Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-99/2025 13.03.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə, xx.xx.1985-ci ildə Naxçıvan Muxtar Respublikası, Kəngərli rayonu, Qarabağlar kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, “BB TRANSPORT” LLC-də sürücü işləyən, Naxçıvan Muxtar Respublikası, Kəngərli rayonu, Qarabağlar kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 480-cı maddəsi ilə Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsi tərəfindən 27 fevral 2025-ci il tarixli 00500-00164/25 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, 17 fevral 2025-ci il tarixdə təxminən saat 14:30 radələrində Gürcüstan Respublikası istiqamətindən “Mazımqara” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan “SCANİA R 450” markalı 01BY450/01ZA470 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin sürücüsü Azərbaycan Respublikası vətəndaşı Şəxs ilə şifahi olaraq üzərində və nəqliyyat vasitəsində gömrük orqanına bəyan olunmalı hər hansı bir predmetin olub-olmaması barədə sorğu-sual aparılmış, Şəxs üzərində və nəqliyyat vasitəsində gömrük orqanına bəyan edilməli hər hansı bir əşya olmadığını bildirmiş, bundan sonra “Tiber” ləqəbli kinoloji xidmət iti tətbiq edilməklə ““SCANİA R 450” markalı 01BY450/01ZA470 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə gömrük yoxlaması həyata keçirilmişdir. Yoxlama zamanı kinoloji xidmət iti nəqliyyat vasitəsinin kabina hissəsinə reaksiya vermişdir. Bundan sonra nəqliyyat vasitəsinin kabinəsinin salonuna əsaslı gömrük yoxlaması həyata keçirilmişdir. Yoxlama zamanı kabinənin salonundakı ön şüşəsinin üst sağ tərəfində olan çəkməcənin arxasındakı boşluqdan gömrük nəzarətindən gizlədilmiş məcburi nişanlama ilə nişanlanmayan 6 blok (60 qutu) “Marlboro silver blue” markalı siqaretlər aşkar olunmuşdur. İşə baxılmasının yeri və müddət haqqında vaxtında məlumatlandırılmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Dövlət Gömrük Komitəsi Balakən Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 480-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli nəqliyyat vasitəsinin və malların yoxlanılması haqqında protokoldan görünür ki, 17 fevral 2025-ci il tarixində, təxminən saat 14:30 radələrində Gürcüstan Respublikası istiqamətindən “Mazımqara” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan “SCANİA R 450” markalı 01BY450/01ZA470 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin sürücüsü Azərbaycan Respublikası vətəndaşı Şəxs ilə şifahi olaraq üzərində və nəqliyyat vasitəsində gömrük orqanına bəyan olunmalı hər hansı bir predmetin olub-olmaması barədə sorğu-sual aparılmışdır. Şəxs üzərində və nəqliyyat vasitəsində gömrük orqanına bəyan edilməli hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra “Tiber” ləqəbli kinoloji xidmət iti tətbiq edilməklə ““SCANİA R 450” markalı 01BY450/01ZA470 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə gömrük yoxlaması həyata keçirilmişdir. Yoxlama zamanı, kinoloji xidmət iti nəqliyyat vasitəsinin kabina hissəsinə reaksiya vermişdir. Bundan sonra nəqliyyat vasitəsinin kabinəsinin salonuna əsaslı gömrük yoxlaması həyata keçirilmişdir. Yoxlama zamanı, kabinənin salonundakı ön şüşəsinin üst sağ tərəfində olan çəkməcənin arxasındakı boşluqdan gömrük nəzarətindən gizlədilmiş məcburi nişanlama ilə nişanlanmayan 6 blok (60 qutu) “Marlboro silver blue” markalı siqaretlər aşkar olunmuşdur. Aşkar olunan hüquqpozma predmetləri bu protokol əsasında götürülmüşdür. Yoxlama zamanı videokameradan istifadə olunmuş, videoçəkilişin əks olunduğu 01 ədəd DVD disk protokola əlavə olunmuşdur. Barəsində icraat aparılan şəxsin sorğu-sual edilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs izahatında bildirmişdir ki, təxminən 4 ildir ki, müxtəlif nəqliyyat şirkətlərində sürücü kimi çalışır. Hal-hazırda “BB TRANSPORT” LLC şirkətində sürücü vəzifəsində işləyir. X1 məxsus “SCANİA R 450” markalı 01BY450/01ZA470 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsini etibarnamə əsasında idarə edir. Adətən Türkiyə Respublikasından Bakı şəhərinə müxtəlif təyinatlı yüklər daşıyır. Sonuncu dəfə xx.xx.2025-ci ildə Türkiyə Respublikası, Gebze şəhərindən müxtəlif təyinatlı yükləri yük nəqliyyat vasitəsinə yükləyərək Azərbaycana yola düşmüşdür. 16 fevral 2025-ci il tarixində “Sarp” gömrük postuna çatmışdır. Buradakı “DUTY FREE” mağazasından hər blok üçün 16 avro ümümilikdə 96 avro ödəyib 6 blok (60 qutu) “Marlboro silver blue” markalı siqaretlər almışdır. Bu siqaretlərin 2 blokunu özü, 4 blokunu dostları üçün almışdır. Aldığı siqaretləri gətirib maşında yanına qoymuşdur. Gürcüstan tərəfə keçdikdən sonra maşını tır parklarının birində saxlayaraq kabinənin salonundakı ön şüşənin üst sağ tərəfində olan çəkməcənin arxasındakı boşluqda gizlətmişdir. 17 fevral 2025-ci il tarixində təxminən saat 14:30 radələrində Gürcüstan istiqamətindən “Mazımqara” gömrük postuna daxil olmuşdur. Gömrük əməkdaşı yaxınlaşıb özünü təqdim edərək üzərində və maşında gömrük nəzarətindən gizlədilmiş və ya gömrük orqanına bəyan olunmalı predmetin olubolmadığını soruşmuş, o isə şəxsi əşyalarının olduğunu demişdir. Bundan sonra avtomobil kinoloji xidmət iti vasitəsilə yoxlanılmağa başlanılmışdır. Yoxlama zamanı, kabinənin salonundakı ön şüşənin sağ üst tərəfində olan çəkməcənin arxasındakı boşluqdan gömrük nəzarətindən gizlədilmiş məcburi nişanlama ilə nişanlanmayan 6 blok (60 qutu) “Marlboro silver blue” markalı siqaretlər aşkar olunmuşdur. 24 fevral 2025-ci il tarixli, 02-Ş nömrəli ekspertiza aktından görünür ki, tədqiqata təqdim olunmuş 6 blok (60 qutu) “Marlboro silver blue” markalı siqaretlərin ümumi dəyəri 420 manatdır. İş üzrə aparılmış ekspertizası tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə iş materiallarını araşdırıb, əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 480-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir. Onun əməli Azərbaycan Respublikası İXM-nin 480-cı maddəsilə düzgün tövsif edilmişdir. Buna görə də həmin maddə ilə təqsirli bilinib barəsində tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. 31.2-ci maddəsinə əsasən fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir 479-cu maddəsinin «Qeyd» hissəsinə əsasən bu Məcəllənin 479-481, 482.1 və 482.2ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. 480-cı maddəsinə əsasən malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini və məsuliyyətini yüngülləşdirən və ağırlaşdırılan halların olmamasını nəzərə alaraq, Şəxs barəsində inzibati xətanın bilavasitə obyekti olan malların müsadirəsi tənbeh tədbirinin tətbiq edilməsini qanuni və əsaslı hesab edir. İş üzrə 50 manat ekspertiza xərci Azərbaycan Respublikasının Dövlət büdcəsinə aid edilməlidir. Nəqliyyat vasitəsinin və malların yoxlanılmasını əks etdirən 1 ədəd disk iş materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan Balakən Gömrük İdarəsində saxlanılan ümumi dəyəri 420 manat 6 blok (60 qutu) “Marlboro silver blue” markalı siqaret müsadirə edilsin. İş üzrə 50 manat ekspertiza xərci dövlət büdcəsinə aid edilsin. Nəqliyyat vasitəsinin və malların yoxlanılmasını əks etdirən 1 ədəd disk iş materiallarında saxlanılsın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Arifə Cəfərova
Məhkəmə qərarları › İş №3(019)-99/2025
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-99/2025
13.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver