Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-98/2025 13.03.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, X2 iştirakı ilə X7 barəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X10 şikayətlə məhkəməyə müraciət edərək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X13 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərarın ləğv edilərək, barəsində olan inzibati xətaya dair iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X10 şikayəti onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə Balakən rayon İcra və Probasiya şöbəsinə başqa işlə əlaqədar getdiyi zaman ona məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixdə X17 Qoruğunun Gərəkli sahəsinin müfəttişi X15 tərəfindən Qoruğun Gərəkli sahəsinin 01 saylı dolayının 101 kvartalında onun guya xx.xx.2022-ci il tarixdə xırdabuynuzlu mal-qaranı otarması əsas gətirilərək barəsində inzibati protokol tərtib edilmiş, xx.xx.2022-ci il tarixdə 7 saylı RETSİ-nin rəisi X13 tərəfindən həmin inzibati protokol əsasında hər hansı araşdırma aparılmadan və onun iştirakı təmin edilmədən MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilərək 400 manat cərimə tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. Qeyd etmişdir ki, ona yazılmış protokol və onun əsasında çıxarılmış qərar tam qanunsuzdur. Belə ki, onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsində nəzərdə tutulan inzibati xəta ümumiyyətlə törədilməmişdir. X17 Qoruğunun Gərəkli sahəsinin müfəttişi X15 tərəfindən həmin protokol sadəcə özünə iş göstəricisi yaratmaq üçün tərtib edilmişdir. Protokolun tərtib edilməsi barədə ona hər hansı məlumat verilməmişdir. Bununla da onun şikayət etməsinin qarşısı alınmışdır. 7 saylı RETSİ-nin rəisi X13 tərəfindən həmçinin heç bir araşdırma aparılmadan, o dəvət edilmədən, hər hansı sübutlar olmadan barəsində inzibati tənbeh tətbiq edilməsi barədə saxta, qanunsuz və əsassız qərar qəbul edilmişdir. Protokolla tanış olduqda məlum olur ki, protokolda özünün imzası yoxdur. Belə olan halda nə üçün inzibati xəta haqqında icraat materialı aidiyyəti üzrə məhkəməyə göndərilməmişdir. Həmçinin qərarın qəbul edilməsindən 2 ildən artıq müddət keçməsinə baxmayaraq 7 saylı RETSİ və Balakən rayon İcra və Probasiya şöbəsi tərəfindən barəsində inzibati protokol tərtib edilməsi və cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi barədə hər hansı məlumat verilməmiş, qərarın icrası tələb edilməmişdir. Poçt xidmətinə müvafiq sorğular verilərək müəyyən etmək mümkündür ki, həqiqətən barəsində inzibati protokolun tərtib edilməsi, inzibati xəta haqqında icraatın aparılması, inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsi, qərarın Balakən rayon İcra və Probasiya şöbəsinə göndərilməsi, həmin şöbə tərəfindən isə “icraata başlamaq barədə” qərar barədə ona məlumat verilməmişdir. Məhkəmə iclasında X10 şikayətdə göstərilənlərə uyğun izahat verərək bildirmişdir ki, onun ümumiyyətlə mal-qarası yoxdur. Qərarda yazılan heyvanlar ona məxsus deyildir. Gürcüstandan gəldikləri üçün prinsipə ona cərimə yazılmışdır. Ona məlumat verilmədən cərimə etmələrini əsassız hesab edərək ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə iclasının 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə şikayətçinin izahatını, şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X13 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərarın surətindən görünür ki, X10 Azərbaycan Respublikası İXM-nin 257-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 400 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. X17 Qoruğu Gərəkli sahəsi sahə müfəttişi X15 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli protokolun surətindən görünür ki, X10 xx.xx.2022-ci tarixdə Balakən rayonu Gərəkli sahəsinin 01 saylı dolayının 101-ci kvartalında özünə məxsus 95 baş xırdabuynuzlu heyvanı, 9 baş keçini qanunsuz olaraq otarması müəyyən edilmiş, bu fakt fotoşəkillər və aktla təsdiq edilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi X17 Qoruğu Gərəkli sahəsinin xx.xx.2022-ci il tarixli, AA seriyalı 000032 nömrəli aktından görünür ki, X17 Qoruğunun Gərəkli sahəsinin sahə müfəttişi X15 və Gərəkli sahəsinin 02 saylı dolayının mühafizə yegeri X11 ilə birlikdə 13 oktyabr 2022-ci il tarixində Qoruq ərazisində növbəti reyd keçirən zaman X7 qoruq ərazisində özünə məxsus 95 baş xırdabuynuzlu heyvanı, 9 baş keçini otarmasını aşkar etmişlər, ona yaxınlaşıb özlərini təqdim etmişlər. Qoruq ərazilərində xırda buynuzlu malqara (qoyun) salıb otarılmasının qadağan olduğunu bilirmişlər. Yerində akt tərtib etmişlər, X10 akta qol çəkməkdən imtina etmişdir. Akta əlavə edilmiş fotoşəkillərdən görünür ki, X7 Balakən rayonu Gərəkli sahəsinin 01 saylı dolayının 101-ci kvartalında mal-qara otarır. X6 Xidməti X17 Qoruğu Mühafizə üzrə direktor müavini X4, Gərəkli sahəsinin sahə müfəttişi X1 02 saylı dolayının mühafizə yegeri X8 iştirakı ilə tərtib edilmiş imtina aktından görünür ki, X10 barəsində tərtib olunmuş 17 oktyabr 2002-ci il tarixli MN № 120290 nömrəli protokola qol çəkməkdən imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 100.1.4-ci maddəsinə əsasən inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti inzibati xəta haqqında protokolda göstərilir. 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. 257-ci maddəsinə əsasən meşə fondu sahələrində özbaşına ot biçilməsinə və ya malqara otarılmasına və ya yabanı meyvə, qoz-fındıq, göbələk, giləmeyvə və sair yığılması qadağan edilən və ya buna ancaq meşə biletləri üzrə yol verilən sahələrdə onların özbaşına yığılmasına görə fiziki şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan altı min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, X10 xx.xx.2022-ci tarixdə Balakən rayonu Gərəkli sahəsinin 01 saylı dolayının 101-ci kvartalında özünə məxsus 95 baş xırdabuynuzlu heyvanı, 9 baş keçini qanunsuz olaraq otarması iş materialları əsasında öz təsdiqini tapmış, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X13 tərəfindən qanuni və əsaslı olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərarın ləğvi üçün heç bir əsas müəyyən edilməmişdir. Məhkəmə X7 qərarın ləğv edilmə əsasları kimi şikayətində göstərdiyi, məhkəmə iclasında bildirdiyi dəlilləri özünümüdafiə xarakteri daşıyan və inzibati məsuliyyətdən azad olunmaq üçün irəli sürülmüş dəlillər kimi qiymətləndirir. Belə olan halda məhkəmə hesab edir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsaslıdır və həmin qərarın ləğvi üçün heç bir əsas olmadığından X2 şikayəti təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X7 şikayəti təmin edilməsin. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X13 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Arifə Cəfərova
Məhkəmə qərarları › İş №3(019)-98/2025
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-98/2025
13.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver