Məhkəmə qərarları › İş №3(019)-91/2022

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-91/2022

29.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-91/2022 29.03.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 iştirakı ilə X3 Balakən rayon X7 X8 (bundan sonra Balakən Rayon Polis Şöbəsinin DYPB) əməkdaşı polis mayoru Nümayəndə 17.02.2022-ci il tarixli İXP ******* nömrəli protokol qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X1 rayon Polis Şöbəsinin DYPB-nin əməkdaşı polis mayoru Nümayəndə tərəfindən barəsində tərtib olunmuş 17.02.2022-ci il tarixli İXP ******* nömrəli protokol üzrə qəbul edilmiş qərarın hüquqiliyinin yoxlanması, nəticədə qanunsuz olduğu üçün ləğv edilməsi, baş vermis hadisəin ədalətli, qərəssiz araşdırılması və qanuniliyinin yoxlanması məqsədilə məhkəmə-avtotexniki ekspertizasının keçirilməsinin təmin edilməsi, həmin hadisə üzrə əsl günahkar barədə protokol tərtib edilməsi və onun avtomobilinə dəymiş zərərin ödətdirilməsi barədə tədbir görülməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X5 məhkəməyə ərizə ilə müraciət edərək, şikayət ərizəsini dəqiqləşdirib, Balakən rayon Polis Şöbəsinin DYPB-nin polis mayoru Nümayəndə tərəfindən barəsində tərtib olunmuş 17.02.2022-ci il tarixli İXP ******* nömrəli protokol üzrə qəbul edilmiş qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün Balakən rayon Polis Şöbəsinə qaytarılmasını xahiş etmişdir. X5 şikayətini onunla əsaslandırmışdır ki, 15.02.2022-ci il tarixdə axşam vaxtı təxminən 21:30 radələrində Balakən şəhəri “Bayraq meydanı” adlanan dairəvi yolla (S.Gözəlov küçəsi ilə H.Əliyev prospektinin kəsişməsində) Zaqatala istiqamətinə dönərək hərəkətdə olan zaman, H.Əliyev prospekti ilə saatda təxminən 90-100 km sürətlə hərəkətdə olan “Mercedess-benz” markalı, dövlət nömrə nişanını unutduğu avtomobil, dairəvi yolda olan ona məxsus avtomobilə yol verməli olduğu halda, bunu etməyərək, maşınının qabaq sağ qanadı və təkərə çırpılaraq qəza törətmişdir. Hadisə zamanı həmin avtomobilin sürücüsünün sürücülük vəsiqəsinin olmaması və digər sənədlərinin olmaması müəyyən edilsə də, hətta günahkar olsa belə Balakən rayon X9 DYPB-nin polis moyoru Nümayəndə tərəfindən barəsində 17.02.2022-ci il tarixdə İXP-4456926 nömrəli protokol tərtib edilərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 327.2-ci maddəsinə əsasən inzibati xəta törədən şəxs hesab edilmişdir. Belə ki, həmin protokolla razı deyildir. Sözü gedən dairəvi yolun təyinatı, “Yol hərəkəti” haqqında Azərbaycan Respublikası qanuna əsasən dairəvi yolda olan avtomobilləri gözlə (qadağanedici işarə) nişanı asvalt üzərində əvvəllər olsa da (Ölkə başçısının bölgəyə səfəriləri zamanı dairəvi yol üstünlüyünü ifadə edən yol nişanları yenilənir), hal-hazırda pozulmuşdur. Bundan başqa hətta yol kənarında həmin dairəvi yola bir az qalmış xəbərdaredici nişan olsa belə digər avtomobilin sürücüsü bunu nəzərə almamış və qəza törətmişdir. Onu da qeyd edir ki, dairəvi yola daxil olarkən nə asfalt üzərində, nə də yol kənarında, dirəkdə «yol ver» nişanı öz əksini tapmamışdır. Beləliklə hesab edir ki, onun əməlində inzibati xəta tərkibi olmamışdır, sübuta yetirilməmişdir, hadisənin baş vermə mexanizmi araşdırılmamış heç bir mütəxəssis və ya ekspert rəyi alınmadan, həmçinin hadisənin baş verməsini bilavasitə görən şahidlər dairəsi müəyyən edilməmiş, izahatları alınmamış, müşahidə kameralarında olan görüntülər tədqiq edilməmişdir. Bu pozuntularla kifayətlənməyən Balakən rayon X9 DYPB-nin polis moyoru Nümayəndə qərəzli olaraq ona protokol tərtib etmişdir. Hətta avtomobili bu günədək heç bir əsas olmadan qeyri-qanuni şəkildə heç bir sənədləşmə aparılmadan cərimə meydançasında saxlanılır. Məhkəmə iclasında X5 şikayətini müdafiə edərək, ona uyğun izahat vermiş və şikayətin təmin olunmasını, Balakən rayon Polis Şöbəsinin DYPB-nin polis mayoru Nümayəndə tərəfindən barəsində tərtib olunmuş 17.02.2022-ci il tarixli İXP ******* nömrəli protokol üzrə qəbul edilmiş qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün Balakən rayon Polis Şöbəsinə qaytarılmasını xahiş etmişdir. Hazırki iş üzrə 14.03.2022-ci il və 15.03.2022-ci il tarixlərdə keçirilən məhkəmə iclaslarında Balakən rayon Polis Şöbəsinin DYPB-nin polis mayoru Nümayəndə qanunvericiliyə əsasən gözlə qadağanedici nişanının olub-olmamasından asılı olmayaraq Balakən şəhəri H.Əliyev prospektində yerləşən dairəvi yola girən avtomaşının əsas yolla hərəkət edən avtomaşına yol verməli olduğunu, X5 tərəfindən məhz qanunun bu tələbinin pozulduğunu, şikayətin əsassız olduğunu bildirərək, şikayətin rədd edilməsini xahiş etdi. Balakən Rayon Polis Şöbəsinə, Balakən rayon Polis Şöbəsinin DYPB-nin polis mayoru Nümayəndə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, inzibati xəta haqqında iş üzrə qərar qəbul edən Balakən rayon Polis Şöbəsinin DYPB-nin polis mayoru Nümayəndə və polis şöbəsinin digər nümaynədəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən şikayətə baxılması müddəti və yeri haqqında vaxtında məlumatlandırılmış həmin şəxlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 133.2.4cü maddəsində qeyd edilir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətə və ya protestə həmin şəxslərin iştirakı olmadan baxılma məsələsi həll edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X4 və 14.03.2022-ci il və 15.03.2022-ci il tarixlərdə keçirilən məhkəmə iclaslarında iştirak edən inzibati xəta haqqında iş üzrə qərar qəbul edən Balakən rayon Polis Şöbəsinin DYPB-nin polis mayoru Nümayəndə dinləyib, şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə tədqiq edərək, hesab edir ki, şikayət qismən təmin edilməli, Balakən rayon Polis Şöbəsinin DYPB-nin əməkdaşı polis mayoru Nümayəndə X5 barəsində 17.02.2022-ci il tarixli İXP ******* nömrəli protokol üzrə qəbul edilmiş qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Balakən rayon Polis Şöbəsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarında olan Balakən rayon Polis Şöbəsinin DYPB-nin əməkdaşı polis mayoru Nümayəndə tərəfindən X5 barəsində 17.02.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş qərarın surətindən görünür ki, X5 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək, 60 (altmış) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Balakən rayon Polis Şöbəsinin DYPB-nin əməkdaşı polis mayoru Nümayəndə tərəfindən X3 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək, 60 manat məbləğində cərimə edilməsi ilə bağlı 17.02.2022-ci il tarixli, İXP4456926 saylı inzibati xəta haqqında qərar qəbul edilərkən inzibati xəta haqqında iş üzrə icraat zamanı Anar Hüseynovun Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi kifayət qədər sübuta yetirilməmiş, vəzifəli şəxsin həmin qərarla gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, İXM-də müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Belə ki, Balakən rayon Polis Şöbəsinin DYPB-nin əməkdaşı polis mayoru Nümayəndə tərəfindən hər iki avtomobilin sürücüsünün izahatları alınmamış, hadisənin baş verdiyi ərazidə hansı hərəkət zolaqlarının olması müəyyən edilməmiş, dairəvi yola daxil olarkən nə asfalt üzərində, nə də yol kənarında gözlə, yol ver, dirəkdə dairəvi hərəkət və əsas yol nişanlarının olub-olmaması araşdırılmamış, hadisənin baş vermə mexanizmi araşdırılmamış heç bir mütəxəssis və ya ekspert rəyi alınmamış, həmçinin hadisənin baş verməsini bilavasitə görən şahidlər dairəsi müəyyən edilməmiş, onların izahatları alınmamış, müşahidə kameralarında olan görüntülər əldə edilib tədqiq edilməmiş, bu xüsusda işin hallarına obyektiv hüquqi qiymət verilməmiş, baş vermiş yolnəqliyyat hadisəsində kimin məsuliyyət daşımasının aydınlaşdırılması üçün yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizası təyin edilərək rəyi alınmamışdır. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Beləliklə məhkəmə iclasında işin faktiki halları araşdırılarkən müəyyən edildi ki, X3 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməsi tam təsdiq edilməmiş, iş üzrə bütün sübutlar əldə edilib, araşdırılmamış, həmin şəxsin İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə aidiyyəti barədə nəticəyə gəlinməyə tam əsas yaradan işin bütün faktiki halları aydınlaşdırılmamış, İXM-də müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Bununla da X3 Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsində və İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsində təsbit edilmiş ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur. Belə ki, Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Engel və başqaları Niderlanda qarşı işdə və bir sıra digər presedentlərində (Meneşeva Rusiyaya qarşı və s.) İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi daxili qanunvericilikdə olan təsnifatdan asılı olmayaraq, bir sıra hallarda (əməlin xarakteri və mümkün cəzanın ağırlığı və s.) inzibati xətalar haqqında işləri cinayət ittihamına bərabər saymışdır. Salduz Türkiyəyə qarşı işdə Avropa Məhkəməsi Avropa Konvensiyasının 6-cı maddəndə təsbit olunmuş təminatları işin məhkəməyəqədərki araşdırma mərhələsinə də aid etmişdir. Göstərilənlərin işığında şübhəsizdir ki, X3 ədalətli məhkəmə araşdırması hüquququn təmin edilməsi üçün işin mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırılmalı, X3 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş əmələ aidiyyətinin olub-olmaması, həmin əməldə onun təqsirinin olub-olmamasının müəyyənləşdirilməsi üçün inzibati araşdırma aparılmalı, bu araşdırma zamanı hər iki avtomobilin sürücüsünün izahatları alınmalı, hadisənin baş verdiyi ərazidə hansı hərəkət zolaqlarının olması, Balakən şəhəri H.Əliyev prospektində yerləşən sözügedən dairəvi yola daxil olarkən asfalt üzərində, yol kənarında gözlə, yol ver və dirəkdə dairəvi hərəkət və əsas yol nişanlarının olub-olmaması müəyyən edilməli, hadisənin baş vermə mexanizmi araşdırılmalı, hadisənin baş verməsini bilavasitə görən şahidlərin dairəsi müəyyən edilərək onların izahatları alınmalı, müşahidə kameralarında olan görüntülər əldə edilib tədqiq edilməli, tərəflərin iştirakı ilə hadisənin dəqiq sxemi tərtib olunmalı, baş vermiş yol-nəqliyyat hadisəsində kimin məsuliyyət daşımasının aydınlaşdırılması üçün yolnəqliyyat hadisələrinin məhkəmə ekspertizası təyin edilərək rəyi alınmalı, hadisənin bütün ziddiyyətli məqamları aradan qaldırılmalı, işin hallarına obyektiv hüquqi qiymət verilməli,baş vermiş xətanın dəqiq mahiyyəti və onun kim tərəfindən törədilməsi müəyyən olunmalı, həmin hadisəyə düzgün hüquqi qiymət verilməli və son nəticədə iş üzrə ədalətli və qanuni qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «Yol nişanları və siqnalları haqqında» Konvensiyanın 10-cu maddəsinin 1, 2, 3, 4, 5, 6, 7 və 8-ci bəndlərinə əsasən yol istifadəçilərini yolayrıcında keçid üstünlüyünün xüsusi qaydaları barədə məlumatlandırmaq məqsədi ilə istifadə olunan nişanlar B,1, B,2, B,3 və B,4 nişanlarıdır. Yol istifadəçilərini dar yol sahələrində keçid üstünlüyünün xüsusi qaydaları barədə məlumatlandırmaq məqsədi ilə istifadə olunan nişanlar B,5 və B,6 nişanlarıdır. Qeyd olunan nişanlar bu Konvensiyanın İ Əlavəsinin B bölməsində təsvir olunmuşdur; B,1 “BAŞ YOLLA KƏSİŞMƏ” nişanı bu nişanın quraşdırıldığı yolayrıcında sürücülərin yaxınlaşdıqları yolda hərəkət edən nəqliyyat vasitələrinə yol verməli olduqlarını göstərmək üçün tətbiq edilir; B,2 “DAYANMADAN KEÇMƏK QADAĞANDİR” nişanı bu nişanın quraşdırıldığı yolayrıcına çıxmazdan əvvəl sürücülərin dayanaraq yaxınlaşdıqları yolda hərəkət edən nəqliyyat vasitələrinə yol verməli olduqlarını göstərmək üçün tətbiq edilir. Bu Konvensiyanın 46-cı maddəsinin 2-ci bəndinə uyğun olaraq hər bir dövlət seçdiyi B, 2a və ya B, 2b “DAYANMADAN KEÇMƏK QADAĞANDİR” nişan nümunəsi barədə Baş Katibi məlumatlandırmalıdır; səlahiyyətli orqanın zəruri hesab etdiyi hallarda B,1 və ya B,2 nişanları yolayrıclarından kənarda quraşdırıla bilər; B, 1 və B, 2 nişanları yolayrıcının bilavasitə yaxınlığında, imkan daxilində nəqliyyat vasitələrinin dayanmalı olduğu yerdə və ya digər nəqliyyat vasitələrinə yol vermədən keçməməli olduqları yerdə quraşdırılır; B,1 nişanına yaxınlaşmanın işarə olunması məqsədilə, bu nişan bu Konvensiyaya əlavə 1-in H bölməsində təsvir olunmuş H,1 əlavə lövhəciyi ilə birlikdə istifadə olunur. B,2 nişanına yaxınlaşmanın işarə olunması məqsədilə üzərində “STOP” işarəsi və B,2 nişanına qədər olan məsafəni göstərən rəqəm olan düzbucaqlı lövhəcik əlavə olunmuş B,1 nişanından istifadə olunur; B, 3 “BAŞ YOL” nişanı yol istifadəçilərinə, bu baş yolun digər yollarla kəsişməsində digər yollarla hərəkət edən və ya onlardan çıxan nəqliyyat vasitələri sürücülərinin baş yolla hərəkət edən nəqliyyat vasitələrinə yol vermələrini göstərmək üçün tətbiq olunur. Bu nişan yolun başlanğıcında quraşdırıla və daha sonra hər kəsişmədən sonra təkrarlana bilər; bundan əlavə, o kəsişməyə qədər və ya kəsişmədə də quraşdırıla bilər. Yolda B, 3 nişanı quraşdırıldığı halda, B, 4 “BAŞ YOLUN SONU” nişanı yolun digər yollara nisbətən üstünlüyünün başa çatdığı yerin yaxınlığında quraşdırılır. B, 4 nişanı üstünlüyün başa çatdığı yerə qədər bir və bir neçə dəfə təkrarlana bilər; bu halda təkrarlanan nişanlara əlavə 1-in H bölməsinin H, 1 lövhəciyi əlavə olunur; yolayrıcına yaxınlaşmanı göstərmək məqsədilə yolda A, 19 xəbərdaredici nişanının işarələrindən biri quraşdırılırsa və ya yolayrıcında yol bu maddənin 7-ci bəndinə müvafiq olaraq B, 3 nişanı ilə işarələnmiş baş yol olarsa, bütün digər yollarla kəsişmələrdə B, 1 və ya B, 2 nişanları quraşdırılmalıdır; lakin B, 1 və B, 2 nişanlarının sürücülərin nişan olmadan belə yol verməli olduqları (qrunt örtüklü və kəndarası yollar kimi) yollarda quraşdırılması məcburi hesab olunmur. B, 2 nişanı yalnız o halda quraşdırılır ki, səlahiyyətli orqanlar, xüsusən nəqliyyat vasitələrinin sürücülərinin yaxınlaşdıqları yolayrıclarının bu və ya digər tərəfindəki yol hissələrini pis gördükləri üçün sürücülərin nəqliyyat vasitəsini dayandırmasını məcburi hesab edir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1.hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.6.bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Azərbaycan Respublikası İXM-nin 135.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs), barəsində qərar qəbul edilmiş şəxsin vəziyyətini ağırlaşdıran qərarı yalnız bununla əlaqədar zərər çəkmiş şəxsin, bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxsin şikayəti və ya prokurorun protesti olduqda qəbul edə bilər. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, bu nəticəyə gəlirəm ki, X3 şikayəti təmin edilməli, Balakən rayon X7 X8 əməkdaşı polis mayoru Nümayəndə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsilə inzibati məsuliyyətə cəlb edilməsi barədə 17.02.2022-ci il tarixli İXP ******* nömrəli protokol üzrə qəbul etdiyi qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Balakən rayon X7 X8 əməkdaşı polis mayoru Nümayəndə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 128-136 və 137-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: X3 şikayəti təmin edilsin. Balakən rayon X7 X8 əməkdaşı polis mayoru Nümayəndə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsilə inzibati məsuliyyətə cəlb edilməsi barədə 17.02.2022-ci il tarixli İXP ******* nömrəli protokol üzrə qəbul etdiyi qərar ləğv edilsin; inzibati xəta haqqında iş yenidən baxılması üçün Balakən rayon X7 X8 əməkdaşı polis mayoru Nümayəndə göndərilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar