Məhkəmə qərarları › İş №3(019)-88/2023

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-88/2023

13.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-88/2023 13.03.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Məhdud Məsliyyətli Cəmiyyətinin (bundan sonra Şəxs MMC) nümayəndəsi-qanuni təmsilçisi X1 iştirakı ilə hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi ev 5, mənzil 4 olan Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 483-cü maddəsilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs MMC tərəfindən xx.xx.2022-ci il tarixli, **********7051 saylı gömrük bəyənnaməsi əsasında Qərb Ərazi Baş Gömrük İdarəsinin Balakən Gömrük Postunda rəsmiləşdirilərək ixrac olunmuş «qoz ağacından hazırlanmış silah qundaqları» yükünün müqabilində qaytarılmalı olan 24000 ABŞ doları (40800 manat, kurs:1 ABŞ dolları=1,70 AZN) məbləğində vəsaitdən 10000 ABŞ dolları (17000 manat. Kurs:1 ABŞ dolları=1,70 AZN) məbləğində vəsaitin MMC-nin müvəkkil bank hesabına köçürülməsi təmin edilməmişdir. Bu barədə Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən 16 fevral 2023-cü il tarixli, 11000-01183/23 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi-qanuni təmsilçisi X2 Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində hüquqi şəxsi təqsirli bilməyərək, izahatında göstərdi ki, Şəxs MMC ilə Türkiyə Respublikasının Konya şəhərində yerləşən «İHSAN ORUÇ ORMAN ÜRÜNLERİ İNŞAAT NAKLİYE SANAYİ TİCARET LİMİTED ŞİRKETİ» arasında bağlanmış 31 may 2022-ci il tarixli 02 nömrəli müqaviləyə əsasən Şəxs MMC tərəfindən Türkiyə Respublikasının Konya şəhərində yerləşən «İHSAN ORUÇ ORMAN ÜRÜNLERİ İNŞAAT NAKLİYE SANAYİ TİCARET LİMİTED ŞİRKETİ»nə xx.xx.2022-ci il tarixli, **********7051 saylı gömrük bəyənnaməsi əsasında 24000 ABŞ dolları dəyərində «qoz ağacından hazırlanmış silah qundaqları» ixrac edilmişdir. «İHSAN ORUÇ ORMAN ÜRÜNLERİ İNŞAAT NAKLİYE SANAYİ TİCARET LİMİTED ŞİRKETİ»tərəfindən bu 24000 ABŞ dollarından 14000 ABŞ dolları Şəxs MMC-nin müvəkkil bankı olan Azərbaycan Beynəlxalq Bankının Zaqatala filialına köçürülmüşdür. Qalan 10000 ABŞ dollarının müvəkkil banka köçürülməsi ilə bağlı Türkiyə şirkəti ilə danışıq aparılmış və qalıq 10000 ABŞ dolları da onların müvəkkil bankı olan Azərbaycan Beynəlxalq Bankının Zaqatala filialına göçürülmüşdür. Hüquqi şəxs olaraq Şəxs MMC-nin xx.xx.2022-ci il tarixli, **********7051 saylı YGB üzrə ödənilməyən borc öhdəliyi yoxdur və bu fakt Azərbaycan Beynəlxalq Bankının Zaqatala filialının xx.xx.2023-cü il tarixli 6-2- 93ZQT\2-28/2023 nömrəli arayışı ilə də təsdiq olunur. Belə ki, Balakən Rayon Məhkəməsinə təqdim olunmuş Azərbaycan Beynəlxalq Bankının Zaqatala filialının xx.xx.2023-cü il tarixli 6-2-93ZQT\2-28/2023 nömrəli arayışından görünür ki, Şəxs MMCnin xx.xx.2022-ci il tarixli, **********7051 saylı YGB üzrə ödənilməyən borc öhdəliyi yoxdur. Ona görə də hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. İşə baxılmasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-in əməlində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığı üçün hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, Şəxs MMC ilə Türkiyə Respublikasının Konya şəhərində yerləşən «İHSAN ORUÇ ORMAN ÜRÜNLERİ İNŞAAT NAKLİYE SANAYİ TİCARET LİMİTED ŞİRKETİ» arasında bağlanmış 31 may 2022-ci il tarixli 02 nömrəli müqaviləyə əsasən Şəxs MMC tərəfindən Türkiyə Respublikasının Konya şəhərində yerləşən «İHSAN ORUÇ ORMAN ÜRÜNLERİ İNŞAAT NAKLİYE SANAYİ TİCARET LİMİTED ŞİRKETİ»nə xx.xx.2022-ci il tarixli, **********7051 saylı gömrük bəyənnaməsi əsasında Qərb Ərazi Baş Gömrük İdarəsinin Balakən Gömrük Postunda rəsmiləşdirilməklə 24000 ABŞ dolları dəyərində «qoz ağacından hazırlanmış silah qundaqları» ixrac edilmişdir. «İHSAN ORUÇ ORMAN ÜRÜNLERİ İNŞAAT NAKLİYE SANAYİ TİCARET LİMİTED ŞİRKETİ»tərəfindən bu 24000 ABŞ dollarından 14000 ABŞ dolları Şəxs MMC-nin müvəkkil bankı olan Azərbaycan Beynəlxalq Bankına köçürülmüşdür. Qalan 10000 ABŞ dollarının müvəkkil banka köçürülməsi ilə bağlı Türkiyə şirkəti ilə danışıq aparılmış və qalıq 10000 ABŞ dolları da Şəxs MMC-nin müvəkkil bankı olan Azərbaycan Beynəlxalq Bankının Zaqatala filialına göçürülmüşdür. Hüquqi şəxs olaraq Şəxs MMC-nin xx.xx.2022-ci il tarixli, **********7051 saylı YGB üzrə ödənilməyən borc öhdəliyi yoxdur və bu fakt Azərbaycan Beynəlxalq Bankının Zaqatala filialının xx.xx.2023-cü il tarixli 6-2-93ZQT\2-28/2023 nömrəli arayışı ilə də təsdiq olunur. Belə ki, Balakən Rayon Məhkəməsinə təqdim olunaraq iş materiallarına əlavə olunmuş Azərbaycan Beynəlxalq Bankının Zaqatala filialının xx.xx.2023-cü il tarixli 6-2-93ZQT\2- 28/2023 nömrəli arayışından görünür ki, Şəxs MMC-nin xx.xx.2022-ci il tarixli, **********7051 saylı YGB üzrə ödənilməyən borc öhdəliyi yoxdur. İşdəki sübutlardan görünür ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyildir. Şəxs MMC-nin barəsində inzibati xəta haqqında iş üzrə icraat başlamış orqanın vəzifəli şəxsi tərəfindən Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olmasını təsdiq edən əsaslı şübhədən uzaq, faktlar barəsində eyni cür təkzibedilməz nəticələrə gəlməyə əsas yaradan hər hansı mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Halbuki qanuna görə bu vəzifə həmin orqanın vəzifəli şəxsinin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə görə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinin tələbinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinin tələbinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, hesab edirəm ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 483cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsiri sübut yetirilmədiyindən, onun əməlində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 31, 53, 105.1, 109.2, 114-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Əməlində inzibati xəta tərkibinin olmamasına görə Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş Balakən Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar