl yatağında 09.02.202-cü il tarixdə “Dağ mədən ayırması” Aktından kənarda qanunsuz 5500 kub metr həcmində qum-çınqıl hasilatı aparılması göstərilərək, onun haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "11 saylı X6 Müəssisəsi" MMCnin nümayəndəsi X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində hüquqi şəxsi təqsirli bilərək, izahatında göstərdi ki, "11 saylı X6 Müəssisəsi" MMC tərəfindən xx.xx.2024-cü il tarixdə “Katexçay” qum-çınqıl yatağında “Dağ mədən ayırması” Aktından kənarda qanunsuz 5500 kub metr həcmində qum-çınqıl hasilatı aparılmışdır. “Dağ mədən ayırması” Aktının uzadılmaması onların təqsirindən baş vermişdir. Barələrində qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq Azərbaycan Respublikasi Ekologiya X14 Nazirliyi Dövlət Mineral X3 Agentliyi məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamış, lakin onun İdarə heyətinin sədri Samir İdayətov məhkəməyə teleqram göndərərək X12 X2 hüquqi təminat şöbəsində iş yükünün çoxluğu ilə əlaqədar xx.xx.2024-cü il tarixində Balakən Rayon Məhkəməsində keçirilən məhkəmə iclasında iştiraklarının baş tutmayacağını bildirərək həmin inzibati xəta haqqında işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Ona görə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 62.4-cü maddəsinə əsasən işə Azərbaycan Respublikasi Ekologiya X14 Nazirliyi X12 X2 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 62.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərər çəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İnzibati materialda olan Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında şəhadətnamədən görünür ki, "11 saylı X6 Müəssisəsi" MMC vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. İnzibati materialda olan "11 saylı X6 Müəssisəsi" MMC-nin Zaqatala istehsalat sahəsinin mexaniki X1 Mineral Xammal X2 İdarə heyətinin sədri Samir İdayətova verdiyi izahatında göstərmişdir ki, agentliyin əməkdaşları ilə birgə xx.xx.2024-cü il tarixdə keçirilən baxış zamanı aşkar edilən qanunsuz qum-çınqıl hasilatı onların tərəfindən aparılmışdır. Barələrində qanunamüvafiq tədbir görülməsinə etiraz etmirlər. baxışla bağlı hər hansı bir narazılıqları yoxdur. İnzibati materialda olan Azərbaycan Respublikasi Ekologiya X14 Nazirliyi X12 X2 09 fevral 2024-cü il tarixli 000168 nömrəli aktında göstərilir ki, 09 fevral 2024-cü il tarixində Balakən rayonu “Katexçay” qum-çınqıl yatağında yerləşən "11 saylı X6 Müəssisəsi" MMCyə məxsus karxana sahəsinə baxış keçirildi. Aşağıdakılar aşkar edildi: X12 X2 Nizamnaməsinin 3.1.16-cı bəndinə əsasən faydalı qazıntı yataqlarının işlənilmək zamanı yerin təkindən çıxarılan və yerin təkində saxlanılan faydalı qazıntıların və yanakı komponentlərin uçotuna nəzarət etmək məqsədilə 2024-cü il 09 fevral tarixində Balakən rayonu “Katexçay” qum-çınqıl yatağında yerləşən "11 saylı X6 Müəssisəsi" MMC-yə məxsus karxana sahəsinə baxış keçirildi. Balakən rayonu “Katexçay” qum-çınqıl yatağında yerləşən "11 saylı X6 Müəssisəsi" MMC-yə 01130 nömrəli 2018-ci il 27 dekabr tarixli “dağ mədən ayırması” aktı ilə 5 ha sahə 5 il müddətinə qum-çınqıl hasilatı məqsədilə ayrılmışdır. Ölçü işləri aparıldı və müəyyən olundu ki, X-627604, Y-4608935, X-627658, Y- 4608871, X-627740, Y-4608918, X-637716, Y-4608937 koordinatları daxilində 5000 kvm sahədə istismar dərinliyi 1,1 metr olmaqla 5500 kubm həcmində qanunsuz olaraq MMC tərəfindən qum-çınqıl hasilatı aparılmışdır. Aparılmış hasilat sahəsi “Dağ mədən ayırması” Aktı ilə verilmiş markseyder xəritəsində qeyd olunmuş koordinatlardan 580 metr kənarda yerləşməklə dəmiryolu körpüsündən 330 metr məsafədə yerləşir. MMC-nin nümayəndəsi yazılı izahat verərək onlar tərəfindən aparılan qanunsuz işlərlə bağlı barələrində qanunamüvafiq tədbir görülməsinə etiraz etmədiklərini bildirdi. Eyni zamanda nümayəndə X4 izahatında baxışla bağlı hər hansı bir narazılığı olmadığını bildirdi. Nəticə olaraq MMC tərəfindən ayrılmış sahədən kənarda faydalı qazıntı hasilatı aparmaqla “Yerin təki haqqında” Qanunun 9,2,46-cı maddələrinin tələbləri pozulmuşdur. Ərazidən çəkilmiş fotoşəkillər və izaha takta əlavə olundu. Akt 2 nüsxədən ibarət tərtib olundu. İşdə olan xx.xx.2024-cü il tarixli 000168 saylı akta əsasən ziyanın hesablanması cədvəlindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 mart tarixli 119 nömrəii Qərarına əsasən 5500 m3 həcmində olan qum-çınqılın qanunsuz daşınması nəticəsində təbiətə dəymiş ziyan 19250 manat təşkil edir. Qərarla təsdiq edilmiş normativlərə əsasən dəymiş ziyan hesablanarkən, birinci dəfə cərimələnən subyektlər üçün 0.7 əmsalı, ikinci dəfə cərimələnən subyektlər üçün 1 əmsalı, 3-cü dəfə cərimələnən subyektlər üçün 1.3 əmsaiı, 3 dəfədən çox cərıməiənən subyektlər üçün 1.5 əmsalı tətbiq edilir. İş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, həmin sübutlarla "11 saylı X6 Müəssisəsi" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olması sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, "11 saylı X6 Müəssisəsi" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Həmçinin "11 saylı X6 Müəssisəsi" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməli İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində icazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etməyə görə inzibati məsuliyyət nəzərdə tutulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar, həmin Məcəllənin 33-cü maddəsində isə inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar nəzərdə tutulmuşdur. İş materialları ilə hüquqi şəxs "11 saylı X6 Müəssisəsi" Məhdud Məsuliyyətli Cəmiyyətinin məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, inzibati xəta nəticəsində hüquq şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "11 saylı X6 Müəssisəsi" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 5000 (beş min) manat məbləğində inzibati qaydada cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 31, 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: "11 saylı X6 Müəssisəsi" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 5000 (beş min) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-83/2024
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-83/2024
01.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver