Məhkəmə qərarları › İş №3(019)-98/2022

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-98/2022

01.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-98/2022 01.04.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsinin nümayəndəsi Nümayəndə2 oğlunun iştirakı ilə Balakən şəhəri H.Əliyev prospektində yerləşən “Təzə ət” sahibkarlıq obyektində fəaliyyət göstərən Balakən rayonu Qullar kəndində qeydiyyatda olan Şəxs (VÖEN **********) barəsində Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Vəzifəli şəxs Şəxs (VÖEN **********) Balakən şəhəri H.Əliyev prospektində yerləşən “Təzə ət” sahibkarlıq obyektində 0,7m x 2,4m x 1 ədəd=1,68 kv.m ölçüdə fasad reklamını və 0,68m x 4,2m x 1 ədəd =1,63 kv.m ölçüdə ayrıca dayaqlı reklam qurğularını müvafiq icazə sənədləri olmadan yerləşdirmişdir. Şəxs həmin inzibati xətanı törətməsi məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsinin nümayəndəsinin ifadəsi və tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsinin nümayəndəsi Nümayəndə2 oğlu məhkəmə iclasında göstərdi ki, Şəxs (VÖEN **********) Balakən şəhəri H.Əliyev prospektində yerləşən “Təzə ət” sahibkarlıq obyektində 0,7m x 2,4m x 1 ədəd=1,68 kv.m ölçüdə fasad reklamını və 0,68m x 4,2m x 1 ədəd =1,63 kv.m ölçüdə ayrıca dayaqlı reklam qurğularını müvafiq icazə sənədləri olmadan yerləşdirmiş və yaymışdır. O, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən Şəxs iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. İşdə olan 16 fevral 2022-ci il tarixli İRY 001840 nömrəli açıq məkanda reklam haqqında qanunvericiliyin pozulması hallarının müəyyən edilməsi haqqında Aktda göstərilmişdir ki, Şəxs Balakən şəhəri H.Əliyev prospektində yerləşən “Təzə ət” sahibkarlıq obyektində 0,7mx2,4mx1 ədəd=1,68 kv.m ölçüdə fasad reklamını və 0,68m x 4,2m x 1 ədəd =1,63 kv.m ölçüdə ayrıca dayaqlı reklam qurğularını icazəsiz yerləşdirmişdir. İşdə olan 16 fevral 2022-ci il tarixli İMG 001840 nömrəli “Reklam haqqında” Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin pozulmasına dair icrası məcburi olan Göstərişdən görünür ki,Balakən şəhəri,H.Əliyev prospektində yerləşən 0,7 m x 2,4 m x 1 ədəd=1,68 kv.m ölçüdə fasad reklamını və 0,68m x 4,2m x 1 ədəd =1,63 kv.m ölçüdə ayrıca dayaqlı reklam qurğularını sahibkarlıq obyektindən 16 fevral 2022-ci il tarixli İRY 001840 nömrəli müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsi hallarının müəyyən edilməsi haqqında Aktda göstərilmiş qanun pozuntularının 5 gün müddətində aradan qaldırılması tələb olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsi tərəfindən Balakən şəhəri, H.Əliyev prospektində yerləşən «Təzə ət» sahibkarlıq obyektində fəaliyyət göstərən Balakən rayonu Qullar kəndində qeydiyyatda olan Şəxs (VÖEN:**********) ünvanlanmış 17 fevral 2022-ci il tarixli 1 nömrəli məktubda göstərilmişdir ki, “X3 Reklam İdarəsi tərəfindən 16.02.2022-ci i tarixdə tərtib edilmiş İRY № 001840 nömrəli Aktın və İMG № 001840 nömrəli icrası məcburi olan Göstərişin surəti Sizə göndərilir. Sizdən, icrası məcburi olan göstərişi aldığınız vaxtdan 5 (beş) gün ərzində açıq məkanda reklam yerləşdirilməsi və yayımına icazə alınması üçün X6 İdarəsinə müraciət etməyiniz və ya icazəsiz reklam yayımını dayandırmağınız tələb olunur. Əks halda, barənizdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7-ci maddəsinin uyğun bəndində nəzərdə tutulmuş inzibati xəta haqqında Protokol tərtib olunaraq baxılması üçün müvafiq məhkəməyə göndəriləcəkdir. İşdə olan X6 İdarəsinin Hüquq və Kadr şöbəsinin mütəxəssisi Nümayəndə1 tərəfindən sahibkar Şəxs(VÖEN: **********) göndərilən TF-11/2022 nömrəli telefonaqramda göstərilmişdir ki, “Bildiririk ki, barənizdə 01.03.2022-ci il tarixdə saat 16:00-da fəaliyyət göstərdiyiniz Balakən şəhəri, H.Əliyev prospektində yerləşən “Təzə ət” sahibkarlıq obyektinin qarşısında açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7-ci maddəsinin uyğun bəndi ilə inzibatı xəta haqqında protokol tərtib olunacaqdır.Protokolun tərtib ediləcəyi yer və vaxt barəsində sahibkar Şəxs atası X4 Regional Reklami İdarəsinin istifadəsində olan ********** nömrəli korporativ nömrə ilə zəng edilərək məlumat verilmiş, göstərilən yerdə və vaxtda iştirakını və ya nümayəndəsinin iştirakını təmin etməyi bildirilmişdir.”. İşdə olan Poçt göndərişlərinin verilməsi haqqında 187 nömrəli xəbərnamədən görünür ki,Balakən rayonu Qullar kənd sakini Şəxs 17.02.2022-ci il tarixdə Şəkidən göndərilmiş “Akt-Göstəriş”i 21.02.2022-ci il tarixdə almışdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 saylı ərazi vergilər idarəsinin X6 İdarəsinin rəisinə ünvanlanmış 10 fevral 2022ci il tarixli məktubda göstərilmişdir ki, “Sizin 03.02.2022-ci il tarixli Rİ-5/01-03/-93 nömrəli məktubunuzla əlaqədar bildiririk ki, qeyd etdiyiniz Balakən şəhəri H.Əliyev prospektində yerləşən “Təzə ət” sahibkarlıq obyektində fiziki şəxs Şəxs (VÖEN:**********) fəaliyyət göstərir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını,əhalinin sanitariya-epidemioloji salamatlığını,ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin inzibati xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsinin sanksiyasında fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə nəzərdə tutulmuşdur. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar,onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs şəxsiyyətini, törədilmiş xətanın xarakterini, məsuliyyəti yüngülləşdirilən və məsuliyyəti ağırlaşdırılan halların olmamasını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan aşağı həddə inzibati cərimə tənbehinin tətbiq edilməsini əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 112-113, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara a l d ı m: Vəzifəli şəxs Şəxs (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilsin . Qərardan surəti rəsmi qaydada alındığı gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar