Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-99/2021 05.04.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili X1 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1995-ci ildə Balakən şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, inzibati məsuliyyətə cəlb olunmayan, Balakən şəhəri, Xətai küçəsi, ev 17-də qeydiyyatda olan və yaşayan- Şəxs barəsində Balakən Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 206-cı maddəsilə daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: 11.03.2021-ci il tarixdə, saat 20-radələrində Balakən Rayon Polis Şöbəsində Şəxs üzərinə baxış keçirilən zaman əynində olan cins şalvarının sol yan cibindən şəxsi istehlak miqdarında təmiz çəkisi 0,53 qram olan qurudulmuş marixuana aşkar edilmişdir. Bu barədə Balakən RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsilə 03.04.2021-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs sözügedən inzibati xətanı törətməsi məhkəmə iclasında özünün etirafedici ifadəsi, iş materiallarında olan sənədlərlə aşağıdakı qaydada tam təsdiq olundu. Belə ki, məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək, izahatında göstərdi ki, 09.03.2021-ci il tarixdə, günorta saatlarında gəzmək üçün yaşadığı evdən yola tərəf çıxmış, yolla piyada gedərkən yerdən 1 ədəd salfetka bükümü aşkar etmişdir. Həmin bükümün içərisinə baxanda içərisində tütün ilə qarışıq olan narkotik olduğunu görmüşldür. O, həmin bükümü cibinə qoymüş və özündə saxlamışdır. 11.03.2021 -ci il tarixdə evdə olan vaxt tanışı Nasir Yetimov ona zəng edib, rayon ərazisində gəzməyi təklif emiş, o da etiraz etməmiş və Nasir Yetimova onu evdən götürməsini xahiş etmişdir. Bir qədər sonra Nasir idarə etdiyi “Mitsubishi Pajero” markalı, **-ZR-*** nömrəli avtomaşını ilə onun yaşadığı evin qarşısına gəlmiş, evdən çıxıb maşınla rayona gəzmək üçün çıxmışlar. Evdən çıxmamışdan öncə də həmin yerdən tapdığı, içərisində tütün ilə qarışıq olan narkotiki əynində olan cins şalvarın sol yan cibinə qoymuşdur. Bir qədər rayon ərazisində gəzdikdən sonra Nasir ayaqyoluna getmək istədiyini demiş və avtomaşını “Mmoil” adlanan yancaqdoldurma məntəqəsi tərəfə sürmüşdür. Nasir maşını saxlayan kimi maşından düşüb ayaqyoluna tərəf getmək istəmiş, bu zaman iki nəfər polis əməkdaşları onlara yaxınlaşıb, özlərini təqdim edib, onları polis şöbəsinə dəvət etmişlər. Onlar da Nasirin idarə etdiyi avtomaşınla polis şöbəsinə getmişlər. Polis şöbəsində onu şübhəli şəxs kimi saxlamış, vəkil Hidayət Muradovun və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış aparmışlar. Şəxsi axtarış zamanı əynindəki cins şalvarın sol cibindən 1 ədəd kağız bükümdə tapdığı tütünlə qarışıq olan narkotik aşkar edilmişdir. Həmin kağız büküm elektron tərəzidə çəkildikdə çəkisi 2 qram olmuş və ağ rəngli zərfə qoyulub möhürlənib götürülmüşdür. Əməlindən peşmandlır. Himayəsində bir azyaşlı uşağı vardır. Ona yüngül tənbeh verilməsini xahiş edir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən RPŞ-nin İstintaq Bölməsinin müstəntiqinin 13 mart 2021-ci il tarixli şəxsin barəsində cinayət təqibinin rədd edilməsi və inzibati tədbir görülməsinə dair qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi müəyyən edilmədiyindən barəsində cinayət təqibi rədd edilməklə Balakən RPŞ-nin MSYdən azad edilmiş, Şəxs barəsində qanunsuz olaraq şəxsi istehlak miqdarında narkotik vasitə əldə edib saxlamağa görə Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsilə inzibati tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Balakən RPŞ-nin İTB-nə göndərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 11 mart 2021-ci il tarixli,17/194 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Şəxs üzərindən aşkar edilmiş..."sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd salfet kağızı bükümündə təmiz çəkisi- 0,53 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Həmin bükümün içərisində təmiz çəkisi-0,46 qram olan bitki mənşəli kütlə narkotik vasitələrə aid deyildir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən RPŞ-nin İTB-nin polis sahə rəisi Rəşad Yusifovun 17.03.2021-ci il tarixli qərardadından görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkib əlamətləri olduğu üçün onun barəsində həmin maddə ilə tədbir görülməsi məqsədi ilə inzibati icraat açılmışdır. İşə əlavə olunan və məhkəmə iclasında tədqiq edilmiş 15.10.2019-cu il tarixdə verilmiş AZ-İV 360976 №-li doğum haqqında şəhadətnamədən görünür ki, 21.09.2019-cu il tarixdə doğulmuş X3 olmaqla Şəxs himayəsində bir azyaşlı uşaq vardır. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə düzgün tövsif edilmişdir, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin sanksiyasında üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə və iki ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsində inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal hesab edilmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. İnzibati xəta törətməsindən səmimi peşmançılığını və himayəsində bir azyaşlı uşağın olmasını Şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alıram. İş materialları ilə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilən inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən halları və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tənbehinin tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə nail olunması baxımından daha məqsədəuyğundur. Həmçinin iş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin saxlanc anbarında saxlanılan Şəxs üzərindən aşkar edilmiş təmiz çəkisi- 0,53 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana hazırki qərar qanuni qüvvəyə mindikdlən sonra məhv edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 115.4 və 114.4.2-ci maddələrinə əsasən dövriyyədən çıxarılmış əşyalar aidiyyəti dövlət orqanlarına (qurumlarına) verilməli, yaxud məhv edilməlidir. İş materiallarından görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili X4 hazırki inzibati xəta haqqında iş üzrə Şəxs hüquqlarının müdafiəsinə 1 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də hesab edirəm ki, Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X2 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına 6 manat köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikası İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114 və 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Balakən RPŞ-nin saxlanc anbarında saxlanılan Şəxs üzərindən aşkar edilmiş təmiz çəkisi- 0,53 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana hazırki qərar qanuni qüvvəyə mindikdlən sonra məhv edilsin. Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X2 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına 6 manat köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-99/2021
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-99/2021
05.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver