Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-94/2022 03.03.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili X7 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və iştirakı ilə 30.01.1975-ci ildə Balakən rayonu Xalatala kəndində anadan olmuş, orta təhsilli, evli, işləməyən, inzibati məsuliyyətə cəlb olunmayan, Balakən rayonu Xalatala kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan- Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 528.1-ci maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X25 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 01 mart 2022-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokolda göstərilir ki, Şəxs Balakən Rayon Məhkəməsinin 2(019)-65/2020 nömrəli, 13.08.2020-ci il tarixli qadağaların tətbiq edilməsi haqqında icra sənədi üzrə tərtib edilmiş akta məhəl qoymayaraq, 2021-ci il üçün mübahisəli bağın bütün fındıq məhsulunu yığmış, bununla da icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X18 izahatında göstərmişdir ki, Balakən Rayon Məhkəməsinin 2(019)-65/2020 nömrəli, 07.08.2020-ci il tarixli qərardadı ilə cavabdeh X2 ərizəsi təmin edilmiş, Balakən rayonu Xalatala kəndində yerləşən iddiaçılar Şəxs və X13 tərəfindən mübahisələndirilən 0,40 ha torpaq sahəsində yerləşən fındıq ağaclarından iddiaçılar Şəxs və X9 və başqa şəxslərin istifadə etməsinə qadağa qoyulmuş, qərardadın dərhal icra edilməsi qərara alınmışdır. Balakən Rayon Məhkəməsinin 2(019)-65/2020 nömrəli, 07.08.2020-ci il tarixli qərardadı dərhal Balakən rayon İcra və Probasiya Şöbəsinin icraatına qəbul edilmişdir. Həmin qərardadın icrası ilə əlaqədar tərəflərindən əraziyə baxış keçirilmiş və 13.08.202-ci il tarixli akt tərtib edilmişdir. Həmin aktda göstərilir ki, Balakən Rayon Məhkəməsinin 2(019)- 65/2020 nömrəli, 07.08.2020-ci il tarixli qadağaların tətbiq edilməsi haqqında icra sənədinə əsasən iddiaçılar Şəxs və Təranə Qurbaçova tərəfindən mübahisələndirilən 0,40 ha torpaq sahəsində yerləşən fındıq ağaclarından Şəxs, Təranə Qurbaçova və başqalarının istifadə etməsinə qadağa qoyulmuşdur. İddiaçılar X13 və Şəxs qeyd olunan 0,40 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fındıq bağından fındığın yığılması və həmin ərazidən və onların və başqa şəxslərin istifadəsinin qadağan edilməsi, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 303-cü maddəsi ilə cinayət məsuliyyəti daşımaları izah edilmişdir. Bu aktın Qeyd hissəsində hal-hazırda 13.08.2020-ci il tarixdə mübahisəli fındıq bağında heç bir fındıq ağacında fındıq məhsulunun olmaması, dediklərinə görə hər iki tərəfin məhsulu yığması, beləliklə, icra sənədinin icra edilməsi göstərilmişdir. Şəxs 2021-ci ilin sentyabr ayında mübahisəli ərazidən fındıq məhsulunu yığmışdır. Lakin onlar bunu sənədləşdirməmişlər. Belə ki, həmin vaxt icra sənədi üzrə icraata artıq xitam verilmişdi. Onu da bildirir ki, fındıq məhsulu ildə bir dəfə hər ilin avqust-sentyabr aylarında yığılır. Qalan vaxtlarda ağaclarda fındıq olmur. Şəxs barəsində qanuni tədbirin görülməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək, izahatında göstərmişdir ki, Balakən Rayon Məhkəməsinin 2(019)-65/2020 nömrəli, 07.08.2020-ci il tarixli qərardadı ilə cavabdeh X2 ərizəsi təmin edilmiş, Balakən rayonu Xalatala kəndində yerləşən iddiaçılar Şəxs və X13 tərəfindən mübahisələndirilən 0,40 ha torpaq sahəsində yerləşən fındıq ağaclarından iddiaçılar Şəxs və X9 və başqa şəxslərin istifadə etməsinə qadağa qoyulmuşdur. Həmin 0,40 ha torpaq sahəsi onun və arvadı X6 xüsusi mülkiyyətindədir. X1 onlara məxsus olan həmin torpaq sahəsini qanunsuz zəbt etmiş, Abbas Xanayevin qardaşı tərəfindən onların icazəsi və razılığı olmadan orada fındıq ağacları əkilmişdir. O, Balakən Rayon Məhkəməsinin 2(019)-65/2020 nömrəli, 07.08.2020-ci il tarixli qərardadını pozmamış, 2020 və 2021-ci illərdə orada fındıq yığmamışdır. Fındıq məhsulunu Abbas Xanayev özü yığmışdır. Ümumiyyətlə fındıq məhsulu hər il bir dəfə ilin avqust-sentyabr aylarında yığılır. Qalan vaxtlarda ağaclarda fındıq olmur. İndi də fındıq olmur. O, 2021-ci ildə həmin ərazidən fındıq yığmamışdır. Barəsində İXM-nin 528.1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İşə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsinə baxmayaraq zərərçəkmiş şəxs X11 məhkəmə iclasına gəlməmiş və işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən işə zərərçəkmiş şəxs X2 iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Belə ki, Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərərçəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Balakən rayonu Xalatala kəndində yerləşən 0.8011 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə (əkin) Şəxs və X6 ümumi birgə mülkiyyət hüquqları 04.02.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin 2(019)-65/2020 nömrəli, 07.08.2020-ci il tarixli qərardadından görünür ki, cavabdeh X2 ərizəsi təmin edilmiş, Balakən rayonu Xalatala kəndində yerləşən iddiaçılar Şəxs və X13 tərəfindən mübahisələndirilən 0,40 ha torpaq sahəsində yerləşən fındıq ağaclarından iddiaçılar Şəxs və X9 və başqa şəxslərin istifadə etməsinə qadağa qoyulmuşdur. İş materiallarında olan Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 13.08.2020-ci il tarixli qərarından görünür ki, Balakən Rayon Məhkəməsinin 2(019)- 65/2020 nömrəli, 07.08.2020-ci il tarixli icra sənədi üzrə icraat başlanmışdır. İş materiallarında olan Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X18 tərəfindən həmin şöbənin böyük icra məmuru X3, tələbkar X2, borclular X6 və Şəxs, Balakən RPŞ-nin Qabaqçöl ərazisi üzrə sahə rəisi X14 və Balakən RİH-nin Xalatala İƏD üzrə nümayəndəsinin müavini X4 iştirakı ilə Balakən rayonu Xalatala kəndində tərtib olunmuş 13.08.2020-ci il tarixli aktdan görünür ki, Balakən Rayon Məhkəməsinin 2(019)- 65/2020 nömrəli, 07.08.2020-ci il tarixli qadağaların tətbiq edilməsi haqqında icra sənədinə əsasən iddiaçılar Şəxs və Təranə Qurbaçova tərəfindən mübahisələndirilən 0,40 ha torpaq sahəsində yerləşən fındıq ağaclarından Şəxs, Təranə Qurbaçova və başqalarının istifadə etməsinə qadağa qoyulmuşdur. İddiaçılar X13 və Şəxs qeyd olunan 0,40 ha torrpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fındıq bağından fındığın yığılması və həmin ərazidən və onların və başqa şəxslərin istifadəsinin qadağan edilməsi, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 303-cü maddəsi ilə cinayət məsuliyyəti daşımaları izah edilmişdir. Qeyd:hal-hazırda 13.08.2020-ci il tarixdə mübahisəli fındıq bağında heç bir fındıq ağacında fındıq məhsulu yoxdur. Dediklərinə görə hər iki tərəf məhsulu yığmışdır. Beləliklə icra sənədi icra edilmişdir. İş materiallarında olan Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 13.08.2020-ci il tarixli icraata xitam verilməsi haqqında qərarından görünür ki, icra sənədində qeyd olunan tələb borclular Şəxs və X13 tərəfindən tam şəkildə təmin olunması əsası ilə Balakən Rayon Məhkəməsinin 2 (019)-65/2020 nömrpəli, 07.08.2020-ci il tarixli icra sənədinə xitam verilmişdir. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin 23.12.2021-ci il tarixli, 8 (019)- 50/2021 nömrəli qərardadından görünür ki, tələbkar X2 ərizəsi (şikayəti) təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 2(019)-65/2020 nömrəli, 07.08.2020-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun 13 avqust 2020-ci il tarixli, 2 (019)-65/2020 saylı qərarı ləğv edilmişdir. İşdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olmaması və inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi əsasları ilə hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən edən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 element-obyekt, obyektiv tərəf, subyektiv tərəf və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh tədbirinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri olmadıqda, şəxsin əməlində inzibati xətanın tərkibinin möcudluğu istisna edilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Yuxarıda qeyd olunan qanun normalarından görünür ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə inzibati məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə inzibati məsuliyyətin yaranması üçün həmçinin şəxs həmin maddənin dispozisiyasında göstərilən hərəkətləri üzrsüz səbəbdən etməlidir. İşdəki sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Balakən Rayon Məhkəməsinin 2(019)-65/2020 nömrəli, 07.08.2020-ci il tarixli qadağaların tətbiq edilməsi haqqında icra sənədini icra etməməsi və 2021-ci ildə mübahisəli 0,40 ha torpaq sahəsindən yerləşən fındıq ağaclarından istifadə etməsi, yəni fındıq məhsulunu yığması müəyyən olunmur. Şəxs da 2021-ci illərdə mübahisəli 0,40 ha torpaq sahəsində yerləşən yındıq ağaclarından fındıq məhsulunu yığmadığını göstərir. Onu da qeyd etmək lazımdır ki, ümumməlum faktdır ki, fındıq məhsulu ildə bir dəfə olmaqla hər ilin avqust-sentyabr aylarında yığılır. Bu faktı Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X19 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Məhəməd oğlu öz izahatlarında təsdiq etmişlər. 01 mart 2021-ci il tarixli inzibati xəta haqqında protokolda Şəxs Balakən Rayon Məhkəməsinin sözügedən icra sənədi üzrə tərtib olunmuş 13 avqust 2020-ci il tarixli aktla məhəl qoymayaraq 2021-ci ildə fındıq məhsulunu yığdığı göstərilmiş və bu əsasla onun haqqında İXM-nin 528.1-ci maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vidadi Musayev məhkəmədə verdiyi izahatında Şəxs 2021-ci ilin sentyabr ayında mübahisəli ərazidə fındıq məhsulunu yığdığını göstərmişdir. Bu xüsusda məhkəmə bildirir ki, əvvəla Şəxs 2021-ci ildə (icra məmurunun qeyd etməsinə görə həmin ilin sentyabr ayında) mübahisəli ərazidən fındıq məhsulunu yığılmasını təsdiq edən heç bir sübut; fotoşəkillər, videoyazı, audiloyazı, tərəflərin izahatları, şahid izahatları, akt və sair sübutlar əldə edilib inzibati xəta haqqında protokola əlavə edilməmiş, 2021-ci ildə fındıq məhsulunun Şəxs yığması nəticəsini təsdiq edən heç bir sübut və fakta istinad edilməmişdir. Eyni zamanda 01 mart 2022-ci il tarixli inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi vaxt və onun mahiyyəti göstərilməmiş, bununla da İXM-nin 100.1.4-cü maddəsinin tələbləri pozulmuşdur. Digər tərəfdən 01 mart 2022-ci il tarixli inzibati xəta haqqında protokolda Şəxs barəsində İXM-nin 528.1-ci maddəsilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması əsası olaraq onun məhkəmənin qadağalar tətbiq edilməsi barədə icra sənədi üzrə tərtib edilmiş 13 avqust 2020-ci il tarixli akta məhəl qoymaması və fındıq məhsulunu yığması göstərilir. Bu xüsusda məhkəmə qeyd edir ki, həmin 13 avqust 2020-ci il tarixli aktda 2020-ci ildə icra sənədinin tam icra olunması qeyd edilmişdir. Həmçinin iş materiallarından görünür ki, qeyd olunan 13 avqust 2020-ci il tarixli akta istinad edilərək Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 13.08.2020-ci il tarixli icraata xitam verilməsi haqqında qərarı ilə icra sənədində qeyd olunan tələbin borclular Şəxs və X13 tərəfindən tam şəkildə təmin olunması əsası ilə Balakən Rayon Məhkəməsinin 2 (019)-65/2020 nömrpəli, 07.08.2020-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Yəni icra məmurunun fındıq məhsulunun yığılmasının qeyd edildiyi 2021-ci ilin sentyabr ayında artıq Balakən Rayon Məhkəməsinin 2 (019)-65/2020 nömrpəli, 07.08.2020-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmiş, bununla da həmin vaxt həmin icra sənədi üzrə icra hərəkətləri aparılmamışdır. 13 avqust 2020-ci il tarixli aktla icra sənədinin icra olunduğu nəticəsinə gəlindiyi, icra sənədi üzrə borclular tərəfindən tələbin icra olunması ilə icra sənədi üzrə icraata xitam verildiyi və icra sənədi üzrə icra hərəkətlərinin aparılmadığı halında Şəxs İXM-nin 528.1-ci maddəsilə istinad olunan inzibati xətanın əsası kimi 13 avqust 2020-ci il tarixli akta istinad olunması tamamilə əsassız və qanunsuzdur. Ona görə də məhkəmə həmin 13 avqust 2020-ci il tarixli aktı Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsi üçün mötəbər sübut saymır. Bundan başqa 01 mart 2022-ci il tarixli inzibati xəta haqqında protokola əlavə olunmuş Şəxs Məhəməd oğlunun izahatı adlanan kompyuterdə çap olunmuş standart formalı vərəqdə icra məmuru tərəfindən Şəxs əvəzinə əlyazma ilə fındıq bağının fındığını guya yığması yazılmış, lakin Şəxs bu izahata imza etməmişdir. Hətta izahat adlanan yazılı vərəqdə həmin fındıq məhsulunun hansı ildə yığılması belə qeyd edilməmişdir. Ona görə də həmin izahat yazılan yazılı vərəq X5 İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsi üçün mötəbər sübut sayıla bilməz. Bu xüsusda fındıq məhsulu ildə bir dəfə hər ilin avqust-sentyabr aylarında yığıldığı və icra məmurunun Şəxs 2021-ci ilin sentyabr ayında mübahisəli ərazidə yerləşən fındığı yığdığını göstərdiyi təqdirdə, yəni Şəxs tərəfindən İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın 2021-ci ilin sentyabr ayında aşkara çıxarıldığının ehtimal olunduğu halında nəyə görə icra məmuru tərəfindən Asif Qorbaçov barəsində həmin vaxtda inzibati xəta haqqında protokolun tərtib edilmədiyi məhkəmə üçün aydın deyildir. Həm də başadüşülən deyildir ki, 13 avqust 2020-ci il tarixli icra sənədinin tam icra olunması ilə Balakən Rayon Məhkəməsinin 2 (019)-65/2020 saylı 07.08.2020-ci il tarixli icra sənədi üzrə icraata xitam verildiyi, 2021-ci ilin sentyabr ayında icra sənədi üzrə icra hərəkətlərinin aparılmadığı, 2021-ci ilin sentyabr ayından 01 mart 2022-ci il tarixə qədər fındıq məhsulu yığılmadığı təqdirdə Astif Qurbaçov barəsində İXM-nin 528.1-ci maddəsilə 01 mart 2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilir və bu zaman heç bir faktoloji və hüquqi əsaslara istinad olunmur. İşdəki sübutlarla Şəxs üzrsüz səbəblərdən icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və icra sənədini icra etməməsi öz təsdiqini tapmır. İnzibati xəta haqqında iş üzrə icraat başlayan şəxs də bunun əksini, yəni barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və icra sənədini üzrsüz səbəbdən icra etməməsini, bununla da İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olmasını sübut edə bilməmişdir. Halbuki qanuna görə bu halları sübut etmə vəzifəsi həmin vəzifəli şəxsin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Qeyd olunanlara əsasən hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyildir. Əməldə inzibati xətanın tərkibinin olmaması isə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün qanunda göstərilmiş əsaslardan biridir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.0.2- maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Həmçinin əgər Şəxs mübahisəli ərazidən fındıq məhsulunu yığmasının və Balakən Rayon Məhkəməsinin 07.08.2020-ci il tarixli qadağalar barədə icra sənədini icra etməməsinin aşkar olunduğu vaxt 2021-ci ilin sentyabr ayı qəbul olunsa belə Şəxs barəsində inzibati məsuliyyətə cəlb etmə müddəti də keçmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər.Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə,hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə,qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası İXM-nin 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər davam edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Qanunda uzanan xətaya görə inzibati məsuliyyətə cəlb etmə müddəti şəxsin üzərinə qoyulmuş vəzifənin yerinə yetirməli olduğu günün növbəti günündən hesablanır. Belə ki, Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru məhkəmədə verdiyi izahatında Şəxs 2021-ci ilin sentyabr ayında mübahisəli ərazidə fındıq məhsulunu yığdığını göstərir. 01 mart 2022-ci il tarixli inzibati xəta haqqında protokolda da fındıq məhsulunun 2021-ci ildə yığıldığı Şəxs istinad olunur. İcra məmuru Vidadi Musayevin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatları ilə və ümumməlum fakt olaraq müəyyən edilir ki, fındıq məhsulu ildə bir dəfə hər ilin avqust-sentyabr aylarında yığılır. Qeyd olunanlara əsasən Şəxs 2021-ci ilin sentyabr ayında sözügedən sahədə fındıq məhsulunu yığması istinad olunduğu halında Şəxs barəsində icraatı başlanmış İXMnin 5428.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın aşkara çıxarlıdığı vaxt sentyabr 2021-ci il tarix sayılmalıdır. Qanun normasının tələbinə görə həmin inzibati xətanın aşkara çıxarıldığı sentyabr 2021-ci il tarixdən də 3 ay müddətində Şəxs barəsində İXM-nin 528.1ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib inzibati xəta haqqında iş üzrə icraat başlana bilərdi. Lakin Şəxs barəsində həmin xətanın aşkara çıxarıldığı vaxtdan qanunda nəzərdə tutulmuş 3 ay müddət keçdikdən sonra (5 aydan çox müddət keçmişdir) İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protlokol tərtib edilərək inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Göründüyü kimi, Şəxs İXM-nin 528.1-ci maddəsilə inzibati məsuliyyətə cəlb etmə müddəti (üç aylıq müddət) keçmişdir və bu da onun barəsində başlanmış inzibati xəta haqqında hazırki iş üzrə icraata xitam verilməsi üçün qanunda göstərilən bir əsasdır. Belə ki, Azərbaycan Repsublikası İXM-nin 53.0-cı maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir:…53.0.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda… Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 19 dekabr 2019-cu il tarixli qərarında göstərilmişdir ki, qanunverici inzibati tənbehin tətbiqinin müddətini müəyyən edərkən ilk növbədə inzibati xətanın aşkar edilməsi və müvafiq icraatın aparılması meyarlarından çıxış edir. Digər tərəfdən inzibati tənbeh vermə müddətinin üç ay müəyyən edilməsi onunla izah olunur ki, qanunverici «prosessual qənaət» prinsipinə əsaslanaraq məhkəmə prosesinin əsassız olaraq uzadılmasının qarşısını almış olur. Belə yanaşma işlərə ağlabatan müddətlərdə baxılması prinsipinin və son nəticədə ədalətli məhkəmə araşdırmasının təmin edilməsinə xidmət edir. Bu, öz növbəsində inzibati xətalar qanunvericiliyinin prinsiplərinə də uyğundur. X15 Məcəlləsinin 111.1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər iş materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Konstitusiya Məhkəməsinin Plenumu inzibati xətalar üzrə işlərin məhkəmələr tərəfindən baxılmasına dair özünün əvvəlki hüquqi mövqeyinə əsaslanaraq qeyd edir ki, inzibati xətalara dair işlərə sadələşdirilmiş qaydada baxılmasını, inzibati xəta törətmiş şəxs barəsində qanunvericiliyin tələbinə görə yalnız üç ay müddətində inzibati tənbehin verilməsinin mümkünlüyünü və tərtib edilmiş materialların tamamlanmasının bilavasitə onların da vəzifəsinə aid edildiyini nəzərə alaraq, məhkəmələr daxil olmuş materiallara qanunvericiliyin tələbinə uyğun olaraq müəyyən olunmuş müddətlər çərçivəsində obyektiv və qərəzsiz baxmalıdırlar. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azəbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, hakim inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili X16 hazırki inzibati xəta haqqında iş üzrə Şəxs hüquqlarının müdafiəsinə 2 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının İXM-nin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də hesab edirəm ki, Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili X10 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X17 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına 12 manat köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikasının İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105.1, 109.2, 112, 113, 114-115, 117, 125-126 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, əməlində həmin inzibati xətanın tərkibinin olmaması və inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi əsasları ilə xitam verilsin. Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili X10 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X17 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına 12 manat köçürülsün. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Raon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-94/2022
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-94/2022
03.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver