Məhkəmə qərarları › İş №3(019)-88/2025

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-88/2025

27.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-88/2025 27.02.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, protokol tərtib etmiş şəxs Balakən rayon İcra və Probasiya Şöbəsinin rəisi Nümayəndə, Zərərçəkmiş şəxs, müdafiəçi Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1980-cı il tarixdə Balakən rayonu Meşəşambul kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, Balakən rayonu Meşəşambul kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Balakən rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Balakən rayon İcra və Probasiya Şöbəsinin rəisi Nümayəndə tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 26 fevral 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Protokola əsasən Şəxs Qax Rayon Məhkəməsinin 2(024)-301/2018 nömrəli, xx.xx.2018-ci il tarixli və Balakən Rayon Məhkəməsinin 2(019)-197/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədləri üzrə yaranmış 17200 manat aliment borcunu tələbkara ödəməkdən imtina etmiş, bununla da icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında Balakən rayon İcra və Probasiya Şöbəsinin rəisi Nümayəndə izahatında göstərmişdir ki, icra sənədləri üzrə icraata başlanılmış və icraata başlamaq haqqında qərarın, bildirişin surəti icra edilməsi üçün Şəxs göndərilmişdir. Bu günədək ödənilməmiş aliment borcu 17200 manat təşkil edir və o, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq həmin aliment borcunu ödəmir. Tələbkar alimentin ödənilməsini tələb edir. Şəxs barəsində qanuni tədbirin görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək izahatında göstərmişdir ki, aliment borcu 17200 manat deyil, 4918.98 manat qardaşı və özü tərəfindən ödənilmiş, bu barədə qəbzlər var. Qardaşı tərəfindən alimentin ödənilməsinə səbəb Qax Rayon Məhkəməsinin qətnaməsi çıxarıldıqdan sonra onun Rusiyada olması və qeydiyyatı olmadığı üçün öz adından ödəyə bilməməsi olmuşdur. Zərərçəkmiş şəxs bu ödənişlərin aliment kimi qəbul edilməsinə razı deyil, lakin onlar aliment kimi ödənilmişdir. 2024-cü il fevral ayında həbsdən azad olunduqdan sonra hər ay az da olsa aliment ödəyir, öz himayəsində olan 3 uşağı var. Anası uşaqları atıb getmişdir. Ona münasibətdə qanuni qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, təqsirləndirilən şəxsin qardaşı Qax Rayon Məhkəməsinin qətnaməsi üzrə çıxarıldıqdan sonra 4918.98 manat ödəyib. Qızı xəstədir, həmin ödənişləri uşaqlara yardım kimi etmişdir, aliment olaraq qəbul etmir. Daha sonra 2024-cü il fevral ayında barəsində həbsdən çıxdıqdan sonra 1740 manat ödəyib. Hər ay 100 manat ödəniş edib, tam ödəniş etmir. Ona görə barəsində tənbeh tədbirinin verilməsini xahiş etmişdir. İş materiallarında olan Qax Rayon Məhkəməsinin 2(024)-301/2018 nömrəli xx.xx.2018-ci il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2011-ci il tarixdə doğulmuş X7 və X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində hər ay hər bir uşaq üçün 100 manat məbləğində aliment cavabdeh Şəxs alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. Balakən Rayon Məhkəməsinin e-2(019)-197/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2011-ci il tarixdə doğulmuş X7 və X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən cavabdeh Şəxs hər ay hər bir uşaq üçün 160 manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. İş materiallarından görünür ki, Qax Rayon Məhkəməsinin 2(024)-301/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnaməsi icraya yönəldilmiş, bu barədə xx.xx.2018-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmiş, tələbin könüllü icrası haqqında borcluya bildiriş göndərilmişdir. İş materiallarından görünür ki, Balakən Rayon Məhkəməsinin e-2(019)-197/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi icraya yönəldilmiş, bu barədə xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmiş, tələbin könüllü icrası haqqında borcluya bildiriş göndərilmişdir. xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, Şəxs cinayət məsuliyyətinə cəlb olunması haqqında xəbərdar edilmişdir. Balakən rayon İcra və Probasiya Şöbəsinin rəisi Nümayəndə tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Şəxs yaşadığı evə baxış keçirilən zaman üzərinə həbs qoyula biləcək əşya və ya əmlak aşkar edilməmişdir. İİ-KB seriyalı 516950 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2019-cu il tarixdə doğulmuş, atası Şəxs, anası isə X2r. İİ-KB seriyalı 556422 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X13 xx.xx.2022-ci il tarixdə doğulmuş, atası Şəxs, anası isə X2r. İİ-KB seriyalı 556421 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2022-ci il tarixdə doğulmuş, atası Şəxs, anası isə X2r. Balakən rayon İcra Hakimiyyəti Başçısının Xalatala kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, X4 qardaşı X1 görə öz yanında atası evində qalır. İş materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Şəxs, Qardaşov Rasim və Qardaşov Ramil tərəfindən cəmi 4918.98 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. "Burdov Rusiya Federasiyasına qarşı" məhkəmə işində Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmə qərarlarının icrası Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsidir. Məhkəmə qətnaməsinin icra edilməməsi şəxsin ədalətli məhkəmə araşdırması hüququnu xəyali bir hüquqa çevirir və Konvensiyanın 6-cı maddəsinin pozuntusu ilə yanaşı, 1 saylı protokolunun 1-ci maddəsinin də pozuntusudur. Bu hal «Tarverdiyev Azərbaycana qarşı» məhkəmə işində də öz əksini tapmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra sənədinin tam olaraq icra edilməməsinin üzrlü səbəblərdən baş verməsini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə Şəxs maddi vəziyyətinə görə alimenti tam ödəməməsini əsassız sayır. Protokolda Şəxs 17200 manat aliment borcu olması qeyd edilmiş, lakin o, 4918.98 manat qardaşı və özü tərəfindən ödənildiyini bildirmiş, Zərərçəkmiş şəxs isə həmin məbləğin ödənildiyini təsdiq edərək aliment kimi qəbul etmədiyini bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, icra məmurunun izahatına və iş materiallarında olan sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli həmin maddə ilə düzgün tövsif edilmişdir. O, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Uzanan inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən barəsində inzibati həbs tətbiq edilə bilməz. 31.2-ci maddəsinə əsasən fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs himayəsində 3 azyaşlı uşağının olmasını inzibati məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halları, məsuliyyətini ağırlaşdıran halların olmamasını, on dörd yaşına çatmamış 3 uşağı təkbaşına böyütməsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil, hazırki inzibati xəta haqqında iş üzrə Şəxs hüquqlarının müdafiəsinə 3 iş saatı sərf etmişdir. Ona görə də dövlət büdcəsinin vəsaiti hesabından müdafiəçi Vəkil ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun hesabına 18 manat köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Müdafiəçi Vəkil tərəfindən göstərilən hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun hesabına 18 manat köçürülsün. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Arifə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar