Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 3(019)-86/2023 27.02.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlu, X1 tərəfindən Balakən RPŞ-nin DYPB-nin İXP5245524 nömrəli inzibati tənbeh vermə haqqında protokoldan verilmiş şikayətə ona əlavə edilmiş sənədlərlə birlikdə baxaraq , m ü ə y y ə n e t d i m: X1 məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İXM-nin 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsi barədə İXP-5245524 nömrəli protokolun ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş şikayətə ona əlavə edilmiş sənədlərlə birlikdə baxaraq hesab edirəm ki, X1 tərəfindən verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Sadalanan hüquq normalarının məzmunundan göründüyü kimi qanunvericilikdə inzibati xəta haqqında protokoldan deyil, inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilməsi nəzərdə tutulmuşdur, şikayətə zəruri materiallar əlavə edilməlidir. İş materiallarından görünür ki, X1 inzibati xəta haqqında iş üzrə qərardan deyil, barəsində Azərbaycan Respublikası İXM-nin 329.3 və 333.1-ci maddələri ilə tərtib edilmiş İXP-5245524 nömrəli inzibati xəta haqqında protokoldan şikayət vermişdir,eyni zamanda şikayətə zəruri sənədləri əlavə etməmişdir. Eyni zamanda X1 barəsində Azərbaycan Respublikası İXM-nin 329.3 və 333.1-ci maddələri ilə tərtib edilmiş İXP-5245524 nömrəli inzibati xəta haqqında protokol 27 fevral 2023-cü il tarixdə baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. İşin yuxarıda qeyd edilən hallarını, qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edirəm ki, X1 tərəfindən verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6, 128-130-cu maddələrini rəhbər tutub, qəraraaldım: X1 tərəfindən Balakən RPŞ-nin DYPB-nin İXP5245524 nömrəli,inzibati xəta haqqında protokoldan verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə qaytarılsın. Bu qərardaddan şikayət verilə bilməz. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(019)-86/2023
Balakən Rayon Məhkəməsi Qərardad — İş №3(019)-86/2023
27.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver