Məhkəmə qərarları › İş №3(019)-89/2025

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-89/2025

26.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-89/2025 26.02.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon İcra və Probasiya Şöbəsinin rəisi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Balakən rayonunun İtitala kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN nömrəsi 5WDZTR6, orta təhsilli, evli, fərdi sahibkarlıqla məşğul olan, inzibati məsuliyyətə cəlb olunmamış, ünvan 1i ünvanında yaşayan Şəxs(VÖEN **********) barəsində Balakən Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə icraat başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdim: Balakən Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 26 fevral 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur ki, o, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 1282/2023 nömrəli, xx.xx.2023-cü il tarixli,Bakı Kommersiya Məhkəməsininin 2-2(113)- 4821/2023 nömrəli,xx.xx.2023-cü il tarixli,Şəki Kommersiya Məhkəməsinin 2-2(117)- 925/2023 nömrəli,xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli icra sənədləri üzrə yaranmış 105108 manat borcu ödəməmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borcu ödəməmiş, borcun ödənməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Şəxs sözügedən inzibati xətanı törətməsi məhkəmə iclasında aşağıdakı qaydada sübuta yetirildi. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon İcra və Probasiya Şöbəsinin rəisi Nümayəndə göstərdi ki, Şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1282/2023 nömrəli, xx.xx.2023-cü il tarixli,Bakı Kommersiya Məhkəməsininin 2-2(113)-4821/2023 nömrəli,xx.xx.2023-cü il tarixli,Şəki Kommersiya Məhkəməsinin 2-2(117)-925/2023 nömrəli,xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli icra sənədləri üzrə yaranmış 105108 manat borcu ödəməlidir. Şəxs borcu ödəməmişdir. Xəbərdarlıq edilməsinin nəticəsi olmamışdır. Borclunun yaşadığı yer məlum olmamış,buna görə də onun barəsində axtarış elan edilmişdir. O, polis əməkdaşları tərəfindən Balakən Rayon İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Ona görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək göstərdi ki, o, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 1282/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)- 4821/2023 nömrəli,xx.xx.2023-cü il tarixli, Şəki Kommersiya Məhkəməsinin 2-2(117)- 925/2023 nömrəli,xx.xx.2023-cü il tarixli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli icra sənədləri üzrə yaranmış 105108 manat borcu ödəməlidir. O, müəyyən ödənişlər etsə də borclarını tam ödəyə bilməmişdir. Maddi imkanı olmadığına görə borclarını ödəyə bilmir.Lakin çalışıb borcunu hissə-hissə ödəyəcəkdir. Barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. İşdə olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin e-2(007)-1282/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, "xxxx" QSC ilə maraqlı şəxs fərdi sahibkar Şəxs arasında xx.xx.2023-cü il tarixdə 13 saylı Mediasiya Təşkilatında bağlanmış MŞB/13-00282 saylı barışıq sazişi təsdiq olunmuşdur. Barışıq sazişinə əsasən Şəxs "xxxx" QSC-nə 53930 manat borcunu hissə- hissə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, həmin qərarla Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1282/2023-016 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmış,borclu Şəxs 10 gün müddətində icranın könüllü olaraq təmin edilməsi təklif edilmişdir. İşdə olan Balakən rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs ünvanlanmış tələbin könüllü icrası barədə bildirişdən görünür ki, xx.xx.2023-cü il tarixli qərarla icraata başladığı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1282/2023 nömrəli icra sənədində göstərilən tələbin 10 gün müddətinə könüllü icra edilməsi xahiş edilmişdir . İşdə olan Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4821/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış 16 iyun 2023-cü il tarixli barışıq sazişi təsdiq edilmişdir. Barışıq sazişinə əsasən Şəxs “Pənahoğlu MMC-nə 16000,14 manat borcunu hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, həmin qərarla Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4821/2023-014 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmış,borclu Şəxs 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi təklif olunmuşdur. İşdə olan Balakən rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs ünavnlanmış tələbin könüllü icrası barədə bildirişdən görünür ki, xx.xx.2023-cü il tarixli qərarla icraata başladığı Bakı şəhəri Kommersiya Məhkəməsinin e-2-2(113)-4821/2023 nömrəli icra sənədində göstərilən tələbin 10 gün müddətinə könüllü icra edilməsi xahiş edilmişdir . İşdə olan Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-925/2023 nömrəli xx.xx.2023cü il tarixli icra sənədindən görünür ki, cavabdeh Şəxs 23301 manat borc,350 manat dəbbə pulu və 175.35 manat mediasiya xərci tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Ödənilmiş 171 manat dövlət rüsumunun 21.08 manatı iddiaçıdan,149.92 manatı isə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. İşdə olan xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, həmin qərarla Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-925/2023-021 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmış,borclu Şəxs 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi təklif olunmuşdur. İşdə olan Balakən rayon İcra və Probasiya Şöbəsi tərəfindən X1 ünvanlanmış tələbin könüllü icrası barədə bildirişdən görünür ki, xx.xx.2023-cü il tarixli qərarla icraata başladığı Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-925/2023-021 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətinə könüllü icra edilməsi xahiş edilmişdir . İşdə olan xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsinin **********371700 nömrəli,xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs cəmi 15100 manat vergi, faiz və maliyyə sanksiyası tutulub dövlət büdcəsinə ödənməlidir. Borclu Şəxs 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi təklif olunmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs ünvanlanmış xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası barədə bildirişdən görünür ki, xx.xx.2023-cü il tarixli qərarla icraata başladığı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsinin **********371700 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətinə könüllü icra edilməsi xahiş edilmişdir . İşdə olan xx.xx.2024-cü il tarixli icra sənədlərinin bir icraatda birləşdirilməsi haqqında qərardan görünür ki, Şəki Kommersiya Məhkəməsinin 2-2(117)-925/2023 saylı xx.xx.2023cü il tarixli, Azərbaycan Respublrikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsinin **********371700 nömrəli,xx.xx.2024-cü il tarixli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4821/2023-014 nömrəli,xx.xx.2023-cü il tarixli,Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin e-2(007)-1282/2023-016 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədlərinin icraatları ümumi icraatda birləşdirilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, borclu, xx.xx.1991-ci il təvəllüdlü ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir. İnzibati xəta haqqında icraat başlamış Balakən Rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs dinləyib, iş materiallarını araşdırıb, iş üzrə müəyyən olunmuş hallara hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə ona cərimə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1282/2023 nömrəli, xx.xx.2023-cü il tarixli,Bakı Kommersiya Məhkəməsininin e-2-2(113)-4821/2023 nömrəli, xx.xx.2023-cü il tarixli,Şəki Kommersiya Məhkəməsinin 2-2(117)-925/2023 nömrəli, xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidmətininin xx.xx.2024-cü il tarixli icra sənədləri üzrə yaranmış 105108 manat borcu ödəməlidir. O, 15100 manat vergi borcundan 2810 manat, "xxxx" MMC-nə olan 23977 manat borcundan 889 manat ödəniş etmişdir. Şəxs borc pulu ödəməmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Şəxs borcu ödəməmiş, borcunun ödənməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2, 12 və 35-ci maddələrinin mənası baxımından, şəxs həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra məhkəmə və digər orqanların qərarlarını icra etmədikdə (qərəzli olaraq icra etməmə istisna olmaqla), yenidən inzibati məsuliyyətə cəlb oluna bilər. Sadalanan normaların tələbindən göründüyü kimi məhkəmə qərarlarının icrası məcburidir və icra olunmaması məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrası icra məmurları tərəfindən həyata keçirilir və icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını,əhalinin sanitariya-epidemioloji salamatlığını,ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İş materiallarından görünür ki,Şəxs vergi ödəyicisidir(VÖEN **********). İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məsuliyyətini yüngülləşdirən və onun məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasına əsasən həmin inzibati xətanı törətmiş fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Şəxs hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirdiyi üçün o vəzifəli şəxs hesab olunur və ona İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında vəzifəli şəxslər üçün nəzərdə tutulmuş həddə inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs vəzifəli şəxs Şəxs şəxsiyyətini, xətanın xarakterini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun barəsində inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım Şəxs (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin,1400 manat məbləğində inzibati qaydada cərimə edilsin Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10(on) gün müddətində işə baxan hakim vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar