Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-96/2022 11.03.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X7 və onun müdafiəçisi- Balakən rayon Vəkil Bürosunun vəkili X29 və hazırki iş üzrə 10 mart 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə X8 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 02 fevral 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: X15 məhkəmədən şikayətinin təmin edilməsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X21 İnzibati tənbehin tətbiq edilməsi haqqında 02 fevral 2022-ci il tarixli MN ******* saylı qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta bağlı 1000 (min) manat cərimə edilməyinə dair qərarın ləğv edilərək barəsində başlanmış inzibati icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X15 şikayətini onunla əsaslandırmışdır ki, o, X15 27 mart 1988- ci ildə Balakən rayonu Qullar kəndində anadan olmuşdur və həmin ünvanında yaşayır. Xəstəliyi ilə bağlı İİİ qrup əlildir. 21 yanvar 2022-ci il tarixdə evlərinin yaxınlığında əlində tir tüfəngi ilə uşağı üçün bir neçə qaratoyuq vurmaq üçün gəzmişdir. Qonşuluqda olan kolların arası ilə dolaşaraq 6 ədəd qaratoyuq, 3 ədəd sığırçın vurmuşdur. Sonra qonşusu X32 onu görüb ona yaxınlaşmışdır. Onunla bir az söhbət edə-edə yaşadıqları evə tərəf gəlmişlər. Bir az gəzdikdən sonra evə çatarkən polis əməkdaşları onları saxlamış və polis şöbəsinə aparmışlar. 22 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən onun barəsində 21 yanvar 2022-ci il tarixdə Balakən rayonu Qullar kəndi ərazisində qanunsuz ov fəaliyyəti ilə məşğul olaraq 9 ədəd müxtəlif növ quş ovlamağı əsası ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. 02 fevral 2022-ci il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə-yəni ov qaydalarının kobud şəkildə pozulmasına dair qərar qəbul edilərək 1000 (bir min) manat cərimə edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin barəsində olan inzibati tənbehin tətbiq edilməsi haqqında 02 fevral 2022-ci il tarixli MN ******* saylı qərarını əsassız hesab edir. Qərarın təsviri hissəsində qeyd edilmişdir ki, Balakən rayonunun Qullar kənd sakini X15 21 yanvar 2022-ci il tarixdə Balakən rayonu Qullar kəndi ərazisində qanunsuz ov fəaliyyəti ilə məşğul olaraq 9 ədəd müxtəlif növ quş ovlamışdır. X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. X15 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1000 (min) manat məbləğində cərimə edilmişdir. Qeyd etmək istəyir ki, o, 9 ədəd quş ovlasa da, hər hansı ov qaydalarını kobud şəkildə pozmamışdır. Ovladığı quşlar ovlanması qadağan edilən quşlar deyildir, ov etdiyi ərazi qadağan edilmiş ərazi deyildir, ovladığı quşlar vəhşi heyvanlar hesab olunmur, qadağan edilmiş alət və üsullarla, eyni zamanda normadan artıq ov etməmişdir. Qeyd etdiyi səbəblərə görə onu əsassız olaraq inzibati məsuliyyətə cəlb etmişlər. «Ovçuluq haqqında» Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində ov edilməsi aşağıdakı hallarda qadağan edilir: 20.1.1.müvafiq icra hakimiyyəti orqanı tərəfindən nəzərdə tutulmamış günlərdə; 20.1.2.ovçuluq bileti və ov etmək üçün icazə olmadıqda; 20.1.3.başqa şəxsə aid olan ovçuluq biletindən, ov etmək üçün icazədən və ov silahından istifadə edildikdə; 20.1.4.ov etmək üçün verilmiş icazədə göstərilən yerdə ov edilmədikdə; 20.1.5.ovçuluq təsərrüfatlarında qeydiyyatdan keçmədikdə; 20.1.6.ov etmək üçün icazədə göstərilmiş normadan (saydan) artıq ov edildikdə. Yuxarıda qeyd edilən hallardan hər hansı birini o, pozmamışdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin barəsində olan inzibati tənbehin tətbiq edilməsi haqqında 02 fevral 2022-ci il tarixli MN ******* saylı qərarı qəbul edilərkən o, hər hansı ov qaydalarını kobud pozmadığına görə barəsində inzibati araşdırma aparılmalı, əməlinə inzibati xətanın tərkibinin olub-olmaması, inzibati orqanın səlahiyyətli şəxsinin həmin inzibati xətaya baxmaq səlahiyyətinin olubolmaması aydınlaşdırılmalı idi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə-inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə, yaxud altı aydan iki ilədək müddətə ov hüququnun məhdudlaşdırılması nəzərdə tutulmuşdur. O, hər hansı ov etmədiyinə görə, eyni zamanda ov etmək niyyətində olmadığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməmişdir. Bundan əlavə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalara baxmaq səlahiyyəti rayon (şəhər) məhkəmələrinə həvalə edilmişdir. Digər tərəfdən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X16 tənbeh tətbiq etmə haqqında 02 fevral 2022-ci il tarixli MN ******* saylı qərarı verərkən səlahiyyət həddini aşmış, qanunla məhkəmənin səlahiyyətlərinə aid olunan İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsilə X10 təqsirli bilərək, barəsində 1000 manat məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 272.3- cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxılması imperativ qaydada rayon (şəhər) məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 nömrəli «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə» Fərmanının 5.11 -ci bəndində Azərbaycan Respublikası Ekoloiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən baxılmalı olan inzibati xətaların siyahısında İnzibati Xətalar Məcəlləsinin 272-ci maddəsində, o cümlədən 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar göstərilməsə də, həmin Fərmanın 5.23-cü bəndində İnzibati Xətalar Məcəlləsinin 272-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə həmin işlər üzrə inzibati icraata başlamış Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və ya Azərbaycan Respublikasının Ekologia və Təbii Sərvətlər Nazirliyi tərəfindən baxılması müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə məhkəmədə baxılması İnzibati Xətalar Məcəlləsinin 43.1, 26.2 və 27.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, birincisi, bu, qanunda, yəni İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində imperativ qaydada təsbit edilmişdir. Həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavastə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 27.2-ci maddəsinə əsasən bu Məcəllənin 327.7-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması yalnız hakim tərəfindən tətbiq edilir. X11 istinad olunan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin sanksiyasında isə inzibati cərimədən əlavə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavastə obyekti olmuş predmetin müsadirə edilməsi və ya edilməməsi, həmçinin altı aydan iki ilədək müddətə ov hüququnun məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Qanun normasının tələbinə görə isə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavastə obyekti olmuş predmetin müsadirəsi və fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması yalnız hakim tərəfindən həyata keçirilir. Ona görə də sanksiyasında inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavastə obyekti olmuş predmetin müsadirəsi və fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması nəzərdə tutulan inzibati xətalar, konkret halda İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində göstərilən inzibati xətalar haqqında işlərə məhkəmə tərəfindən baxılmalı olduğundan, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X27 tərəfindən hazırki iş baxılması üçün məhkəməyə gəndərilməli idi ki, bu da həyata keçirilməmişdir. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikası Konstitusiya Qanununun 2.6-cı bəndinə əsasən fərman və ya digər normativ hüquqi akt qanunla ziddiyyət təşkil etdikdə qanun tətbiq edilir. 02 fevral 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla X15 ov qaydalarının kobud şəkildə pozulması ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinmiş və tənbeh edilmişdir. Qeyd edildiyi kimi, X8 ov qaydalarını kobud şəkildə pozması; lazımi icazə olmadan və ya qadağan olunmuş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov etməsi və bununla da İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübut olunmur. Belə ki, «Ovçuluq haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən ovçuluq - quruda və suda təbii sərbəstlik və yarımsərbəst şəraitində daimi, müvəqqəti və köçəri yaşayan, habelə təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılan suda-quruda yaşayanların, xəzdərililərin, sürünənlərin, quşların və məməlilərin (bundan sonra - vəhşi heyvanların) izlənilməsi, təqib edilməsi, tutulması və vurulması üzrə fəaliyyət növüdür. Həmin Qanunun 1.0.4-cü maddəsinə əsasən ov yerləri ovçuluğun həyata keçirilməsinə və ovçuluq təsərrüfatlarının aparılmasına aid edilən, təbii sərbəstlik və yarımsərbəst şəraitində yaşayan, habelə ayrı-ayrı hüquqi və fiziki şəxslər tərəfindən yetişdirilib artırılan vəhşi heyvanların məskunlaşdığı torpaq sahələri, meşə, digər bitki və su ilə örtülü olan təbiət əraziləridir. Yenə də həmin Qanunun 1.0.7-ci maddəsinə əsasən ov aləti - həvəskar və idman ovunu həyata keçirmək üçün istifadə edilən ov silahları, ov itləri, ovçu quşları və başqa ov vasitələridir. Hesab edir ki, barəsində yazılmış Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X16 tənbehin tətbiq edilməsi haqqında 02 fevral 2022-ci il tarixli MN ******* saylı qərarı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyi ilə bağlı inzibati materialı tam araşdırmadan qərar qəbul edilmiş, buna görə də sözügedən qərar ləğv edilməli, barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə olan işin icraatına xitam verilməlidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X15 şikayəti müdafiə edərək, ona uyğun izahat vermiş və şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X8 müdafiəçisi X34 da şikayətin faktoloji və hüquqi əsaslarını müdafiə edərək, ona uyğun izahat vermis və şikayətin təmin olunmasını xahiş etmişdir. Hazırki iş üzrə 10 mart 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə X8 ov qaydalarını pozduğunu, buna görə X15 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə 22 yanvar 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunduğunu, həmin protokol əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X21 inzibati tənbeh vermə haqqında 02 fevral 2022-ci il tarixli, ******* saylı qərarı ilə X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı 1000 (min) manat cərimə edildiyini, həmin qərarın tamamilə qanuni və əsaslı olduğunu göstərərək, şikayətin rədd edilməsini və 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzinin inzibati tənbeh vermə haqqında 02 fevral 2022-ci il tarixli, ******* saylı qərarının qüvvədə saxlanmasını xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxsi, onun müdafiəçisini və 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsini dinləyib, şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə tədqiq edərək, hesab edir ki, şikayət qismən təmin edilməli, 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X21 X32 barəsində İnzibati tənbehin tətbiq edilməsi haqqında 02 fevral 2022-ci il tarixli qərarı ləğv olunmalı və və inzibati xəta haqqında iş yenidən baxılması üçün 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan 22 yanvar 2022-cı il tarixli, MN1195884 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X15 barəsində 21 yanvar 2022-ci il tarixdə saat 22 radələrində Balakən rayonu Qullar kəndi ərazisində qanunsuz ov fəaliyyəti ilə məşğul olması və 9 (doqquz) ədəd çöl quşu ovlamasına istinad edilməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X21 02 fevral 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X15 21 yanvar 2022-ci il tarixdə Balakən rayonu Qullar kəndi ərazisində qanunsuz ov fəaliyyəti ilə məşğul olaraq 9 (doqquz) ədəd müxtəlif növ quş ovlaması göstərilməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 1000 manat məbləğdə inzibati qaydada cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.4.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edildikdə, yaxud inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında prokuror tərəfindən qərar qəbul edildikdə inzibati xəta haqqında iş üzrə icraat başlanmış hesab edilir. Qanun normasının mənasına görə şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin hansısa maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilməklə onun barəsində həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraat başlanır. X30 Məcəlləsinin 76.21-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün sübut növü kimi müəyyən edilmişdir. İş materiallarından görünür ki, 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X16 tənbeh tətbiq etmə haqqında 02 fevral 2022-ci il tarixli qərarı verərkən səlahiyyət həddini aşmış, qanunla məhkəmənin səlahiyyətlərinə aid olunan İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsilə X10 təqsirli bilərək, barəsində 1000 manat məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxılması imperativ qaydada rayon (şəhər) məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 nömrəli «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə» Fərmanının 5.11-ci bəndində Azərbaycan Respublikası Ekoloiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən baxılmalı olan inzibati xətaların siyahısında İXM-nin 272-ci maddəsində, o cümlədən 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar göstərilməsə də, həmin Fərmanın 5.23-cü bəndində İXM-nin 272-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə həmin işlər üzrə inzibati icraata başlamış Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və ya Azərbaycan Respublikasının Ekologia və Təbii Sərvətlər Nazirliyi tərəfindən baxılması müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə məhkəmədə baxılması İnzibati Xətalar Məcəlləsinin 43.1, 26.2 və 27.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, birincisi, bu, qanunda, yəni İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində imperativ qaydada təsbit edilmişdir. Həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavastə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 27.2-ci maddəsinə əsasən bu Məcəllənin 327.7ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması yalnız hakim tərəfindən tətbiq edilir. X9 istinad olunan İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin sanksiyasında isə inzibati cərimədən əlavə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavastə obyekti olmuş predmetin müsadirə edilməsi və ya edilməməsi, həmçinin altı aydan iki ilədək müddətə ov hüququnun məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Qanun normasının tələbinə görə isə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavastə obyekti olmuş predmetin müsadirəsi və fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması yalnız hakim tərəfindən həyata keçirilir. Ona görə də sanksiyasında inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavastə obyekti olmuş predmetin müsadirəsi və fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması nəzərdə tutulan inzibati xətalar, konkret halda İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində göstərilən inzibati xətalar haqqında işlərə məhkəmə tərəfindən baxılmalı olduğundan, 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən hazırki iş baxılması üçün məhkəməyə gəndərilməli idi ki, bu da həyata keçirilməmişdir. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikası Konstitusiya Qanununun 2.6-cı bəndinə əsasən fərman və ya digər normativ hüquqi akt qanunla ziddiyyət təşkil etdikdə qanun tətbiq edilir. «Ovçuluq haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən ovçuluq - quruda və suda təbii sərbəstlik və yarımsərbəst şəraitində daimi, müvəqqəti və köçəri yaşayan, habelə təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılan suda-quruda yaşayanların, xəzdərililərin, sürünənlərin, quşların və məməlilərin (bundan sonra - vəhşi heyvanların) izlənilməsi, təqib edilməsi, tutulması və vurulması üzrə fəaliyyət növüdür. Həmin Qanunun 1.0.4-cü maddəsinə əsasən ov yerləri - ovçuluğun həyata keçirilməsinə və ovçuluq təsərrüfatlarının aparılmasına aid edilən, təbii sərbəstlik və yarımsərbəst şəraitində yaşayan, habelə ayrı-ayrı hüquqi və fiziki şəxslər tərəfindən yetişdirilib artırılan vəhşi heyvanların məskunlaşdığı torpaq sahələri, meşə, digər bitki və su ilə örtülü olan təbiət əraziləridir. Yenə də həmin Qanunun 1.0.7-ci maddəsinə əsasən ov aləti - həvəskar və idman ovunu həyata keçirmək üçün istifadə edilən ov silahları, ov itləri, ovçu quşları və başqa ov vasitələridir. «Ovçuluq haqqında» Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində ov edilməsi aşağıdakı hallarda qadağan edilir: 20.1.1.müvafiq icra hakimiyyəti orqanı tərəfindən nəzərdə tutulmamış günlərdə; 20.1.2.ovçuluq bileti və ov etmək üçün icazə olmadıqda; 20.1.3.başqa şəxsə aid olan ovçuluq biletindən, ov etmək üçün icazədən və ov silahından istifadə edildikdə; 20.1.4.ov etmək üçün verilmiş icazədə göstərilən yerdə ov edilmədikdə; 20.1.5.ovçuluq təsərrüfatlarında qeydiyyatdan keçmədikdə; 20.1.6.ov etmək üçün icazədə göstərilmiş normadan (saydan) artıq ov edildikdə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 27 yanvar tarixli 10 nömrəli qərarı ilə «Azərbaycan Respublikasının ərazisində ovçuluğun aparılması Qaydaları» təsdiq edlmişdir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən quruda və suda təbii sərbəstlik və yarımsərbəst şəraitində daimi, müvəqqəti və köçəri yaşayan, habelə təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılan suda-quruda yaşayanların, xəzdərililərin, sürünənlərin, quşların və məməlilərin izlənilməsi, təqib edilməsi, tutulması və vurulması üzrə fəaliyyət növü ov sayılır. Həmin Qaydaların 2.2, 2.3, 2.4, 2.5, 2.6 və 2.7-ci bəndlərinə əsasən respublika ərazisində ov mövsümünün başlanmasını və müddətini Ekologiya və Təbii Sərvətlər Nazirliyi müəyyən edir və bu barədə kütləvi informasiya vasitələri ilə əhaliyə məlumat verilir; ov obyektinə aid edilən vəhşi heyvanların ayrı-ayrı növlərinin ov mövsümündə tutulmasının və vurulmasının norması (sayı) Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müəyyən edilir; ov mövsümündə ov edilməsinə ərazinin epizootik durumundan asılı olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müəyyən edilən günlərdə yol verilir. Ovçulara ovun yalnız bu günlər ərzində ov obyektlərinin hər növünə ayrıca verilən ov etmək üçün icazədə göstərilən normaya uyğun ov etməyə icazə verilir. Ov etmək üçün icazədə ov obyektlərinin növü, ovlama üsulu və yeri, norması (sayı), ovun vaxtı, icazənin müddəti və şərtləri göstərilir. Ov etmək üçün icazədə göstərilən normada (sayda) əldə edilən ov məhsulları ovçulara məxsusdur. Göstərilən normadan (saydan) artıq əldə edilən ov məhsulları ovçulardan geri alınır və onlara qarşı qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlər görülür; ov üçün qapalı olan yerlərdə və qadağan edilmiş vaxtda zooloji material toplamaq məqsədilə və başqa elmi məqsədlərlə ovlanması qadağan edilməyən vəhşi heyvanlar yalnız müvafiq elmi təşkilatların müraciətinə əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin razılığı ilə tutulur və vurulur. Bu məqsədlər üçün vəhşi heyvan və quşlar yalnız ovçular tərəfindən ovlanır; ov edən şəxslər adamların və ev heyvanlarının yaralanmasına, habelə yanğın baş verməsinə qarşı bütün ehtiyat tədbirlərini görməyə və sanitar qaydalarına əməl etməyə borcludurlar; hər bir ovçu ova başlayanadək ov yerlərində təşkil edilmiş nəzarət-buraxılış məntəqəsinə gəlir. Burada ovçuluq təsərrüfatının işçiləri onun silahını, ovçuluq biletini, ov silahını saxlamağa daxili işlər orqanlarının xüsusi icazəsini və ov etmək üçün icazəni yoxlayır və ovçuların qeydiyyat kitabında bu barədə müvafiq qeydiyyat aparılır. Ov başa çatdıqdan sonra ovçu yenidən nəzarət-buraxılış məntəqəsinə gəlməyə və ovladığını yoxlatmaq üçün göstərməyə borcludur. Yoxlamanın nəticələri ovçuların qeydiyyat kitabında, ov etmək üçün icazənin kötüyündə isə ovçunun nəzarət-buraxılış məntəqəsinə gəlməsi qeyd edilir. Nəzarətburaxılış məntəqəsinə gəlmədən ov yerinə gedən və ya ovdan sonra çıxıb gedən ovçular ov qaydalarını pozmuş hesab edilir və qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunurlar. «Azərbaycan Respublikasının ərazisində ovçuluğun aparılması Qaydaları»nın İİİ hissəsinə əsasən ovçuların hüquq və vəzifələri aşağıdakılardır: ovçuluq təsərrüfatlarından və ov obyektlərindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada istifadə etmək; ovçular cəmiyyətinə üzv olmaq; ov yerlərində ov alətlərindən istfiadə etmək; qanuni əldə edilən ov məhsullarına sahiblik etmək; ovu həyata keçirmək üçün müəyyən olunmuş qaydalara, normalara, limitlərə və müddətlərə əməl etmək; hər il üçün ovçular cəmiyyətinə üzvlük haqqını vaxtında ödəmək: ovçuluq bileti və ov etmək üçün verilən icazə əsasında ovçuluq təsərrüfatlarında qeydiyyatdan keçmək; ov silahından qanunvericilikdə nəzərdə tutulmuş qaydada təyinatı üzrə istifadə etmək; ov yerlərində ekoloji və sanitariya-gigiyena norma və qaydalarına riayət etmək; ov yerlərində vəhşi heyvanların yaşayış mühitinin ekoloji vəziyyətinin pisləşməsinə yol verməmək; ovçuluq təsərrüfatlarının mühafizəsi məsələləri üzrə ekoloji proqramların yerinə yetirilməsində iştirak etmək; vəhşi heyvanlar arasında xəstəlik müşahidə edildikdə, onların yaşayış mühiti pisləşdikdə, heyvanların məhv olmaq təhlükəsi yarandıqda və tələf olması hallarında dərhal ovçuluq təsərrüfatlarına, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat vermək; Azərbaycan Respublikasının "Qırmızı Kitabı"na daxil edilmiş və xüsusi mühafizə olunan vəhşi heyvan növlərinin mühafizə rejiminə əməl etmək; Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək və vəzifələri yerinə yetirmək. Bu Qaydaların V hissəsinə əsasən Azərbaycan Respublikası ərazisində ov edərkən aşağıdakılar qadağandır: Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən nəzərdə tutulmamış günlərdə ov etmək; ovçuluq bileti və ov etmək üçün icazə olmadan ov etmək; ov yerlərində heyvanlar arasında qorxulu yoluxucu xəstəliklər baş verdikdə ov etmək; başqa şəxsə aid olan ovçuluq biletindən, ov etmək üçün icazədən və ov silahından istifadə etməklə ov etmək; ov üçün verilmiş icazədə göstərilməyən yerdə ov etmək; ovçuluq təsərrüfatlarında qeydiyyatdan keçmədən ov etmək; ov üçün icazədə göstərilmiş normadan (saydan) artıq ov etmək; daxili işlər orqanlarının xüsusi icazəsi olmayan silahlardan istifadə etmək; torların, zınqırovun, quş yapışqanının, tələlərin, ilgəklərin, duzaqların, gecələr məşəl, avtomobil, traktor və başqa nəqliyyat vasitələrinin faralarının işığının, süni işığın, projektorların, xərəyin, tor kisələrin, balıq ovu qırmaqlarının, zəhərli və digər toksigen mənşəli preparatlardan istifadə etməklə və ov çalalarının köməyi ilə vəhşi heyvan və quşların kütləvi surətdə əldə olunması üsullarını tətbiq etmək; acınacaqlı vəziyyətdə olan (yemsizliyə, yanğına görə tükü tökülən və taqətdən düşən, yer buz bağlayarkən donan, suyun donmayan yerində keyləşən) vəhşi heyvanları, su quşlarını və pərvazlanmamış bala quşları vurmaq və tutmaq; hər növ heyvanları (qabandan başqa) 3 adamdan çox olaraq qıy və yürüşlə ovlamaq, dovşanları dövrəyə alıb ov etmək; yuvaları qazıb tüstü verməklə tülküləri, porsuqları çıxarmaq, habelə tüstü verməklə dələləri ağac koğuşlarından və başqa sığınacaqlardan çıxarmaq, yumurtaları yığmaq və yuvaları dağıtmaq, düzəltmə yuva yerlərini, vəhşi heyvanlar üçün qoyulmuş yem axurlarını, yem əkinlərini, duzlaqları, lövhələri, fərqləndirici nişanları,göstəriciləri, ov vışkalarını, daxmaları, qazmaları və ov yerlərində düzəldilmiş xəlvət guşə və komaları zədələmək və məhv etmək; sututarları qurutmaq, vəhşi heyvanların yaşayış yerlərini neft məhsulları və zərərli istehsalat tullantıları ilə çirkləndirmək, ov yerlərinin və heyvanların yem bazasının vəziyyətini pisləşdirmək, ağacları, kolları, qamışları kökündən çıxartmaq, kəsmək və yandırmaq; vəhşi heyvan və quşların bütün növlərini avtomaşınla, traktorla, motosikletlə, vertolyotla, motorlu qayıqla qovaraq ovlamaq, habelə avtonəqliyyatda yaxınlaşaraq heyvanları vurmaq, ov vaxtı aydın görünməyən hədəfə, səsə və xışıltıya atəş açmaq, tez alovlanan materiallardan tıxac kimi istifadə etmək, 35 metrdən uzaq məsafədə heyvan və quşlara qırma və ya karteçlə atəş açmaq; ov yerlərində yanğın, daşqın, tufan, zəlzələ, torpaq sürüşməsi, quraqlıq kimi təbii fəlakət hadisələri və vəhşi heyvanlar arasında epidemiya halları baş verdikdə xəstəlik barəsində Kənd Təsərrüfatı Nazirliyinə məlumat verməklə ov Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən məhdudlaşdırıla və ya dayandırıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə inzibati məsuliyyət qəzərdə tutulmuşdur. X5 barəsində tərtib olunmuş 22.01.2002-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokolda və 02 fevral 2022-ci il tarixli MN ******* №-li inzibati tənbeh vermə haqqında qərarda onun İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi və cərimə edilməsi əsası kimi 21.01.2022-ci il tarixdə saat 22 radələrində Balakən rayonu Qullar kəndi ərazisində qanunsuz ov fəaliyyəti ilə məşğul olaraq 9 ədəd müxtəlif növ çöl quşlarını ovlaması göstərilmişdir. Halbuki Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində qanunsuz ov fəaliyyəi ilə məşğul olmağa görə inzibati məsuliyyət nəzərdə tutulmamışdır. Həmin maddədə qeyd edildiyi kimi, lazım icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsində ifadə edilən ov qaydalarının kobudl şəkildə pozulmasına, habelə ov qaydalarının müntəzəm pozulmasına görə inzibati məsuliyət nəzərdə tutulmuşdur ki, 22.01.2002-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokolda və 02 fevral 2022ci il tarixli MN ******* №-li inzibati tənbeh vermə haqqında qərarda bu halların heç biri, yəni ov qaydalarının kobud şəkildə pozulması (lazım icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsi), habelə digər ov qaydalarının müntəzəm pozulması İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın əsası kimi X9 istinad edilməmişdir. Yəni faktiki olaraq 22.01.2002-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokolda X9 istinad olunan İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin dispozitiv şərtləri kimi nəzərdə tutulmuş inzibati xətanın mahiyyəti göstərilməmiş, 02 fevral 2022-ci il tarixli MN ******* №-li inzibati tənbeh vermə haqqında qərarla da X3 Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş dispozitiv şərtlər müəyyən edilməyən və mahiyyəti göstərilməyən inzibati xətanın törədilməsində təqsirli bilinib inzibati qaydada cərimə edilmişdir. Halbuiki Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.4-cü maddəsinə əsasən inzibati xətanın mahiyyətinin inzibati xəta haqqında protokolda qeyd edilməsi mütləq şərt olaraq müəyyən edilmişdir. Həmçinin 22.01.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol digər kobud qanun pozuntuları ilə tərtib edilmişdir. Belə ki, həmin protokolda X7 doğulduğu ay və gün qeyd edilməməklə doğulduğu tarix, qeydiyyatda olduğu və yaşadığı yer, ailə vəziyyəti, vətəndaşlığı, əvvəllər inzibati məsuliyyətə cəlb edilib-edilməməsi barədə məlumat göstərilməməklə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, şahidlərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin izahatı göstərilməmiş, bununla da İnzibati Xətalar Məcəlləsinin müvafiq olaraq 100.1.3, 100.1.4, 100.1.6, 100.1.7 və 100.1.10-cu maddələrinin tələbləri pozulmuşdur. Bununla yanaşı, nəzərə çatdırılmalıdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan o halda inzibati xəta haqqında işə baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olduğu halda, o, iştirak etməsin. Ancaq toplanmış materialdan göründüyü kimi, X11 işə baxılmasının yeri və müddəti bildirilməmişdir. Şübhəsizdir ki, qeyd olunan xüsusat barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur ki, bununla da barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Əhmədullah İsmayılov inzibati xəta haqqında iş üzrə icraatın baxılmasında mütləq iştirak etməli olduğu halda, iştirak edə bilməmişdir. X1 iştirakı olmadan onun barəsində inzibati xəta haqqında işə baxılaraq, inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və onun hüquqları pozulmuşdur. Halbuki Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə Azərbaycan Respublikası ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir, heç kəs insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini məhdudlaşdıra bilməz. Həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 5ci maddəsinə əsasən insan və vətəndaş hüquq və azadlıqları ali dəyərə malikdir. Bu hüquq və azadlıqlarına pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Beləliklə məhkəmə iclasında işin faktiki halları araşdırılarkən müəyyən edildi ki, X15 barəsində 22.01.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol qanunun tələbləri pozulmaqla; ona istinad olunan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş xətanın mahiyyəti göstərilmədən-onun tərəfindən lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsi və yaxud digər ov qaydalarının müntəzəm pozulması qeyd edilmədən, həmçinin X7 doğulduğu ay və gün qeyd edilməməklə doğulduğu tarix, qeydiyyatda olduğu və yaşadığı yer, ailə vəziyyəti, vətəndaşlığı, əvvəllər inzibati məsuliyyətə cəlb edilibedilməməsi barədə məlumat göstərilməməklə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, şahidlərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı və barəsində inzibati xəta haqqında iş üzrə icraati aparılan fiziki şəxsin izahatı göstərilmədən tərtib edilmiş, bununla da İnzibati Xətalar Məcəlləsinin müvafiq olaraq 100.1.3, 100.1.4, 100.1.6, 100.1.7 və 100.1.10-cu maddələrinin tələbləri pozulmuşdur. Lakin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən bu natamamlıqları aradan qaldırmaq üçün həmin inzibati xəta haqqında protokol onu tərtib etmiş vəzifəli şəxsə geri qaytarılmamış, həmçinin işə baxılarkən bu natamamlıqlar aradan qaldırılmamış, əksinə 02 fevral 2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X12 mahiyyəti göstərilməyən, yəni protokolda və qararda lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsi və ya digər ov qaydalarının müntəzəm pozuliması qeyd edilməyən inzibati xətanın törədilməsində təqsirli bilinərək, inzibati qaydada cərimə edilmişdir. Bu zaman X9 işə baxılmasının yeri və müddəti haqqında məlumat verilməmiş, işə baxılarkən onun iştirakı təmin edilməmiş, onun İnzibati Xətalar Məcəlləsinin 61-ci maddəsində və sair müvafiq maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək, işə baxılarkən müdafiəçinin yardımından istifadə etmək və sair hüquqları kobud şəkildə pozulmuşdur. 02 fevral 2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müsadirənin və xüsusi hüququn məhdudlaşdırılmasının qanunla ancaq məhkəmə tərəfindən həyata keçirilməli olmasına, şəxsin İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi üzrə mahiyyəti düzgün göstərilməyən xətaya görə təqsirli bilinməsinə, bu zaman qanunvericiliyin tələbi pozulmaqla onun işitirakının təmin edilməməsinə diqqət yetirilməmiş, X7 hərəkətlərində ov qaydalarının kobud şəkildə pozulmasının nədə ifadə olunması; yəni lazımi icazə olmadan ov etməsi və ya qadağan edilmiş yerlərdə ov etməsi, yaxud qadağan olunmuş müddətlərdə ov etməsi, yaxud qadağan edilmiş alətlərlə və ya üsullarla ov etməsi və ya yaxud ov qaydalarını müntəzəm pozması faktoloji və hüquqi əsaslarla müəyyən edilməmiş, bu nəticəyə gəlməyə tam əsas yaradan işin bütün faktiki halları aydınlaşdırılmamış,bu hərəkətlərin hər hansı birinin edilməsi ilə bağlı iş üzrə bütün sübutlar; şahid izahatları, xüsusi texniki vasitələrin göstəriciləri, onun ov etmək üçün lazımi icazəsinin olmaması, həmin ov yerinin qadağan olunmuş ov yeri olması barədə müvaviq elan və ya digər sənəd, ovun qadağan edilmiş müddətdə, yaxud qadağan edilmiş alət və üsullarla edilməsini təsdiq edən müvafiq sübutlar və sair əldə edilib, araşdırılmamış, həmin şəxs mahiyyəti müəyyən olunmayan inzibati xətanın törədilməsində təqsirli bilinərək, inzibati tənbehə məruz qalmış, X8 yuxarıda qeyd olunan hüquqları kobud şəkildə pozulmuşdur. Bir daha qeyd edilməlidir ki, 02 fevral 2022-ci il tarixli qərarla X9 istinad edilən hər hansı kənd ərazisində qanunsuz ov fəaliyyəti ilə məşğul olmağa görə İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində və həmin Məcəllənin digər maddələrində inzibati məsuliyət nəzərdə tutulmamışdır. Bununla da X8 Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsində və İnsan Hüquqlarının və X26 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsində təsbit edilmiş ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur. Belə ki, Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Engel və başqaları Niderlanda qarşı işdə və bir sıra digər presedentlərində (Meneşeva Rusiyaya qarşı və s.) İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi daxili qanunvericilikdə olan təsnifatdan asılı olmayaraq, bir sıra hallarda (əməlin xarakteri və mümkün cəzanın ağırlığı və s.) inzibati xətalar haqqında işləri cinayət ittihamına bərabər saymışdır. Salduz Türkiyəyə qarşı işdə Avropa Məhkəməsi Avropa Konvensiyasının 6-cı maddəndə təsbit olunmuş təminatları işin məhkəməyəqədərki araşdırma mərhələsinə də aid etmişdir. İşin faktoloji halları onu qeyd etməyə əsas verir ki, 02 fevral 2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar verilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur ki, bu da həmin qərarın ləğv edilərək inzibati xəta haqqında işin yenidən baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməsi üçün əsas verir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: …134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında… Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1.hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2.hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3.hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs),barəsində qərar qəbul edilmiş şəxsin vəziyyətini ağırlaşdıran qərarı yalnız bununla əlaqədar zərər çəkmiş şəxsin, bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxsin şikayəti və ya prokurorun protesti olduqda qəbul edə bilər. Ona görə də hesab edirəm ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X21 02 fevral 2022-cı il tarixli MN ******* №-li inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməli, şikayət X6 barəsində başlanmış inzibati xəta haqqnında iş üzrə icraata xitam verilməsi hissəsində isə təmin edilməməlidir. Qeyd olunanları ümumiləşdirib, İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, bu nəticəyə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X8 şikayəti qismən təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X21 X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək, 1000 manat məbləğində cərimə edilməsi ilə bağlı 02 fevral 2022-cı il tarixli MN ******* №-li inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. X2 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi hissəsində isə təmin edilməməlidir. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili X34, hazırki iş üzrə X8 hüquqlarının müdafiəsinə 2 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də hesab edirəm ki, X11 göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili X33 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X31 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 12 manat köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 40, 43, 49-51, 114-115, 128-136 və 137-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X8 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X21 X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək, 1000 manat məbləğində cərimə edilməsi ilə bağlı 02 fevral 2022-cı il tarixli MN ******* №-li inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin; inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilsin; şikayət qalan hissədə təmin edilməsin. X11 göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili X33 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X31 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 12 manat köçürülsün. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-96/2022
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-96/2022
11.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver