Məhkəmə qərarları › İş №3(019)-98/2021

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-98/2021

03.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-98/2021 03.04.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, inzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis Şöbəsinin (bundan sonra Balakən RPŞ) TB-nin sahə rəisi, polis baş leytenantı Əliyev Vasif Əşrəf oğlunun, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Bəhram oğlunun iştirakı ilə xx.xx.1996-cı ildə Balakən rayonu İtitala kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, sübay, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan,Balakən şəhəri N.Nərimanov küçəsi ev 44, mənzil 4-də qeydiyyatda olan və yaşayan- Şəxs Bəhram oğlu haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 510-cu maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs Bəhram 01 yanvar 2021-ci il tarixdə, saat 03 radələrində Balakən şəhəri N.Nərimanov küçəsində yaşadığı binanın həyətində səs-küy salmış, həmin vaxt ona irad bildirən qonşulara nalayiq təhqiredici sözlər deyərək, ictimai qaydanı pozmuşdur. Bu barədə Balakən RPŞ-nin TB-nin sahə rəisi, polis baş leytenantı Şəxs Bəhram oğlu tərəfindən Şəxs Bəhram oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsilə inzibati xəta haqqında 02 aprel 2021-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol tərtib edilib, inzibati xəta haqqında iş üzrə icraat başlanaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Bəhram oğlu, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək, izahatında göstərmişdir ki, o, Baiakən şəhəri, N.Nərimanov küçəsi, ev 44, mənzil 4-də anası X12 qizi ilə birlikdə yaşayır. 31.12.2020-ci il tarixdə Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni İl münasibətilə evində anası ilə birlikdə məclis təşkil etmiş, spirtli içki də qəbul etmişlər. Daha sonra əvvəlcə evdə telefonun musiqisindən, sonra isə həyətdə saxladığı ona məxsus VAZ 2121 markalı, **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobilin maqintafonundan istifadə edərək musiqi səsləndirib rəqs etmişlər. Həmin vaxt qonşuları Gülbəsdi, onun nəvəsi Məhəmməd də həyətdə onlarla birlikdə rəqs etmişlər, 01.01.2021- ci il saat təxminən 03 radələrində Reyhan adlı qonşusu qadın gələrək onların səs-küyünə narazihq etmiş, nalayiq ifadələrdən istifadə etmişdir. Reyhana “biz dayanırıq, evə gedirik” demiş, Reyhanın qızı Vəfa gələrək polisə zəng edəcəyini bildirmiş, o isə Vəfaya “zəng elə” deyə cavab vermişdir. Daha sonra Ralakən RPŞ-nin əməkdaşları gəlmişlər. Həmin vaxt digər qonşusu olan Sevda anasını söyüşiərlə təhqir etmiş, anasının saçından yapışmış, onlar tutaşmışlar. Anası Elmira onu saçından buraxması üçün kənara itələmiş, Sevda anası Elmiranın saçından tutduğundan anası onu itələyən zaman o, yıxılmışdır. Anası Elmira da onun üzərinə yıxılmışdır. Polis əməkdaşları onları ayırmışlar. Həmin vaxt binada yaşayan əxlaqsız qadınlardan bezdiyini, bu səbəbdən ailə də qura bilmədiyini, intihar edəcəyini bildirmişdir. O həqiqətən bu əxlaqsızlıq əməllərdən bezmişdir. Sevda, Reyhan evlərində kənar şəxsləri görüşdürür, yəni evlərindən əxlaqsız yuva kimi istifadə edirlər. Bu uzun müddətdir ki, davam edir. Ona görə də intihar etmək istəmişdir. Evin içərisindən mətbəxdən bıçağı götürmüş, bıçağı sinəsinə tərəf tutduqda polis əməkdaşları ondan bıçağı kənara atmasını tələb etdikdə bıçağı kənara qoymuş, intihar fikrindən daşınmışdır. Anası Elmira bıçağı götürüb saxlamaq istədikdə, ehtiyatsızlıqdan bıçaq onun sol əlinin ikinci barmağına toxunaraq kəsmişdir. Daha sonra polis əməkdaşları onları Balakən RPŞyə dəvət etmiş, onlar polis əməkdaşları ilə birlikdə Balakən RPŞ-yə gəlmişlər. İşə baxılmasının yeri və müddəti barədə onlara vaxtında bildirilməsinə baxmayaraq, iş üzrə zərərçəkmiş şəxslər X1, X9 və X6 məhkəmə iclasına gəlməmiş və onlardan işin baxılmasını təxirə salmaq barədə vəsatət daxil olmamışdır. Hazırki işə zərərçəkmiş şəxslərin iştirakı olmdaan baxılmasını mümkün hesab edirəm. Belə ki, Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərər çəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında göstərdi ki, oğlu Şəxs ilə birlikdə yaşayır. 31.12.2020-ci il tarixdə Dünya Azərbaycanlilarının Həmrəyliyi günü və Yeni il münasibətilə evində oğlu ilə birlikdə ikisi üçün məclis təşkil etmişdir. Hərəsi iki bokal şampan spirtli içkisi qəbul etmişlər. Daha sonra əvvəlcə evdə telefondan, daha sonra isə həyətdə oğluna məxsus VAZ 2121 markalı, **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobilin maqnitafonundan istifadə edərək musiqi səsləndirib, rəqs etmişlər. Həmin vaxt qonşuları Gülbəsdi, nəvəsi Məhəmməd də həyətdə onlarla birlikdə rəqs etmişlər. 01.01.2021-ci il, saat təxminən 03 radələri olmuşdur. Həmin vaxt qonşusu Reyhan adlı qadın gəlmiş və onların səs-küyünə narazılıq edərək, nalayiq ifadələr işlətmişdir.Oğlu Fərhad da ona “biz dayanırıq, evə gedirik” demişdir. Bu zaman Reyhanın qızı Vəfa gələrək, polisə zəng edəcəyini bildirmişdir. Oğlu da demişdir ki, “get zəng elə”. Daha sonra Balakən RPŞ-nin əməkdaşları oraya gəlmişlər. Sevda oğlu Fərhadı polis əməkdaşlarının yanında təhqir etməyə başlamışdır. Həmin vaxt o, Sevdanın üstünə getmiş, Sevda onun saçından yapışmışdır. O da Sevdanı itələdikdə, tutaşaraq yıxılmışlar. Əvvəlcə Sevda yıxılmışdır. Sevda onun saçından yapışdığına görə özü də onun üstünə yıxılmışdır. Polis əməkdaşları onları ayırmışlar. Daha sonra polis əməkdaşları onları rayon polis şöbəsinə dəvət etmişlər. Bundan sonra onlar rayon polis şöbəsinə gəlmişlər. İşdə olan Balakən RPŞ-nin TB-nin təhqiqatçısının 13 yanvar 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə və 521-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün qəbul edilmiş qərarın surəti Balakən RPŞ-nin İTB-yə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və şahidi dinləyib, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs Bəhram oğlu Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməlidir və onun əməli İXM-nin 510-cu maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tululmuşdur. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş xırda xuliqanlığın mahiyyətini təşkil edən «ictimai qaydanı pozma» ifadəsinə aydınlıq gətirmək üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin bu xüsusda olan qərarlarına istinad etməyi vacib sayır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli, 1 saylı qərarının 2 bəndində qeyd olunur ki, ictimai qaydanı pozan hərəkətlər dedikdə, ictimai və şəxsi mənafelərə zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davaranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Yuxarıda istinad olunan qanun normalarının mənasından görünür ki, şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş xırda xuliqanlığın tərkibinin yaranması üçün onun hərəkətləri ictimai qaydanın pozulmasına yönəlməli (obyektiv tərəf) və bu zaman xırda xuliqanlıq niyyəti olmalıdır (subyektiv tərəf). Başqa sözlə, əməldə həmin xətanın tərkibinin olub-olmamasının aydınlaşdırılması üçün ictimai qaydanı pozan hərəkətlərin törədilib-törədilməməsi və ictimai qaydanı pozmaq niyyətinin olub-olmamasının müəyyənləşdirilməsi həlledici şərtlərdir. Bunlar yoxdursa, deməli əməldə xırda xuliqanlığın tərkibi də yoxdur. İş materiallarından görünür ki, Şəxs Bəhram oğlunun hərəkətləri ictimai qaydanın pozulmasına yönəlmiş və bu zaman onun xırda xuliqanlıq niyyəti olmuşdur. Belə ki, o, 01.01.2021-ci il tarixdə, saat 03 radələrində yaşadığı binanın həyətində söyüş ifadələri işlədərək, ictimai qaydanı pozmuşdur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs Bəhram oğluna inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıram. İş materialları ilə Şəxs Bəhram oğlunun inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, şəxsiyyətini xarakterizə edən halları, məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halların olmamasını və əmlak vəziyyətini nəzərə alaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tənbehinin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. İş materiallarından həmçinin görünür ki, fərdi qaydada fəaliyyət göstərən vəkil X7, hazırki inzibati xəta haqqında iş üzrə Şəxs hüquqlarının müdafiəsinə 1 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir.Azərbaycan Respublikasının İXM-nin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də hesab edirəm ki, Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından X2 vəkil işlədiyi Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X5 Rekvizitləri: ÖEN**********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba 6 manat köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikası İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Bəhram oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 75 (yetmiş beş) manat məbləğdə inzibati qaydada cərimə edilsin. Şəxs Bəhram oğluna göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından X2 vəkil işlədiyi Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X5 Rekvizitləri: VÖEN**********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesaba 6 manat köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar