Məhkəmə qərarları › İş №3(019)-88/2021

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-88/2021

05.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-88/2021 05.04.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X7 müdafiəçisi-Balakən rayon Vəkil Bürosunun vəkili X14 iştirakı ilə X7 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti 18 saylı region üzrə X11 rəisi X15 inzibati tənbeh vermə haqqında 10 mart 2021-ci il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsi və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X16 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti 18 saylı region üzrə X11 rəisi X15 inzibati tənbeh vermə haqqında 10 mart 2021-ci il tarixli, MN ******* nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı 1500 (bir min beş yüz) manat cərimə edilməsinə dair qərarının ləğv edilərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə başlanmış inzibati icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X16 şikayətini onunla əsaslandırmışdır ki, o, ünvan 1i ünvanında yaşayır. ünvan 2şlədir. Yeməkxanada 5 nəfər işçi ilə əmək müqaviləsi bağlamışdır. 2021-ci ilin yanvar ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti 18 saylı region üzrə X18 X3 X4 qüvvədə olan 5 aktiv əmək müqaviləsi bildirişi üzrə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığorta müqaviləsinin bağlanılması ilə bağlı elektron bildiriş göndərmişdir. Həmin vaxt ölkədə xüsusi karantin rejimi olduğuna görə işçilərlə icbari sığorta müqaviləsini bağlamaq mümkün olmamış, 26 fevral 2021-ci il tarixdə isə elektron qaydada 5 aktiv əmək müqaviləsi bildirişi üzrə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığorta müqaviləsinin bağlanılması təmin edilmişdir. Bununla bağlı 18 saylı region üzrə X13 məlumat vermişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti 18 saylı region üzrə X8 01 mart 2021-ci il tarixdə müfəttişliyə dəvət etmiş, 02 mart 2021-ci il tarixdə 18 saylı region üzrə X5muşdur. Müfəttişlikdə ona bildirmişlər ki, İcbari Sığorta Bazasından X18 Xidmətinə 11.12.2020-ci il tarixli məktub daxil olduğuna görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilir. O, 5 aktiv əmək müqaviləsi bildirişi üzrə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığorta müqaviləsinin bağlanılmasını 26 fevral 2021-ci il tarixdən təmin etdiyini və hazırda əməlində heç bir inzibati xəta tərkibinin olmaması barədə etiraz etsə də, müfəttişlik buna heç bir əhəmiyyət verməmişdir. Müfəttişlik sonradan yaşadığı ünvana 02 mart 2021-ci il tarixli, **********0 nömrəli məktub göndərmiş və məktubda aşağıdakıları qeyd etmişdir: X3 X4 qüvvədə olan 5 aktiv əmək müqaviləsi bildirişi üzrə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığorta müqaviləsinin bağlanılması tərəfindən təmin edilməmişdir. ƏMBEİS-də 2021-ci ilin yanvar ayında istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığorta müqaviləsinin bağlanılması ilə bağlı ona rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, tərəfindən icbari sığorta müqaviləsinin bağlanılması təmin edilməmiş və qeyd olunan hal ilə əlaqədar olaraq inzibati araşdırmanın aparılması ilə bağlı 01.03.2021-ci il tarixdə DƏMX-nin Qax Regional Ərazi Şöbəsinə dəvət edilmisdir. 02 mart 2021 -ci il tarixdə DƏMX-nin Qax Regional Ərazi Şöbəsinin inzibati binasında onun iştirakı ilə inzibati araşdırma aparılmış və barəsində 02.03.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilməklə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Barəsində tərtib edilmiş MN ******* nömrəli inzibati xəta haqqında protokolun bir nüsxəsi poçt vasitəsilə ona (ünvan 1i) göndərilir. Həmin protokol əsasında inzibati xəta haqqında işə 10 mart 2021-ci il tarixdə saat 11:00-da DƏMX-nin Qax Regional Ərazi Şöbəsinin Qax şəhəri, H. Əliyev prospekti 86 ünvanda yerləşən inzibati binasında baxılacaqdır. Baxış iclasında onun və ya səlahiyyətli nümayəndəsinin iştirak etməsi vacibdir. Gəlmədiyi təqdirdə İnzibati Xətalar Məcəlləsinin 112-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılacaq və inzibati cərimə olunmağı barədə inzibati tənbeh vermə haqqında qərar qəbul ediləcəkdir. 10 mart 2021-ci il tarixdə DƏMX-nin Qax Regional Ərazi Şöbəsinin Qax şəhəri, H. Əliyev prospekti 86 ünvanda yerləşən inzibati binasında olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti 18 saylı region üzrə X11 rəisi X20 onun iştirakı ilə inzibati xəta haqqında protokola baxaraq, 1500 (bir min beş yüz) manat cərimə edilməsi barədə qərar qəbul etmişdir. Bir neçə gün sonra isə müfəttişlik yaşadığı ünvana 10 mart 2021-ci il tarixli, **********7 nömrəli məktub göndərmiş və məktubda aşağıdakıları qeyd etmişdir: X18 Xidmətinin Qax regional ərazi şöbəsi yazaraq, ona bildirir ki, tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin bağlanılmamasına görə 02 mart 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, 10 mart 2021-ci il tarixində X18 Xidmətinin Qax Regional Ərazi Şöbəsinin inzibati binasında onun iştirakı ilə inzibati xəta haqqında işə baxılmışdır. Nəticədə tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulması halı təsbit edilmiş və onun İnzibati Xətalar Məcəlləsinin 459.2-ci maddəsi ilə 1500 (bir min beş yüz) manat inzibati cərimə olunması barədə 10 mart 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Qərarın bir nüsxəsi və ödəniş üçün bank rekvizitləri ona göndərilir. İnzibati cərimənin 30 gün ərzində ödənilməsini təmin etməlidir. Ödəniş olunmadığı təqdirdə inzibati cərimənin məcburi qaydada ödənilməsi üçün tərəflərindən Balakən rayon İcra və Probasiya Şöbəsinə müraciət olunacaqdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti 18 saylı region üzrə X11 rəisi X20 qanunvericiliyin tələblərini pozduğuna və onun əməlində inzibati xəta tərkibi olmadığına görə həmin qərarından şikayət verməli olmuşdur. Qeyd edir ki, 2021-ci ilin yanvar ayında X3 X4 qüvvədə olan 5 aktiv əmək müqaviləsi bildirişi üzrə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığorta müqaviləsinin bağlanılması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti 18 saylı region üzrə X18 rəsmi xəbərdarlıq etmiş, inzibati araşdırma başlanmazdan əvvəl 26 fevral 2021-ci il tarixli, AH********** nömrəli müqavilə ilə 5 aktiv əmək müqaviləsi üzrə işçilər icbari sığortalanmışdır. Yəni müfəttişliyin xəbərdarlığı əsasında işçilər sığortalanmış və bu problem aradan qaldırılmış və bu barədə müfəttişlik məlumatlandırılmışdır. Lakin müfəttişlik bundan sonra inzibati xəta haqqında işin başlanmasının rədd edilməsi haqqında qərardad çıxarmaq əvəzinə, onu müfəttişliyə dəvət etməklə inzibati araşdırma aparmağa başlamışdır. Bu inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hal hesab olunur. Belə olan halda 18 saylı region üzrə X18 inzibati xəta haqqında işin başlanmasının rədd edilməsi haqqında əsaslandırılmış qərardad çıxarmalı idi. Hesab edir ki, onun əməlində inzibati xəta tərkibi yoxdur, barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. İşə baxılmasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X16 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə həmin şəxsin müdafiəçi ilə təmsil olunduğuna görə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Eyni zamanda işə baxılmasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti 18 saylı region üzrə X18 məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamış və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə hazırki işə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti 18 saylı region üzrə X11 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsində qeyd edilir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətə və ya protestə həmin şəxslərin iştirakı olmadan baxılma məsələsi həll edilir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X7 müdafiəçisi-Balakən rayon Vəkil Bürosunun vəkili X21 şikayəti müdafiə edərək, onun məzmununa uyğun izahat vermiş və şikayətin təmin olunmasını xahiş etmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti 18 saylı region üzrə X11 baş əmək müfəttişi X6 tərəfindən tərtib edilmiş 02.03.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X16 tərəfindən X3 X4 qüvvədə olan 5 aktiv əmək müqaviləsi bildirişi üzrə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığorta müqaviləsinin bağlanılmaması əsası ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti 18 saylı region üzrə X11 rəisi X15 10.03.2021-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X9 məxsus yeməkxanada işçilərin onun tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin bağlanılmasının təmin olunmamıası əsası ilə X16 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 1500 məbləğində manat cərimə edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti 18 saylı region üzrə Dövlət Əmək X1 ünvanlanmış 02 mart 2021-ci il tarixli, **********0 nömrəli məktubundan görünür ki, X3 X4 qüvvədə olan 5 aktiv əmək müqaviləsi bildirişi üzrə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığorta müqaviləsinin bağlanılması tərəfindən təmin edilməmişdir. ƏMBEİS-də 2021-ci ilin yanvar ayında istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığorta müqaviləsinin bağlanılması ilə bağlı ona rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, tərəfindən icbari sığorta müqaviləsinin bağlanılması təmin edilməmiş və qeyd olunan hal ilə əlaqədar olaraq inzibati araşdırmanın aparılması ilə bağlı 01.03.2021ci il tarixdə DƏMX-nin Qax Regional Ərazi Şöbəsinə dəvət edilmişdir. 02 mart 2021-ci il tarixdə DƏMX-nin Qax Regional Ərazi Şöbəsinin inzibati binasında onun iştirakı ilə inzibati araşdırma aparılmış və barəsində 02.03.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilməklə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Barəsində tərtib edilmiş MN ******* nömrəli inzibati xəta haqqında protokolun bir nüsxəsi poçt vasitəsilə ona (ünvan 1i) göndərilir. Həmin protokol əsasında inzibati xəta haqqında işə 10 mart 2021-ci il tarixdə saat 11:00-da DƏMX-nin Qax Regional Ərazi Şöbəsinin Qax şəhəri, H. Əliyev prospekti 86 ünvanda yerləşən inzibati binasında baxılacaqdır. Baxış iclasında onun və ya səlahiyyətli nümayəndəsinin iştirak etməsi vacibdir. Gəlmədiyi təqdirdə İnzibati Xətalar Məcəlləsinin 112-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılacaq və inzibati cərimə olunmağı barədə inzibati tənbeh vermə haqqında qərar qəbul ediləcəkdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti 18 saylı region üzrə Dövlət Əmək X1 ünvanlanmış 10 mart 2021-ci il tarixli, **********7 nömrəli məktubundan görünür ki, X18 Xidmətinin Qax regional ərazi şöbəsi yazaraq ona bildirir ki, tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin bağlanılmamasına görə 02 mart 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, 10 mart 2021-ci il tarixində X18 Xidmətinin Qax Regional Ərazi Şöbəsinin inzibati binasında onun iştirakı ilə inzibati xəta haqqında işə baxılmışdır. Nəticədə tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulması halı təsbit edilmiş və onun İnzibati Xətalar Məcəlləsinin 459.2-ci maddəsi ilə 1500 (bir min beş yüz) manat inzibati qaydada cərimə olunması barədə 10 mart 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Qərarın bir nüsxəsi və ödəniş üçün bank rekvizitləri ona göndərilir. İnzibati cərimənin 30 gün ərzində ödənilməsini təmin etməlidir. Ödəniş olunmadığı təqdirdə inzibati cərimənin məcburi qaydada ödənilməsi üçün tərəflərindən Balakən rayon icra və Probasiya Şöbəsinə müraciət olunacaqdır. İşdə olan Atəşgah Həyat Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti ilə X16 arasında bağlanmış 26.02.2021-ci il tarixli, AH********** saylı müqavilənin surətindən görünür ki, 26 fevral 2021-ci il tarixdə X16 5 aktiv əmək müqaviləsi bildirişi üzrə işçiləri istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığorta müqaviləsinin bağlanılmasını təmin etmişdir. İşdə olan sənədləri tədqiq edərək hesab edirəm ki, şikayət əsaslıdır və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti 18 saylı region üzrə X11 rəisi X20, X7 barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsilə bağlı inzibati materialı tam araşdırmadan, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmasını istisna edən sübutlara hüquqi qiymət vermədən qərar qəbul etdiyindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti 18 saylı region üzrə X11 rəisi X15 10 mart 2021-ci il tarixli, MN ******* nömrəli qərarı ləğv edilməli, X7 barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə olan işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinə əsasən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə-fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından İcbari Sığortalar Haqqında Azərbaycan Respublikası Qanununun 21ci maddəsinə əsasən sığortaçıların icbari sığorta üzrə fəaliyyətinə nəzarət maliyyə bazarlarına nəzarət orqanı tərəfindən həyata keçirilir. İcbari Sığortalar haqqında Azərbaycan Respublikasının Qanununun 75-ci maddəsinə əsasən Bu Qanunun Xüsusi bölməsində icbari qaydada sığorta etdirmək vəzifəsi müvafiq olaraq müəyyən edilmiş şəxslərin icbari qaydada sığortalanmanı təmin etmələrinə nəzarət maliyyə bazarlarına nəzarət orqanı ilə birlikdə həm də hər bir icbari sığorta növünün özünəməxsus xüsusiyyətləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər aşağıdakılardır: 99.1.1. inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi; 99.1.2. dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; 99.1.3. fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.3-cü maddəsinə əsasən bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. 2021-ci ilin yanvar ayında X3 X4 qüvvədə olan 5 aktiv əmək müqaviləsi bildirişi üzrə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığorta müqaviləsinin bağlanılması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti 18 saylı region üzrə Dövlət Əmək X2 rəsmi xəbərdarlıq etmiş, X16 inzibati araşdırma başlanmazdan əvvəl 26 fevral 2021-ci il tarixli, AH********** nömrəli müqavilə ilə 5 aktiv əmək müqaviləsi üzrə işçilər icbari sığortalanmışdır. Yəni müfəttişliyin xəbərdarlığı əsasında işçilər sığortalanmış və bu problem aradan qaldırılmış və bu barədə müfəttişlik məlumatlandırılmışdır. X19 bundan sonra inzibati xəta haqqında işin başlanmasının rədd edilməsi haqqında qərardad çıxarmaq əvəzinə. X10 müfəttişliyə dəvət etməklə inzibati araşdırma aparmağa başlamışdır. Bu inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hal hesab olunur. Belə olan halda 18 saylı region üzrə X18 inzibati xəta haqqında işin başlanmasının rədd edilməsi haqqında əsaslandırılmış qərardad çıxarmalı idi. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.5-ci maddəsinə əsasən bu Məcəllənin 99.1.2 və 99.1.3-cü maddələrində göstərilən səbəblərin əsassız olduğu halda səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında işin başlanmasının rədd edilməsi haqqında əsaslandırılmış qərardad qəbul edilir. Bundan əlavə 18 saylı region üzrə X18 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101-ci və 102-ci maddələrinin tələbləri də kobud şəkildə pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Yenə də həmin Məcəllənin 101.3. İnzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 102.1-ci maddəsinə əsasən sağlamlıq əleyhinə, yaxud maliyyə, vergi, rüsum, gömrük işi, ətraf mühitin mühafizəsi, yanğın təhlükəsizliyi və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində, habelə yol hərəkəti qaydaları, hərbi xidmət əleyhinə və bu Məcəllənin 227ci, 232-1-ci, 351-1-ci, 602.1-ci və 602.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 102.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardad bu Məcəllənin 42.2 və 43.2-ci maddələrinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib etmək və inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən qəbul edilir. Prokuror isə inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərar qəbul edir. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsində göstərilir ki, inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Sağlamlıq əleyhinə, yaxud maliyyə, vergi, rüsum, gömrük işi, ətraf mühitin mühafizəsi, yanğın təhlükəsizliyi və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində, habelə yol hərəkəti qaydaları, hərbi xidmət əleyhinə və bu Məcəllənin 227-ci, 232-1-ci, 351-1-ci, 602.1-ci və 602.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır. Hazırki işdən görünür ki, İcbari Sığorta Bürosundan X13 11.12.2020-ci il tarixli bildiriş daxil olmuş və həmin bildiriş əsasında 5 aktiv əmək müqaviləsi bildirişi üzrə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığorta müqaviləsinin bağlanılması tələb olunmuşdur. X22 inzibati xəta törətməsi müəyyən olunmuş idisə, onda inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra onun barəsində inzibati xəta haqqında protokol tərtib edilməli idi. 18 saylı region üzrə X18 isə icbari sığorta müqaviləsi bağlandıqdan, inzibati xətanın törədilməsinə əsas aradan qaldırıldıqdan sonra inzibati xəta haqqında protokol tərtib etmişdir. Bundan əlavə isə 18 saylı region üzrə X18 inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılmasına zərurət yaranmadığı halda, inzibati araşdırma aparmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 80.1-ci maddəsinə görə, sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar İəcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır:…135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması… Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət və ya protest verilir. İş materiallarından birmənalı görünür ki, X7 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibğati xətanın tərkibinin olmamasına baxmayaraq, onun barəsində hİnzibati Xətalar Məcəlləsinin həmin maddəsi ilə əsassız olaraq inzibati xəta haqqında iş üzrə icraat başlanmış və o, əsassız olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti 18 saylı region üzrə X11 rəisi X15 inzibati tənbeh vermə haqqında 10 mart 2021-ci il tarixli, MN ******* nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 1500 (bir min beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Ona görə də X7 şikayəti təmin edilməli, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 1500 (bir min beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti 18 saylı region üzrə X11 rəisi X15 inzibati tənbeh vermə haqqında 10 mart 2021-ci il tarixli, MN ******* nömrəli qərarı ləğv edilməli və X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun əməlində həmin inzibati xətanın tərkibi olmadığı üçün xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 50, 53, 99, 101, 102, 104.1, 114, 133 və 134-137-ci maddələrini rəhbər tutaraq, qərara aldım: X7 şikayəti təmin edilsin. X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 1500 (bir min beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti 18 saylı region üzrə X11 rəisi X15 inzibati tənbeh vermə haqqında 10 mart 2021-ci il tarixli, MN ******* nömrəli qərarı ləğv edilsin; X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun əməlində həmin inzibati xətanın tərkibi olmadığı üçün xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar