Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-9/2023 06.01.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə, Türkiyə Respublikası vətəndaşı, xx.xx.1964-cü ildə Türkiyə Respublikasının Qazi Antep vilayəti, Şehit Kamil rayonunda anadan olan, Türkiyə Respublikasının Qazi Antep vilayəti, Şehit Kamil rayonu, Büyük Pınar məhəlləsi, 179-cu küçə, ev 76 ünvanında daimi qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 482.1-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Türkiyə Respublikasının vətəndaşı Şəxs xx.xx.2022-ci il tarixdə saat 10:40 radələrində idarə etdiyi “MERCEDES-BENZ” markalı, 27EM819/27AJT995 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımçay” gömrük postunda Gürcüstandan tranzit keçməklə Azərbaycan Respublikasına gələrkən nəqliyyat vasitəsinin kabinəsinin salonunda yataq yerinin üzərində olan qara rəngli əl çantasının içərisindən gömrük nəzarətinə gömrük orqanına bəyan olunmayan 50 (əlli) qutu “LARK” markalı siqaretlər aşkar olunmuşdur. Bu barədə Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, 11000-3836/22 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İşə baxılmasının yeri və müddət haqqında vaxtında məlumatlandırılmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamış, yaxud belə vəsatət rədd edilməmişdir. Ona görə də Azərbaycan Respublikası İXM-nin 61.3-cü və 62.4-cü maddələrinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Belə ki, Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərərçəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Türkiyə Respublikasının vətəndaşı Şəxs xx.xx.2022-ci il tarixdə saat 10:40 radələrində idarə etdiyi “MERCEDES-BENZ” markalı, 27EM819/27AJT995 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımçay” gömrük postunda Gürcüstandan tranzit keçməklə Azərbaycan Respublikasına gələrkən nəqliyyat vasitəsinin qoşqusunun sol tərəfində yerləşən əşyalar qoymaq üçün nəzərdə tutulmuş yeşiyin içərisindən gömrük orqanına bəyan olunmayan 50 (əlli) qutu “LARK” markalı siqaretlərin aşkar edilməsi iş materiallarında olan «Mazımqara» gömrük postunun rəisinin xx.xx.2022ci il tarixli raportu, nəqliyyat vasitəsinin və malların yoxlanılması haqqında xx.xx.2022-ci il tarixli protokol, inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında 22 oktyabr 2022-ci il tarixli qərardad, barəsində icraat aparılan şəxsin sorğu-sual edilməsi haqqında 22 oktyabr 2022-ci il tarixli protokol, xx.xx.2022-ci il tarixli, 9/7879 №-li ekspert rəyi və sair iş materialları ilə təsdiqini tapmışdır. İş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 482.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinməlidir. Həm də Şəxs əməli Azərbaycan Respublikası İXMnin 482.1-cı maddəsilə düzgün tövsif edilmişdir. Belə ki, inzibati materialda olan «Mazımqara» gömrük postunun rəisi X1 Ərazi Baş Gömrük İdarəsinin rəisinin müavini, gömrük xidməti polkovniki Azər Leysanova yazdığı xx.xx.2022-ci il tarixli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 10:40 radələrində Gürcüstan Respublikası istiqamətindən «Mazımqara» gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan “MERCEDES-BENZ” markalı, 27EM819/27AJT995 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin sürücüsü, Türkiyə Respublikası vətəndaşı Şəxs ilə şifahi olaraq üzərində və nəqliyyat vasitəsində bəyan olunmalı hər hansı bir predmetin olub-olmaması barədə sorğu-sual aparılmışdır. Şəxs üzərində gömrük nəzarətinə mütləq bəyan olunmalı hər hansı predmetin olmadığını, lakin nəqliyyat vasitəsinin kabinasında 40 (qırx) qutu “LARK” markalı siqaretlərin olduğunu bildirmişdir. Bundan sonra “Lessi” ləqəbli kinoloji xidmət iti tətbiq edilməklə “MERCEDES-BENZ” markalı, 27EM819/27AJT995 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə gömrük yoxlaması həyata keçirilmişdir. Kinoloji xidmət iti nəqliyyat vasitəsinin kabina hissəsinə reaksiya verdiyi üçün kabinaya əsaslı gömrük yoxlaması həyata keçirilmişdir. Yoxlama zamanı nəqliyyat vasitəsinin kabinəsinin salonunda yataq yerinin üzərində olan qara rəngli əl çantasının içərisindən gömrük nəzarətinə bəyan olunmayan 50 (əlli) qutu “LARK” markalı siqaretlər aşkar olunmuşdur. Aşkar olunmuş siqaretlər protokol əsasında götürülmüşdür. İşdə olan xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin və malların yoxlanılması haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 10:40 radələrində Gürcüstan Respublikası istiqamətindən «Mazımqara» gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan “MERCEDES-BENZ” markalı, 27EM819/27AJT995 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin sürücüsü, Türkiyə Respublikası vətəndaşı Şəxs ilə şifahi olaraq üzərində və nəqliyyat vasitəsində bəyan olunmalı hər hansı bir predmetin olub-olmaması barədə sorğu-sual aparılmışdır. Şəxs üzərində gömrük nəzarətinə mütləq bəyan olunmalı hər hansı predmetin olmadığını, lakin nəqliyyat vasitəsinin kabinasında 40 (qırx) qutu “LARK” markalı siqaretlərin olduğunu bildirmişdir. Bundan sonra “Lessi” ləqəbli kinoloji xidmət iti tətbiq edilməklə “MERCEDES-BENZ” markalı, 27EM819/27AJT995 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə gömrük yoxlaması həyata keçirilmişdir. Kinoloji xidmət iti nəqliyyat vasitəsinin kabina hissəsinə reaksiya verdiyi üçün kabinaya əsaslı gömrük yoxlaması həyata keçirilmişdir. Yoxlama zamanı nəqliyyat vasitəsinin kabinəsinin salonunda yataq yerinin üzərində olan qara rəngli əl çantasının içərisindən gömrük nəzarətinə bəyan olunmayan 50 (əlli) qutu “LARK” markalı siqaretlər aşkar olunmuşdur. Aşkar olunmuş siqaretlər Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 99-cu maddəsi rəhbər tutulmaqla bu protokol əsasında götürüldü. İş materiallarına əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/7879 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş “LARK” markalı, ştirix koduna görə (ilk üç rəqəmi 762) İsveçrə istehsalı olan filterli siqaretin 1 qutusunun xx.xx.2022-ci il tarixə orta bazar qiyməti təxminən 5,50 manat, 50 qutunun qiyməti isə 275,00 manat müəyyən edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 06 dekabr 2022-ci il tarixli, 9/7879 №-li bildirişindən görünür ki, iş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən az miqdarda malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşdəki sübutları araşdırıb, işin hallarına hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş materiallarına əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Törədilmiş xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini və məsuliyyətini yüngülləşdirən və ağırlaşdırılan halların olmamasını nəzərə alaraq, Şəxs barəsində inzibati xətanın bilavasitə obyekti olan malların müsadirəsi (məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsi) tənbehinin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Həmçinin belə nəticəyə gəlirəm ki, iş üzrə 100 manat ekspertiza xərci Azərbaycan Respublikasının Dövlət büdcəsinə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 55.1.1-ci maddəsinə əsasən zərər çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, hal şahidlərinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlər inzibati xətalar haqqında işlər üzrə məsrəflərə daxildir. Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 112-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və ondan aşkar olunaraq götürülmüş və Qərb ərazi Baş Gömrük İdarəsində saxlanılan 50 (əlli) qutu “LARK” markalı siqaretlər müsadirə edilsin (məcburi qaydada və ödənişsiz dövlət mülkiyyətinə keçirilsin); iş üzrə 100 manat ekspertiza xərci Azərbaycan Respublikasının Dövlət büdcəsinə aid edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-9/2023
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-9/2023
06.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver