Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-90/2023 21.06.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlu, məhkəmə iclas katibi X1 katibliyi, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X2 iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 13 fevral 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyənetdim X5 məhkəməyə şikayətlə müraciət edərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 1000 (min) manat cərimə edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin İnzibati tənbeh vermə haqqında 13 fevral 2023-cü il tarixli MN ******* saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin tərəfindən barəsində inzibati tənbeh tətbiq edilməsi haqqında 13 fevral 2023-ci il tarixli MN ******* saylı qərar qəbul olunmuşdur. Həmin qərar ilə razı deyildir. Ona görə ki, o, ümumiyyətlə ov ilə məşğul olmur. Sadəcə həmin gün evdə olan xəstə övladı qaratoyuq istədiyi üçün cəmi 2 ədəd qaratoyuq vurmuşdur. Həmin qaratoyuqları isə qadağan olunmuş yerlərdə yox, kəndlərinin ərazisində vurmuşdur. Müntəzəm olaraq ovla məşğul olan deyildir, sadəcə 2 qaratoyuğa görə 1000 manat məbləğində cərimə olunması inzibati xətaya görə kifayət qədər ağır cəzadır. Halbuki sözügedən maddədə cərimədən başqa 6 aydan iki ilədək ov hüququnun məhdudlaşdırılması tənbehi də nəzərdə tutulmuşdur. Ona isə kifayət qədər ağır cəza 1000 manat məbləğində cərimə cəzası təyin olunmuşdur. Balakən Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli 3(019)-90/2023 nömrəli qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 şikayəti təmin edilmiş, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X3 X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək, 1000 manat məbləğində cərimə edilməsi ilə bağlı 13 fevral 2023-cü il tarixli MN ******* №-li inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş, X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata onun əməlində həmin inzibati xətanın tərkibinin olmaması əsası ilə xitam verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 31 may 2023-cü il tarixli 3(107)-143/2023 nömrəli qərarı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin şikayəti qismən təmin edilmiş,Balakən Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli 3(019)-90/2023 saylı qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X5 şikayətini müdafiə edərək, göstərmişdir ki, o, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin tərəfindən barəsində qəbul edilmiş 13 fevral 2023-ci il tarixli MN ******* saylı qərar ilə razı deyildir. Ona görə ki, o, ümumiyyətlə ov ilə məşğul olmur. Sadəcə həmin gün evdə olan xəstə övladı qaratoyuq istədiyi üçün cəmi 2 ədəd qaratoyuq vurmuşdur. O, 2 ədəd qaratoyuq ovlasa da, hər hansı ov qaydalarını kobud şəkildə pozmamışdır. Ovladığı quşlar ovlanması qadağan edilən quşlar deyildir, ov etdiyi ərazi qadağan edilmiş ərazi deyildir, ovladığı quşlar vəhşi heyvanlar hesab olunmur, qadağan edilmiş alət və üsullarla, eyni zamanda normadan artıq ov etməmişdir. Qeyd etdiyi səbəblərə görə onu əsassız olaraq inzibati məsuliyyətə cəlb etmişlər. Ona görə də Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin tərəfindən barəsində inzibati tənbeh tətbiq edilməsi haqqında 13 fevral 2023-ci il tarixli MN ******* saylı qərar ləğv olunmalı və İXM-nin 272.3-cü maddəsilə barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir və bu barədə hər hansı məlumat bildirməmişdir. Ona görə də hazırki işə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Belə ki, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətə və ya protestə həmin şəxslərin iştirakı olmadan baxılması məsələsi həll edilir, yaxud şikayətə və ya protestə baxıma təxirə salınır, şikayətə və ya protestə baxılma üçün vacib olan şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X3 13 fevral 2023-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X5 14 yanvar 2023ci il tarixdə Balakən rayonu Katex kəndi ərazisində özünəməxsus öv tüfəngi ilə 2 ədəd ov quşunu (qaratoyuğu) ovlaması əsası ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 1000 manat məbləğdə inzibati qaydada cərimə edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X4 dinləyib, məhkəməyə təqdim edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, X2 şikayəti rədd edilməlidir. Belə ki, X5 məhkəməyə şikayətlə müraciət edərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 1000 (min) manat cərimə edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin İnzibati tənbeh vermə haqqında 13 fevral 2023-cü il tarixli MN ******* saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, həmin gün evdə olan xəstə övladı qaratoyuq istədiyi üçün cəmi 2 ədəd qaratoyuq vurmuşdur. Həmin qaratoyuqları isə qadağan olunmuş yerlərdə yox, kəndlərinin ərazisində vurmuşdur. Müntəzəm olaraq ovla məşğul olan deyildir, sadəcə 2 qaratoyuğa görə 1000 manat məbləğində cərimə olunması inzibati xətaya görə kifayət qədər ağır tənbehdir. Qeyd edilməlidir ki, İXM-nin 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə-inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. “Heyvanlar aləmi” haqqında Azərbaycan Respublikasinin Qanununun 15-ci maddəsinə əsasən əhalinin maddi və mənəvi, iqtisadiyyatın xammal, material və digər tələbatlarının ödənilməsi məqsədilə təbii sərbəstlik və ya yarımsərbəst şəraitində daimi, müvəqqəti və köçəri yaşayan, habelə təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılan ovçuluq obyektlərinə aid edilmiş vəhşi heyvanların izlənilməsi, təqib edilməsi, tutulması və vurulması ovçuluq hesab olunur. Ov ödənişlidir və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş icazə və ovçuluq biletləri əsasında həyata keçirilir. Ovçuluq biletinin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur. Ovçuluq fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən ovçuluq cəmiyyətləri' fiziki və hüquqi şəxslər üçün ayrılmış ov yerlərində həyata keçirilir. «Ovçuluq haqqında» Azərbaycan Respublikası Qanununun 20.1 -ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində ov edilməsi aşağıdakı hallarda qadağan edilir: 20.1.1.müvafiq icra hakimiyyəti orqanı tərəfindən nəzərdə tutulmamış günlərdə; 20.1.2.ovculuq bileti və ov etmək ücün icazə olmadıqda; 20.1.3.başqa şəxsə aid olan ovçuluq biletindən, ov etmək üçün icazədən və ov silahından istifadə edildikdə; 20.1.4.ov etmək üçün verilmiş icazədə göstərilən yerdə ov edilmədikdə; 20.1.5.ovçuluq təsərrüfatlarında qeydiyyatdan keçmədikdə; 20.1.6.ov etmək üçün icazədə göstərilmiş normadan (saydan) artıq ov edildikdə. Məhkəmə iclasında müəyyən edildi ki, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X2 ov edərkən lazımi icazəsi olmamışdır. Göründüyü kimi X5 14 yanvar 2023-cü il tarixdə X6 Qoruğunun Balakən rayonu Katex kəndi ərazisində özünə məxsus ov tüfəngi ilə 2 ədəd ov quşunu (qaratoyuğu) ovlamış, bununla da X5 İXM-in 272.3-cü maddəsində nəzərdə tutulmuş xətanı törətmiş və düzgün olaraq o həmin maddənin sanksiyasında nəzərdə tutulmüş məbləğdə inzibati cərimə edilmişdir. İXM-in 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 134-cü maddəsinə əsasən: 134.1. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Yuxarıda qeyd edilənlərə əsasən hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 şikayəti əsassız olduğundan təmin edilməməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin İnzibati tənbeh vermə haqqında 13 fevral 2023-cü il tarixli MN ******* saylı qərarı dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38, 40, 43, 49-51, 53, 105, 114-115, 128-136 və 137-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin İnzibati tənbeh vermə haqqında 13 fevral 2023-cü il tarixli MN ******* saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(019)-90/2023
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-90/2023
21.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver