Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-95/2022 11.03.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, 10 mart 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi-həmin idarənin hüquq məsələləri üzrə baş məsləhətçisi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X11 və onun müdafiəçisi-Balakən rayon Vəkil Bürosunun vəkili X17 iştirakı ilə X11 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 02 fevral 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: X20 məhkəməyə şikayətlə müraciət edərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı 1000 (min) manat cərimə edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X10 İnzibati tənbeh vermə haqqında 02 fevral 2022-ci il tarixli MN ******* saylı qərarının ləğv edilərək barəsində başlanmış inzibati icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X20 şikayətini onunla əsaslandırmışdır ki, o, 27 mart 1988-ci il tarixdə Balakən rayonu Qullar kəndində anadan olmuşdur və həmin ünvanında yaşayır. Xəstəliyi ilə bağlı İİ qrup əlildir. 21 yanvar 2022-ci il tarixdə evlərinin yaxınlığında qonşusu X2 əlində tir tüfəngi ilə ov etdiyini görüb, ona yaxınlaşmışdır. Onunla bir az söhbət edə-edə yaşadıqları ərazini gəzmişlər. Həmin vaxt Əhmədullah İsmayılov 6 ədəd qaratoyuq, 3 ədəd sığırçın vurmuşdur. Bir az gəzdikdən sonra evə çatarkən polis əməkdaşları onları saxlamış və polis şöbəsinə aparmışlar. 22 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən onun barəsində 21 yanvar 2022-ci il tarixdə Balakən rayonu Qullar kəndi ərazisində qanunsuz ov fəaliyyəti ilə məşğul olaraq 9 ədəd müxtəlif növ quş ovlamağı əsası ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. 02 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyinə-yəni ov qaydalarının kobud şəkildə pozulmasına dair qərar qəbul edilərək 1000 (bir min) manat cərimə edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin barəsində olan inzibati tənbeh vermə haqqında 02 fevral 2022-ci il tarixli MN ******* saylı qərarını əsassız hesab edir. Qərarın təsviri hissəsində qeyd edilmişdir ki, Balakən rayonunun Qullar kənd sakini X20 21 yanvar 2022-ci il tarixdə Balakən rayonu Qullar kəndi ərazisində qanunsuz ov fəaliyyəti ilə məşğul olaraq 9 ədəd müxtəlif növ quş ovlamışdır. X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. X20 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3- cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1000 (min) manat məbləğində cərimə edilmişdir. O, ümumiyyətlə ov etməmiş və ya hər hansı ov qaydalarını pozmamışdır. Onun əlində ov aləti və ov məhsulu olmamışdır. Həmin vaxt qonşusu X2 yanında olduğuna görə onu əsassız olaraq inzibati məsuliyyətə cəlb etmişlər. «Ovçuluq haqqında» Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində ov edilməsi aşağıdakı hallarda qadağan edilir: 20.1.1.müvafiq icra hakimiyyəti orqanı tərəfindən nəzərdə tutulmamış günlərdə; 20.1.2.ovçuluq bileti və ov etmək üçün icazə olmadıqda; 20.1.3.başqa şəxsə aid olan ovçuluq biletindən, ov etmək üçün icazədən və ov silahından istifadə edildikdə; 20.1.4.ov etmək üçün verilmiş icazədə göstərilən yerdə ov edilmədikdə; 20.1.5.ovçuluq təsərrüfatlarında qeydiyyatdan keçmədikdə; 20.1.6.ov etmək üçün icazədə göstərilmiş normadan (saydan) artıq ov edildikdə. Yuxarıda qeyd edilən hallardan hər hansı birini o, pozmamışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi barəsində olan inzibati tənbehin tətbiq edilməsi haqqında 02 fevral 2022-ci il tarixli MN ******* saylı qərarı qəbul edərkən ondan hər hansı ov aşkar edilmədiyinə görə barəsində inzibati araşdırma aparılmalı, əməlində inzibati xətanın tərkibinin olub-olmaması, inzibati orqanın səlahiyyətli şəxsinin həmin inzibati xətaya baxmaq səlahiyyətinin olub-olmaması aydınlaşdırılmalı idi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə-inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılması nəzərdə tutulmuşdur. O, hər hansı ov etmədiyinə görə, eyni zamanda ov etmək niyyətində olmadığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməmişdir. Bundan əlavə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalara baxmaq səlahiyyəti rayon (şəhər) məhkəmələrinə həvalə edilmişdir. Digər tərəfdən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X14 inzibati tənbeh vermə haqqında 02 fevral 2022-ci il tarixli MN ******* saylı qərarı verərkən səlahiyyət həddini aşmış, qanunla baxılması məhkəmənin səlahiyyətlərinə aid olunan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3cü maddəsilə X15 təqsirli bilərək, barəsində 1000 manat məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxılması imperativ qaydada rayon (şəhər) məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 nömrəli «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə» Fərmanının 5.11 -ci bəndində Azərbaycan Respublikası Ekoloiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən baxılmalı olan inzibati xətaların siyahısında İnzibati Xətalar Məcəlləsinin 272-ci maddəsində, o cümlədən 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar göstərilməsə də, həmin Fərmanın 5.23-cü bəndində İnzibati Xətalar Məcəlləsinin 272-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə həmin işlər üzrə inzibati icraata başlamış Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və ya Azərbaycan Respublikasının Ekologia və Təbii Sərvətlər Nazirliyi tərəfindən baxılması müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə məhkəmədə baxılması İnzibati Xətalar Məcəlləsinin 43.1, 26.2 və 27.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, birincisi, bu, qanunda, yəni Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində imperativ qaydada təsbit edilmişdir. Həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavastə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 27.2-ci maddəsinə əsasən bu Məcəllənin 327.7ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması yalnız hakim tərəfindən tətbiq edilir. X16 istinad olunan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin sanksiyasında isə inzibati cərimədən əlavə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavastə obyekti olmuş predmetin müsadirə edilməsi və ya edilməməsi, həmçinin altı aydan iki ilədək müddətə ov hüququnun məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Qanun normasının tələbinə görə isə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavastə obyekti olmuş predmetin müsadirəsi və fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması yalnız hakim tərəfindən həyata keçirilir. Ona görə də sanksiyasında inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavastə obyekti olmuş predmetin müsadirəsi və fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması nəzərdə tutulan inzibati xətalar, konkret halda İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində göstərilən inzibati xətalar haqqında işlərə məhkəmə tərəfindən baxılmalı olduğundan, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X14 tərəfindən hazırki iş baxılması üçün məhkəməyə göndərilməli idi ki, bu da həyata keçirilməmişdir. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikası Konstitusiya Qanununun 2.6-cı bəndinə əsasən fərman və ya digər normativ hüquqi akt qanunla ziddiyyət təşkil etdikdə qanun tətbiq edilir. 02 fevral 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla X20 ov qaydalarının kobud şəkildə pozulması ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinmiş və tənbeh edilmişdir. Qeyd edildiyi kimi, X11 ov qaydalarını kobud şəkildə pozması; lazımi icazə olmadan və ya qadağan olunmuş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov etməsi və bununla da İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübut olunmur. Belə ki, «Ovçuluq haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1ci maddəsinə əsasən ovçuluq - quruda və suda təbii sərbəstlik və yarımsərbəst şəraitində daimi, müvəqqəti və köçəri yaşayan, habelə təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılan suda-quruda yaşayanların, xəzdərililərin, sürünənlərin, quşların və məməlilərin (bundan sonra - vəhşi heyvanların) izlənilməsi, təqib edilməsi, tutulması və vurulması üzrə fəaliyyət növüdür. Həmin Qanunun 1.0.4-cü maddəsinə əsasən ov yerləri ovçuluğun həyata keçirilməsinə və ovçuluq təsərrüfatlarının aparılmasına aid edilən, təbii sərbəstlik və yarımsərbəst şəraitində yaşayan, habelə ayrı-ayrı hüquqi və fiziki şəxslər tərəfindən yetişdirilib artırılan vəhşi heyvanların məskunlaşdığı torpaq sahələri, meşə, digər bitki və su ilə örtülü olan təbiət əraziləridir. Yenə də həmin Qanunun 1.0.7-ci maddəsinə əsasən ov aləti- həvəskar və idman ovunu həyata keçirmək üçün istifadə edilən ov silahları, ov itləri, ovçu quşları və başqa ov vasitələridir. Hesab edir ki, barəsində yazılmış Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X10 inzibati tənbeh vermə haqqında 02 fevral 2022-ci il tarixli MN ******* saylı qərarı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3- cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyi ilə bağlı inzibati materialı tam araşdırmadan qəbul edilmişdir, buna görə də sözügedən qərar ləğv edilməli, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə olan işin icraatına xitam verilməlidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X20 şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat vermiş və barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X10 inzibati tənbeh vermə haqqında 02 fevral 2022-ci il tarixli MN ******* saylı qərarının ləğv edilməsini və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3- cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X11 müdafiəçisi X23 da şikayətin faktoloji və hüquqi əsaslarını müdafiə edərək, ona uyğun izahat vermis və şikayətin təmin olunmasını xahiş etmişdir. Hazırki iş üzrə 10 mart 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə X11 ov qaydalarını pozduğunu, buna görə X20 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə 22 yanvar 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunduğunu, həmin protokol əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X10 inzibati tənbeh vermə haqqında 02 fevral 2022-ci il tarixli, ******* saylı qərarı ilə X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı 1000 (min) manat cərimə edildiyini, həmin qərarın tamamilə qanuni və əsaslı olduğunu göstərərək, şikayətin rədd edilməsini və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzinin inzibati tənbeh vermə haqqında 02 fevral 2022-ci il tarixli ******* saylı qərarının qüvvədə saxlanmasını xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxsi, onun müdafiəçisini və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsini dinləyib, şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə tədqiq edərək, hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X10 X20 barəsində İnzibati tənbeh vermə haqqında 02 fevral 2022-ci il tarixli MN ******* nömrəli qərarı ləğv olunmalı və əməlində inzibati xəta tərkibi olmadığı üçün X20 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 22 yanvar 2022-cı il tarixli MN1195885 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X20 barəsində 21.01.2022-ci il tarixdə saat 22 radələrində Balakən rayonu Qullar kəndi ərazsində qanunsuz ov fəaliyyəti ilə məşğul olması və 9 ədəd çöl quşu ovlaması əsası ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi istinad olunmaqla onun haqqında həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X10 02 fevral 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X20 21 yanvar 2022-ci il tarixdə Balakən rayonu Qullar kəndi ərazisində qanunsuz ov fəaliyyəti ilə məşğul olaraq 9 ədəd müxtəlif növ quş ovlması göstərilməklə ov qaydalarının kobud şəkildə pozulması əsası ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 1000 manat məbləğdə inzibati qaydada cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.4.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edildikdə, yaxud inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında prokuror tərəfindən qərar qəbul edildikdə inzibati xəta haqqında iş üzrə icraat başlanmış hesab edilir. Qanun normasının mənasına görə şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin hansısa maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilməklə onun barəsində həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraat başlanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.21-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün sübut növü kimi müəyyən edilmişdir. İş materiallarından görünür ki, 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X14 inzibati tənbeh tətbiq etmə haqqında 02 fevral 2022-ci il tarixli qərarı verərkən səlahiyyət həddini aşmış, qanunla məhkəmənin səlahiyyətlərinə aid olunan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsilə X15 təqsirli bilərək, barəsində 1000 manat məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibpati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxılması imperativ qaydada rayon (şəhər) məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 nömrəli «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə» Fərmanının 5.11-ci bəndində Azərbaycan Respublikası Ekoloiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən baxılmalı olan inzibati xətaların siyahısında İnzibati Xətalar Məcəlləsinin 272-ci maddəsində, o cümlədən 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar göstərilməsə də, həmin Fərmanın 5.23-cü bəndində İnzibati Xətalar Məcəlləsinin 272-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə həmin işlər üzrə inzibati icraata başlamış Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və ya Azərbaycan Respublikasının Ekologia və Təbii Sərvətlər Nazirliyi tərəfindən baxılması müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə məhkəmədə baxılması İnzibati Xətalar Məcəlləsinin 43.1, 26.2 və 27.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, birincisi, bu, qanunda, yəni İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində imperativ qaydada təsbit edilmişdir. Həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavastə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 27.2-ci maddəsinə əsasən bu Məcəllənin 327.7-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması yalnız hakim tərəfindən tətbiq edilir. X16 istinad olunan İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin sanksiyasında isə inzibati cərimədən əlavə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavastə obyekti olmuş predmetin müsadirə edilməsi və ya edilməməsi, həmçinin altı aydan iki ilədək müddətə ov hüququnun məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Qanun normasının tələbinə görə isə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavastə obyekti olmuş predmetin müsadirəsi və fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması yalnız hakim tərəfindən həyata keçirilir. Ona görə də sanksiyasında inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavastə obyekti olmuş predmetin müsadirəsi və fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması nəzərdə tutulan inzibati xətalar, konkret halda İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində göstərilən inzibati xətalar haqqında işlərə məhkəmə tərəfindən baxılmalı olduğundan, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi tərəfindən hazırki iş baxılması üçün məhkəməyə gəndərilməli idi ki, bu da həyata keçirilməmişdir. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikası Konstitusiya Qanununun 2.6-cı bəndinə əsasən fərman və ya digər normativ hüquqi akt qanunla ziddiyyət təşkil etdikdə qanun tətbiq edilir. Ona görə də hazırki halda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 26.2 və 27.2-ci maddələri tətbiq olunmalıdır. 02 fevral 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarla X20 ov qaydalarının kobud şəkildə pozulması ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və tənbeh edilmişdir. X11 ov qaydalarını kobud şəkildə pozması; lazımi icazə olmadan və ya qadağan olunmuş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov etməsi və bununla da İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi isə iş materialları ilə sübut olunmur. Belə ki,«Ovçuluq haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən ovçuluq - quruda və suda təbii sərbəstlik və yarımsərbəst şəraitində daimi, müvəqqəti və köçəri yaşayan, habelə təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılan suda-quruda yaşayanların, xəzdərililərin, sürünənlərin, quşların və məməlilərin (bundan sonra - vəhşi heyvanların) izlənilməsi, təqib edilməsi, tutulması və vurulması üzrə fəaliyyət növüdür. Həmin Qanunun 1.0.4-cü maddəsinə əsasən ov yerləri - ovçuluğun həyata keçirilməsinə və ovçuluq təsərrüfatlarının aparılmasına aid edilən, təbii sərbəstlik və yarımsərbəst şəraitində yaşayan, habelə ayrı-ayrı hüquqi və fiziki şəxslər tərəfindən yetişdirilib artırılan vəhşi heyvanların məskunlaşdığı torpaq sahələri, meşə, digər bitki və su ilə örtülü olan təbiət əraziləridir. Yenə də həmin Qanunun 1.0.7-ci maddəsinə əsasən ov aləti - həvəskar və idman ovunu həyata keçirmək üçün istifadə edilən ov silahları, ov itləri, ovçu quşları və başqa ov vasitələridir. «Ovçuluq haqqında» Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində ov edilməsi aşağıdakı hallarda qadağan edilir: 20.1.1.müvafiq icra hakimiyyəti orqanı tərəfindən nəzərdə tutulmamış günlərdə; 20.1.2.ovçuluq bileti və ov etmək üçün icazə olmadıqda; 20.1.3.başqa şəxsə aid olan ovçuluq biletindən, ov etmək üçün icazədən və ov silahından istifadə edildikdə; 20.1.4.ov etmək üçün verilmiş icazədə göstərilən yerdə ov edilmədikdə; 20.1.5.ovçuluq təsərrüfatlarında qeydiyyatdan keçmədikdə; 20.1.6.ov etmək üçün icazədə göstərilmiş normadan (saydan) artıq ov edildikdə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 27 yanvar tarixli 10 nömrəli qərarı ilə «Azərbaycan Respublikasının ərazisində ovçuluğun aparılması Qaydaları» təsdiq edlmişdir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən quruda və suda təbii sərbəstlik və yarımsərbəst şəraitində daimi, müvəqqəti və köçəri yaşayan, habelə təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılan suda-quruda yaşayanların, xəzdərililərin, sürünənlərin, quşların və məməlilərin izlənilməsi, təqib edilməsi, tutulması və vurulması üzrə fəaliyyət növü ov sayılır. Həmin Qaydaların 2.2, 2.3, 2.4, 2.5, 2.6 və 2.7-ci bəndlərinə əsasən respublika ərazisində ov mövsümünün başlanmasını və müddətini Ekologiya və Təbii Sərvətlər Nazirliyi müəyyən edir və bu barədə kütləvi informasiya vasitələri ilə əhaliyə məlumat verilir; ov obyektinə aid edilən vəhşi heyvanların ayrı-ayrı növlərinin ov mövsümündə tutulmasının və vurulmasının norması (sayı) Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müəyyən edilir; ov mövsümündə ov edilməsinə ərazinin epizootik durumundan asılı olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müəyyən edilən günlərdə yol verilir. Ovçulara ovun yalnız bu günlər ərzində ov obyektlərinin hər növünə ayrıca verilən ov etmək üçün icazədə göstərilən normaya uyğun ov etməyə icazə verilir. Ov etmək üçün icazədə ov obyektlərinin növü, ovlama üsulu və yeri, norması (sayı), ovun vaxtı, icazənin müddəti və şərtləri göstərilir. Ov etmək üçün icazədə göstərilən normada (sayda) əldə edilən ov məhsulları ovçulara məxsusdur. Göstərilən normadan (saydan) artıq əldə edilən ov məhsulları ovçulardan geri alınır və onlara qarşı qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlər görülür; ov üçün qapalı olan yerlərdə və qadağan edilmiş vaxtda zooloji material toplamaq məqsədilə və başqa elmi məqsədlərlə ovlanması qadağan edilməyən vəhşi heyvanlar yalnız müvafiq elmi təşkilatların müraciətinə əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin razılığı ilə tutulur və vurulur. Bu məqsədlər üçün vəhşi heyvan və quşlar yalnız ovçular tərəfindən ovlanır; ov edən şəxslər adamların və ev heyvanlarının yaralanmasına, habelə yanğın baş verməsinə qarşı bütün ehtiyat tədbirlərini görməyə və sanitar qaydalarına əməl etməyə borcludurlar; hər bir ovçu ova başlayanadək ov yerlərində təşkil edilmiş nəzarət-buraxılış məntəqəsinə gəlir. Burada ovçuluq təsərrüfatının işçiləri onun silahını, ovçuluq biletini, ov silahını saxlamağa daxili işlər orqanlarının xüsusi icazəsini və ov etmək üçün icazəni yoxlayır və ovçuların qeydiyyat kitabında bu barədə müvafiq qeydiyyat aparılır. Ov başa çatdıqdan sonra ovçu yenidən nəzarət-buraxılış məntəqəsinə gəlməyə və ovladığını yoxlatmaq üçün göstərməyə borcludur. Yoxlamanın nəticələri ovçuların qeydiyyat kitabında, ov etmək üçün icazənin kötüyündə isə ovçunun nəzarət-buraxılış məntəqəsinə gəlməsi qeyd edilir. Nəzarətburaxılış məntəqəsinə gəlmədən ov yerinə gedən və ya ovdan sonra çıxıb gedən ovçular ov qaydalarını pozmuş hesab edilir və qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunurlar. «Azərbaycan Respublikasının ərazisində ovçuluğun aparılması Qaydaları»nın İİİ hissəsinə əsasən ovçuların hüquq və vəzifələri aşağıdakılardır: ovçuluq təsərrüfatlarından və ov obyektlərindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada istifadə etmək; ovçular cəmiyyətinə üzv olmaq; ov yerlərində ov alətlərindən istfiadə etmək; qanuni əldə edilən ov məhsullarına sahiblik etmək; ovu həyata keçirmək üçün müəyyən olunmuş qaydalara, normalara, limitlərə və müddətlərə əməl etmək; hər il üçün ovçular cəmiyyətinə üzvlük haqqını vaxtında ödəmək: ovçuluq bileti və ov etmək üçün verilən icazə əsasında ovçuluq təsərrüfatlarında qeydiyyatdan keçmək; ov silahından qanunvericilikdə nəzərdə tutulmuş qaydada təyinatı üzrə istifadə etmək; ov yerlərində ekoloji və sanitariya-gigiyena norma və qaydalarına riayət etmək; ov yerlərində vəhşi heyvanların yaşayış mühitinin ekoloji vəziyyətinin pisləşməsinə yol verməmək; ovçuluq təsərrüfatlarının mühafizəsi məsələləri üzrə ekoloji proqramların yerinə yetirilməsində iştirak etmək; vəhşi heyvanlar arasında xəstəlik müşahidə edildikdə, onların yaşayış mühiti pisləşdikdə, heyvanların məhv olmaq təhlükəsi yarandıqda və tələf olması hallarında dərhal ovçuluq təsərrüfatlarına, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat vermək; Azərbaycan Respublikasının "Qırmızı Kitabı"na daxil edilmiş və xüsusi mühafizə olunan vəhşi heyvan növlərinin mühafizə rejiminə əməl etmək; Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək və vəzifələri yerinə yetirmək. Bu Qaydaların V hissəsinə əsasən Azərbaycan Respublikası ərazisində ov edərkən aşağıdakılar qadağandır: Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən nəzərdə tutulmamış günlərdə ov etmək; ovçuluq bileti və ov etmək üçün icazə olmadan ov etmək; ov yerlərində heyvanlar arasında qorxulu yoluxucu xəstəliklər baş verdikdə ov etmək; başqa şəxsə aid olan ovçuluq biletindən, ov etmək üçün icazədən və ov silahından istifadə etməklə ov etmək; ov üçün verilmiş icazədə göstərilməyən yerdə ov etmək; ovçuluq təsərrüfatlarında qeydiyyatdan keçmədən ov etmək; ov üçün icazədə göstərilmiş normadan (saydan) artıq ov etmək; daxili işlər orqanlarının xüsusi icazəsi olmayan silahlardan istifadə etmək; torların, zınqırovun, quş yapışqanının, tələlərin, ilgəklərin, duzaqların, gecələr məşəl, avtomobil, traktor və başqa nəqliyyat vasitələrinin faralarının işığının, süni işığın, projektorların, xərəyin, tor kisələrin, balıq ovu qırmaqlarının, zəhərli və digər toksigen mənşəli preparatlardan istifadə etməklə və ov çalalarının köməyi ilə vəhşi heyvan və quşların kütləvi surətdə əldə olunması üsullarını tətbiq etmək; acınacaqlı vəziyyətdə olan (yemsizliyə, yanğına görə tükü tökülən və taqətdən düşən, yer buz bağlayarkən donan, suyun donmayan yerində keyləşən) vəhşi heyvanları, su quşlarını və pərvazlanmamış bala quşları vurmaq və tutmaq; hər növ heyvanları (qabandan başqa) 3 adamdan çox olaraq qıy və yürüşlə ovlamaq, dovşanları dövrəyə alıb ov etmək; yuvaları qazıb tüstü verməklə tülküləri, porsuqları çıxarmaq, habelə tüstü verməklə dələləri ağac koğuşlarından və başqa sığınacaqlardan çıxarmaq, yumurtaları yığmaq və yuvaları dağıtmaq, düzəltmə yuva yerlərini, vəhşi heyvanlar üçün qoyulmuş yem axurlarını, yem əkinlərini, duzlaqları, lövhələri, fərqləndirici nişanları,göstəriciləri, ov vışkalarını, daxmaları, qazmaları və ov yerlərində düzəldilmiş xəlvət guşə və komaları zədələmək və məhv etmək; sututarları qurutmaq, vəhşi heyvanların yaşayış yerlərini neft məhsulları və zərərli istehsalat tullantıları ilə çirkləndirmək, ov yerlərinin və heyvanların yem bazasının vəziyyətini pisləşdirmək, ağacları, kolları, qamışları kökündən çıxartmaq, kəsmək və yandırmaq; vəhşi heyvan və quşların bütün növlərini avtomaşınla, traktorla, motosikletlə, vertolyotla, motorlu qayıqla qovaraq ovlamaq, habelə avtonəqliyyatda yaxınlaşaraq heyvanları vurmaq, ov vaxtı aydın görünməyən hədəfə, səsə və xışıltıya atəş açmaq, tez alovlanan materiallardan tıxac kimi istifadə etmək, 35 metrdən uzaq məsafədə heyvan və quşlara qırma və ya karteçlə atəş açmaq; ov yerlərində yanğın, daşqın, tufan, zəlzələ, torpaq sürüşməsi, quraqlıq kimi təbii fəlakət hadisələri və vəhşi heyvanlar arasında epidemiya halları baş verdikdə xəstəlik barəsində Kənd Təsərrüfatı Nazirliyinə məlumat verməklə ov Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən məhdudlaşdırıla və ya dayandırıla bilər. İş materiallarından görünür ki, 21 yanvar 2022-ci il tarixdə saat 22 radələrində X6 rayonu Qullar kəndi ərazisində quruda və suda təbii sərbəstlik və yarımsərbəst şəraitində daimi, müvəqqəti və köçəri yaşayan, habelə təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılan vəhşi heyvanların, o cümlədən quşların izlənilməsi, təqib edilməsi, tutulması və vurulmasını həyata keçirməmişdir. Həmin vaxt X12 qanunla ovçuluğun həyata keçirilməsi üçün nəzərdə tutulmuş ov aləti- həvəskar və idman ovunu həyata keçirmək üçün istifadə edilən ov silahı, ov iti, ovçu quşları və başqa ov vasitələri, o cümlədən yivli ov silahı olmamış, o, hər hansı ov alətləri ilə quşları ovlamamış, yəni onları izləməmiş, təqib etməmiş, tutmamış və vurmamışdır. X11 Balakən Rayon Polis Şöbəsində verdiyi izahatına görə onda işıq fənəri də X3 məxsus olmuş və Əhmədullah İsmayılov tərəfindən gətirilmişdir. X11 X3 əlindəki fənərlə quşların üzünə işıq salmaqda kömək etməsi və həmin vurulmuş quşları kisəyə yığması onun ov qaydalarını kobud şəkildə pozması kimi qiymətləndirilə bilməz. Belə ki, əvvəla iş materiallarına əsasən sözügedən vaxt X20 hər hansı ov aləti ilə ov etməmiş, onda işıq fənəri quraşdırılmış ov aləti, o cümlədən yivli silah olmamış və o, işıq fənəri quraşdırılmış hər hansı ov aləti, o cümlədən yivli silahla quşları izləməmiş və təqib edib vurmamışdır. Qanun yalnız belə hallarda, yəni işıq fənəri quraşdırılmış hər hansı ov aləti, o cümlədən yivli silahla ov etməni qadağan edir. Digər tərəfdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsində (həmin Məcəllənin 32-ci maddəsi və sair maddələri) icraçı (həmçinin birgə icraçı), təşkilatçı, təhrikçi və köməkçi kimi cinayətin iştirakçılığının növləri müəyyən edilib, bu iştirakçılığa görə, o cümlədən başqa şəxslərlə birlikdə cinayətin törədilməsində bilavasitə iştirak etməyə (birgə icraçılığa) və cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmək, habelə cinayəti törətmiş şəxsi, cinayətin alətlərini və vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qadaqcadan vəd etməkdə ifadə olunan köməkçiliyə görə cinayət məsuliyyəti nəzərdə tutulsa da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində birgə icraçı, təşkilatçı, təhrikçi və köməkçi formasında inzibati xətanın iştirakçılığı institutu və belə iştirakçılığa görə inzibati məsuliyyətə cəlb etmənin əsasları və qaydaları nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində yalnız konkert fiziki şəxsin, vəzifəli şəxsin və hüquqi şəxsin inzibati məsuliyyətindən söhbət gedir. Belə ki, Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 5.2-ci maddəsinə əsasən cinayət qanununun analogiya üzrə tətbiqinə yol verilmir. Normativ hüquqi aktlar haqqında Azərbaycan Repsublikası Konstitusiya Qanununun 13.5-ci maddəsinə əsasən cinayət, inzibati xətalar və vergi qanunvericiliyində, məsuliyyətə cəlb olunma, hüquqların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi hallarında hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilməz. Göründüyü kimi qanun normaları cinayət qanununun o cümlədən məsuliyyətə cəlb olunma hallarında qanunun analogiyasını qadağan edir. Ona görə də Cinayət Məcəlləsinin müvafiq norması qanunun analogiyası üzrə tətbiq edilməklə başqasına məxsus olan, ov silahına quraşdırılmayan əl fənəri ilə işıqlandırma və ov quşlarını kisəyə yığma hərəkətlərini köməkçilik kimi qiymətləndririb, X4 görə İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsilə cinayət məsuliyyətinə cəlb etmək qanunun tələblərinə ziddir və qəbuledilməzdir. X11 ov aləti və ya digər ov vasitələri ilə, o cümlədən yivli silahla müvafiq icazə olmadan və qadağan olunmuş yerlərdə ov etməsi, ov quşlarının bu ov alətlərindən istifadə edərək, o cümlədən işıqlandırma vasitəsi quraşdırılmış ov silahı ilə vurması isə birmənalı şəkildə müəyyən olunmur. İşdəki sübutlarla 21 yanvar 2022-ci il tarixdə saat 22 radələrində X11 Balakən rayonu Qullar kəndi ərazisində ov qaydalarını kobud şəkildə pozması; lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan olunmuş alətlərlə və ya üsullarla ov etməsi, həmçinin digər ov qaydalarını pozması sübut olunmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi isə konkret olaraq lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan olunmuş alətlərlə və ya üsullarla ov edilməsində ifadə olunan ov qaydalarının kobud şəkildə pozulmasına, həmçinin digər ov qaydalarının müntəzəm pozulmasına görə inzibati məsuliyyət müəyyən etmişdir. Ceyhun Rəhimovun həmin vaxt ov qaydalarının kobud şəkildə pozulmasında ifadə edilən heç bir hərəkətə yol vermədən X1 yanında olması hələ onun onun İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinin sübutu deyildir. X11 şikayətindən göründüyü kimi, X20 21.01.2022-cı il tarixdə saat 22 radələrində ümumiyyətlə ov etməmiş, onun əlində ov aləti olmamışdır. Həmin vaxt qonşusu X2 yanında olmuş, heç bir hərəkəti ilə ov qaydalarını pozmamışdır. Bunun əksini təsdiq edən heç bir mötəbər sübut da təqdim olunmamışdır. X20 barəsində inzibati xəta haqqında iş üzrə icraati başlamış orqan və vəzifəli şəxs tərəfindən onun 21 yanvar 2022-cı il tarixdə saat 22 radələrində Balakən rayonu Qullar kəndi ərazisində xüsusi mühafizə olunan təbiət ərazilərindən istifadə qaydalarını pozması, həmçinin ov qaydalarını kobud şəkildə pozması; lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan olunmuş alətlərlə və ya üsullarla ov etməsi, həmçinin digər ov qaydalarını müntəzəm pozmasını təsdiq edən hər hansı mötəbər sübut; xüsusi mühafizə olunan təbiət ərazilərindən istifadə qaydalarının pozulması, bu ov qaydalarının kobud pozuntusu ilə bağlı maddi sübutlar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, şahidlərin izahatları, hər hansı digər sənədlər, xüsusi texniki vasitələrin göstəriciləri, ekspert rəyi və sair təqdim edilməmişdir. Halbuki qanuna görə (İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsi) belə sübutları təqdim etməklə şəxsin ona istinad olunan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olmasını sübut etmək vəzifəsi inzibati xəta haqqında iş üzrə icraat başlamış orqanın və ya həmin orqanın vəzifəli şəxsinin üzərinə düşür. X11 21 yanvar 2022-cı il tarixdə ov qaydalarını kobud şəkildə pozması ehtimalı edilir ki, müvafiq sübutlar olmadan həmin ehtimal da şəxsin ona istinad olunan İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinməsi üçün əsas ola bilməz. X8 21 yanvar 2022-cı il tarixdə ov qaydalarını kobud şəkildə pozması və İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməsinə tam faktoloji və hüquqi əsas verən heç bir mötəbər sübut yoxdur və belə bir sübut da məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bu xüsusda məhkəmə X20 barəsində 22 yanvar 2022-cı il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokolu mötəbər sübut kimi qəbul etmir. Belə ki, həmin protokolda Ceyhun Rəhimovun hərəkətində ov qaydalarının kobud şəkildə pozulmasının nədə ifadə olunması, yəni xətanın dəqiq mahiyyəti göstərilməmiş, həmçinin həmin protokol digər kobud qanun pozuntuları ilə tərtib olunmuşdur. Belə ki, 22 yanvar 2022-cı il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokolda doğulduğu tarix, qeydiyyatda olduğu və yaşadığı yer, ailə vəziyyəti, vətəndaşlığı, əvvəllər inzibati məsuliyyətə cəlb edilib-edilməməsi barədə məlumat göstərilməməklə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, şahidlərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı, barəsində inzibati xəta haqqında iş üzrə icraati aparılan fiziki şəxsin izahatı göstərilməmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.4, 100.1.6, 100.1.7 və 100.1.10-cu maddələrinin tələbləri pozulmuşdur. Bununla yanaşı, nəzərə çatdırılmalıdır ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan o halda inzibati xəta haqqında işə baxıla bilər ki, İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olduğu halda, o, iştirak etməsin. Ancaq toplanmış materialdan göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X16 işə baxılmasının yeri və müddəti bildirilməmişdir. Şübhəsizdir ki, qeyd olunan xüsusat barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası İXM-də nəzərdə tutulan hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur ki, bununla da barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Ceyhun Rəhimov inzibati xəta haqqında iş üzrə icraatın baxılmasında mütləq iştirak etməli olduğu halda, iştirak edə bilməmişdir. Nəticədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X11 iştirakı olmadan onun barəsində inzibati xəta haqqında işə baxılaraq, inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmçinin həmin qərar X16 qanunda nəzərdə tutulmuş müddətdə təqdim edilməmiş və ona qərardan şikayət vermək hüququ, qaydası və müddəti izah edilməmiş, bununla da X11 Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsində nəzərdə tutulan müraciət etmək hüququ və Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu maddələrində nəzərdə tutulmuş məhkəməyə müraciət etmək hüququ pozulmuşdur. Halbuki Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə Azərbaycan Respublikası ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir, heç kəs insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini məhdudlaşdıra bilməz. Həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 5-ci maddəsinə əsasən insan və vətəndaş hüquq və azadlıqları ali dəyərə malikdir. Bu hüquq və azadlıqlarına pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: …135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması. İşdəki sübutlardan görünür ki, X11 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin tərkibi olmadan, o, əsassız olaraq həmin Məcəllənin 272.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X10 02 fevral 2022-cı il tarixli MN ******* №-li inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinərək, 1000 manat məbləğində cərimə edilmişdir. Ona görə də həmin qərar ləğv edilməli və əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə X20 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanları ümumiləşdirib, İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, bu nəticəyə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X11 şikayəti əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X10 X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək, 1000 manat məbləğində cərimə edilməsi ilə bağlı 02 fevral 2022-cı il tarixli MN ******* №-li inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X11 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata onun əməlində həmin inzibati xətanın tərkibinin olmaması əsası ilə xitam verilməlidir. İş materiallarından həmçinin həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili X23, hazırki iş üzrə X11 hüquqlarının müdafiəsinə 2 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının İXM-nin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də hesab edirəm ki, X16 göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili X21 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X19 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 12 manat köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38, 40, 43, 49-51, 53, 105, 114-115, 128-136 və 137-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X11 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X10 X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək, 1000 manat məbləğində cərimə edilməsi ilə bağlı 02 fevral 2022-cı il tarixli MN ******* №-li inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin; X11 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata onun əməlində həmin inzibati xətanın tərkibinin olmaması əsası ilə xitam verilsin. X16 göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili X21 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X19 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 12 manat köçürülsün. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-95/2022
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-95/2022
11.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver