Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-95/2020 21.10.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, məhkəmə iclasının katibi X1, Zərərçəkmiş şəxs, fərdi qaydada fəaliyyət göstərən Vəkil və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Taralov Şəxs iştirakı ilə Taralov Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 157, 510 və 157-ci maddələrilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Balakən Rayon Polis Şöbəsinin sahə rəisi X4 tərəfindən Balakən rayonu Qullar kənd sakini Taralov Şəxs barəsində xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs Balakən şəhər ərazisində döyməsi və bununla da Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi əsası ilə xx.xx.2020-ci il tarixli, MN ******* №-li, onun xx.xx.2020-ci il tarixdə Balakən şəhəri. H.Əliyev prospektində küçədə sərxoş halda uca səslə Zərərçəkmiş şəxs təhqir etməsi və bununla da Azərbaycan Respublikası İXMnin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi əsası ilə xx.xx.2020-ci il tarixli, MN ******* №-li və xx.xx.2020-ci il tarixdə Balakən şəhəri, H.Əliyev prospektində Zərərçəkmiş şəxs döyməsi və bununla da Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi əsası ilə xx.xx.2020-ci il tarixli, MN ******* №-li inzibati xətalar haqqında protokollar tərtib edilmiş və bir icraatda baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarına əsasən Taralov Şəxs istinad olunan inzibati xətalar müxtəlif vaxtlarda törədilmişdir. Belə ki, xx.xx.2020-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokolla Taralov Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə istinad olunan inzibati xətanın xx.xx.2020-ci il tarixdə, xx.xx.2020-ci il tarixli, MN ******* №li inzibati xəta haqqında protokolla Azərbaycan Respublikası İXM-nin 510 və xx.xx.2020-ci il tarixli, MN ******* №-li inzibati xətalar haqqında protokolla Azərbaycan Respublikası İXMnin 157-ci maddəsilə istinad olunan inzibati xətaların isə eyni vaxtda-xx.xx.2020-ci il tarixdə törədildiyi müəyyən olunur. İş üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2020-ci il qərarında göstərilir ki, 1. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması ayrı-ayrı orqanların səlahiyyətinə aid olduqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli orqanlar tərəfindən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir; 2. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar əsasında eyni vaxtda baxılmasını nəzərdə tutur; 3. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur; 4. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə görə, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin orqan Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq bu xətalara dair işlərə eyni vaxtda baxmalıdır; belə işlərə baxılarkən hər bir inzibati xətaya görə müəyyən edilmiş tənbeh nəzərə alınmalı və tətbiq olunan tənbeh İnzibati Xətalar Məcəlləsinin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş həddlərdən artıq olmamalıdır. Azərbaycan Respublikası İXM-nin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya görə işlərə baxılması eyni orqanın səlahiyyətlərinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilir. Azərbaycan Respublikası İXM-nin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya görə işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1. 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Taralov Şəxs izahatında göstərmişdir ki, o, keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs 2 il bundan əvvəl rəsmi olaraq ayrılmış, 2 azyaşlı övladı olmuşdur. Övladları onunla birlikdə yaşayır. Zərərçəkmiş şəxs aliment ödəyir. xx.xx.2020-ci il tarixdə Elnarə ilə aralarında küçədə yaranmış mübahisə zamanı Elnarə ona çətir vurmaq istədiyi zaman onu əli ilə itələmiş, nəticədə Elnarənin ayağı onun ayaq nahiyyəsinə dəyərək yıxılmışdır. Elnarəni döyməmiş, onun haqqında qeyd edilənlər yalan və böhtandır. xx.xx.2020-ci tarixdə Elnarənin işlədiyi “X2” çıxdıqdan sonra onun piyada getdiyi görmüş, onunla söhbət etmək üçün yaxınlaşmış, ona əgər övladları ilə maraqlanmırsa aliment tələbindən əl çəkməsini bildirdiyi zaman Zərərçəkmiş şəxs onunla mübahisə edərək əlinə daş götürmüş, bu zaman Elnarənin sifətindən tutub əliylə onu itələmiş, bu zaman o, yerə yıxılmış, daha sonra polis əməkdaşlarına yaxınlaşmış, polis əməkdaşlarının onu və Zərərçəkmiş şəxs polis şöbəsinə aparmışlar. Keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ayağına təpiklə vurmamış, sadəcə onun sifətindən tutub əliylə itələmiş, bu zaman Elnarə yerə yıxılmışdır. Mübahisə etdikləri zaman yanında heç kimin olmamış, səs-küy yaranmış, lakin ətrafa insanların toplaşmamış, mübahisə zamanı əsəbləşərək Elnarəyə söymüşdür. Mübahisə zamanı Zərərçəkmiş şəxs əlinə götürdüyü daşı ona tərəf atmış, lakin həmin daş ona dəyməmişdir. Barəsində Azərbaycan Respublikası İXM-nin 157, 510 və 157-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, 2010-cu ildə Balakən rayon Qullar kənd sakini Taralov Şəxs Təlihət oğlu ilə ailə həyatı qurmuş, Şəxs ilə aralarında baş vermiş ailə daxili münaqişələrə görə ondan xx.xx.2018-ci il tarixdə Balakən Rayon Məhkəməsinin qərarı rəsmi şəkildə boşanmış, lakin buna baxmayaraq Şəxs mütəmadi olaraq onun mobil nömrəsinə zəng edərək onu nalayiq söyüşlərlə təhqir edib öldürəcəyi ilə hədələmişdir. xx.xx.2020-ci il tarixdə səhər saatlarında işlədiyi Balakən şəhəri ərazisində yerləşən Kərpic zavoduna getmiş, həmin gün günorta saatlarında işdən çıxıb yol ilə piyada gedən zaman Şəxs onun qarşısını kəsərək, ”Sənə zəng edirəm niyə telefona cavab vermirsən, hər gün səhər iş yerinə gəlib səni iş yerinin qarşısında biyabır edəcəm” deyib onu nalayiq söyüşlərlə təhqir etmiş, Şəxs boşandığını nəzərinə çatdırıb, onu bir daha narahat etməməyini deyərək, yoluna davam etdiyi zaman Şəxs arxadan onun üstünə hücum edib ayağı ilə onun sol ayağına, belinə və qarın nahiyyəsinə bir neçə dəfə təpiklər vurub, onu küçədə döymüşdür. xx.xx.2020-ci il tarixdə, saat 15:30 radələrində işdən çıxıb piyada olaraq evə getdiyi zaman küçədə keçmiş əri Şəxs Taralovla rastlaşmış, Şəxs onunla söhbət etmək istədiyini bildirərək, onun qolundan tutub onu başqa küçəyə aparmış, nə üçün övladları ilə maraqlanmadığını ona bildirərək, sifətinə 3 dəfə şillə ilə vurmuş, bu zaman yerə yıxılmış, Şəxs Taralov onun ayağına təpiklə vurmuş, sonra polis əməkdaşları onlara yaxınlaşmış və hər ikisini polis şöbəsinə aparmışlar. Keçmiş əri Şəxs Taralov küçədə ucadan səs-küy salaraq onun ünvanına söyüşlər söymüş və onu döydüyü zaman yanında həmçinin ətrafda başqa heç kim olmamışdır. Şəxs Taralov barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. İşdə olan Balakən RPŞ-nin TB-nin təhqiqatçısı polis kapitanı Zaur Xəlilovun cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərarının surətindən görünür ki, cinayət hadisəsi olmadığından Zərərçəkmiş şəxs şikayəti əsasında toplanmış HK-1-60 saylı material üzrə cinayət işi başlanılması rədd edilmiş, qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Balakən rayon prokuroruna, Zərərçəkmiş şəxs barəsində inzibati tədbir görülməsi məsələsinə baxılması üçün Balakən RPŞ-nin İTB-yə göndərilmişdir. İşdə olan Balakən RPŞ-nin TB-nin təhqiqatçısı polis kapitanı Natiq Muradovun cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərarının surətindən görünür ki, cinayət hadisəsi olmadığından Zərərçəkmiş şəxs şikayəti əsasında toplanmış HK-1-88 saylı material üzrə cinayət işi başlanılması rədd edilmiş, qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Balakən rayon prokuroruna, Zərərçəkmiş şəxs barəsində inzibati tədbir görülməsi məsələsinə baxılması üçün Balakən RPŞ-nin İTB-yə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Taralov Şəxs Azərbaycan Respublikası İXM-nin 157, 510 və 157-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Lakin Azərbaycan Respublikası İXM-nin 38-ci maddəsinə əsasənTaralov Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157, 510 və 157-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası İXM-nin 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər davam edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Azərbaycan Respublikası İXM-nin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Azərbaycan Respublikası İXM-nin 38.4-cü maddəsinə əsasən on altı yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın törətdiyi inzibati xəta haqqında iş yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya tərəfindən Azərbaycan Respublikasının 2002-ci il 31 may tarixli 336-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə” ilə müəyyən edilmiş qaydada müvafiq dövlət orqanına qaytarıldıqda, inzibati tənbeh həmin iş qaytarıldığı gündən ən geci üç ay keçənədək verilə bilər. Azərbaycan Respublikası İXM-nin 38.5-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Azərbaycan Respublikası İXM-nin 38.6-cuü maddəsinə əsasən bu Məcəllənin 122.1ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyində bir halda (İXM-nin 38.5-ci maddəsi)- inzibati xəta törətmiş şəxs qaçıb gizləndiyi təqdirdə müddətin axımının dayanması göstərilmişdir. Lakin hazırki iş materiallarından görünür ki, Taralov Şəxs qaçıb gizlənməmiş, İXM-nin 34.1, 34.2, 34.3 və 34.4-cü maddələrinə şərh verilməsi üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə sorğu verilməsi ilə bağlı hazırki iş üzrə icraat dayandırılmışdır. İşin belə əsasla dayandırılması barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qaçıb gizlənməsi və bu əsasla müddətin axımının dayandırılması kimi şərh edilməsi düzgün olmazdı. Qanunda da belə hal mövcud deyildir. İş materiallarından görünür ki, xx.xx.2020-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokolla Taralov Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə istinad olunan inzibati xətanın xx.xx.2020-ci il tarixdə, xx.xx.2020-ci il tarixli, MN ******* №li inzibati xəta haqqında protokolla Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsilə və xx.xx.2020-ci il tarixli, MN ******* №-li inzibati xətalar haqqında protokolla Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə istinad olunan inzibati xətaların törədilməsi Balakən RPŞ-nin TB-nin təhqiqatçısı polis kapitanı Zaur Xəlilovun cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərarı və Balakən RPŞ-nin TB-nin təhqiqatçısı polis kapitanı Natiq Muradovun cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərarı ilə müəyyən olunmuş və həmin qərarlar əsasında sözügedən inzibati xətalar haqqında işlər üzrə icraat başlanmışdır. Həmin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərarın və cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərarın qəbul edildiyi vaxtdan üç aydan çox vaxt keçmişdir. Azərbaycan Respublikası İXM-nin 38.3-cü maddəsinə əsasən də inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Belə olan halda Taralov Şəxs barəsində İXM-nin 157, 510 və 157-ci maddələrilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı müddətlər keçmişdir. Müddətin keçməsi isə inzibati məsuliyyətdən azad edilmə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün qanunda göstərilən əsasdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, hakim inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. İşin hallarını, yuxarıda qeyd olunan qanun normalarının tələblərini nəzərə alaraq, hesab edirəm ki, Taralov Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157, 510 və 157-ci maddələrilə başlanmış inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilməli, Taralov Şəxs inzibati məsuliyyətdən azad edilməlidir. İş materiallarından həmçinin görünür ki, Balakən rayonunda fərdi qaydada fəaliyyət göstərən Vəkil, hazırki inzibati xəta haqqında iş üzrə Taralov Şəxs hüquqlarının müdafiəsinə 5 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxx 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının İXM-nin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də hesab edirəm ki, Taralov Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından fərdi qaydada fəaliyyət göstərən Vəkil nəfinə, «KAPİTALBANK» X3 Rekvizitləri: VÖEN **********, kod 200695, Müxbir hesab AZ11AllB********************, BİK AİİBAZ2x. hesabına 30 manat köçürülməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikasının İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 105.1, 110- 118 və 128-132-cü maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Taralov Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157, 510 və 157-ci maddələrilə başlanmış inzibati xətalar haqqında işlər üzrə icraata, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilsin; Taralov Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157, 510 və 157-ci maddələrilə inzibati məsuliyyətdən azad edilsin. Taralov Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından fərdi qaydada fəaliyyət göstərən Vəkil nəfinə, «KAPİTALBANK» X3 Rekvizitləri: VÖEN **********,kod 200695, Müxbir hesab AZ11AllB********************, BİK AİİBAZ2x. hesabına 30 manat köçürülsün. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-95/2020
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-95/2020
21.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver