Azərbaycan Respublikası adından QƏRAR Beyləqan rayon İş № 3(020)-1/2024 04.09.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi ilə, xx.xx.1989-cu ildə Beyləqan rayonu, Tatalılar kəndində anadan olmuş, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikası vətəndaşı, Beyləqan rayonu, E.Əliyev küçəsi ev 36-da yaşayan Şəxs barəsində Beyləqan rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Məhkəmənin icraatına Şəxs İXM-nin 333.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Beyləqan rayon Polis Şöbəsinin DYPB-nin YPX baş inspektoru X1 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP saylı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material daxil olmuşdur. Həmin protokoldan görünür ki, Şəxs 19 iyun 2023-cü il tarixdə, saat 21:10 radələrində Beyləqan rayonu ərazisində idarə etdiyi “VAZ 21063” minik markalı, **-BJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Beyləqan rayon S.İmrəliyev küçəsi ərazisində hərəkətdə olan zaman Beyləqan rayon PŞ-nin YPX əməkdaşları tərəfindən saxlanılmış, yoxlama zamanı avtomobilin sürücüsü Şəxs alkoqol sərxoşluğu vəziyətində avtomobil idarə etməsi aşkar olunmuş, bununlada onun il ərzində eyni əməli təkrar törətməsi məlum olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Beyləqan rayon polis şöbəsinə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab etmişdir. İşə əlavə olunmuş İnsan psixikasına təsir edən maddələrin İstehlak və sərxoşluq hallarının bütün növlərini təyin edən alkotester qəbzindən məlum olur ki, Şəxs xx.xx.2023-cü il tarixdə avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. İşə əlavə edilmiş Beyləqan rayon PŞ-nin DYPB-nin rəisi polis polkovnik-leytenantı X3 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərardan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətdiyinə görə 400 (dörd yüz) manat məbləğində cərimə olunmuşdur. İşə əlavə edilmiş Beyləqan Rayon Məhkəməsinin 3(020)-587/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə gətirilməsi barədə qərardad qəbul edilmişdir. İşə əlavə edilmiş Beyləqan Rayon Məhkəməsinin 3(020)-587/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəməyə gətirilənə qədər Şəxs barəsində olan inzibati işin icraatı dayandırılmışdır. 13 oktyabr 2023-cü il tarixli, 01 fevral və 06 iyun 2024-cü il tarixli məktublarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə gətirilməsi barədə Beyləqan Rayon Polis Şöbəsinə təkrar məktublarla müraciət olunmasına baxmayaraq Beyləqan Rayon Polis Şöbəsi tərəfindən inzibati xəta törədən şəxs Şəxs məhkəməyə məcburigətirilməsi təmin edilməmişdir. Beyləqan Rayon Polis şöbəsi tərəfindən Beyləqan Rayon Məhkəməsinə göndərilmiş xx.xx.2024-cü il tarixli, 47/3-13-67/2-3228/2024 saylı və xx.xx.2024-cü il tarixli, 47/3-13-67/2- 9571 saylı məktublardan görünür ki, Beyləqan şəhəri, E.Əliyev küçəsi ev 36-da qeydiyyatda olan Şəxs göstərilən ünvanda qeydiyyatda olmasına baxmayaraq Beyləqan şəhəri ərazisində yaşamadığı üçün Beyləqan Rayon Məhkəməsinə məcburi qaydada gətirilməsi mümkün olmamışdır. İnzibati Xətala Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda başlanmış icraata xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 38.5-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Məhkəmədə müəyyən edildi ki, hazırki inzibati xəta əməli Şəxs tərəfindən 19 iyun 2023-cü il tarixdə törədilmişdir. Hesab edirəm ki, yuxarıda göstərilən hallara əsasən Şəxs barəsində inzibati materialın məhkəməyə daxil olmasından bir ildən artıq müddət keçdiyinə görə onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.5, 53.1.6, 112, 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə adından QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilsin. Qərardan onun sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət vəya protest verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №3(020)-1/2024
Beyləqan Rayon Məhkəməsi Qərar — İş №3(020)-1/2024
04.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver