Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-83/2025 26.02.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 iştirakı ilə, Azərbaycan Respublikasının DİN-nin BDYPŞ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik -leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ-26014895 nömrəli inzibati tənbeh vermə barədə qərardan X2 tərəfindən verilmiş şikayətə Balakən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 Azərbaycan Respublikasının DİN-nin BDYPŞ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnikleytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş “İnzibati tənbehvermə haqqında” xx.xx.2025-ci il tarixli EQ-26014895 nömrəli elektron qərarının ləğv edilərək barəsində olan inzibati xətaya dair iş üzrə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə, 14:23:44-də Yevlax-Zaqatala-Gürcüstan yolunun 157-ci kilometrliyində özünə məxsus “Toyoto Corolla” markalı, **-FG-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən arxadan gələn Balakən RPŞ-nin DYPB-yə məxsus BMV markalı avtomobildə quraşdırılan texniki cihaz vasitəsilə 74 km/saat sürətlə hərəkətdə olduğu qeydə alınmışdır. Həmin yerdə sürət həddinin 50 km/saat olması əsas gətirilmişdir. xx.xx.2025-ci il tarixdə elektron kabinetə baxdıqda yuxarıda qeyd etdiyi ərazidə sürət həddinin 24 km/saat həddində aşılmasına görə Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsinə əsasən EQ 26014895 nömrəli inzibati qərar əsasında 50 manat cərimə və 2 bal tətbiq olunması ona məlum olmuşdur.Qeyd edir ki, çıxarılmış inzibati qərar tam qanunsuzdur.Ona görə ki, Azərbaycan Respublikası “Yol hərəkəti haqqında” qanunun 50-ci maddəsinin Vİİ bəndinə əsasən yollarda nəqliyyat vasitələrinin hərəkət sürətinin ölçülməsi üçün nəzərdə tutulan mobil və ya stasionar xüsusi texniki vasitələrdən (radarlardan) qabaqda radarın mövcudluğu barədə məlumat vermək məqsədilə 6.14 “İnformasiya stendi” servis nişanı və əlavə məlumat nişanı, yaxud həmin yolda icazə verilən sürət həddini göstərən 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” nişanı quraşdırılmalıdır. Belə servis nişanı və ya 3.24 nişanı yaşayış məntəqələrindən kənarda müvafiq radardan ***-**** metr qabaqda, yaşayış məntəqələrində isə 50-200 metr qabaqda quraşdırılır. Yevlax- Zaqatala -Gürcüstan yolunun 157-ci kilometrliyində 6.14 “İnformasiya stendi” servis nişanı yoxdur. Bununla bağlı videosübutu məhkəmə iclasında tərəfindən təqdim olunacaqdır. Göründüyü kimi barəsində çıxarılmış olan qərar qanunsuzdur və ləğv edilməlidir. DİN-nin BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş "İnzibati tənbeh vermə haqqında" xx.xx.2025-ci il tarixli, EQ 26014895 nömrəli elektron qərar ləğv edilərək, barəsində olan inzibati xətaya dair iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 şikayəti müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. İşdə olan xx.xx.2025-ci il tarixli EQ-26014895 nömrəli Yol hərəkət qaydaları,Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və Avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli EQ-26014895 nömrəli Elektron Qərardan görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində inzibati cərimə edilmişdir. İşdə olan DİN-nin DYP Web Portalından çıxarışdan görünür ki, “Toyoto Corolla” Minik markalı 77FG967 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2025-ci il tarixdə saat 14:23:44 radələrində Yevlax-Zaqatala-Gürcüstan yolunun 157 km-də yolda müəyyən edilmiş 50 km/saat limitində 74 km/saat sürətlə hərəkətdə olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 izahatını dinləyib, şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edirəm ki, şikayət təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında müəyyən olundu ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 xx.xx.2025-ci il tarixdə saat 14:23:44 radələrində idarə etdiyi “Toyoto Corolla” Minik markalı 77FG967 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Yevlax-Zaqatala-Gürcüstan yolunun 157 km-də hərəkətdə olarkən, yolda müəyyən edilmiş 50 km/saat sürət limitini 24 km/saat həddində aşmaqla avtomaşını 74km/saat sürətlə idarə etmişdir. Bu əməlinə görə o, DİN-nin BDYPŞ-nin Mərkəzi məlumat Xidmətininin rəisi, polispolkovniki Elvin Abduləlizadə tərəfindən X2 xx.xx.2025-ci il tarixli EQ -26014895 nömrəli elektron qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə 50 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını,onların sağlamlığını, əhalinin sanitariya–epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə- Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin maddənin sanksiyasında əlli manat məbləğində cərimə tənbehi nəzərdə tutulmuşdur. X1 xx.xx.2025-ci il tarixdə saat 14:23:44 radələrində “Toyoto Corolla” markalı **-FG- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Yevlax-Zaqatala-Gürcüstan yolunun 157-ci kilometrliyində sürət həddini 24 km/saat həddində aşması iş materialları ilə təsdiq olunduğundan hesab edirəm ki, onun əməli İXM-in 328.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh düzgün tətbiq olunmuşdur. Azərbaycan Respublikası “Yol hərəkəti haqqında” Qanunun 50-ci maddəsinin Vİİ bəndinə əsasən yollarda nəqliyyat vasitələrinin hərəkət sürətinin ölçülməsi üçün nəzərdə tutulan mobil və ya stasionar xüsusi texniki vasitələrdən (radarlardan) qabaqda radarın mövcudluğu barədə məlumat vermək məqsədilə 6.14 “İnformasiya stendi” servis nişanı və əlavə məlumat nişanı, yaxud həmin yolda icazə verilən sürət həddini göstərən 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” nişanı quraşdırılmalı olması, Yevlax- Zaqatala - Gürcüstan yolunun 157-ci kilometrliyində 6.14 “İnformasiya stendi” servis nişanının olmaması barədə X1 dəlilləri ilə bağlı qeyd edilməlidir ki, Vüsal Qurbanov qeyd edilən nişanların olmaması barədə məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Eyni zamanda bu nişanların olmaması nəqliyyat vasitəsini müəyyən edilmiş məhdudiyyətdən artıq sürətlə idarə edilməsi üçün əsas ola bilməz. Belə ki, mexaniki nəqliyyat vasitəsi sürücüsünün vəzifələrini müəyyən edən Azərbaycan Respublikası “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin İ bəndinin 4-cü yarımbəndində imperativ qaydada müəyyən edilmişdir ki, mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti şəraitini, nəqliyyat vasitəsinin və yükün xüsusiyyətlərini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən edilmiş məhdudiyyətdən artıq olmayan sürətlə idarə etməlidir. X1 xx.xx.2025-ci il tarixdə saat 14:23:44 radələrində “Toyoto Corolla” markalı **-FG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Yevlax-Zaqatala-Gürcüstan yolunun 157-ci kilometrliyində sürət həddini 24 km/saat həddində aşmaqla idarə etməsi iş materialları ilə təsdiq olunduğundan məhkəmə onun həmin dəlillərini əsaSsız hesab edir. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, şikayətin dəlilləri əsassızdır. Azərbaycan Respublikası İXM-in 134-cü maddəsinə əsasən: 134.1. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Yuxarıda qeyd edilənlərə əsasən hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 şikayəti əsassız olduğundan təmin edilməməli, DİN-nin BDYPŞ-nin Mərkəzi məlumat Xidmətinin rəisi,polis polkovnik leytenantı Elvin Abduləlizadə tərəfindlən qəbül edilmiş xx.xx.2025-ci il tarixli EQ-26014895 nömrəli inzibati tənbeh vermə barədə elektron qərarı dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130, 134-cü maddələrini rəhbər tutaraq Qəraraaldım: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 şikayəti təmin edilməsin, Azərbaycan Respublikası DİN-nin BDYPŞ-nin Mərkəzi məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ-26014895 nömrəli inzibati tənbeh vermə barədə elektron qərarı dəyişdirilmədən saxlansın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10(on) gün müddətində işə baxmış hakim vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(019)-83/2025
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-83/2025
26.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver